Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   2   3   4   5   6   7   8   9   ...   39

23 
 
Müəllif bu yerdə əl saxlayıb sağ əli ilə sağ üzünə yüngülcə 
şillə çəkir. 
O  bərk  sarsılsa  da,  polislər  gəldikdən  sonra  hadisə 
yerində dayanmağın mənasız olduğunu başa düşüb mərhu-
mun dostlarına və yaxınlarına xəbər verməyə tələsmişdi. 
Orxan müəllifin intiharı təsvir etdiyi səhnəni olduqca 
bəyəndi. Əlindəki qara karandaşın pozanlı ucunu ağzına sa-
lıb, otaqda gəzişməyə başladı. Deyəsən söhbət pis getmirdi. 
Mövzuya  bu  cür  giriş  detektiv  romanların  əvvəlini  xatır-
ladırdı. Dostunun romanla bağlı söhbətlərini, yazı prosesin-
də keçirdiyi stressi yadına salıb, gülümsədi. Orxan romanın 
qarmaqarışıq və anlaşılmaz süjet xəttini düşünə-düşünə fik-
rə getdi. Otağın ortasında lom kimi dayanıb, pəncərədən çöl-
dəki  naməlum  nöqtəyə  baxa-baxa  hiss  elədi  ki,  karandaşın 
başındakı  balaca  pozanı  dişləyib,  iştahla  çeynəyir.  Yazıçı 
dostunu  “xoş  sözlərlə”  yad  edib,  onun  növbəti  hoqqaları 
haqqında  düşünməyə  başladı.  Dostunun  yaratdığı  obrazı 
özünə bənzədəcəyini əvvəlcədən hiss edirdi... 
 


24 
 

 
“Həyat mahnıdır. Nəqarəti – ölüm” 
 
Viktor Hüqo 
 
Nicatı  doğulduğu  kənddə  dəfn  edəcəkdilər.  Böyük 
Qafqazın  cənub  yamaclarında  yerləşən  bu  kənddə  Nicatı  o 
qədər  də  yaxşı  tanımırdılar.  Hərdən  qəzetlərdə  çıxan  yazı-
larını isə məktəb direktorundan və kəndin icra nümayəndə-
sindən  başqa  heç  kəs  oxumurdu.  İnternet  hələ  bu  kəndə 
ayaq açmamışdı. 
Ona  görə  də  intiharla  bağlı  hərənin  bir  hekayə  uy-
durması normal sayıla bilərdi.  
Nicatın  valideyinlərini  yaxından  tanıyanlar  həyətdə  qurul-
muş yas çadırına toplaşmışdı. Gələnlərin əksəriyyəti qohum-
qonşuydu.  Bakıdan  cəmi  7-8  adam  gəlmişdi.  Nicatın  yaxın 
dostları  çadırın  qabağında  toplaşıb  sakit-sakit  siqaret  tüstü-
lədirdi.  Danışmaq  çətin  idi.  30  yaşı  yenicə  tamam  olmuş 
gənc dostlarının intihar etməsi hamısını yandırırdı.  
 
...Burada  dostların  aldığı  mənəvi  yanıq  dərəcəsinin  ağır-
lığını təyin etmək çətin olsa da, ehtimal etmək olar ki, ağır dərəcəli 
mənəvi yanıq xəsarəti deyil... 
 
İsti, günəşli bir gün idi. Könül istərdi ki, dəniz kəna-
rına yollansın, dalğalarla danışsın, qumsallığın üstündə süf-
rə açıb qırmızı şərabını, pendir-çörəyini çıxarıb süfrəyə düz-
sün,  sonra  deyə-gülə  yeyib-içsin,  gözlərini  səmaya  diksin, 
kədərli  düşüncələri  buludlarla  çəkilib  getsin.  Yas  saxlanı-
lacaq, dost dəfn edəcək gün deyildi. 


25 
 
 
Yasa gələnlər mağarın qarşısında görüşüb salamlaşır, 
bir-birini tanımayanlar əl tutub tanış olurdular. Qəribə kənd 
idi. O qədər böyük idi ki, şəhərdəki kimi hələ də bir-birini ta-
nımayan adamlar vardı.  Hamı üzüntülü idi. Təsəllilər quru 
və standart, danışılan xatirələr cansızdı. 
Hamı  səbəb axtarışında olsa da, Nicatı tanıyanlar ça-
rəsizlik  və  narahatlıqla  susurdu.    Nicatın  dostu,  qalın  eynə-
yindən  həyatını  oxumağa,  yazmağa  və  digər  buna  bənzər 
darıxdırıcı  işlərə  həsr  etdiyi  anlaşılan  filosof  Ramal,  Nicatın 
atası Aslan kişini kənara çəkdi: 
 
– Aslan müəllim, siz molla çağırmısınız, amma Nicat 
ateist idi. 
Aslan  müəllimin  qıpqırmızı  qızarmış  gözlərində 
sanki şimşək çaxdı: 
 
– Elədiyi hərəkətdən məlumdur necə allahsız və kafir 
olma-ğı.  Neçə  dəfə  dedim  allaha,  dinə  asilik  eləmə,  qulaq 
asmadı.  Ancaq  allahdan,  dindən  üz  çevirən,  valideyinlərini, 
övladını sevməyən insan bu addımı ata bilər... 
 
Aslan müəllim sözünü bitirib doluxsundu.  
 
–  Bilirsən  oğlum,  bizim  kəndin  öz  adətləri,  öz 
qaydaları  var.  İndiyə  qədər  bizim  kəndimizdə  yalnız  bir 
nəfər  mollasız,  Quransız  basdırılıb.  Onu  da  öz  doğma 
oğlanları oğraşlığına görə öldürüb tualet quyusuna atmışdı. 
İydən 
meyidə 
yaxın 
düşmək 
mümkün 
deyildi. 
Yanğınsöndürən maşın çağırdılar meyidi yumağa. Hər halda 
Nicat bu qədər biabırçı vəziyyət-də deyil. 
Məni camaatın dilinə salmayın. Bu boyda kəndin di-
linə düşmək istəmirəm. Axı mənim oğlumun cəsədi murdar 
deyil ki, mollasız dəfn olunsun!  
 


26 
 
–Aslan  müəllim,  yəqin  ki,  onun  özü  də  molla  istə-
məzdi-,  Ramal  fikirli-fikirli  dilləndi–  həm  də,  İslam  dininə 
görə intihar etmiş şəxs üçün cənazə namazı qılınmır, Quran 
oxunmur.  Özünüzü  boş  yerə  yormayın.  İmkan  verək,  Nica-
tın narahat ruhu bir balaca rahatlıq tapsın... 
 
–  Bax  Ramal,  mən  onun  ruhunun  rahatlıq  tapması 
üçün hər şeyə hazıram. Amma bunu bacarmaram.  Mən ça-
ğırmamış dayıları, qardaşları artıq mollanı gətiriblər. Cənazə 
namazı da qılıncaq, müsəlman kimi dəfn olunacaq. Yox, əgər 
molla olmaz desə, siz deyən olsun. Uşaqlara da de, artıq hə-
rəkət olmasın. Bura etiraz, narazılıq yeri deyil. El-oba, cama-
at necə, siz də elə. Özünüzü camaatdan ayırmayın,  yaxşı gö-
rünməz kənardan. 
 
...Düşünəndə ki, qəbul etmədiyim dinin qaydaları ilə dəfn 
olunacam,  əsəbiləşirəm.  Mənə  lazımdı  molla?  Qardaşlarımı  bil-
mirəm, amma dayılarım yüz faiz belə hərəkət edə bilər. Kişilər qo-
caldıqca xərifləyirlər. Elə bil ali məktəbdə elmi ateizmdən “əla” qiy-
mət  alan  bunlar  olmayıb.  Nə  isə,  yersiz  müdaxilə  etməyim.  Qa-
yıdırıq dəfn mərasiminə... 
 
Ramal  başını  bulayıb  çadırın  arxasına  keçdi.  Siqaret 
yandırıb acı tüstünü acgözlüklə ciyərlərinə çəkdi. Rəngi qap-
qara  qaraldı.  Ayaq  üstə  durmaq  üçün  taqəti  qalmamışdı. 
Aşağı çöküb hönkürdü. Onun çadırın arxasına keçdiyini gö-
rən dostlar da onun başına yığışdı. Ramalın ağladığını görüb 
bayaqdan  siqareti-siqaretə  calayan  bəzi  dostlar  uşaq  kimi 
hönkürməyə başladı.  
 
 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə