Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   2   3   4   5   6   7   8   9   ...   39

18 
 
– Telefonu yerə qoyub rəisə məruzə etməyə qaçdı.  
– Cənab rəis, İzmir prospekti, bina 7a-nın yanındakı ağaclıq-
da intihar etmiş kişi meyidi aşkarlanıb. 
 
Ay  sənin  xəbərini,  məruzəni,  məlumatını...  !  Sabah-
sabah  lazım  idi  mənə?  Nə  bədxəbər  adamsan  ədə...  Yaxşı, 
sürüş burdan. Məlumat ver, hazırlaşsınlar. Dərhal əməliyyat 
qrupu yola çıxsın! 
– Oldu! 
– Sikdir! 
– Baş üstə! 
  
Geri  dönüb  “Növbətçi  hissə”yə  girdi.  Qanı  bərk  qa-
ralmışdı. Bıçaq vursan qanı çıxmazdı.  Bütün planları alt-üst 
olduğu  üçün  əsəbi  şəkildə  bir  siqaret  yandırdı.  Ağzı  zəhər 
tamı verirdi... ”Dındığ gedə, özünü asmağa vaxt tapdı. Sikim 
sənin gijdıllağ ağzını”.  Sonra beynindən keçirdiyi söyüşlərə 
görə özünü qınadı. Üşəndi.  “Heç ölünü də söyərlər?”  
 
 
 
 
 
 
 
 
 
 
 
 


19 
 

 
“İnsanların çoxu həyatının sonunda geriyə dönüb 
baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir 
etmədən və zövq almadan keçib gedən şeyin əslində 
həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, 
ümidlərlə aldadılan insan ölümün qucağına qaçar.” 
 
A.Şopenhauer 
 
Cinayət-axtarış bölməsinin əməkdaşları və prokuror-
luğun təhqiqat qrupu cinayət baş verən əraziyə çatanda artıq 
ağacın ətrafında xeyli adam yığışmışdı. Küknarın yarpaqları 
arasından  sızan  günəş  şüaları  cəsədin  göyərmiş  üzünün, 
şişib  çənəsinə  qədər  sallanmış  dilinin  aydın  görünməyinə 
mane olsa da ətrafda toplaşanlar bu qəribə adamı tanımışdı. 
Cəsədi ilk dəfə görən yaxınlıqdakı ticarət mərkəzinin keşik-
çisi  idi.  Deyəsən  o  zəng  edib  məlumat  vermişdi.  Müstəntiq 
keşikçini yanına çağırdı: 
– Cəsədi  nə vaxt görmüsən? 
–  Səhər  saat  7-də.  Növbəni  təhvil  verməmişdən  qabaq  mar-
ketə  siqaret  almağa  getmişdim.  Geri  qayıdanda  yolumu 
uzatmaq  üçün  binanın  bu  tərəfindən  fırlandım.  Dayanıb  si-
qaret yandıranda bunu gördüm. - keşikçi başı ilə cəsədi gös-
tərdi. Dərhal posta qayıdıb sizə zəng elədim. 
– Hmm...Gecə şübhəli bir şey görməmisən ki bu tərəflərdə? 
– Yox görməmişəm. Mənim postumdan bura görünmür. 
– Aydındır. Bu camaat kimdir? 
–  Məhlə  camaatıdı.  İşə  gedənlərdi  çoxusu.  Əraziyə  yaxın-
laşmasalar da dayanıb baxırlar. Bilirsən də, rəis, camaat belə 
şeylərə  baxmağı  xoşlayır.  Keçən  dəfə  yolun  o  tayında  nazir 


20 
 
müavini  Abid  müəllimin  villası  yananda  da  yığışıb  “bolet” 
edirdilər, şəklin-zadın çəkirdilər. Hələ o tüstü-dumanın için-
də yanğının qabağında dayanıb şəkil çəkdirənlər də oldu. 
–  Ə  nə  vəhşi  millətik  eee.  Hansısa  gijdıllağ  özünü  asır,  bir 
dəstə  başdan  xarab  da  yığışıb  tamaşaya  baxır.  Dağılışın  gö-
rüm. – Rəis qışqırdı. 
– Rəis, mən də gedə bilərəm? –keşikçi dilləndi. 
– Yox. Sən ifadə verəndən sonra gedərsən. Bir də bunun ha-
rada yaşadığını bilən var? 
–  Var.  Yaşlı  bir  qadın  qabağa  çıxdı.  Birinci  blok,  II mərtəbə, 
mənzil 6. Bax, o corab asılan pəncərə. Nailənin kirayəçisidir. 
Bir-iki dəfə blokda görmüşəm. 
Müstəntiq  ətrafda  dolaşan  polis  nəfərlərinə  göstəriş 
verdi: 
– Hə...Qonşulardan kim varsa aparın ifadəsini alın. Evin yi-
yəsini çağırın, evə baxış keçirin.  
Ekspertizanın  nümayəndələri  cəsədi  ağacdan  düşü-
rüb,  cəsəd  torbasının  içərisinə  qoydular.  Cəsəddən  spirt  iyi 
gəlirdi. Prosedura uyğun olaraq hadisə yerinə baxış keçirildi, 
şahid və qonşular ifadə vermək üçün polis idarəsinə aparıl-
dı. 
Polislər gəldikləri kimi də səs-küylə dağılışmağa baş-
ladılar.  Cəsədi  polis  maşınına  “yüklədilər”.  Müxtəlif  xəbər 
agentliklərinin  əməkdaşları  canfəşanlıqla  fotolar  çəkir,  polis 
və ekspertiza əməkdaşlarından hadisə ilə bağlı açıqlama alır-
dı.  
Polislər dağılışandan yarım saat sonra məhəllədə hə-
yat  axarına  düşdü.  Sanki  bu  məhəllədə  intihar  hadisəsi  ol-
mamışdı.  
 
 


21 
 
 
 
 
 


22 
 
 
 
Polis  tezliklə  intihar  edən  şəxsin  kimliyini  açıqladı: 
“İntihar  edən  şəxs    dövri  mətbuatda  Nicat  Aslan  imzası  ilə 
tanınan gənc yazar, 1983-cü il təvəllüdlü Hacıbəyli Nicat As-
lan  oğludur.  İllər  öncə  böyük  ümidlərlə  əyalətdən  paytaxta 
köçən  gənc  yazar  naməlum  səbəblərdən  intihar  edib.  Fakta 
bağlı  Cinayət  Məcəlləsinin  125-ci  (özünü  öldürmə  həddinə 
çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq eksperti-
zalar,  o  cümlədən  məhkəmə-tibbi  və  kompleks  məhkəmə-
tibbi-bioloji və tibbi-kriminalistik ekspertizaları təyin edilib.” 
Mərhumun  dostlarından  yalnız  gənc  psixatr  Orxan 
özünü  hadisə  yerinə  yetirmişdi.  Səhər  erkəndən  Nicatla  gö-
rüşüb, Maştağaya getməliydilər. Nicat yazdığı hekayələrdən 
birində dəli obrazı yaratmağa çalışırdı və Maştağadakı ruhi-
əsəb  dispanserinə  birlikdə  baş  çəkəcəkdilər.  Nicat  telefona 
cavab  vermədiyinə  görə  Orxan  onu  evdən  götürmək  üçün 
maşını  birbaşa  evin  qarşısına  sürmüş  və  bu  sarsaq  mənzərə 
ilə rastlaşmışdı. 
Polislər gələnə qədər cəsədə yaxınlaşmasa da, ağacda 
yellənən  dostunun  fotolarını  çəkməyi  bacarmışdı.  Əslində 
ağacdan asılan cəsədi çoxları telefonla çəkdiyi üçün Orxanın 
foto çəkməyi heç kəsin diqqətini cəlb etmədi.   
İndi siz haqlı yerə sual verə bilərsiniz ki, Orxan dos-
tunu  ağacdan  açıb  yerə  düşürə  bilməzdi?  Mən  də  deyirəm 
ki,  yox.  Sözün  açığı  istəsəm  Orxan  Nicatı  ağacdan  düşürüb 
cəsədi qucaqlayar, hələ bir xeyli hönkür-hönkür ağlayar da. 
Amma  ehtiyac  yoxdur.  Bu  basa-basda  göz  yaşı  ilə  fikrinizi 
yayındıra bilmərəm. Söhbətlər var ee, bu ölsün! 
 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə