Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə5/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   2   3   4   5   6   7   8   9   ...   46

 
21 
 
«Onun  yaradıcılığı  Azərbaycan  həyatının  iki 
dövrünü əhatə edir: inqilabdan əvvəlki və sonrakı dövr. 
Bu  dövrlərin  ikisi  də  onun  əsərlərində,  demək  olar  ki, 
eyni  dolğunluqla  əks  olunmuşdur...  Şaiq  həqiqəti  hər 
şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və yük-
səliş  yolunda  fədakarcasına  çalışan  bir  yazıçı  olmuş-
dur».
1
 
 
«Abdulla Şaiqin adı çəkiləndə sözün həqiqi mə-
nasında  qocaman  bir  müəllimi,  insanın  ürəyinə  təsir 
edən şairi, həyatımızı və tariximizi öz əsərlərində əks et-
dirən  bir  dramaturqu,  maraqlı  hekayələr  müəllifini, 
uşaqlarımızın  sevimli  dostu  olan  bir  yazıçını  xatırlayı-
rıq».
2
 
 
Əvvəllər  Şaiq  yaradıcılığında  nəzərə  çarpan  kə-
dər motivi, şikayət ruhu, təbiətə qüssəli baxış və s. son-
rakı dövrdə aradan qalxmış, nəşə və sevinc gözəl mənə-
vi  keyfiyyət  kimi  tam  üstünlük  qazanmışdır.  Əgər  bir 
vaxt  şairin  görüşləri  və  yaradıcılıq  üsulu  ilə  əlaqədar 
olaraq  təsvirlərində  təbiət  daha  çox  yağmurlu,  buludlu, 
dumanlı,  boranlı  çağında;  çəmənlər  solmuş,  bülbüllər 
susmuş, ağaclar qərib görkəm almış halda; ətraf zülmət 
içərisində; «cahan kinli sükuta dalmış» vəziyyətdə can-
landırılırdısa, indi iş tamam başqa cürdür. İndi əvvəlkin-
dən  fərqli  olaraq  təbiət  onun  gözləri  önündə  füsunkar 
mənzərələri ilə insanı heyran edən, sevinc mənbəyi olan 
bir aləm şəklindədir.Şairin nəzərində vətənimizin bağla-
rında,  çəmənlərində  və  yamaclarında  sakitlik,  süstlük 
əvəzinə  canlılıq,  qəmgin  nəğmə  oxuyan  quş  əvəzinə 
                                                 
1
 М.Ибращимов. «Шаиганя йад ет». Бакы, Эянълик, 1981, сящ.80-81 
2
 Ъяфяр Хяндан.Эюстярилян китаб. сящ.84 


 
22 
şən-şən ötən bülbüllər, dağlarının zirvəsindən qıy vurub 
havaya  qalxan  qartallar  var.  İndi  gəlin  tək  bəzəkli  olan 
ağac  yerə «ətək-ətək noğul səpir», necə deyərlər, «gül-
gülü çağırır, bülbül bülbülü». 
 
«Şən», «şux», «coşğun», «gözəl», «parlaq», «gü-
lümsər», «sevimli», «çiçəkli», «günəşli» və sairdən epi-
tet və obraz kimi tez-tez istifadə olunması, insan ruhunu 
ucaldan,  ona  fərəh  və  şövq  gətirən  boyalar  işlədilməsi, 
ümumiyyətlə, şeirlərindəki nikbin əhvali-ruhiyyə Şaiqin 
həyata,  təbitə  baxışında,  mənəviyyatında,  fikir,  hiss  və 
həyəcanlarında əmələ gələn təbii dəyişikliyi aşkar göstə-
rir.
1
 
 
A.Şaiq  «Azadlıq  pərisinə»,  «Əmək  pərisinə», 
«Sənət  nəğməsi»,  «Əməkçi  qadınlara»,  «Gənclərə», 
«Zərbəçi», «Ailə həyatımın son altı illiyi», «Samur ka-
nalı»,  «Döyüş  nəğməsi»,  «Vətən  nəğməsi»,  «Sülh  və 
azadlıq»  düşmənlərinə»,  «Böyük  həyat»  və  s.  şeirləri, 
«Vətən», «Xasay», «Eloğlu», «İldırım», «Nüşabə» adlı 
pyesləri,  «Vəzifə»,  «Qarakilis  xatirələri»,  «Özü  bilsin, 
mənə nə?», nəhayət, «Araz» romanı kimi əsərləri məhz 
sonrakı dövrlərdə qələmə almışdır. 
 
Ədibin  ən  samballı  və  çoxşaxəli  əsəri  olan 
«Araz»da hadisələr XX əsrin əvvəllərində cərəyan edir. 
Doğrudur,  müəllif  əsər  boyu  XIX  əsrin  II  yarısındakı 
Azərbaycan  mühitindən  də  danışır,  romanın  əsas  mət-
ləbləri isə bu problemləri məharətlə əlaqələndirir. Xüsu-
silə  əsərin  baş  qəhrəmanı  Arazın  xarakterini  daha  dol-
ğun vermək üçün tarixi mərhələlərdə baş verən müxtəlif 
                                                 
1
 Й.Исмайылов. «Абдулла Шаиг», Бакы, 1962, сящ.81 


 
23 
tipik hadisələrdən orijinal epizodlar seçilərək ümumiləş-
dirilir. 
 
Müəllifin «Zərbəçi» (1933) şeiri məzmun, məna 
və formasına görə tamamilə yeni ruhlu əsərlərdən sayıla 
bilər: 
 
Yerdən qanad aldım, şimşəkdən sürət, 
Günəşdən parlayış, mühitdən qüvvət. 
Məsləkim, şüarım ucadan uca, 
Mən getdim, yoldaşlar, haydı arxamca! 
 
 
Bu  əsri,  dövrü  qabaqlayan,  günəşli  gələcəyi  öz 
qadir əməyi ilə yaxınlaşdıran əmək qəhrəmanının aktual 
çağırışı, mübarizə proqramı idi. 
 
Ey sönük, əskimiş dünya, parçalan, 
Qusduğun əsarət, zəncir, ölüm, qan!− 
 
 
budur köhnə dünyaya şairin nifrəti! 
 
M.Hüseyn demişdir: «A.Şaiq lirik nəsrimizin tə-
məl daşını qoymuşdur». «Yığcam süjet, doğru və dəqiq 
bədii təsvirlər, hadisənin təbii inkişafı, mənalı dialoq və 
lirik  əhvali-ruhiyyə  onun  (A.Şaiqin  −  C.A)  hekayələri-
nin gözəl xüsusiyyətləridir» (M.İbrahimov). 
 
Onun  şeirlərində  nikbin  bir  ruh  hakim  idi.  Mir 
Cəlal  «Həpimiz  bir  günəşin  zərrəsiyiz»  (1910)  şeiri 
barədə  demişdir:  «Şairin  fikrincə,  bəşər  əslən  qardaş 
yaranmışdır. İnsanlar hamısı bir günəşin şüasından əmə-
lə  gəlmiş,  bir  ananın,  təbiətin  qoynunda  böyümüşlər. 
Dil, din, məkan, dövlət, əqidə ayrılığı və ixtilaf insanlar 
arasına  sonradan  salınmışdır.  Bunlar  insanın  təbiətinə 


 
24 
zidd,  süni  ixtilaflardır.  Şüurlu,  mədəni  insanlar  bu 
ixtilaflara  uymamalıdır.  İctimai  məhəbbət  və  bəşəri 
qardaşlıq daim insanları ümumi səadətə aparmalıdır».
1
 
 
Yerinə düşər desək ki, vaxtı ilə bu gözəl şeir əda-
lətsiz  şəkildə  tənqid  olunmuşdur;  guya  şair  sinfi  bəra-
bərsizliyi,  sinfi  mübarizələri  görmür,  hamını  bərabər, 
günəşin  zərrələri  hesab  edir  və  beləliklə  ideoloji,  hətta 
siyasi səhvə yol verir.Lakin hələ 1920-ci ildə N.Nərima-
nov  bu  əsərin  əsil  qiymətini  vermişdi.  Şairin  özü  deyir 
ki,  N.Nərimanovla görüşlərdən birində o  mənə belə bir 
sual verdi:  
 
−  «Mirzə,  «Hamımız  bir  günəşin  zərrəsiyiz» 
mənzuməsini neçənci ildə yazmısınız? 
 
−1908-ci ildə, − deyə cavab verdim. 
 
− Sən elə o vaxtdan beynəlmiləlçisən. Bizim fir-
qəyə daxil ol, sənə elə həmin ildən firqə bileti verdirim. 
 
Bu sözləri mənə göstərilən etimad kimi qəbul et-
dim».
2
 
 
Abdulla Şaiqin yaradıcılığı çox genişdir. O, ədə-
biyyatın  bütün  janrlarında  və  növlərində  öz  qüvvəsini 
sınamış  və  hamısında  həqiqi  ilhamının  nəfəsi  duyulan 
əsərlər yaratmışdır. Ədibin şeiri, nəsri və dramaturgiya-
sında bir neçə nəslin sevə-sevə oxuduğu, zamanın imta-
hanından çıxmış və yüksək bədii zövq mənbəyi olan nü-
munələr  çoxdur.  Nəhayət,  Abdulla  Şaiq  Azərbaycan 
ədəbiyyatının çox çətin və nisbətən cavan olan bir sahə-
sində hamıdan artıq, hamıdan məhsuldar və  keyfiyyətli 
çalışmışdır və çalışmaqdadır. Bu sahə − uşaq ədəbiyya-
                                                 
1
 «Шаиганя йад ет» Бакы, Эянълик, 1981, сящ.84 
2
 «Хатиряляр», Бакы, 1973, сящ.318-319 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə