107
Ev kirayəsini verə bilmədiyim üçün ya internet klubda, ya
da qaldığım əraziyə yaxın metro stansiyasının yanında tikintisi ya-
rımçıq qalan dükanda gecələyirdim. Gecələr karton qutuları cırıb
özümə yataq düzəldirdim. Üstü açıq, karton qutuların üstündə ya-
tırdım...
Savaşa-savaşa hiss edirdim ki, tükənirəm. İşsiz idim. Borc-
larım boyumu aşmışdı. Ev sahibinə, qonşuluqdakı dükana, dost-ta-
nışa borcum olduğundan gizlənməyə yer axtarırdım. Ölümü elə
arzulayırdım ki...
Darıxırdım. Qızımı-məni həyata bağlayan o nazlı varlığı
görmək istəyirdim. Amma alınmırdı. Bacarmırdım. Əlimdən heç
nə gəlmirdi. İnsanın sevdiklərindən bu qədər uzaq, qanı-qanından
olan övladının əlçatmaz olması insanı yeyib-bitirir. Tükənmişdim.
Çətinliklərlə savaşdığım günlərdə qəzetlərin birindən iş
təklifi gəldi. Bu təklifə hava, su kimi ehtiyacım vardı. Yenidən baş-
lamaq arzusu məni bir an da olsun tərk etmirdi. Qəzetlərin birində
işə başlayacaq, darmadağın olmuş həyatımı yenidən quracaqdım.
Bir yanda yenicə boy göstərən ümidlər, bir yanda isə intəhasız
ölüm arzusu vardı...”
...Orxan Nicatla tanış olduğu günləri xatırladı. Nicat
o vaxt fırıldaqçı deputatlardan birinin qəzetində çalışmağa
yenicə başlamışdı. Tədbirlərin birində tanış olanda yenicə ta-
nınmağa başlayırdı. Baş tutmayan intihar cəhdindən sonra
olduqca gərgin və üzgün görünürdü. Ortaq tanışlarından
kimsə ona Orxanla görüşməyi tövsiyyə etmişdi. Bunu çay
süfrəsi arxasında çəkinə-çəkinə deyəndə doktor xeyli gül-
müş və sonra demişdi: “Narahat olma bəy, o özü də mənim
pasiyentimdir. Belə xırda şeylərə görə kefini pozma”.
Həmin gün boşanmağından, qızının ayrılığına dözə
bilməməsindən saatlarla danışmışdı. Doktor səbirlə onu din-
108
ləmiş, həm məsləhət vermiş, həm də ucuz və keyfiyyətli bir
resept yazmışdı. O gündən tez-tez Orxana zəng edir, məs-
ləhətlər alırdı. Nicatın karyerasında sürətlə irəliləməsində
Orxanın da rolu az deyildi. Sonradan dostlaşdığı bu maraqlı
insan sağlamlığı üçün əlindən gələni edirdi. Olanları
yenidən xatırlayıb təəssüflə başını buladı, yenidən yazıya
diqqət kəsildi.
Doktoru indi düşündürən dostunun açıq-aşkar özü-
nü yazması idi. “Cəsarətli adamsan, bəy”- müəllifi düşündü
Orxan...
İndiyə qədər oxuduqları intihara zəmin yaradan psi-
xoloji gərginlik olsa da, baş verənlər intihar üçün ciddi səbəb
ola bilməzdi. Axı belə kiçik səbəblərə görə niyə özünə qəsd
edəsən? Orxan yaxşı bilirdi ki, ölkədə Nicat kimi uğur-
suzluqlarla qarşılaşan ali təhsilli insanlar çoxdur. Minlərin,
milyonların faciəsini bu qarmaqarışıq söhbətlərin içindən
görmək çox asan idi...
Bəlkə Amerikada Nicatın yaşadığı çətinliklər intihar
səbəbi ola bilərdi, amma onun ölkəsində bütün bunlar adi
həyat reallıqları idi. Hətta bütün bunları normal da hesab et-
mək olardı.
“...Yeni işim ürəyimcə olsa da, pulsuzluğu burda daha çox
hiss edirdim. Tanışlardan aldığım pulla demək olar ki, hər gün içib,
evə sərxoş qayıdırdım. Ev yiyəsi kirayə haqqını, dükan yiyəsi və
borc yiyələri pullarını, məhkəmə isə alimenti tələb edirdi. İşə dü-
zəldiyimin iki həftəsi təzəcə tamam olmuşdu. Borc alıb qızımla gö-
rüşə getdim. Görüşdən sonra qəti qərara gəlmişdim. Nədənsə mənə
elə gəlirdi ki, daha ona da lazım deyiləm. Yanında ola bilməməyim
bir yana, varlığımı da ona hiss etdirə bilmirdim. Hamı borcunu tə-
109
ləb edirdi. Bütün gücüm tükənmişdi. Ailəmlə bütün əlaqələrimi
kəsmişdim. Səbir kasası daşmışdı...”
Orxan dostunun o günlərdə keçirdiyi gərginliyi bir
anlıq gözləri önündə canlandırmaq istədi. İçində qəribə bir
ağrı baş qaldırdı. Hiss elədi ki, əlləri əsir. Bu qədər gər-
ginliyə dözmək üçün möhkəm iradə və səbir tələb olunurdu.
Zəif iradəli və səbirsiz dostunun bütün bunlara dözə bilməyi
mümkün deyildi. Əgər hər şey yazılanlarla üst-üstə düşürsə,
faciənin sərhədləri genişlənir... Nədənsə ona elə gəlirdi ki,
Nicatın faciələri daha dərin, daha dözülməzdir. Ya-
şadıqlarının hamısını yaza bilməmişdi dostu...
“...Bir neçə gündü dükandan nisyə aldığım araqdan içib
intihar planları qururdum. Qəribə məşğuliyyətdi intihar planı qur-
maq. Məktuba yazıb hazırlamışdım. O gecə isə sevgilimdən başqa
məni tanıyan hər kəsə vida mesajı yazdım. Sevgilimi incitmək istə-
mirdim nədənsə. Qazı açıb, qapı-pəncərəni bağlayıb özümü qazla
zəhərləməyə qərar verdim. Təxminən bir saat araq içib, bo-
ğulacağımı gözləsəm də heç nə dəyişmirdi. Yastı-yapalaq evin dörd
yanından qaz uçub gedir, mənə heç bir təsiri olmurdu. Zə-
hərlənmək arzum ciyərimdə qalmışdı. Sərxoşluğum artıqca planımı
həyata keçirmək üçün qətiyyətim də artırdı. Ülgüc və kəsik-kəsik
olmuş biləklərim... Çarpayıma uzanıb yavaş-yavaş ölümü göz-
ləməyə başladım.”
Orxan artıq hövsələsini basa bilmədi. Yerindən əsəbi
şəkildə qalxıb, pəncərəyə yaxınlaşdı. Ulduzlar şıltaqlıqla ona
göz vururdu. Qəfildən dostu üçün darıxdığını, onun söh-
bətləri üçün qəribsədiyini hiss etdi. Bəlkə???
Dostları ilə paylaş: |