Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   31   32   33   34   35   36   37   38   39

156 
 
İlk dəfə o gecə hara getdiyimi bilmədən saatlarla do-
laşdım küçələri. Heç kəsin səmaya baxmadığı xəyanət qoxu-
lu  şəhərdə,  bütün  ümidlərimi  şüşə  kimi  daşa  çırpıb  çiliklə-
yən o qadının baxışlarını axtardım səmada. 
O gecə başa düşdüm ki, insan iztirablarını dilə gətirə 
bilmədiyi üçün şair olur. O gecə anladım ki, daha məni heç 
kəs  aldada  bilməyəcək.  İnandım  ki,  bədbəxt  adamları  –  hə-
yatdan  heç  bir  gözləntisi  olmayan  ümidsizləri  aldatmaq 
mümkün deyil. Və bütün yaşadıqlarıma rəğmən ayaqda qal-
mağımın  yeganə  səbəbini-içimdəki  sonsuz  sevgini  bəsləyib 
böyütməyə qərar verdim... 
...Həyat öz axarında davam edirdi. Dostları artıq çox 
nadir hallarda gənc yaşında intihar etmiş şairi xatırlayırdılar. 
Hərə  bir  informasiya  agentliyində,  bir  qəzetdə,  bir  nəşriy-
yatda  başını  qatırdı.  Doğrudan  da  torpağın  üzü  soyuqmuş. 
Nicatın  ölümünə  göz  yaşı  tökən,  nekroloqlar  yazan  qələm 
dostları öz həyatlarına qaldıqları yerdən davam edirdilər. Bir 
də  nə  edə  bilərdilər  ki?  Bircə  Elxan  Daşdəmir  dözməyib  öl-
kədən  getmişdi.  Orxana  hər  dəfə  zəng  edəndə  fəlsəfi-psi-
xoloji-detektiv roman yazdığını deyir, həvəslə romandan, ro-
mandakı  qəhrəmanlardan  danışırdı.  Hər  dəfə  Orxana  eyni 
şeyi  deyirdi:  “Doktor,  bu  romanın  son  fəslini  yazmağa  sən 
kömək edəcəksən”. Şahinə bu barədə danışanda o da gülüm-
sünüb, Elxanı lağa qoymuşdu: 
–  Həqiqətən  də  əla  ideyadır.  Hətta  mən  təklif  edərdim  ki, 
ümumiyyətlə  romanı  özün  yazasan,  doktor.  Elxan  müəllim 
feysbukda  qızlara  girişməkdən  belə  sadə  işlərə  vaxt  tapa 
bilmir.  
 
...Nicatın  ölümündən  artıq  bir  il  keçirdi.  Ədəbiyyat 
saytları  Nicatın  şeirlərini  yayımlayır,  haqqında  yazılan  ya-


157 
 
zıları  yenidən  çap  edirdi.  Orxan  bütün  prosesləri  öz  mü-
şahidələri  və  araşdırmaları  əsasında  Könülün  sonuncu  söh-
bətinə uyğunlaşdıraraq qələmə almışdı. Şahin hərdən Orxanı 
çay içməyə dəvət edir, saatlarla söhbətləşir, hərdən Nicatı da 
xatırlayırdılar. Nicat yavaş-yavaş unudulurdu... 
...Könül  yenicə  tanış  olduğu  deputat  oğluyla  şəkillə-
rini feysbukda paylaşır, Hikmətə də, mənə də acıq-qıcıq ve-
rirdi.  Rusiyaya  dayısının  yanına  köçmək  arzusunun  üs-
tündən biryolluq xətt çəkmiş, taleyiylə barışmışdı. 
Könül  əslində  taleyiylə  küsülü-zad  deyildi.  İstədiyi, 
arzuladığı  həyatı  yaşamışdı  həmişə.  Ümumiyyətlə  qadınlar 
heç  vaxt  taleyi  ilə  barışmır,  qəzavü-qədərlə  məzələnirlər.  O 
da  oxşar  həyat  tərzini  seçən  bütün  qadınlar  kimi  taleyi  ilə 
oynamağı,  məzələnməyi  seçmişdi.  Kimdənsə,  hansısa  na-
məlum səbəblərə görə intiqam almağa çalışırdı... 
Polisin vəzifəsini hələ böyütməmişdilər. Deyəsən heç 
vaxt  da  böyütməyəcəkdilər.  Arvadı  yenə  də  yay  tətilində 
Antalyaya  getmək  üçün  evdə  qanqaraçılıq  salır,  Polisin  hə-
yatını  zindana  çevirirdi.  Hikmət  hərdən  Polisi  yanına  
çağırıb  danlayır,  Könüllə  bağlı  suallar  verib,  aşağılayırdı. 
Elxan  Türkiyədə  nazəndə  bir  yunan  qızı  ilə  tanış  olub,  yu-
nan dilini öyrənməyə başlamışdı. Həyatı yoluna düşmüşdü. 
Növbəti  romanını  yazır,  tezliklə  çap  etdirəcəyi  şeirlər  ki-
tabının  redaktəsi  ilə  məşğul  olurdu.  Qadınlar  və  ədəbiyyat 
onun sevimli məşğuliyyəti idi.  
Ümumiyyətlə  tüpürüm  onun  ədəbiyyatına  da,  qa-
dınlarına da, düşüncəsinə də. Belə də yazıçı olar?  
 
 Bir sözlə hamının həyatı öz qaydasındaydı. 
 


158 
 
Orxana tez-tez mesaj yazıb sonluqla bağlı təkliflərini 
öyrənirdim.  Orxan  işində-gücündə  olsa  da,  Nicatın  ölümü 
ilə bağlı versiyanı düşünür, onun öldürülməsi səhnəsini gö-
zünün  qabağında  canlandırmağa  çalışırdı...  Zarafat  deyil, 
ömründə ilk dəfə hansısa cinayət hadisəsi ilə bağlı versiyanı 
bədiiləşdirəcəkdi.  Romanın  bütün  taleyi,  yazıçı  dostunun 
bütün karyerası onun analitik təfəkküründən asılı idi.   
...  Bir  gün  hökmən  bu  səhnəni  yazacaq,  Nicatın 
ölümü  haqqında  öz  versiyası  ilə  Hikmətin  də,  Könülün  də, 
Polisin  də  düzənini  pozacaqdı.  Ancaq  hələ  də  səbirlə 
zamanını gözləyirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


159 
 
23 
 
“Əslində hər şey çox sadədir...” 
 
Nicat Aslan 
 
Orxan səbrlə e-maili açıb əvvəlcə poçt qutusunu yox-
ladı.  Sonra  “Mesaj  yaz”  bölümünə  girib  Elxan  Daşdəmirin, 
Könülün,  Hikmətin,  Şahinin,  Nicatın  yazıçı  dostlarının  və 
kriminal müxbir Fuadın, ən önəmlisi romanın müəllifinin e-
maillərini ünvan yerinə qeyd etdi. Sonra səbrlə “yüklə” düy-
məsini sıxıb kompüterdən “shairin_olumu” faylını əlavə elə-
di.  Fayl  tam  yükləndikdən  sonra  göndər  düyməsini  sıxıb, 
məktubun göndərilməsi barədə mesajı gözlədi. Birinci olaraq 
Hikmətin e-mailindən  avtomatik cavab gəldi: 
 
“Sizin ismarıcınız Hikmet Vatansevere çatmışdır. Tezlikle 
mesajınıza cavab verilecek. Tanrı Türkü qorusun!” 
 
Orxan  digər  mesajları  gözləmədi.  Komputeri  söndü-
rüb, bir siqaret yandırdı. Pəncərənin qarşısına keçib sayrışan 
ulduzlara baxmağa və dostu Nicatı düşünməyə başladı... 
Aylardır  beynini  məşğul  edən  bu  məşum  hadisədən 
qurtulmasına açıq-aydın sevinirdi. Nicatın ölümündəki gizli 
məqamları  tapmaq,  araşdırmaq,  aylarla  onu  yoran  bu  hadi-
sədən  biryolluq  xilas  olmaq  ona  asan  başa  gəlməmişdi. 
Əsəbləri  pozulmuşdu.  Həyatı  düzənindən  çıxmışdı.  Yaşıd-
ları  çoxdan  ailə-uşaq  sahibi  olsa  da,  Orxan  tələsmirdi.  “Hər 
şeydən öncə, tanış bir psixiatr yanına getməliyəm” deyə öz-
özünə düşünürdü. Dostunun ölüm hadisəsini araşdırdığı ay-
lar  ərzində  əsəblərini  qorumağa  çalışsa  da,  daxili  stabilliyi 


160 
 
pozulmuşdu.  Qarşısına  çıxan  hər  qadına  potensial  xəyanət-
kar  kimi  baxırdı.  Xüsusən  Könülün  düzənsiz,  heç  bir  izahı 
olmayan xəyanətləri onun düşüncələrini darmadağın etmiş-
di. 
...Orxanın  göndərdiyi  e-mail  Hikmətdən  də  əvvəl 
mənə çatmışdı. Belə də olmalıydı. Çünki romanın taleyi mə-
ni hamıdan çox maraqlandırırdı. Bir ildən çox idi ki, dünya-
sını  dəyişmiş  dostumun  həyatından  bəhs  edən  romanı  ta-
mamlamağa  çalışırdım,  ancaq  iş-güc,  gündəlik  qayğılar  və 
Orxanın  apardığı  araşdırma  romanı  tamamlamağa  imkan 
vermirdi. Günün böyük hissəsi heç bir mənası olmayan gün-
dəlik  yazılara  xərclənirdi.  Bu  qədər  qayğının  içində  roman 
yazmağa girişməyim, hətta günlərlə bu barədə düşünməyim 
qəhrəmanlıq sayıla bilərdi. 
 
...Sözün düzü burada heç bir qəhrəmanlıq yoxdur. Heç kəs 
məndən  roman  yazmağı  xahiş  etməmişdi.  Yazıçı  qazanclı  işlərlə 
yox,  roman  yazmaqla  məşğul  olursa,  bu  onun  öz  günahıdır.  Heç 
kəs  onun  qarşısını  kəsib,  bizneslə  məşğul  olmağına,  böyük  pullar 
qazanmağına  mane  olmurdu.  Yəni  gəlin  açıq  danışaq,  yazıçıları 
qəhrəmana çevirməyə ehtiyac varmı? Məncə yoxdur...  
 
Mesajı səbrsizliklə açıb, bir siqaret yandırdım. Yazıya 
klikləyib  mətbəxə  cumdum.  Özümə  tez-bazar  acı  qəhvə  ha-
zırlayıb geriyə qayıtdım. İndi oxumaq olardı... 
Aylarla üzərində çalışdığım roman çox sadə, heç kə-
sin  gözləmədiyi  sonluqla  bitəcəkdi.  Orxan  hər  şeyin  bu  qə-
dər  sadə  olacağına  heç  vaxt  işarə  etməmişdi.  İndi  oturub 
yazdıqlarına  göz  gəzdirdikcə,  hər  şeyin  belə  bəsit  və  sadə 
bitməsinə  təəssüf  edirdim.  Az  qala  iki  il  üzərində  işlədiyim 
yazıya nəhayət ki, Orxanın sonluğu ilə nöqtə qoyacaqdım.  


161 
 
Bütün  ağrılar  mənə,  intihar  etməyi  tez-tez  düşünən 
adama  doğma  idi.  Bütün  bunları  içimdən  keçirmiş,  xə-
yalımda  özümü  öldürmüş,  dostlarımı  və  sevgilimi  buna 
inandırmışdım.  Təkcə  Könül  bilirdi  yaşadığımı.  Hə,  Könül 
cin-şeytanla  yox,  mənimlə  sevişmişdi.  Orxan  boş  yerə  bu 
məsələnin üstündən ötüb keçməmişdi. Doğrudan da  heç bir 
paranormal hadisə baş verməmişdi.  
İntihar...  Bu  mənim  tez-tez  düşündüyüm  və  cəsarət-
sizlikdən ata bilmədiyim vacib addım idi. Bəli, bütün düşün-
düklərimdən  sonra  bu  addımı  atmağı  vacib  hesab  edirdim. 
Amma  gördüyünüz  kimi,  intihar  bu  qədər  mənasız  və  ma-
raqsız imiş... 
 
 
 


162 
 
24 
 
“Aldadılmışların qisası dəhşətli olur” 
 
Melenad 
 
 
“Şairin ölümü” 
 
Nicat qapının zənginə diksindi. Əlindəki pivə şüşə-
sini  kənara  qoyub  ağır-ağır  kreslodan  qalxdı.  Qapını  açdı. 
Gələnlər tanış idi. Könülün əri Hikmət və qardaşı Polis. Kə-
nara çəkilib onlara yol verdi. Hikmət əvvəllər də bir neçə də-
fə onun yaşadığı birotaqlı evə ərklə daxil olmuşdu. O, kres-
lonun  üstündəki  pal-paltarı kənara  itələyib  özünə  yer  elədi. 
Polis stul çəkdi. 
Nicat  qonaqlarını  yarım  saat  idi  ki,  gözləyirdi.  Gecə 
saat ikidə Hikmət zəng eləmişdi ki, “babat “şey” var, təksən-
sə  gəlim dartaq”. Uzun müddət Könüllə olan münasibəti uc-
batından  Hikmətlə  görüşməsə  də  gəlməyinə  etiraz  etmədi. 
Amma Polisi görəndə qanı qaraldı. Hikmət yolüstü növbədə 
olan  dostunu  da  özü  ilə  götürmüşdü.  Bu  nə  qədər  müm-
künsüz  görünsə  də,  Hikmət  üçün  Polisi  növbədən  ayırmaq 
problem deyildi. Şair isə onun nazlı-qəmzəli arvadı ilə keçir-
diyi  gecəni  xatırladı.  Sonra  paltar  şkafının  aşağı  gözündəki 
“kolleksiyası” 
yadına 
düşdü. 
Onun 
qara 
qadın 
corablarından  ibarət  “kolleksiyası”  dost-tanışına  yaxşı  mə-
lum  idi. Hərdən qonaq  gələn dostları zarafata salıb, Nicatın 
intim “kolleksiyasına” baxmaq istəyir, Nicat da hər dəfə bir 
bəhanə ilə onların başını yozurdu. Bu “kolleksiyada”  müx-
təlif qoxulu və müxtəlif ölçülü corablar səliqə ilə yığılmışdı... 


163 
 
“Gərək  çox  çəkməyəm”-Nicat  öz-özünə  düşündü. 
“Bu cındırlar mən yatandan sonra evi eşələyib corabları gör-
sələr, heç yaxşı olmaz.” 
Hikmət  Nicatla  hal-əhval  tutub  etirazçı  gənclərin 
problemlərindən, həbs olunan dostlardan danışdı. Gənc  fə-
allarının ədalətsiz həbsindən, şərlənib həbs olunan siyasi fə-
allardan,  yeni  şeirlərdən  danışdılar.  Söhbət  içməyə  və  çək-
məyə  zəmin  yaradırdı.  Hikmət  hər  zaman  hazırlıqlı  və  eh-
tiyatlı  idi.  Görüşə  əliboş  gəlmək  onluq  deyildi.  Əvvəlcə  ci-
bindən çıxardığı balaca viski şüşəsindən Nicata, sonra da Po-
lisə  və  özünə  süzdü.  Hikmət    dikələnə  qədər  Nicat  viskini 
başına çəkib, əlinin arxasıyla ağzını sildi.  
– Pis deyil, bəy. 
– Təmizdir. Burda doldurulanlardan deyil. 
– Hə, dadından hiss elədim ki, siz burjuyların içdiyindəndir. 
– Yaxşı görək, solçuluğun tutmasın. 
– Ürək solda döyünür. 
– Gülüşdülər. 
Hikmət  hər  dəfə  Nicatın  sosializmlə  bağlı  söhbətlə-
rinə sataşırdı. Sovet dövründə uşaq evində çəkdiyi əziyyətlə-
rə görə sovet rejimi, sosializm ona qorxulu yuxu kimi görü-
nürdü. 
Polisin  mətbəxdə  telefonla  danışmasından  istifadə 
edən  Hikmət  Könülün  etibarsızlığından  gileylənirdi.  Gözlə-
nilmədən  Hikmət  söhbəti  xəyanət,  ayrılıq  mövzusuna  gə-
tirdi: 
–  Həyatdan  bezmişəm,  şair.  Həyat  gözümdən  düşüb.  Nə 
işim, nə qazancım, nə də yaxın ətrafım mənə toxtaqlıq və ra-
hatlıq verir. Gecə-gündüz intihar barədə düşünürəm.  
 
 


164 
 
 
 
 
 
 
 
 


165 
 
 
 
Könülün gedişi də məni yaman yıxdı-, Hikmət Polis eşitmə-
sin deyə səsini qısdı. 
Nicat  söhbətin  bu  yerə  gəlib  çıxacağını  gözləmədiyi 
üçün  bir  müddət  susdu.  Əmin  idi  ki,  Hikmətin  olanlardan 
xəbəri  yoxdur.  Elə  isə  bəs  niyə  Könüldən  söz  saldı?  Nicat 
qeyri-iradi  əlini  viski  şüşəsinə  apardı.  Stəkanını  doldurub, 
birnəfəsə başına çəkdi: 
– Hikmət, bilirsən...bilirsən... 
– Bilirəm, şair, bilirəm. Sən də az xəyanət görməmisən. Səni 
də çox aldadıb qadınlar. 
– Yox. Yoooox...Elədir-, Nicat özünü itirdi. 
 
Hikmət bir siqaret yandırıb əlləri ilə üzünü tutdu. Çi-
yinlərinin  qalxıb-enməsindən  ağlamağı  bəlli  olurdu.  Nicat 
deməyə söz tapmırdı. Bir ildir ki, Hikməti ağladan o qadınla 
məhz bu evdə, bu otaqda dəfələrlə sevişmişdi. Evin hər nöq-
təsində,  hər  guşəsində  Könüldən  bir  nişanə  vardı.  Hikmət 
bütün bunları görməyəcək qədər laqeyd və diqqətsiz ola bil-
məzdi. Nicat özünü toparlamalıydı. “Yox, Hikmətin heç nə-
dən  xəbəri  yoxdur”  deyə  düşündü  öz-özünə.  Hikmət  göz 
yaşlarını  əlinin  arxasıyla  silib,  siqaretin  acı  tüstüsünü  ci-
yərlərinə çəkdi. 
–  Bilirsən,  şair ölüm  necə  gözəldir?  Bütün  əzblardan,  bütün 
xəyanətlərdən  yeganə  qurtuluş  ölümdür...Ölüm  xilaskardır 
şair, xilaskar!  
Hikmət getdikcə səsini qaldırırdı. 
–  Yandır  Hikmət,  yaşamaq  gözümdən  düşüb.  Mən  də  bir 
gün asacam özümü, qardaş... 
 


166 
 
Polis otağa keçəndə Nicat ağzına gələni danışır, Hik-
mətlə birlikdə intihar etmək barədə bərk mübahisə edirdilər. 
Hikmət  ayıq  olsa  da,  dayanmadan ölümdən,  intihardan  da-
nışırdı: 
– Gəl, asaq özümüzü, şair. Ya gözəl bir qızın hörüklərindən, 
ya da, cəhənnəm heç olmasa sənin kolleksiyandakı corablar-
dan intihar kəndiri düzəldək özümüzə... 
– Corab, corablar....c...Nicatın dili artıq söz tutmurdu. 
– Hə şair, sənin yığdığın qadın corabları bizim üçün son şans 
olsun.  Ya  da  kəsək  damarlarımızı.  Qoy  bu  murdar  qanımız 
axsın, axsın və biz əbədi xoşbəxt olaq.... 
Nicat birtəhər ayağa qalxıb hamama keçdi. Güzgüdə 
qıyılmış gözlərinə baxdı. “Yamayka” onu dəli eləmişdi. Güz-
günün qabağındakı ülgücü əlinə alıb dörd-beş dəfə biləyinə 
çəkdi. 
Kəsiklər  o  qədər  də  dərin  olmasa  da,  ağlını  itirmək 
üzrə olan Nicat, hamamın soyuq döşəməsinə çökdü... 
Hikmət  Nicatın  hamamda  ləngiməyindən  istifadə 
edib otağı eşələməyə başladı. Paltar şkafının süyürməsini çə-
kəndə özünü saxlaya  bilməyib onun ünvanına çoxmərtəbəli 
bir söyüş göndərdi. Polis tez-bazar Hikmətin başının üstünü 
kəsdirdi: 
– Ay blyat, bu nədir? 
Hikmət ikrahla üz gözünü turşudub, Polisi ələ saldı: 
– Bacının corablarıdır, yaxşı-yaxşı bax. 
Polis  dəli  kimi  bağırdı.  Qəfildən  Hikmətin  boğazın-
dan yapışdı. Himət müqavimət göstərmədən tərs-tərs Polisin 
üzünə  baxdı.  Polis  özünü  toparladı.  Hikmət  nifrətlə  Polisin 
sinəsindən itələdi: 
– Kişilənmə əəə... 
 


167 
 
Polis  Hikmətin  kimliyini  sanki  yenidən  dərk  elədi. 
Özünü  ələ  alıb  key-key  Hikmətin  üzünə  baxmağa  başladı. 
Hikmət üz-gözünü turşudub, süyürmədəki corabları gözdən 
keçirməyə başladı. Şübhəsiz ki, Könülə aldığı bahalı qara co-
rablar da burda idi. Polisə bıçaq soxsan qanı çıxmazdı. Sanki 
böyük  bir  qaya  parçasının  altında  qalıb  çabalayırdı.  Nifrət, 
qəzəb, utanc hisləri bir-birinə qarışmışdı. Özünə yer tapa bil-
mirdi. Deyəsən corabların içində arvadının da corablarını ta-
nımışdı... 
Hər  şey  plan  üzrə  gedirdi.  Nicat  Hikmətin  düşün-
düyündən daha çox sərxoş olmuşdu. Nicat rezin əlcəkləri ci-
bindən çıxarıb Polisin üstünə atdı: 
– Bacının corablarından yaxşı bir kəndir hazırla! Mən də ge-
dib Şanlı şairimizi hamamdan çıxarım. 
Hikmət  Nicatın  haldan  düşmüş  bədənini  birtəhər 
yerdən qaldırdı.  
– Şair, biləyini nə tez kəsdin? Biz ki birlikdə intihar edəcək-
dik? 
– Edəəə....cəkdik? Yox, edək! 
–  Edək,  şair,  edək.  Amma  gələcək  nəsillər  üçün,  yaxınlar 
üçün bir məktub da yazaq. Qanla məktub! Şairin qanıyla ya-
zılmış məktub! Sənin hesabına tarixə düşəcəm, şair... 
 
*** 
 
–  Eh  şair,  şair...  Bir  gün  səninlə  yan-yana  dayanıb  intihar 
kəndirini  boğazıma  keçirəcəyimi  düşünsəm,  gülərdim.  Kö-
nül məni aldatdı, elə sən də. Görürsən, hətta dostum Polis də 
bizim intihar edəcəyimizi eşidən kimi aradan çıxdı. Biz tən-
ha adamlarıq, şair...Kimsəsiz adamlarıq... 
 


168 
 
Nicat cavab verəcək halda deyildi. Dili söz tutmurdu. 
Boğazındakı  kəndirdən  gələn  qoxu  onu  çox  uzaqlara  apar-
mışdı.  
Hikmət  boğazından  “kəndir”i  çıxarıb  bağladığı  bu-
daqdan  açdı.  Aşağı  düşüb  Nicatın  ayağının  altındakı  kətilə 
bir  təpik  ilişdirib,  ikrahla  onun  kəndirdə  çapalamağını  mü-
şahidə etməyə başladı. İntiqam alınmışdı... 
Nicatın kəsik qollarından hələ də ilıq qan damcılayır-
dı... 
 
 
Bakı-Oğuz-İstanbul-Bakı 
Aprel 2014 
 
______________________________________________________ 
 
Cəlil Cavanşir 
(Hacıyev Cəlil Cavanşir oğlu) 
 
“Qadın corabları” 
roman 
 
Çapa imzalanıb: 07.07.2014 
Formatı: 70x100 1/8. Ofset çapı 
Həcmi: 21 
Sifariş № 019 
 
 
mətbəəsində çap olunub 
 
Qiyməti: 4 manat
 

Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə