Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

58 
 

 
Dost dosta tən gərək... 
(Azərbaycan atalar sözü) 
 
Elxan Könüldən cavab gözlədiyi halda doktor Orxan-
dan zəng gəldi: 
– Salam Elxan. Necəsən? 
– Təşəkkür edirəm, həkim, salamatam. 
–  Uzatmayacam.  Sənə  bir  sual  verim.  Sən  gecədən  bəri  düz 
beş dəfə Könülə mesaj yazmısan. Xəstəsən? 
Elxan tutuldu. 
– Nicatla bağlı danışmaq istəyirəm. 
– Yaxşı görək. Nicatla bağlı danışmaq istəyirsənsə, bir mesaj 
kifayətdir.  Qır-saqqız  olub  gijdıllağlıq  eləmə.  Bu  nə  mesajdı 
yazmısan? – “Gözəlim, mənə Nicatdan danışmalısan. Danış-
masan,  öz  bildiyim  kimi  yazacağam.  Bu  da,  yəqin  sənə  sərf 
eləməz” . Yox bir, “Mənə bir az ondan danış”... 
Yazıq qızın başına gələnlər azdı ki, sən də onu təhdid 
edirsən?  
– Nə təhdid etmək? Sadəcə istəyirəm ki, danışsın – Elxan mı-
zıldandı. 
– Yaxşı, sırtıqlıq eləmə. Yazıçıya yaraşmaz bu cür münasibət. 
İnsan kimi zəng elə, görüş. Girişməyə ehtiyac yoxdu. Könül 
onsuz  da  barda  işləyir  və  pul  müqabiləndə  istənilən  kişi  ilə 
görüşür. Yəni belə axmaq mesajlardan qorxacaq qadınlardan 
deyil. 
– Bayaq deyirdin ki, “yazıq qız...” 
– Fahişəlik eləsə də, dünyasını dəyişən dostumuzun sevgili-
sidi. Yox, əgər qeyrətin götürmürsə, get öldür. Əgər yatmaq 


59 
 
istəyirsənsə, adam kimi pulunu ver yat. Yaxşı oğlan belə hə-
rəkət eləməz... 
– Hansı oğlan? 
– Sikdir! 
Elxan  telefonu  sağollaşmadan  bir  kənara  tullayıb, 
doktoru söydü: 
– Get rədd ol, xiyarın biri xiyar. 4-5 dənə yazını oxuyub, ya-
zarın psixoloji durumunu izah edə bilmir, mənə ağıl öyrədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


60 
 
10 
 
"Qadının sevmədiyi kişiyə  
heç vaxt yazığı gəlməz" 
 
Viktor Hüqo 
 
Könül  saunadan  kefsiz  çıxmışdı.  Onu  müştərilərlə 
birlikdə  saunaya  aparan  taksi  indi  zəng  gözləyirdi.    Dərnə-
gül yolunda yerləşən saunadan çıxıb, küçə  lampalarının işı-
ğında addımlamağa başladı. Sonra nə fikirləşdisə, taksi sürü-
cüsünə zəng elədi: 
– Hardasan? 
– Saunaya çatıram. 
– Saunanı keçən kimi, birinci dayanacaqdayam. Bir az gəziş-
mək istədim. 
– 10 dəqiqəyə ordayam. 
 
Könül  taksini  gözləyə-gözləyə  bir  siqaret  yandırdı. 
Yanında  saxlayıb,  şit-şit  söz  atan  sürücülərə  fikir  vermədən 
Nicatla  keçirdiyi xoş günləri xəyalında canlandırdı. Xəyallar 
onu  çox  uzaqlara  apardı.  Fikirdən  ayılanda  evə  çatmışdı. 
Taksiyə  necə  mindiyini,  dördüncü  mərtəbəyə  necə  qalxdı-
ğını  xatırlamırdı.  Nicatın  kədərli  çöhrəsi  gözünün  qabağı-
ndan getmirdi. Qapını tənbəl-tənbəl açıb içəri keçdi. Birotaq-
lı  mənzildən  həmişəki  kimi,  içki  və  siqaret  qoxusu  gəlirdi. 
İşığı yandırdı. Evdə səliqəsizlik öz qaydasındaydı. Kosmeti-
ka ləvazimatları güzgünün qarşısında pərakəndə vəziyyətdə 
idi.  Fen  yemək  stolunun  üstünə  atılıb  qalmış,  evin  bir  kün-
cündəki kreslonun üstünə çirkli paltarlar qalaqlanmışdı. Üç-
dörd gün bundan  əvvəl içilmiş pivə şüşələrindən üfunət iyi 


61 
 
gəlirdi.  Çirkli  çəngəllər,  qaşıqlar  və  boşqablar  yığılıb  qal-
mışdı. Könül həvəssiz şəkildə əl çantasını boş kreslonun üs-
tünə atıb dağınıq yatağa çökdü. Divarın hər tərəfinə Nicatın 
şəkilləri vurulmuşdu. Laqeydliklə yerindən qalxıb pəncərəni 
açdı. Amansız mart soyuğu acgözlüklə çılpaq çiyinlərini ya-
ladı.  Yerinə  qayıdıb  siqaret  yandırdı  və  Nicatın  şəkillərinə 
baxmağa başladı. O heç bir fotoda gülmürdü. Heç gülümsə-
yən    fotosu  da  yoxdu.  Könülün  gözlərində  yaş  parıldadı. 
Evin  səliqəsiz  halı  da  Nicatı  xatırladırdı.  Nicat  onun  evinə 
nadir hallarda gələr, gələndə də evi səliqəsiz saxladığı üçün 
ona əsəbiləşərdi.  
 
Boş-boş danışma mən ölüm, guya şair səliqəliydi? Pintinin 
yekəsi idi, vicdan haqqı. 
 
Qeyri-ixtiyari ayağa qalxıb evi səliqəyə salmağa baş-
ladı. Əvvəlcə çirkili qabları mətbəxə daşıdı, küncdəki kreslo-
nun  üstündə  qalaqlanmış  kirli  paltarları  paltaryuyana  dol-
durub, işə saldı. Tozsoranla xalçanı təmizlədi, evi iki dəfə sil-
di.  Yataqdakı  çirkli  mələfələri  tərtəmiz,  qar  kimi  bəyaz  mə-
ləfələrlə  əvəzlədi.  Evi  əməlli-başlı  sahmana  salandan  sonra 
kompüterin  tozunu  silib,  açdı.  Yutubdan  Nicatla  birlikdə 
dinlədiyi mahnılardan birini – Ray Charles “I got a woman” 
–  mahnısını  tapdı.  Ray  Charles  Nicatın  sevimli  müğənnilə-
rindəndi.  Evdə  hənirtinin  olması  onu  daha  da  ürəkləndir-
mişdi. İndi daha həvəslə və şövqlə işləyirdi. Dəhlizi, hamamı 
təmizlədi,  çaydanı  doldurub  qazın  üstünə  qoydu,  çayniki 
yuyub quruladı, çay dəmlədi.  
Gecədən  içdiyi  içkinin  tamı  ürəyini  bulandırdı.  Ha-
mama keçib gözlərindən yaş gələnə qədər öyüdü, üzünü yu-
maq üçün suyu açdı. Güzgüdə özünə baxanda dəhşətə gəldi. 


62 
 
Gözləri  dibsiz  quyuya  bənzəyirdi.  Dişlərini  fırçalayandan 
sonra  çay  süzdü.  Bu  dəfə  Ray  Charles-dan  “What'd  I  Say” 
mahnısını  açdı  və  kresloya  çökdü.  Evdəki  təmizlik  onu  əv-
vəlki günlərə apardı. Nə vaxtsa ev işlərini canla-başla görən, 
yemək bişirib paltar yuyan sadə bir qadın olduğu günlər çox 
uzaqdaydı.    Nicatın  sözlərini  xatırladı:  “Qadının  həyatında 
hər  şeyin  yolunda  getdiyini  onun  təmizliyindən  anlamaq 
olar, əgər natəmizsənsə, deməli, nələrsə yolunda deyil”. 
Boğazı  qəhərdən  tıxandı.  “Heç  nə  yolunda  deyil  Ni-
cat.  Məni  qoruya  bilmədin.  Heç  özüm  də  özümü  qorumaq 
istəmədim.  İndi  adidən  də  adi  fahişəyəm.  İndi  bardan  evə 
yorğun  qayıdıb  səni  dinləmədiyim  üçün  əzab  çəkirəm.  Kaş 
ki, sağ olaydın, məni uşaq kimi danlayaydın. İnan ki, o gün-
lərə  bircə  anlıq  qayıtmaq  üçün  bütün  həyatımdan,  ya-
şadıqlarımdan imtina etməyə hazıram. Nə pul, nə bahalı ge-
yimlər,  nə  də  gözqamaşdıran  dəbdəbəli  yaşam  tərzi  sənin 
kasıb  sevgini  əvəz  eləmir.  Bilmədim  sənli  günlərimin  qəd-
rini, bilmədim”.  
Dodağını dişlərinin arasında bərk-bərk sıxıb ağlama-
mağa cəhd elədi. Mahnı qurtaran kimi, siqaret yandırdı. Ey-
vandan  sökülən  dan  yerinə,  qızaran  buludlara  baxdı.  Saata 
baxdı –  7-yə beş dəqiqə qalırdı. Nicat hər gün avtomatik ola-
raq  bu  vaxtda  qalxır,  əl-üzünü  yumamış  kofe  hazırlayardı. 
Yarıyuxlu kompüteri açıb sosial şəbəkələrə, saytlara göz atır-
dı. Eh Nicat, Nicat... 
Məhəccərə  söykənib,  qutudan  növbəti  siqareti  çıxar-
dı.  Tüstü boğazını yandırırdı. İndi yadına düşdü ki, dünən 
axşamüstü yediyi yeməyin üstündədir. Mətbəxə keçib soyu-
muş  çayını  təzələdi.  Soyuducunu  açıb    meyvə  çıxardı.  Aya-
qüstü  sərin  meyvələrin  hərəsindən  bir  az  dadıb  ağzındakı 
acılığın  keçməsini  gözlədi.  Yavaş-yavaş  özünə  gəldi  və  hiss 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə