Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə26/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

107 
 
Ev kirayəsini verə bilmədiyim üçün ya internet klubda, ya 
da qaldığım əraziyə yaxın metro stansiyasının yanında tikintisi ya-
rımçıq  qalan  dükanda  gecələyirdim.  Gecələr    karton  qutuları  cırıb 
özümə yataq düzəldirdim. Üstü açıq, karton qutuların üstündə ya-
tırdım... 
Savaşa-savaşa hiss edirdim ki, tükənirəm. İşsiz idim. Borc-
larım boyumu aşmışdı. Ev sahibinə, qonşuluqdakı dükana, dost-ta-
nışa  borcum  olduğundan  gizlənməyə  yer  axtarırdım.  Ölümü  elə 
arzulayırdım ki... 
Darıxırdım.  Qızımı-məni  həyata  bağlayan  o  nazlı  varlığı 
görmək  istəyirdim.  Amma  alınmırdı.  Bacarmırdım.  Əlimdən  heç 
nə gəlmirdi. İnsanın sevdiklərindən bu qədər uzaq, qanı-qanından 
olan övladının əlçatmaz olması insanı yeyib-bitirir. Tükənmişdim.  
Çətinliklərlə  savaşdığım  günlərdə  qəzetlərin  birindən  iş 
təklifi gəldi. Bu təklifə hava, su kimi ehtiyacım vardı. Yenidən baş-
lamaq arzusu məni bir an da olsun tərk etmirdi. Qəzetlərin birində 
işə  başlayacaq,  darmadağın  olmuş  həyatımı  yenidən  quracaqdım. 
Bir  yanda  yenicə  boy  göstərən  ümidlər,  bir  yanda  isə  intəhasız 
ölüm arzusu vardı...” 
 
...Orxan  Nicatla  tanış  olduğu  günləri  xatırladı.  Nicat 
o  vaxt  fırıldaqçı  deputatlardan  birinin  qəzetində  çalışmağa 
yenicə başlamışdı. Tədbirlərin birində tanış olanda yenicə ta-
nınmağa  başlayırdı.  Baş  tutmayan  intihar  cəhdindən  sonra 
olduqca  gərgin  və  üzgün  görünürdü.  Ortaq  tanışlarından 
kimsə  ona  Orxanla  görüşməyi  tövsiyyə  etmişdi.  Bunu  çay 
süfrəsi  arxasında  çəkinə-çəkinə  deyəndə  doktor  xeyli  gül-
müş və sonra demişdi: “Narahat olma bəy, o özü də mənim 
pasiyentimdir. Belə xırda şeylərə görə kefini pozma”.  
Həmin  gün  boşanmağından,  qızının  ayrılığına  dözə 
bilməməsindən saatlarla danışmışdı. Doktor səbirlə onu din-


108 
 
ləmiş, həm məsləhət vermiş, həm də ucuz və keyfiyyətli bir 
resept  yazmışdı.  O  gündən  tez-tez  Orxana  zəng  edir,  məs-
ləhətlər  alırdı.  Nicatın  karyerasında  sürətlə  irəliləməsində 
Orxanın da rolu az deyildi. Sonradan dostlaşdığı bu maraqlı 
insan  sağlamlığı  üçün  əlindən  gələni  edirdi.  Olanları 
yenidən  xatırlayıb  təəssüflə  başını  buladı,  yenidən  yazıya 
diqqət kəsildi. 
Doktoru  indi  düşündürən  dostunun  açıq-aşkar  özü-
nü yazması idi. “Cəsarətli adamsan, bəy”- müəllifi düşündü 
Orxan... 
İndiyə qədər oxuduqları intihara zəmin yaradan psi-
xoloji gərginlik olsa da, baş verənlər intihar üçün ciddi səbəb 
ola  bilməzdi.  Axı  belə  kiçik  səbəblərə  görə  niyə  özünə  qəsd 
edəsən?  Orxan  yaxşı  bilirdi  ki,  ölkədə  Nicat  kimi  uğur-
suzluqlarla  qarşılaşan  ali  təhsilli  insanlar  çoxdur.  Minlərin, 
milyonların  faciəsini  bu  qarmaqarışıq  söhbətlərin  içindən 
görmək çox asan idi... 
Bəlkə  Amerikada  Nicatın  yaşadığı  çətinliklər  intihar 
səbəbi  ola  bilərdi,  amma  onun  ölkəsində  bütün  bunlar  adi 
həyat reallıqları idi. Hətta bütün bunları normal da hesab et-
mək olardı. 
 
“...Yeni işim ürəyimcə olsa da, pulsuzluğu burda daha çox 
hiss edirdim. Tanışlardan aldığım pulla demək olar ki, hər gün içib, 
evə  sərxoş  qayıdırdım.  Ev  yiyəsi  kirayə  haqqını,  dükan  yiyəsi  və 
borc  yiyələri  pullarını,  məhkəmə  isə  alimenti  tələb  edirdi.  İşə  dü-
zəldiyimin iki həftəsi təzəcə tamam olmuşdu. Borc alıb qızımla gö-
rüşə getdim. Görüşdən sonra qəti qərara gəlmişdim. Nədənsə mənə 
elə gəlirdi ki, daha ona da lazım deyiləm. Yanında ola bilməməyim 
bir yana,  varlığımı da ona hiss etdirə bilmirdim. Hamı borcunu tə-


109 
 
ləb  edirdi.  Bütün  gücüm  tükənmişdi.  Ailəmlə  bütün  əlaqələrimi 
kəsmişdim. Səbir kasası daşmışdı...” 
 
Orxan  dostunun  o  günlərdə  keçirdiyi  gərginliyi  bir 
anlıq  gözləri  önündə  canlandırmaq  istədi.  İçində  qəribə  bir 
ağrı  baş  qaldırdı.    Hiss  elədi  ki,  əlləri  əsir.  Bu  qədər  gər-
ginliyə dözmək üçün möhkəm iradə və səbir tələb olunurdu. 
Zəif iradəli və səbirsiz dostunun bütün bunlara dözə bilməyi 
mümkün deyildi. Əgər hər şey yazılanlarla üst-üstə düşürsə, 
faciənin  sərhədləri  genişlənir...  Nədənsə  ona  elə  gəlirdi  ki, 
Nicatın  faciələri  daha  dərin,  daha  dözülməzdir.  Ya-
şadıqlarının hamısını yaza bilməmişdi dostu... 
 
“...Bir  neçə  gündü  dükandan  nisyə  aldığım  araqdan  içib 
intihar planları qururdum. Qəribə məşğuliyyətdi intihar planı qur-
maq.  Məktuba  yazıb  hazırlamışdım.  O  gecə  isə  sevgilimdən  başqa 
məni tanıyan hər kəsə vida mesajı yazdım. Sevgilimi incitmək istə-
mirdim  nədənsə.  Qazı  açıb,  qapı-pəncərəni  bağlayıb  özümü  qazla 
zəhərləməyə  qərar  verdim.  Təxminən  bir  saat  araq  içib,  bo-
ğulacağımı gözləsəm də heç nə dəyişmirdi. Yastı-yapalaq evin dörd 
yanından  qaz  uçub  gedir,  mənə  heç  bir  təsiri  olmurdu.  Zə-
hərlənmək arzum ciyərimdə qalmışdı. Sərxoşluğum artıqca planımı 
həyata  keçirmək  üçün  qətiyyətim  də  artırdı.  Ülgüc  və  kəsik-kəsik 
olmuş  biləklərim...  Çarpayıma  uzanıb  yavaş-yavaş  ölümü  göz-
ləməyə başladım.” 
 
 
Orxan artıq hövsələsini basa bilmədi. Yerindən əsəbi 
şəkildə qalxıb, pəncərəyə yaxınlaşdı. Ulduzlar şıltaqlıqla ona 
göz  vururdu.  Qəfildən  dostu  üçün  darıxdığını,  onun  söh-
bətləri üçün qəribsədiyini hiss etdi. Bəlkə??? 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə