Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   2   3   4   5   6   7   8   9   10   ...   39

27 
 
Nicatın  özündən  yaşca  böyük,  saçları  azacıq  seyrəl-
miş,  eynəyi  burnunun  üstünə  düşmüş,  iztirabdan  siması 
qapqara qaralmış dostu İlham ağlamırdı. O ümumiyyətlə ağ-
lamağı  sevmirdi.  Daha  doğrusu  bacarmırdı.    Hətta  anası 
dünyadan köçəndə belə onun gözündə yaş görən olmamışdı. 
Dostları öz aralarında bu sərt adamı qınasalar da, onun ağla-
dığını, optimizmini itirdiyini kimsə görməmişdi. Hər zaman 
olduğu kimi baxışlarını uzaq bir nöqtəyə zilləyib, müdrikcə-
sinə susurdu... 
 
*** 
 
Dostlar ağlayıb sakitləşmişdilər, kənarda söhbətləşir-
dilər.  Doktor  Orxan,  Nicatın  cəsədinin  fotolarını  dostlara 
göstərir,  asta  səslə  onun  ölüm  səbəblərini  müzakirə  edirdi-
lər. Mərhumun dostu Şahin olduqca üzgün görünürdü. Qəfil 
eşitdiyi bu xəbər sanki onun belini bükmüşdü. Onun ədəbiy-
yata,  yazı-pozu  adamlarına  dəxli  olmasa  da,  sağlığında  Ni-
catın ən yaxın dostu idi. Nicat heç kəslə bölüşmədiyi sirrini, 
problemini  onunla  bölüşürdü.  Nicatın  müalicəsi  üçün  əlin-
dən  gələni  etmişdi.  Bu  cür  ölümü  Nicata  yaraşdırmırdı.  İl-
hamla  söhbətləşir,  siqareti-siqaretə  calayırdı.  Dostunun  ölü-
münü  asanlıqla  qəbul  edə  bilmirdi.  Bir  səbəb,  hamının  bil-
diyi bir səbəb olmalıydı. Bütün bəhanələr səhv idi, çünki Ni-
catın  intiharı  da  ən  böyük  səhv  idi.  O  özünü  öldürməməli, 
kiçik  qızını  yetim,  atasını,  dostlarını,  qardaşlarını  boynu-
bükük qoymamalıydı. İnsan yaxın ətrafından bezəndə mühi-
tini  dəyişər,  sevgidən  yorulanda  ayrılar.  İntihar  isə  xəlvətcə 
aradan  çıxmaqdır.  Dostları,  qohumları,  övladı  günahkarlıq 
duyğusu ilə baş-başa buraxmaqdı. 
 


28 
 
...Düzünü  deyim  ki,  mən  də  belə  fikirləşirəm.  İndiki 
ağlım  olsa  intihara  cəhd  etmərəm.  Təsəvvür  edin  ki,  yaxın-
uzaq  dostların  hamısı  yığışıb  çadıra,  siqaret  çəkib  ağlaşır. 
Qardaşlar bir tərəfdə, dayılar bir tərəfdə, ata bir tərəfdə pəj-
mürdə və dərdli dayanıb. Qonşu arvadlar anaya dəstək məq-
sədi ilə cikkə çəkib, ağı deyir. Əməlli-başlı kədərli səhnədir. 
Adam öz əcəliylə öləndə daha urvatlı olur, vallah. Ona görə 
də  intihar    söhbətini  ortaya  atmaq  lazım  deyildi.  Qəhrəma-
nın başına başqa oyun açmaq da olardı. Məsələn, maşın qə-
zası.  Nə  isə,  özüm  də  xeyli  təsirləndim  bu  ölüm  səhnəsin-
dən... 
Nicatın  dəfni  səs-küysüz,  təmtəraqsız  keçdi.  Molla 
intihar  edən  şəxs  üçün  cənazə  namazı  qılmaqdan  imtina 
etdi. Cənazənin üstündə Quran da oxunmadı. Molla səbəblə-
ri  Aslan  müəllimə  izah  edib,  üzrxahlığını  bildirdi.  Necə  də 
olsa,  kəndin  ən  sayılıb-seçilən  kişilərindən  idi  Nicatın  atası. 
Ona dinin bu barədə hökümlərini bir-bir, səbirlə izah etdi. 
Cəsədi qəbirə qardaşları düşürdü. Molla isə kənarda 
Nicatın günahkar ruhu üçün dua edirdi. Təkcə Nicatın dost-
ları mərasimin bu cür keçirilməsindən razı idi. Əvvəlcə filo-
sof Ramal, sonra İlham danışdı. Digər dostlar da bir-iki kəl-
mə ilə Nicatı xatırladı və sonda doktor Orxan əsəbi çıxış elə-
di. Hakimiyyəti, hakimiyyətin ölkədə yaratdığı qorxu mühi-
tini top atəşinə tutdu. Onun sərt çıxışından sonra camaat da-
ğılışmağa başlamışdı... 
 
Filosof Ramal da Nicatın intiharını qəbul edə bilmir-
di.  Ürəyində  sosializmə  könül  vermiş,  qıpqırmızı  bir  ölkə 
qurmaq arzusu ilə alışıb yanan Nicat Aslanı qınayırdı. Əgər 
yaşamın  dəstəkləyə  bildiyi  böyük  bir  mücadilə  varsa,  bu 


29 
 
burjualara  xas  kiçik  axmaqlıqlar  üzündən  heçə  sayıla  bil-
məzdi.  
Şübhəsiz ki, Nicat doğru hesab etdiyi şeyin arxasınca 
gedən,  fikrini  sərt  və  açıq  deməkdən  çəkinməyən  biri  idi. 
Amma, yenə də bu cür xəlvət aradan çıxmaq olmazdı. 
 
...Bizim tərəflərdə buna “aradan cırmaq” da deyirlər... 
 
*** 
 
... Dəfn mərasimindən sonra Nicatın dostları geriyə -
Bakıya  qayıtdılar. Adətən belə günlərdə rahatlanmaq, sakit-
ləşmək üçün içərdilər. Bu dəfə nədənsə spirtli içkiyə qəti hə-
vəs  yox  idi.  Ya  da  ayın  ortası  olduğuna  görə  kasıbçılıqdı. 
Yolda bir neçə yerdə dayanıb çay içsələr də, heç kəs pivə və 
yaxud  araq  vurmaq  istəmədi.  Vallah,  dəqiq  pulsuzluq  imiş. 
Hər  dəfə  oturanda  Nicatın  intihar  səbəbi  müzakirə  olunur-
du. Dostları onun qəfil intiharını hələ də qəbul edə bilmirdi-
lər.  
 
Suallar, suallar, suallar... 
 


30 
 

 
“Kim unudub məni yol ayrıcında- 
gəlsin qucaqlasın, 
gəlsin aparsın…” 
 
Zərdüşt Şəfi 
 
 
İntihardan dərhal sonra onun haqqında internet sayt-
larında və qəzetlərdə dostlarının kədərli nekroloqları görün-
məyə başladı. Təxminən bir ay çəkən bu prosesdən sonra ar-
tıq  hər  kəs  öz  işində  idi.  İntihar  hadisəsindən  dörd  ay  keç-
mişdi. Gənc qələm adamları əvvəlki kimi toplaşır, içki məc-
lisləri  qururdular.  Yenə  də  Bakının  küçələrində  tıxacdı. 
Beynəlxalq  təşkilatların  ölkə  ilə  bağlı  veridiyi  hesabatlarda 
heç nə dəyişməmişdi.  
Bir  sözlə  günəş  əvvəlki  kimi  şərqdən  doğur,  qərbdə 
batırdı.  Hərdən  dostları  Nicatı  içki  masası  ətrafında  xatırla-
yır  və  kövrəlirdilər.  Nicatın  dəfnindən  sonra  təkcə  Şahin 
onun qəbrini ziyarətə getmişdi. Yazı-pozu adamında o uzun-
luqda  yolu  getməyə  pul  hardadı?  Heç  kəsə  xəbər  etmədən 
maşını düz qəbiristanlığa sürmüş, Bakıdan alıb gətirdiyi bir 
qucaq qərənfili onun tənha məzarının üstünə düzmüş, daşın 
üstündə oturub Nicatla keçirdiyi maraqlı günləri, içkili-şeir-
li-qadınlı məclisləri xatırlamışdı. 
Sonra  maşının  yük  yerindən  şərab  şüşüəsini  çıxarıb 
açmış, iki siqaret yandırmışdı. Siqaretin birini Nicatın qəbri-
nin baş tərəfinə qoymuşdu, birini özü sümürmüşdü. İki plas-
tik stəkana şərab süzüb, birini sinə daşının üstünə qoyub, öz 
stəkanını başına çəkmişdi. Ağlamışdı... 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə