Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   2   3   4   5   6   7   8   9   10   ...   46

 
29 
bədii,  bir  qədər  də  satirik  tərzdə  təhlili:  «  Nişanlı  qız 
ağlaya-ağlaya deyir ki, ey mənim qara bəxtim, nə olardı 
ki,  mən  anadan  olaydım  Firəngistan  şəhərlərindən 
birində,  atamın  adı  olaydı  Fridrix,  anamın  adı  olaydı 
Avqustina,  mənim  adım  olaydı  Mariya?  Nə  olardı  ki, 
dünyanı  işıqlandıran  günün  üzünə  hərdənbir  baxmış 
olaydım  və  ata-anam  məni  qoca  kişiyə  vermək 
istəyəndə  bir  söz  danışmağa  ixtiyarım  olaydı?  Ey 
mənim  qara  bəxtim,  nə  olaydı  ki,  milyonlarca  yazılan 
kitablardan ikicəciyini oxumuş olaydım və biləydim ki, 
dünyaya nədən ötrü gəlmişik». 
 
Əziz  Mirəhmədov  böyük  ədibin  bu  təhlilini 
«ədəbiyyat aləmində orijinal bir səsləşmə, realist Mirzə 
Cəlillə  romantik  Şaiq  arasında  ideya-mövzu  yaxınlığı-
nın kiçik, lakin olduqca mənalı bir təzahürü» adlandırır.
1
 
 
A.Şaiqin  tənqidçi,  ədəbiyyatşünas  və  ədəbiyyat 
tarixçisi  kimi  də  xidmətləri  olmuşdur.  Onun  ədəbiyyat 
tarixi,  folklor  və  müasir  ədəbiyyat,  habelə  nəzəriyyə 
məsələlərinə aid  çoxlu  əsərləri  vardır.  Məsələn, klassik 
ədəbiyyat barədə yazmışdır: «...Xaqani və Nizami kimi 
müqtədir türk şairlərimizin fars lisanında törətdikləri bə-
diələr şərəfi...bizlərə racədir».
2
 
 
Şaiqin  müsbət  ideal  məsələsinə  münasibətlərin-
dən bəhs edən Ə.Mirəhmədov çox doğru olaraq yazır ki, 
Azərbaycan  ədəbiyyatşünasları  içərisində,  demək  olar 
ki,  birinci  dəfə  A.Şaiq  Axundov  satirasında  müsbət 
ideal  məsələsinə  dair  nəzəri  fikirlər  ortaya  atmışdır. 
A.Şaiqin  klassik  ədəbiyyata  verdiyi  qiymət  əsl  meyar 
                                                 
1
 «Шаиганя йад ет», Бакы, Эянълик, сящ.147 
2
 «Игбал», 21 октйабр, 1913 


 
30 
sayılır:  «Mirzə  Fətəli  türk  tarixi-ədəbiyyatında  birinci 
realist  yazıçıdır  ki,  əsərlərində  həqiqəti,  həyatı  olduğu 
kimi göstərir.»
1
 
 
Bu  qeydləri  şair  B.Vahabzadənin  misraları  ilə 
bitirmək yerinə düşərdi: 
 
 
Yerə kök atmayan qalxıb ucalmaz, 
Sözlərin gücünü torpaqdan aldı. 
Ulduzlar batanda izi də qalmaz, 
Sən batdın, 
Şəfəqin dünyada qaldı. 
Keçər qərinələr, 
Ötər neçə il, 
Həmişə yaz olar sənət bağında, 
Sözlərin gəzəcək nəsilbənəsil 
Körpə balaların gül dodağında. 
                                                 
1
 «Маариф вя мядяниййят» журналы, Бакы, 1924, 4-ъц нюмря 


 
31 
 
 
 
 
 
 
II  ЩИССЯ 
 
 
ЪЯЛАЛ АБДУЛЛАЙЕВ, 
АЛГЫШ ЩЯСЯНОЬЛУ
 
 
Щцсейн Ъавид 
 
 


 
32 
 
 
 
 
ÖN SÖZ ƏVƏZI 
 
XX  əsr  ictimai  fikir  tarixində  görkəmli  yer  tutan, 
romantik dramaturgiya saһəsində ədəbi məktəb yaradan 
Hüseyn  Cavid  böyük  və  zəngin  ədəbi  irs  qoyub 
getmişdir.  Onun  bütöv  bir  silsilə  təşkil  edən  ictimai-
siyasi, fəlsəfi və məһəbbətə dair şeirləri, nəzm və nəsrlə 
yazılmış, kəskin konflikt və münaqişə xətləri ilə seçilən 
dramatik  əsərləri  fəlsəfi  dərinliyi,  problematikasının 
siqləti  baxımından  Şekspir  yaradıcılığı  ilə  müqayisə 
edilə  bilər.  Ədibin  şeirlərində  qüvvətli  lirizmlə  yanaşı 
dərin  dramatizm  də  vardır.  Böyük  sənətkarın  һələ  ilk 
dram  əsərləri  olan  «Ana»  və  «Maral»dan  başlayaraq 
diqqətini  һəmişə  bəşəri  problemlər  cəlb  edirdi.  O,  ən 
çox  kəskin,  barışmaz  ziddiyyətlər  üzərində  qurulan 
konfliktlər  seçir  və  bədii-fəlsəfi  cəһətdən  ümu-
miləşdirməyə  çalışırdı.  H.Cavid  һətta  ailə-məişət 
mövzusunda  yazdığı  əsərlərdə  belə  һəmin  mövqedə 
durur,  «xarakterlərin  müһüm  ictimai  məzmuna  malik 
olmasına» (M.Cəfər) səy göstərirdi. 
Bəşər tarixində baş verən faciələr şairi  yaradıcılı-
ğının  ilk  dövründən  başlayaraq  son  əsərlərinə  qədər 
daim  düşündürmüşdü.  H.Cavid əzənlə əzilənlər arasın-
dakı  barışmaz  ziddiyyətləri  erkən  yaşlarında  duymuş, 
ədalətsizliyi,  istismarı,  zorakılığı,  bir  sözlə,  insanın 
һəyatını  zəһərləyən  һər  şeyi  pisləmiş,  tənqid  etmişdir. 


 
33 
Həm  də  bu  tənqid  və  inkar  mücərrəd  mövqedən, 
ümumiyyətlə,  pisliyə,  yamanlığa,  mənfiliyə,  şərə  qarşı 
mübarizə  mövqeyindən  aparılır,  һəyat  ziddiyyətlərinin 
konkret һüdudları, tərəfləri açıb göstərilməklə yaranırdı. 
Bu  sözləri,  ümumiyyətlə,  Azərbaycan  ədəbiyya-
tında һeca vəzni ilə yazılan ilk mənzum dram (M.Cəfər) 
olan «Ana» һaqqında da demək olar. 
Ədibin  yaradıcılığının  zəngin  cəbbəxanasına  diq-
qətlə yanaşılsa, dərһal görünür ki, xarakterlər, problem-
lər,  gərgin  dramatizm  Cavid  dramaturgiyasını  şərtlən-
dirən cəһətlərdir. Bu xüsusiyyətləri, demək olar ki, şair-
dramaturqun bütün əsərlərində izləmək mümkündür. Bu 
əsərlərdə XIX əsr Azərbaycan dramaturgiyasının səmə-
rəli təsiri də açıq һiss olunurdu. Müsbət qəһrəmanların 
faciəsi  bizə  keçən  əsrin  maarifçi  ziyalılarının  faciəsini 
xatırladırdı. Bu təsir, əlbəttə, xeyirxaһ vərəsəlik yaradıcı 
şəkildə özünü göstərdi. Bu, ondan irəli gəlirdi ki, H.Ca-
vid  bütün  dünya  ədəbiyyatının  klassik  ənənələrini  mə-
nimsəməklə  bərabər,  daһa  çox  və  əsas  etibarilə  milli 
ədəbi  zəmində  dayanırdı.  Ona  görə  böyük  şair  və  dra-
maturqun əsərlərindəki oxşar cəһətlər, bəzən isə eynilik-
lər  onun  böyük  sələfləri  olan  M.F.Axundov,  N.B.Və-
zirov, Ə.B.Haqverdiyev, C.Məmmədquluzadə və başqa-
larının mütərəqqi ənənələrindən gəlirdi. Bu təsirləri öy-
rənmək  üçün  xüsusi  tədqiqat  əsərlərinə  indi  böyük  bir 
eһtiyac duyulmaqdadır. Bundan əlavə, indi Cavidşünas-
lıq  onun  özünün  sonrakı  xələflərə  təsiri  məsələsini  də 
tədqiqatın mərkəzinə çəkməlidir. Ədibin yaradıcılığının 
ikinci dövrü müһaribəyə, istismara, zülmə qarşı mübari-


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə