146
əsas işi idi. İstəyinə demək olar ki, çatmışdı. Gənclərin ara-
sında yaranan mübahisələrdə onun təxribatçı fikirləri əsas
rol oynayırdı.
İkinci əsas işi gəncləri narkotiklə təmin etmək idi. Ba-
şıpozuq, narkotik aludəçisənə çevrilmiş gənc inqilabçılar
onun ağaları üçün rahat “ov” hesab olunurdu. “Yamayka”
onun sayəsində etirazçı və intellektual gənclərin arasına yol
tapmışdı.
Könüllə evlənməyə qərar verəndə, əsas
məqsədi evlə-
nib boşanmış, azadlığa və sərbəstliyə meyilli, rahatlıq və
şöhrət arzusunda olan bu yüngül xarakterli qadından
istifadə etmək idi. Könülün Polisin bacısı olduğunu biləndə
planında korrekt olmağa məcbur olmuşdu. İlk işi Könülü hi-
cabdan azad edib, bütün gün azadlıqdan, insan haqlarından,
azad seksdən, demokratiyadan danışan gənclərin arasına bu-
raxmaq idi. Bunu bacarmışdı. Hamı Könüllə münasibət qur-
mağa çalışır və bu münasibətlər Könülü də, Hikməti də qane
edirdi. Könül Hikmət üçün balığı cəlb etmək üçün qarmağa
taxılmış soxulcan idi. Qarmağın ucunda çapaladıqca beyin-
siz və ağılsız balıqları cəlb edirdi. Hikmət isə sahildə durub
ustalıqla qarmağa düşən balıqlarla məşğul olurdu. Könülün
sayəsində gənclərin arasında söz sahibi olmuş, cibində si-
çanlar oynaşan gənclərin çoxusunu özünə borclu etməyi ba-
carmışdı.
Planı qaydasında gedirdi. Nicatı məhv eləməklə bağlı
heç bir problem yox idi. Polis isə Hikmətin gizli plan-
larından bixəbər, onun planlarına daxil olmuşdu. Hikmət nə
qədər peşəkar idisə, Polis bir o qədər küt və qorxaq idi. İndi
zəng edib onunla hədələyici tonda danışması, Hikməti özün-
dən çıxarmışdı. Polisə yerini göstərməyin məqamı idi. Özün-
dən yüksək rütbəlilərə yaltaqlanmağı yaxşı bacaran Polisin