Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   2   3   4   5   6   7   8   9   ...   39


 
Başqa bir filmdə atılmış sevgilini də oynamaq varmış 
qismətdə...  Mən  həmişə  tənhayam,  yalqızam.  Kədərliyəm 
hər  gün.  İçimdə  qəribə  təlatüm,  anlaşılmaz  fırtınalar  olur. 
Bəzən kədərli ovqatım üzündən təkliyə məhkum olduğumu 
da anlayıram. Başqa bir filmdə zarafatcıl, şən və deyib-gülən 
oğlanı oynayacam. Təkliyin və tərk edənlərin acığına... 
Əgər həyat bu rolu mənə etibar etsə...” 
Psixiatr Orxan şair Nicat Aslanın son yazısını oxuya-
oxuya otaqda var-gəl edirdi. Yazılarının hansındasa Nicatın 
ölüm  səbəblərinə  işarə  olacağından  əmin  idi.  Başa  düşürdü 
ki, bütün həyatını yazıya bağlayan Nicatın ölümünün səbəb-
lərini  yazdıqlarında  və  yaşadıqlarında  axtarmaq  lazımdır. 
Doktor Nicatın ölümünün adi bir intihar hadisəsi olmadığını 
hiss edirdi. Orxandan fərqli olaraq prokurorluq Nicatın ölü-
münü intihar hesab etmişdi. Bunun üçün səbəbləri də vardı-
Nicatın,  yaşam  tərzi,  içkiyə  aludə  olması,  dəfələrlə  onu  gü-
lünc  vəziyyətə  salan  uğursuz  intihar  cəhdləri...  Hələ 
ortalıqda  ağacdan  asılmış  və  üzərində  heç  bir  zorakılıq  əla-
məti  olmayan  cəsəd  də  vardı.  Üstəlik  Nicat  intihar  cəhdləri 
haqqında  kiçik  yazılar  yazıb,  ədəbiyyat  saytlarının  birində 
çap etdirmişdi. Bunlar cinayət işinə də əlavə edilmişdi. Nica-
tın kirayə qaldığı evdən tapılan məktub, ağacdan asılmış cə-
səd bütün şübhələri aydınlığa çıxarırdı. İntihar! 
Məktub deyəndə ki... Nicatın intihardan əvvəl yazdı-
ğı məktubda qanla cəmi bir neçə söz yazılıb: 
 
“Ölüm mükəmməl sondur. Mükəmməli seçirəm.”  
 
Bütün bunlara baxmayaraq Nicatın intiharındakı qə-
ribə  detalların  çoxluğu  Orxanda  şübhələr  yaradırdı.  İntihar 
yeri  və  vaxtı,  damarını  kəsib  qanla  yazdığı  məktub  Orxanı 



 
şübhələndirirdi.  Niyə  belə  hoqqabazlıqla  ölməli  idi  Nicat? 
Orxan  Nicatın  həm  dostu,  həm  də  həkimi  idi.  Nicatı  yaxşı 
tanıyırdı.  Onun  keçmiş  xəstəsi  intihara  meyilli,  həyatdan 
küskün  olsa  da,  özünü  öldürə  bilməzdi.  Buna  cəsarəti 
çatmazdı.  Nicatın  ən  depressiv,  bezgin  anlarında  Orxan 
əminliklə  öz-özünə  pıçıldayırdı:  “Sən  bu  xəstə  vücudunda, 
yorğun  beynində  o  qədər  həyat  eşqi  daşıyırsan  ki,  heç  vaxt 
özünü öldürə bilməzsən”.  
... Orxan gənc olsa da pasiyentlərinin sayı çox idi. Son 
vaxtlar ədəbi-mədəni çevrədə tanınması yaradıcılıqla məşğul 
olan  xəstələrinin  sayına  xeyli  təsir  etmişdi.  Pasiyentləri  ara-
sında  yazıçı,  şair,  rəssam,  aktyor,  rejissor  və  hətta  oxumaq-
dan  imtina  etmiş  istedadlı  opera  müğənnisi  və  artıq  peşə-
sindən  zövq  ala  bilməyən  saksafon  ifaçısı  da  vardı.  Orxan 
həlim səsi, sakitləşdirici baxışları, pasiyentinin daxili dünya-
sına  yol  tapan  mehribanlığı  və  yaradıcı  adamlardan  pul  al-
mamasıyla çoxlarını maqnit kimi  özünə çəkirdi. 
Yeri gəlmişkən şəxsən mən əminəm ki, aldığı beş-on 
manat  qonorarı  arağa  verib  tuluğunu  dolduran  yaradıcı 
adamların  Orxanın  yanına  qaçmasının  əsas  səbəbi  pulsuz 
müayinə  idi.  Yaşadıqları  mühit  o  qədər  iyrəncdir  ki,  düşü-
nən, yazan, yaradan hər kəs narahatlıq keçirir.  
Psixiatr Orxan bu durumla bağlı tez-tez belə deyirdi: 
“Ölkədəki  iyrənc  siyasi  hakimiyyət,  tayfabaz  rejim  kütləvi 
psixoza münbit şərait yaradıb”.  Hər dəfə bu fikri deyəndən 
sonra öz təsbitinə, peşəsini bir kənara qoyub ağır siyasi şərh-
lər verməsinə özü də gülürdü. 
İntiharların  sayı  sürətlə  artırdı.  Hər  gün  qəzetlərin 
kriminal  səhifəsini  intihar  xəbərləri  bəzəyirdi.  Yox,  Nicat 
kütləvi psixozun qurbanlarından sayıla bilməzdi. Axı o özü 



 
var gücü ilə kütləvi psixozla mübarizə aparırdı. Yazırdı, da-
nışırdı. İnsanlara çıxış yolu göstərməyə çalışırdı. 
 
O dolanışıq, pul qazanmaq dərdində deyildi. Pis qa-
zanmırdı.  Çox  da  qazanmırdı.  Amma  məsələ  budur  ki,  ac 
qasa da, intihar etməzdi Nicat.  
“Görünür  Nicatın ölümündə hamının gözündən qa-
çan xırda detallar var. Bizim cinayət-axtarış sistemi belə de-
tallara diqqət yetirmir. Kefləri belə istəyir. Bizimkilər sadəcə 
cinayət  işini  bağlamaqda  peşəkarlaşıblar.  Nicatın  bloq  yazı-
larında  və  şeirlərində  hakimiyyəti  söyməsi,  təhqir  eləməsi 
hakim  dairələrin  onun ölümünə  sevinməsinə  əsas  verir.  La-
zımsız  problemin  biri  də  öz-özünə  həll  olunub.  Necə  olsa 
“yaramaz”ın biri  də azalıb. Müstəntiq adətən belə hadisələr 
haqqında  uzun-uzadı  araşdırma  aparmır.  Cinayət  işini  bağ-
lamaq daha sərfəlidir. Təhqiqat aparmaq, ölümün əsl səbəb-
lərini  tapmaq  vaxt  aparan  məsələlərdir.  Polisin  isə  daha 
ciddi işləri var. Ölkədə az qala hər gün üsyan ocaqları yara-
nır.  Polisin  işi  və  vəzifəsi  bu  üsyanları  amansızcasına  ya-
tırmaqdır. Bizdə polis mitinqiçiləri döymək, sürümək, ayaq-
lamaq,  onlara  rezin  güllə,  qaz  qumbarası  atmaq  üçün  ye-
tişdirilib.  Hüququ  pulla  oxuyan  adam  cinayəti  necə  aça  bi-
lər? 
Universiteti    “papa  şotuna”(allah  haqqı,  yaxşı  oğlan 
üçün bu çox ağır söhbətdi)  bitirən  müstəntiq  olsa-olsa  hansısa 
dələduzu dolaşdırıb ondan pul qopardar, ya da hansısa mü-
xalifətçi gəncin cibinə bir büküm nəşə atıb üzünə durar. Day 
belə binəva, biinsaf, bimürvət müstəntiq çətin açılan cinayət 
işlərinə baş sındıra bilməz ki...” 
Doktor Orxan otaqda var-gəl eləyib bütün bu hadisə-
ləri çözmək üçün ipucu axtarırdı. O, xəfiyyə deyildi və məhz 
bu  anda    detektiv  romanın  qəhrəmanı  kimi  görünmək  heç 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə