Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   2   3   4   5   6   7   8   9   ...   46

 
12 
Bu  pərdədə  fəhlələr,  yoxsullar,  inqilabçılar  dus-
taqları, asılmaq qorxusu olanları azad etməyi tələb edir-
lər. 
Tacirlər  yaxşı  deyir:  «Biz  vuruşmuruq,  bizim 
üçün vuruşurlar, biz qalib gələn tərəfdənik». 
Bu  pərdədə  qaçaq  Zeynəbin  asılma  mərasimi  də 
maraqlıdır. Zeynəb dar ağacı altında son sözlərini söylə-
yir,  mülkədarları  ifşa  edir.  Onun  asılacağı  anda  bir  səs 
eşidilir 

 Səttar xan gəlir! Bu kəlmə bir tufan, fırtına ki-
mi  səslənir.Səttar  xanın  gəlişi  ilə  Zeynəb  və  başqaları 
azad olur. Səttar xanın inqilabi azadlığa çağıran gur səsi 
eşidilir: – Qoy dumanlı Təbrizin üfüqlərində şığıyan il-
dırımlar  bütün  Azərbaycan  xalqının  azadlıq  yollarını 
işıqlandırsın! 
Çar konsulluğunun xahişinə və təkidinə baxmaya-
raq  sahibkarı  Səttar  xanın  əmri  ilə  onun  inqilabçılar 
üçün qurduğu dar ağacından asırlar. 
Səttar xan deyir ki, bizim nöqsanımız var: sözdə, 
işdə,  fikirdə  birliyin  olmamasıdır.  Onun  sərkərdə  ilə 
söhbəti  çox  maraqlıdır.  Sərkərdə  Təbrizdən  başqa  hər 
şeyin  təslim  olduğunu  söyləyir.Səttar  xan  göstərir  ki, 
məsələ  sayda  deyil,  iradədə,  əzm  və  səbatdadır(Səttar 
xan obrazı əsasən III pərdədə açılır).Biz vaxtı ilə 9 nəfər 
idik, bəs indi bütöv ordu! İndi bizi bütün dünya tanıyır. 
Qərargahda  biz  onu  həqiqi  rəhbər,  görkəmli 
sərkərdə  və  strateq  kimi  görürük.  Onun  mükalimələri, 
telefon  söhbətləri  vasitəsilə  dramaturq  onun  haqqında 
bizdə dolğun təsəvvür yarada bilmişdir. 
Romandan  fərqli  olaraq  ədib  dramda  bütün  ma-
cəraçılıqdan, süjeti, dinamikanı ağırlaşdıran və zəiflədən 
bütün lüzumsuz  detal və təfərrüatdan qaçaraq hadisələri 


 
13 
daha real, daha çevik və beləliklə də daha təsirli vermə-
yə müvəffəq olmuşdur. Səttar xan milli ixtilafları qızış-
dırmağın inqilabi işə zərərini yaxşı dərk edir. Azərbay-
canlı–fars ixtilafını qızışdıranlara qarşı çıxmağın zərurə-
tini söyləyir. 
Dinə  münasibəti  onun  Dərvişoğlu  barədə  dediyi 
sözdən  aydın  olur.  Gizlin  iş  üsulunu  bizimkilər  yaxşı 
olardı  ki,  qoşun  arasına  soxulmuş  dilənçi  Dərvişoğlun-
dan  öyrənsinlər…Biz  onu  öldürə  bilmərik,  düşmənləri-
miz  deyərlər  ki,  Səttar  xanın  adamları  Əli  nökərini  öl-
dürdü. Onu buraxın, lakin kimlə danışsa, o adamı tutub 
buraya gətirin. 
Səttar  xan  dəqiq  və  özünə,  yoldaşlarına  qarşı 
tələbkardır  –  Zeynəbə  deyir  (iclasa  gecikdiyinə  görə): 
«Bilirsən,  əziz  bacım,  bəzən  bir  dəqiqə  gecikmək,  bir 
ildə qazanılan böyük bir qələbəni uduza bilər». 
Səttar  xan  əsərdə  hərbi  fəndlər  işlətməyi  bacaran 
qüdrətli sərkərdə kimi də verilir. Belə bir epizod maraq-
lıdır.  Əksinqilab  qərargahına  adam  göndərmək  üçün 
məşvərət  edirlər.  Səttar  xan  Zeynəbi  şərab  satmaq  adı 
ilə ora göndərir. Əslində qızın şərab apardığı silah idi – 
dinamit. 
Tütünçüoğlunu da onun ardınca göndərir. 
General  silahların  təhvilini  tələb  edir.  Bu  vaxt 
cəbhədən xəbərlər gəlir. Səttar xan generalı yalan danış-
maqda ittiham edərək: 

 «Cənab general, top səsləri vəd 
etdiyimiz sülhün xəbərini verir. Biz silahı yalnız qələbə-
dən sonra yerə qoyacağıq»,– deyir. 
Sonra  tacirlərin  camaata  taxıl  satmağa  getməsi, 
aclıq və s. 


 
14 
Səttar xanın məhəbbət, ailə, sevinc münasibəti də 
aydın olur. Dilruba ilə Qüdrət xətti buna misal ola bilər. 
Səttar  xana  bütün  inqilabçılar,  əzilənlər  kömək 
edir, ona qarşı hazırlanan qəsdin üstü tez açılır və Səttar 
xan əks tədbir görə bilir. 
«Əncümən»  qəzetindəki  tənqid  də  Səttar  xanın 
diqqətindən  yayınmır.  Çörək qıtlığının  (Təbrizdə) Hacı 
Mehdi və Hacı Salmanların işi olduğunu bilir. 
Dil məsələsi. Ümumiyyətlə, inqilabın əhatə etməli 
olduğu bütün cəhətləri Səttar xan peşəkar bir inqilabçı, 
gözəl  bir  rəhbər  kimi  dərk  edir.  Azərbaycan  xalqının 
dilini əlindən alaraq «Əlhəzid» qəzetinin adını «Dəmiri» 
qoymaq olmazdımı? 
Səttar  xanın  tədbirli  və  ağıllı  bir  inqilab  rəhbəri 
olması  öz  dostu  və  silahdaşı  Bağır  xan  Salar  Milliylə 
söhbətlərindən də aydın olur. Bağır xan çar konsulu ilə 
danışarkən Səttar xan deyir: 
«Məsələ bir  Təbriz  məsələsi  deyildir. Biz  burada 
Azərbaycan  məsələsini  həll  edirik.  Bir  də…Təbriz 
məsələsini  təkbaşına  həll  etmək  olmaz.  İnqilabda  fəhlə 
də, kəndli də iştirak edir.Onlar bizə özbaşına sülh etmək 
ixtiyarı verməmidir. 
Biz hər ikimiz üsyan ordusunun bir sərbazıyıq». O 
iki  xəritə  göstərir:  I–  Böyük  Pyotr  dövrünün,  II– 
Nikolay dövrünün. Bunlarda külli miqdarda yer adı var, 
amma  Azərbaycan  adları  təzə  xəritədə  yoxdur.  Bax, 
məni düşündürən budur. Belə getsə, xəritədə bizim yer 
adlarına heç rast gəlmək mümkün olmayacaq. 
Səttar xanın məşhur monoloqunu oxuyuruq: 
«Bax, mübarizəmiz bunun üstündə gedir. Apardı-
ğımız  mübarizə  bizim  varlığımızı  dünya  xəritəsindən 


 
15 
silənlərə qarşıdır. Bizim də sudan, günəşdən, torpaqdan 
istifadə  etməyə  haqqımız  vardır.  Bizə  öz  ana  dilimizdə 
məktəb, kitab, qəzetə lazımdır. Yox, qardaşım, sülh ol-
mayacaq!  Bu  qədər  bərəkətli  bir  məmləkətdə  milyon-
larla  dilənçi  var.  Qacar  xanədanı  bu  torpağı  əsirlər  və 
qullar diyarına döndərmişdir. Yox, qardaşım, sülh olma-
yacaqdır!  İnsan  kimi  yaşamaq  istəyən  xalqlar  özləri 
üçün şərəfli və yeni bir tarix düzəltməlidir. Biz o tarixi 
qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq». 
Azərbaycan kəndləri: (son pərdə, Səttar xan qərar-
gahı)  Qaragözlü,  Qazaxlı,  Aşıqlı,  Əlibəyli,  Almabulaq. 
Bu adlardan heç biri təzə xəritələrdə yoxdur. 
Səttar  xan  öz  davranış  və  hərəkətlərində  son  də-
rəcə  təmkinli,  tədbirli,  yüz  ölçüb  bir  biçəndir.  O,  hissə 
qapılmır,  ən  mühüm  məsələləri  ağılla,  düşüncə  ilə  həll 
etməyə çalışır. Bağır xan Ninanın səmimiyyətindən şüb-
hələndiyi zaman Səttar xan deyir: 
«Salar,  o  rus  qızının  bizə  olan  dostluğu  təəccüb 
ediləsi bir şey deyildir».
1
 
Əsərdə Bağır xan da maraqlı surətdir. O, mütərəd-
did  bir  şəxs  kimi  təsvir  edilir.  Bağır  xan  bir  tərəfdən 
sülh,  danışıq  tərəfdarıdır,  bir  tərəfdən  öz  qüvvələrinə 
inanmır,  digər  tərəfdən  isə  deyir:  «Düşmənin  məğrur 
başı Sərdarın ayağı altına atılacaqdır».
2
 
Əsərin IV pərdəsində Böyük xanın qərargahı təs-
vir olunur. Burada Böyük xana Azərbaycan valiliyi ve-
rilir.  Hacı  Mehdinin  xəyanətindən  danışılır.  Hacı  Sal-
man də buraya 

 Böyük xanın yanına gəlir. Dərvişoğlu 
                                                 
1
 М.С.Ордубади. Ясярляри, II ъилд, сящ. 228 
2
 Йеня орада. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə