Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   2   3   4   5   6   7   8   9   ...   46

 
25 
tıdır. Abdulla Şaiqin müxtəlif yaşlı uşaqlar üçün yazdığı 
bir  çox  əsərlər  bizim  milli  ədəbiyyatımızda  misli  və 
bərabəri  olmayan  ən  gözəl  nümunələrdir  (M.İbrahi-
mov). 
 
«Sizi  yaxından  tanıyanlar  yaratdığınız  əsərlərlə 
şəxsiyyətiniz  arasında  qəribə  bir  uyğunluq  olduğunu 
görürdülər...Siz  öz  mənəvi  ülviyyətinizlə  nadir  adam-
sınız. Siz gənc nəslimiz üçün bir örnək olmağa layiqsi-
niz...Heyf  ki,  bizdə  hələ  ziyalılarımızın  həyatını  və  gö-
zəl  xüsusiyyətlərini  real  surətdə  əks  etdirən  romanlar 
yoxdur. Amma olacaqdır və ustad romançı qələmi Sizi, 
heç şübhəsiz, bir qəhrəman kimi təsvir edəcəkdir».
1
 
 
«Çoxları Şaiqi yalnız uşaq şairi hesab edirdi. Hə-
lə cocuqlara məxsus yazdığı əsərciklərində belə bir təsir 
buraxmışdı  ki,  Şaiq  artıq  cocuq  ədəbiyyatı  şairi  olaraq 
qalacaqdır. Fəqət 1915-ci ilin son baharında Şaiqə şəhər 
bağında  təsadüf  etdim.Yay  səyahətindən  yenicə  qayıt-
mışdı.  Uzun-uzadı  görüşdük.  Yeni  yazdığı  «Şair  və 
qadın» mənzum pyesini mənə oxudu, fikrimi dəyişdim. 
Şaiq yalnız cocuq ədəbiyyatı şairi deyil, yeni ədəbiyya-
tımızın  mühüm  bir  rüknü  olmaq  hissini  mənə  verdi» 
(S.Hüseyn). 
 
Yeni təşkil edilmiş ali məktəblərdə – Ali pedaqo-
ji institutda, Dövlət Universitetində keçilməyə başlayan 
Azərbaycan  ədəbiyyatı  kursunu  yaratmaq  da  qismən 
Abdulla  Şaiqin  üzərinə  düşmüşdü.  Vaxt  gözləmirdi. 
Auditoriyalara girib ana dilində mühazirə dinləmək istə-
yən tələbələrə möhkəm proqram əsasında ədəbiyyat ta-
rixi demək lazım idi. Abdulla Şaiq bu ağır vəzifənin öh-
                                                 
1
 М.Ариф. «Шаиганя йад ет», Бакы, 1981, сящ.23 


 
26 
dəsindən gəldi. Doğrudur, bu işdə onun Əbdürrəhimbəy 
Haqverdiyev  və  Hüseyn  Cavid  kimi  köməkçiləri  vardı, 
lakin  ağırlıq  yenə  Şaiqin  üzərinə  düşürdü,  çünki  o, 
Azərbaycan ədəbiyyatı sahəsində mütəxəssis hesab olu-
nurdu (Məmməd Arif). 
 
«Zəif  vücudumla,  gücə-gündüz  çarpışaraq  yox-
luqlardan  bir  varlıq  yaratmalı idim... Bir  tərəfdən  müx-
təlif proqramlar yazıb Maarif Komissarlığında təsdiq et-
dirir,  bir  tərəfdən  ədəbiyyata  məxsus  dərsliklər  tərtib 
edir, bir tərəfdən də ədəbiyyat tarixi və ədəbiyyat nəzə-
riyyəsinə dair elmi materiallar hazırlayırdım. Gənc nəs-
limizə geniş məlumat vermək üçün gecəyarıya qədər ça-
lışırdım».
1
 
 
Yazıçı  Seyid  Hüseyn    yazmışdı:  «Məhəmməd 
Hadi özünün gurultulu, təmtəraqlı, Sabir həzl və məzhə-
kəvi  şeirləri  ilə  əski  ədəbiyyatı  əsasından  yıxıb,  onun 
yerində yeni binanı tikdilər. Yeni ədəbiyyatın təməl da-
şını qoyanlardan birisi Abdulla Şaiqdir». 
 
Ədibin  yaradıcılıq  üslubu  barədə  akademik 
M.Arif  yazmışdır:  «XX  əsr  Azərbaycan  romantiklərin-
dən heç kəs, nə Hadi, nə Səhhət, nə də Cavid realizmə 
Şaiq qədər yaxın olmamışdır. Bu baxımdan ancaq gənc 
Cabbarlı öz müəllimi Şaiqə çox oxşayırdı». 
 
Azərbaycan  ədəbiyyatındakı  «mütərəqqi  roman-
tizm  bir  yaradıcılıq  metodu  və  bir  ədəbi  cərəyan  kimi 
realizmdən fərqlənsə də, realizmə qarşı durmurdu, əksi-
nə, ona rəğbət bəsləyir, ondan müsbət mənada təsirlənir-
di. XX əsr Azərbaycan romantizmi ilə Azərbaycan rea-
lizmi arasındakı uçurum Çin səddi olmamışdır».
2
 
                                                 
1
 А.Шаиг. Хатирялярим. Бакы, 1973, сящ.318 
2
 М.Ъяфяр. Азярбайъан ядябиййатында романтизм, Бакы, 1961, 
сящ.24,31 


 
27 
 
A.Şaiqin  «Füyuzat»  və  «Molla  Nəsrəddin»  ara-
sındakı  tərəddüdləri  1-ciyə  meyldə  mücərrəd-romantik 
əsərlərin yaranmasına səbəb olursa, demokratik, bəşəri, 
xalq  həyatına  bağlı,  xəlqi  əsərlərin  yaranması  2-ciyə 
rəğbəti,  onun  təsiri  ilə  izah  olunmalıdır.  M.İbrahimov 
yazır: «O, bu iki bir-birinə tamamilə zidd ədəbi cərəyan 
arasında təzadlı və həyəcanlı hallar keçirir».
1
 
 
Ona görə də onun üslubunda bir eklektizm, qarı-
şıqlıq özünü göstərir. Professor Ə.Sultanlı bu barədə ya-
zır:  «A.Şaiqin  üslubu  vahid  bir  istiqamətdə  inkişaf  et-
mir».
2
 Görkəmli ədəbiyyatşünas bu hökmü ədibin yara-
dıcılığının ilk illərinə şamil edir. Doğrudan da bu zaman 
o  həm  romantik,  həm  də  realist  idi.  «Niyə  uçdu?» 
(1907),  «Bir  ulduza»  (1909),  «Həpimiz  bir  günəşin 
zərrəsiyiz»  (1910),  «İdeal  və  insanlıq»  (1914),  «İblisin 
hüzurunda» (1915) və s. göstərmək olar. 
 
«İdeal və insanlıq» birpərdəli mənzum dramı bu-
nu aydın göstərir. Buradakı İnsanlıq, İdeal, Ədalət, Mər-
həmət; Zülm, Fəlakət, Şeytan və s. mücərrəd-romantik, 
simvolik surətlərdir. 
 
Lakin  onun  realist,  nikbin  zəminəyə  bağlı,  sər-
rast,  uzaqvuran  şeirləri,  əsərləri  də  var  idi.  «Hər  şey 
köhnə» (1909), «Parçalar» (1908), «İrəli» (1914): 
 
Budur, ey vah, baisi– ələmim: 
Vətəni görmədim məramımca! 
«Zamanın inqilabçılarına»: 
İrəli, qəhrəmanlarım, irəli! 
                                                 
1
 А.Шаиг. Сечилмиш ясярляри. Mцгяддимя, Бакы, 1936, сящ.10 
2
 Я.Султанлы. А.Шаиг. «Ядябиййат мяъмуяси», V ъ., Бакы, 1949, 
сящ.24 


 
28 
 
 
Deməli,  hər  iki  istiqamət:  realist,  romantik  – 
paralel şəkildə davam edir. 
 
A.Şaiq M.Cəlilin təsiri altında satiraya da rəğbət 
bəsləyirdi. «Aldanma» (1912), «Əkinçi və xan» (1913). 
Bu  şeirlər  şairin  uzun  axtarışlarının  nəticəsi  idi.  Bunlar 
şairin xalqın taleyi ilə qovuşduğunu göstərir. 
 
Ədibin  nəsrinin  şah  əsərləri:  «Məktub  yetişmə-
di»,  «Köç»,  «Əsrimizin  qəhrəmanları»  və  nəhayət, 
«Araz»  romanıdır.  Bütün  tədqiqatçılar  bu  fikirdədirlər 
ki,  ədibin  nəsrində  ictimai  motivlər  daha  güclü,  realist 
təsvirlər daha aparıcıdırlar, həyatla, mübarizə ilə bağlılıq 
daha  dolğundur.  Belə  əsərlərdə  onun  qələmi  daha 
sərrast  və  kəskindir.  Vəli  Hacıoğlu  demişdir:  «Şaiq  – 
deyildimi, fikrimizdə böyük bir bina doğur». 
 
«Nişanlı  qız»  V.M.Vasnetsovun  «Alyonuşka» 
rəsm lövhəsinin təsiri ilə yazılmışdır (1908). Onun üslu-
buna misal olaraq iqtibas etdiyi bir şeiri burada gətirmək 
olar: 
 
Müzlüm gecədə nişanlı bir qız 
Bir hüznü-ələm içində yalnız, 
...Barmaqda nişan üzüklə iştə – 
Oynar, edər ah ol fəriştə, 
Fəryadlı qəmli-qəmli ağlar, 
Həp  naləsi kainatı dağlar. 
 
 
Böyük  demokrat  Mirzə  Cəlil  şeirin  adını  eynilə 
saxlamaqla  bir  felyeton  yazaraq  mənzumənin  təhlilini 
verməyə  çalışmışdır.  («Molla  Nəsrəddin»,  1910,  2-ci 
nömrə).  Budur  onun  təqdimində  həmin  əsərin  qısaca, 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə