Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   2   3   4   5   6   7   8   9   ...   46

 

labçılar gizli fəaliyyətə keçirlər. Romanda 1907-1917-ci 
il hadisələri təsvir olunur. 
 
Professor  Ə.Sultanlı  yazır:  «Pyesdə  müəllif  Sət-
tar xan surətini əsərin mərkəzinə qoymuş, onun xarakte-
rini daha mükəmməl aça bilmişdir. Romanın I hissəsin-
də  nəzərə  çarpan  nöqsanlar,  Səttar  xan  hərəkatının  təs-
virindəki çatışmayan cəhətlər pyesdə düzəlmişdir». 
 
«Dumanlı  Təbriz»  ədibin  eyni  adlı  romanının 
materialına əsasən yazılmışdır. Bu əsər 1945-ci ildə qə-
ləmə alınaraq, Vətən müharibəsindən sonrakı illərdə ta-
maşaya qoyulmuş, 1980-ci ildə ədibin  «Seçilmiş heka-
yələr və şeirlər» kitabına daxil edilmişdir. 
 
«Vətən uğrunda» jurnalının ilk dəfə 2, 3, 4, 5-ci 
nömrələrində çap olunmuşdur (1945). 
 
Biz  «Dumanlı  Təbriz»  romanının  təhlili  zamanı 
əsərdə qaldırılan bir sıra mühüm ictimai-siyasi mətləblə-
rin böyük ədib tərəfindən nə şəkildə verildiyini və ümu-
mən «Dumanlı Təbriz» romanının istər ədibin öz yara-
dıcılığında,  istərsə  Azərbaycan  ədəbiyyatında  və  bədii 
nəsrində  mövqeyi  haqqında  müəyyən  mülahizələr  söy-
lədik. Onu da xatırladaq ki, vaxtı ilə roman haqqında ilk 
dolğun  məqalə  yazanlardan  biri– prof.  Mir Cəlalın onu 
«Böyük  problemlər  romanı»  adlandırmaqda  nə  qədər 
haqlı olduğunu söyləmişdik. 
 
Eyni  adlı  pyesdə  müəllifin  əsas  diqqəti,  Səttar 
xan surətinin mükəmməl təcəssümünə yönəldilmişdir. 
 
Vaxtı  ilə  tənqidçilərin  əksəriyyəti  belə  fikirlə 
yekdil olmuşlar ki, romanda Səttar xan zəif verilmişdir. 
 
Hadisələr  Cənubi  Azərbaycanda  cərəyan  edir. 
Əsər  iki  tacirin  söhbəti  ilə  başlanır:  Hacı  Salman  və 
Hacı Mehdi… 


 

 
Bunların  söhbət  və  mükalimələrindən  məlum 
olur  ki,  zəmanə  dəyişib,  kəndli  ağasına  bəhrə  vermir, 
inqilab  aləmi  bürüyüb,  top-tüfəng  səsləri  gün-gündən 
artmaqdadır.  Bu  tacirlər  Rusiyadan  Təbrizə  mal  aparır-
lar:  «Bircə  bu  malları  Təbrizə  çatdırsaydıq  min  yaşar-
dıq». Elə bu vaxt mülkədarların həyətinə bir dəstə dus-
taq  gətirilir.  Onlar  arvad-uşaq  və  qocalardan  ibarətdir. 
Səttar xan haqqında ilk söhbəti biz Mülkədarla Əlidada-
şın dialoqundan eşidirik: «Əli tüfəng götürən, balta gö-
türən Səttar xanın köməyinə gedib». Buradan aydın olur 
ki, dramın əsas konflikti inqilabçılarla mülkədarlar − ye-
niliklə  köhnəlik,  əzənlə əzilənlər arasında  gedən  müba-
rizələr  uğrunda  qurulmuş  və  mövzusu  Səttar  xan  hərə-
katından götürülmüşdür.  
 
Biz elə başqa bir səhnədə Səttar xan hərəkatının 
qəhrəman  iştirakçılarından  olan  Zeynəbin  mübariz, 
dönməz, fədakar obrazını görə bilirik. 
 
Lakin  zamanın  əsas  hökmü  olan  tərəqqi,  
dəyişmə  meyllərini  əsərin  iştirakçılarından  hər  biri  öz 
dünyagörüşü dairəsində başa düşür, dərk edir. Romanın 
təhlili  zamanı  dediyimiz  kimi,  Ordubadi  Səttar  xan 
iştirakçılarının sinfi tərkibcə müxtəlif olduğunu düzgün 
vermişdir.  Burada  mübarizəyə  hərə  öz  nöqteyi-
nəzərindən  yanaşır,  hər  kəs  ona  bir  vasitə  kimi  baxır. 
Aqrar  İranında  hələ  ardıcıl  mübariz  olan  fəhlə  sinfi 
formalaşmamışdır.  İran  kimi  bir  Şərq  ölkəsində 
şübhəsiz bu müxtəliflik tamamilə təbii idi. Bu baxımdan 
«Dumanlı  Təbriz»  pyesində  verilən  iki  tacir  surəti 

 
Hacı  Salman  və  Hacı  Mehdi  son  dərəcə  maraqlı 
obrazlardır… 
 
Bunların mükaliməsindən bir epizoda fikir verək: 


 

 
Hacı Mehdi – Qol rəiyyətin, kəndir ağanın, bağ-
lar da özü bilər, açar da özü bilər. 
 
Hacı Salman – Sözünü bil. Biz belə işlərə qarış-
maqdan ötrü qan tökməmişik ki. 
 
Hacı  Mehdi  –  Belə  ha,  bıçaq  qəssabın,  dəri 
qoyunun, soyar bizə nə, soymaz bizə nə? 
 
Onların  söhbətləri  beləcə  davam  edir:  Göy 
Allahın,  Yer üzü  padşahın.  Torpaq  mülkədarın,  ticarət 
də bizim. 
 
Allah  Allahdır,  padşah  padşahdır,  inqilab  da  in-
qilab! 
 
Bu  tacirlərin  inqilaba  münasibəti  xüsusilə 
maraqlıdır. Onları heç də mübariz düşündürmür. Ta ki, 
ticarət eləyə bilsinlər. Əsas məsələ budur. 
Hacı Mehdi – İnqilabçısan, ya yox? 
Hacı Salman – Olaram da, olmaram da, kimə nə 
dəxli var? Niyə axı olum, niyə axı olmayım? 
Hacı  Mehdi  –  Malımı  da  daşıtdıracağam, 
ticarətimi də eliyacağam!    İnqilabımı da eliyacağam! 
Hacı Salman–Taxılımı da anbara daşıtdıracağam. 
Hacı Mehdi – Qəndimi, çayımı, istiotumu, darçın 
zəncəfilimi də satacağam. İnqilabımı da. 
Elə ki, eşidir gələn var: 
Hacı Mehdi– Əksinqilabımı da eliyacağam. 
Hacı Səməd– Niyə də inqilabçı olmayaq. Bəs 
nədən ötrü qan tökürük? 
Hacı Mehdi – Namazımı da qılacağam, orucumu 
da tutacağam… 
Hacı  Salman  –  Kərbəlama,  Xorasanıma,  Məkkə-
mə də gedəcağam. 
Hacı Mehdi – Bərəkallah. Eyni zamanda 


 
10 
inqilabımı da eliyacağam. 


 
11 
Hacı Salman – Canım ağzımdan çıxana qədər 
inqilabçıyam. 
Hacı Mehdi – Kəlmeyi-şəhadətimi deyəcəyəm 
inqilabçıyam.Niyə də olmayım axı? 
Hacı Mehdi – Lakin bir şərtlə, elə ki, ticarətimə 
ki, toxundun, daha mən yoxam. 
Hacı  Salman  –  Qəndimə,  çayıma,  daşıma, 
tərəzimə, daxılıma, taxılıma. anbarıma, ölçümə arşınıma 
ki, toxundun, ikisi də bir şeydir. Biz xudahafiz. 
Göründüyü  kimi,  bunların  inqilabçılığı  yalnız 
xüsusi  mülkiyyət,  varlanma  ilə  bağlıdır.  İş  ki  o  yerə 
çatdı,  hər  şey  bitir.  Dramaturq  bununla  Səttar  xan 
hərəkatında  iştirak  edənlərin  müxtəlif  sinfi  təbəqələrə 
bölündüyünü  demək  istəmişdir.  Göründüyü  kimi,  həm 
də yaxşı sənətkarlıqla verə bilmişdir. 
Ədib Səttar xan hərəkatında baş-başa, üz-üzə gə-
lən qüvvələrin əsas dialektikasını, əsas məğzini, rəmzini 
verməyə çalışmış, bu inqilabın əsil mənasını ümumiləş-
dirə bilmişdir. 
Atışma səslərini eşidən Qüdrət yaxşı deyir: 
Gecə ilə gündüz pəncələşir. 
Sonrakı hadisələr Təbrizdə cərəyan edir. Təbrizdə 
böyük bir fırtına vardır. Sahibkarın həyəti təsvir olunur. 
Biz  Hacı  Mehdi  ilə  Hacı  Salmanı  indi  də  burada 
görürük.  Onlar  fədailər  üçün  qurulan  dar  ağaclarına 
baxaraq deyirlər: 
«Sən o kəndirə yaxşı bax. O deyir ki, hər iğtişaş-
dan  sonra  taxılın  üstünə  gəl.  Bu  günkü  qiymət  xalvarı 
25 tümən və s.». 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə