Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   8   9   10   11   12   13   14   15   16

“Qoy  desinlər  ki,  filankəs  şairdir”  havasıyla 
yazırdım.  Orta  məktəbdə  oxuyurdum  bu 
qəfil qəza başıma gələndə. 
Yazdım, oxudular. 
  
Redaksiyalara göndərdim, çap etdilər... 
Sonra yazıya sığındım. 
Darıxdım, yazdım. 
Təkləndim, yazdım. 
Tərk edildim, yazdım. 
Uğursuzluq yaşadım, yenə yazdım. 
Yazıya, sözə sığındım. 
  
Necə  və  nə  yazmağımdan  asılı  olmayaraq, 
allahdan  da,  valideynlərimdən  də  küsəndə, 
sözlə, yazıyla təskinlik tapdım. 
  
...Tələbəlik  illərində  çox  cəhd  elədim  ki, 
yazmayım,  başqa  bir  işlə  məşğul  olum, 
alınmadı. 
  
Fəhləliyi  bacarmadım,  müəllim  kimi  uğur 
qazana  bilmədim,  kiçik  bir  biznes  qurdum, 
batırdım. 
  
Hər  dəfəsində  də  qınaq,  danlaq,  giley-güzar 
və uğursuzluğun gətirdiyi depressiya... 
  
Kitab təqdimatlarında, imza günlərində, şeir 
gecələrində,  içki  məclislərində  eşitdiyim  xoş 
sözlər  məni  ovsunladı.  Hər  yazıdan  sonra 
aldığım  mesajlar,  oxucu  zəngləri,  elektron 
mediada  yazılarıma  yazılan  şərhlərdən, 
103
 
 


haqqımda  yazılan  yazılardan  qanadlandım, 
özümü  xoşbəxt  hiss  elədim.  Əsl  xoşbəxtlik-
dən isə, addım-addım uzaqlaşdım. 
  
...Çıxdığım  bu  yolda  əlimdən  tutub  yol 
göstərənlər də oldu, badalaq vurub yıxmağa 
çalışanlar  da.  Hər  şeyə  rəğmən  yazmaqdan 
vaz keçmədim. Dost qazandım, dost itirdim. 
Bu  günə  qədər  qazandığım  və  itirdiyim  hər 
şeyin  baiskarı  söz  oldu,  yazı  oldu,  yazmaq 
oldu. 
  
...Əvvəl  kiçik  bir  çevrəm  vardı.  Ailəm, 
qohumlarım,  uşaqlıq  və  tələbəlik  dostlarım. 
İndi  ölkənin  ən  ciddi  fikir  adamlarıyla,  ən 
maraqlı  yazıçıları  ilə,  ən  sevilən  şairləri  yol-
daşlıq  edirəm.  Hər  yazımdan  sonra  görüş-
məyi,  fikir  mübadiləsi  aparmağı  təklif  edən 
oxucularım, bir balaca kefim pozulanda saat-
larla dərdləşə biləcəyim qələm dostlarım var. 
Bütün  bunları  mənə  qələmim,  yazdıqlarım 
qazandırıb.  
  
...Bir  də  ailəm  var.  Normal  yaşamağı,  sakit 
həyatı,  qayğıkeş  ailə  başçısını  arzulayan 
ailəm...Və  nə  yazıq  ki,  günümün  cəmi  1-2 
saatını  da  aid  olduğum  insanlara  həsr  edə 
bilmirəm.  Onlar    başqa  dünyanın  adamları 
deyil,  mənə,  mənim  dünyama  aiddirlər. 
Amma  mən  onların  dünyasına  yadam.  Bir 
damın  altında  aramızda  getdikcə  dərinləşən 
uçurumu  sezməyə  başlamışam.  Ayıldım  ki, 
virtual  aləmdəki  “dostların”,  “doğmaların” 
104
 
 


qayğıkeşliyi  başımı  yaman  qatıb.  Ailəmdən 
başqa  hamının  doğması,  sevimlisi,  əzizi  ol-
duqca  yadlaşdım.    Bu  günlərdə  birdən-birə 
hiss  elədim  ki,  onlardan  uzaqlaşıram.  Beş 
yaşlı  oğlum  mənə  ata  demək  əvəzinə,  rəsmi 
müraciət etməyə başlayıb. 
  
“Gecən  xeyrə  qalsın,  Cəlil Cavanşir!”,  “Cəlil 
Cavanşir,  mənə  süd  almaq  yadından  çıxma-
sın!” 
  
Həyat  yoldaşımla  evimizin  qayğılarından 
danışmaq  əvəzinə  kitablardan,  yazdıqlarım-
dan danışmağa cəhd elədim. Məişət qayğıları 
aşıb  daşanda  qadınına  şeir  oxuyacaq  qədər 
səfehləşdim. 
  
...Hər  axşam  kresloya  çöküb  yarımçıq 
qoyduğum  kitabı  əlimə  alanda  televizorun 
səsini  qısan  oğlumun  üzündəki  narazılıqda 
zərrə-zərrə ona yadlaşdığımı hiss eləmədim. 
Hər  içki  məclisindən  qayıdandan  sonra 
pəncərəni  taybatay  açıb  gözünü  boşluğa 
zilləyən  qadınımla  aramızdakı  milyonlarla 
kilometrlik  məsafəni  ciddiyə  almadım.  Bir 
şəhərdə yaşasaq da, aylarla üzünü görmədi-
yim  doğmalarımın  gileylərində  onlar  üçün 
vecsiz birinə çevrildiyimi dərk eləmədim. 
  
Bir  gün  növbəti  yazını    bitirib,  mətbəxdə 
siqaret  sümürəndə  başa  düşdüm  ki,  bütün 
normal  adamlar  bu  saatda  ya  yatır,  ya  da 
uşaqlarına nağıl oxuyur... 
105
 
 


  
...Və  bütün  bunları  düşündükcə  doğmaları-
mın içərisində təkliyimi hiss  elədim... 
  
...Həəə,  onu  deyirdim  axı,  bu  ölkədə  yazı-
pozu  ilə  məşğul  olmaq  yaxşı  heç  nə  vəd 
eləmir.  Uzaqbaşı  qohumlarından,  doğmala-
rından  uzaqlaşıb  lazımsız  bir  adama  çevri-
lirsən... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
106
 
 


səkkiz 
 
Serroz 
 
- Sağ qabırğamın altında  və mədəüstü nahi-
yədə,  bəzən  bütün  qarınıma  yayılan,  küt  və 
göynərtili ağrılarım var. 
Yağlı yeməklərdən sonra özümü çox pis hiss 
edirəm.  İştahsızlıqdan  əziyyət  çəkirəm.  Tez-
tez köpürəm. Bəzən üşüdürəm. 
 
- Dayan, dayan. Nəfəs al. Telefonda diaqnoz 
qoymayacam  ki,  sənə.  Ən  yaxşısı  gəl  bizim 
klinikaya, səni əməlli-başlı yoxlayaq. 
 
- Məndə vaxt hardadı? Sən elə yüngülvari bir 
şey  de,  dərman,  sirop.  İçim,  bir  az  rahat-
laşım. 
- Bura bax, sən yenə içirsən? 
- İçirəm. 
-  Gəl  mənə  qulaq  as,  gəl  səni  yoxlayaq, 
müalicə  yazaq.  Bu  əlamətlər  yüngül  bir 
xəstəliyin əlamətləri deyil. 
-  Mən  uşaq  deyiləm  ki,  de  görüm  nə  baş 
verir? 
-  Bilirəm  uşaq  deyilsən,  ona  görə  düzünü 
deyim ki, bu əlamətlər serroza çox bənzəyir. 
Sən  belə  elə,  bizim  klinikaya  gəlməsən  də 
olar, özünü yaxşıca müayinə etdir. Arağı isə 
at biryolluq! 
- Axı arağı... 
107
 
 


-  Mən  ölüm,  cığallıq  eləmə.  Arağı  atmaq 
çətin  məsələ  deyil.  Yaşamaq,  oğlunu  atasız 
qoymaq istəmirsənsə at o zəhirmarı. 
Sağollaşıb  telefonu  söndürəndən  sonra  bir 
siqaret  yandırdım.  Yenə  köpmüşdüm.  “Yə-
qin  axşam  içdiyim  arağın  zibilidir”  deyə  
fikirləşdim.  Həə...  Deməli,  bu  qədər  ciddi 
imiş məsələ. Bir anda gözümün qabağına bu 
xəstəlikdən dünyasını dəyişən insanlar gəldi. 
Otağın isti olmasına baxmayaraq üşüdüm. 
 
Əslində  ölüm  qorxusu  mənə  yaddır.  Amma 
arxamca  “özünü  içkiylə  məhv  elədi”  deyil-
məsini  qətiyyən  arzulamıram.  Həm  də  axı 
mən  istəsəm  içməyə  bilərəm.  Sadəcə  bir  az 
iradəli,  səbirli  olmaq  lazımdır.  “Deməli, 
içkini atmasam tezliklə yataq  xəstəsi olacam 
və..  dünyaya  əlvida!”  Düşündüklərim  gül-
məli  göründü  özümə.  Yox,  mən  ən  azından 
bu  ilkin  fəsadları  aradan  qaldırmaq  üçün 
çalışmalıyam. Bacararam!!! 
 
Sözün  düzü  dəfələrlə  intihara  cəhd  eləmiş 
adam  kimi,  bu  xəstəlik  mənim  gözümü  o 
qədər  də  qorxutmur.  Nə  vaxt  və  ya  necə 
ölməyin  nə  fərqi  var  ki?  Zatən  "hər  ölüm 
erkən  ölümdür".  Nə  mənası  var  uzun-uzun 
yaşamağın? 
 
*** 
 
 
 
108
 
 


“Ölümdən betərdi, 
əkdiyin ağacdan, 
yazdığın şeirdən uzun yaşamaq...” 
 
Bu da serrozdan əziyyət çəkən, ölümlə sava-
şan,  aylar  öncə  dünyasını  dəyişən  Adil 
Mirseyidin  şeiri.  Yox,  deyəsən  yaşamaq  da 
bir  şey  deyil.  Bəzən  isə    əsil  əzabdı  uzun 
yaşmaq. 
 
Nədənsə  həkim  dostumun  söhbətindən 
sonra,  dünyasını  dəyişmiş  Adil  Mirseyidi, 
Elçin  Səlcuqu,  Adil  Qaçayoğlunu,  Məmməd 
Nazimoğlunu,  Ələkbər  əmini  (Ələkbər  Hü-
seynov) xatırladım... 
 
Həə,  bir  də  yadıma  Baloğlan  Əşrəfov  və 
Yaşar  Nuri  düşdü.  Serrozu  atlada  bilənlər. 
İkisi  də  qardaş  ölkədə,  Türkiyədə  müalicə 
olunub.  Müğənni  Baloğlan  Əşrəfovu  iş 
adamlarından  biri  xüsusi  təyyarə  ilə  Türki-
yəyə aparmışdı. Amma nədənsə Adil Mirse-
yidi  heç  ümumi  təyyarə  ilə  də  Türkiyəyə 
aparan  olmadı.  Heç  Elçini  də  aparmadılar... 
Görünür,  imkanı  olanlar  yazı  adamlarını 
tanımır... 
 
Bu  ölkədə  ünlü  olmaq  üçün  ya  oxumalısan, 
ya da güldürməlisən.  
 
Bəlkə də vaxtında hərəkət eləsəydik xilas edə 
bilərdik  onları...Yox,  axı  onlar  da  xilas  üçün 
çalışmırdılar. 
109
 
 


Bədənimdən  bir  ürpərti  keçdi.  Telefonu  əli-
mə alıb həkim dostumun nömrəsini yığdım: 
-  Doktor,  nə  desən  hazıram.  Sabah  müayinə 
üçün yanındayam. 
-  Əla.  Bir  də  qorxub  eləmə,  dediyin  əlamət-
lərdən mənə elə gəlir ki, ciddi heç nə yoxdur. 
Sadəcə çalışmalıyıq ki, sənin qaraciyərini qo-
ruyaq. İçkini atsan hər şey yaxşı olacaq. 
- Oldu. Sabah görüşürük. 
Telefonu  söndürüb,  yaxınlıqdakı  ucuz  kafe-
lərin  birinə  girdim.  Öz-özümə    pıçıldadım: 
“Son dəfə” və ofisiantı çağırdım. 
-Yüz qram! 
 
110
 
 


 
doqquz 
 
Qisas 
 
O  gecə  ulduzlar  yerə  daha  yaxın  idi...Əlimi 
atıb  bir-ikisini  qoparmaq  istədim,  əllərimin 
ulduzlara çatmadığını bilə-bilə. 
...Son görüşümüzdə gedəcəyini bildiyim hal-
da  səninlə  daha  çox  vaxt  keçirmək  istədim. 
Əslindən son xəyanətindən sonra qalmağının 
mümkünsüz olduğunu bilə-bilə. 
“Niyə  aldatdın?  Axı  xəyanət  etmədən  də 
yaşaya bilərdin”-dedim. 
“Mən  nə  etdiyimi  bilmirəm,  təmiz  başımı 
itirmişəm”- dedin. 
Səni  anlamaq  istədim,  anlamaqla  heç  nəyi 
dəyişdirə bilməyəcəyimi bilə-bilə... 
Dəhşətli  gecə  idi...  İlk  dəfə  hara  getdiyimi 
bilmədən  saatlarla  dolaşdım  küçələri...  Bey-
nimdə  yalnız  bir  sual  dolanırdı-niyə?  Cava-
bını yenə özündən soruşdum. “Məni nə üçün 
aldatdın?  Mən  sənə  nə  pislik  eləmişdim?”- 
deyib uşaq kimi hönkürdüm. 
Bərk-bərk  qucaqlayıb,  başımı  köksünə  sıx-
dın. Bu sevgi deyildi. Sadəcə gözlərimə baxa 
bilmirdin. 
Səsindəki  arxayınlıq  məni  dəli  edirdi:  “Sən-
dən əvvəlki bütün kişilər məni aldatdı, xəya-
nət elədi, yarı yolda buraxdı. Səbəbini bilmi-
rəm,  amma  onların  hamısının  qisasını  sən-
dən aldım”... 
 
111
 
 


Məni  buraxıb  kənara  çəkildin.  Susmuşdun. 
Ağlamırdım. 
On 
 
Anladım ki... 
 
Şahin Amanova məktub. 
 
3-4  ilin  söhbətidir,  təqvimə  qalın,  qara  hərf-
lərlə yazılan günlərin birində (ya 20 yanvar-
dı, ya da 26 fevral) şəhər kənarındakı hüzur-
suz  və  narahat  hotel  nömrəsində  bir  həyat 
qadınına  aşiq  oldum.  Bəzən  insan  gərəksiz 
vaxtlarda, gərəksiz insanlara aşiq olur. 
 
İlk  dəfə  o  gecə  anladım  ki,  həyatda  bəzi 
şeylər inadla üst-üstə düşür... 
 
Dəlicəsinə  aşiq  olduğum  o  gözlərin  içindəki 
qəribə soyuqluğu anlayanda səhər açılmış və 
sərxoşluğum  keçmişdi.  Özünə  oyun  yoldaşı 
tapmadığı üçün həyətdəki maşınları mismar-
la  cızan  5-6  yaşlı  uşağın  həyəcanı  vardı 
içimdə. 
 
İzah  olunmaz  duyğular  içərisində  yastığa 
söykənib  bir  siqaret  yandırmışdım  və  onun 
gedişini  seyr  etmişdim.  Özüylə  bərabər  otel 
otağındakı  qəribə  qoxunu  da  çəkib  apar-
mışdı arxasınca. 
 
Və o gün oteli tərk etmədən öncə, yataqdaca 
bir ayrılıq şeiri pıçıldamışdım... 
112
 
 


 
İşsiz  və  ümidsiz  günlərimin  birində  məhkə-
mədən çağırış gəlmişdi... 
 
Çağırışdan 2 ay sonra artıq boşanmış, işsiz və 
ümidsiz  haldaydım.  Ümidimi  itirmişdim  və 
intiharın  bir  addımlığında  idim.  Məhkəmə-
dən  sonra  kirayə  mənzilə  dönəndə  cibimdə 
bir-iki  manat  pul,  canımda  uzun  yolun  yor-
ğunluğu və heç vaxt bitməyəcəyini sandığım 
ümidsizlik vardı. Arxası üstə uzanıb əllərimi 
başımın  altına  daraqlamışdım.  Və  o  səfil, 
çarəsiz günlərimdə dürüst, namuslu və anla-
yışlı  bir  qadına  aşiq  olmuşdum.  Bir  tərəfdə 
canım  qədər  sevdiyim  övladımdan  ayrı  qal-
mağın  kədəri,  bir  tərəfdə  isə  yaşamağa  sti-
mul  verən  tərtəmiz  bir  sevginin  bəxtiyarlığı 
vardı.  
 
Çox  keçmədən  yenidən  iş  tapıb  həyata 
sarıldım. 
 
O  gün  yenidən  anladım  bəzi  hadisələrin 
qəsdən üst-üstə düşdüyünü... 
 
Sonra mən tez-tez aşiq olmağa və iş yerlərimi 
dəyişməyə,  özümü  kəşf  etmək  üçün  çabala-
mağa  başladım.  Yenidən  işsizlik  və  yenidən 
narahat  günlər  başladı  həyatımda.  Hər  şey 
yolundaykən  nələrinsə  nizamsız  olduğunu 
anlamağa  başladım.  Və  hər  dəfəsində  get-
dim;  ya  iş  yerimdən,  ya  da  aşiq  olduğum 
qadının həyatından... 
113
 
 


 
Hər dəfə olduğum yeri tərk edərkən gizli bir 
əlin  məni  tutub  saxlamasını  istədim,  amma 
olmadı,  saxlamadı...  Bir  gün  barmaqlarımın 
arasında  sönən  siqareti  külqabına  atanda 
anladım ki, öz həyatımı başqalarının uydur-
duğu bir əhvalat kimi yaşayıram. 
 
Səhərlər  tezdən oyanıb küçə lampalarından 
qaranlıq otağa süzülən işığın yaratdığı alato-
ranlıqda  əl  havasına    axtardığım  siqareti  ta-
panda  anladım  ki,  həyatım  alatoranlıqda  əl 
havasına axtarış aparmaqla keçib. 
 
İşsiz-gücsüz,  avara  günlərimin  birində  evli 
bir  qadına  aşiq  oldum.  Bu  sevdanı  içimdə 
dəfn edib, yas saxlamağa hazırlaşdığım anda 
həyatımda  ilk  dəfə  bir  qadın  mənə  eşq  elan 
elədi. 
 
Sonrası,  hər  aşiqin  yaşaya  biləcəyi  ümidsiz 
macəra... 
 
Həyatımda ilk dəfə bir qadına bu qədər bağ-
landım. Qadağalar, tabular, mental dəyərlər, 
günahlar və olmazlar vecimə deyildi. Günlər 
su  kimi  axıb  keçərkən  həyatımda  ilk  dəfə 
qadın  xəyanəti  ilə  üz-üzə  qaldım.  Bağışla-
dım... və qısa bir müddət ayrı qaldım... 
 
Onsuz  keçirdiyim  hər  gün  özümü  yeyib-bi-
tirdim.  Təsəllini içkidə  tapdım.  Sərxoş  oldu-
114
 
 


ğum  gecələr  xaricində  rahat  və  bəxtiyar  gü-
nüm olmadı. 
 
Sonra kürəyimi yerə vuran bir xəstəlik tapdı 
məni.  Dostlar,  tanışlar  içkidən  olduğunu 
dedi. Hərə bacardığı köməyi elədi, hərə bir əl 
atdı  bu  quyudan  çıxmağıma.  Amma  mən 
quyunun ən dərin küncünə çəkilib bir daşın 
arxasında gizləndim. 
 
Gözümü  açıb  yumunca  daha  bir  il  keçdi 
həyatımdan, daha bir il yaşlandım. 
 
Kədərimlə, üzüntülərimlə, cansıxıcı yaşamım 
və  düşüncələrimlə  dostları  bezdirdim,  düş-
mənləri sevindirdim. 
 
İlk  dəfə  bir  qadının  geri  dönməsi  üçün  göz 
yaşı töküb yalvardım. Qarşıda məni hansı fa-
ciənin gözləməsindən xəbərsizdim... 
 
Yaxın  günlərin  söhbətidir.  Təqvimə  qalın, 
qara hərflərlə yazılan günlərin birində (ya 20 
yanvardı,  ya  da  26  fevral)  şəhərin  hüzursuz 
və ümidsiz arxa küçələrindəki o məşum evdə 
sevdiyim qadının necə həyat qadınına çevril-
diyini  anladım.  Kresloya  çöküb  bir  siqaret 
yandırdım.  Və  ilk  dəfə  bir  qadının  həyatım-
dan  sivişib  getməsini  yaşlı  gözlərlə  izlədim. 
Getdi  və  həyatıma  dolan  qoxusunu,  baxış-
larını,  bədənini,  o  dəlicə  sevişmələrimizi  də 
özüylə apardı... 
 
115
 
 


İlk dəfə o gecə hara getdiyimi bilmədən saat-
larla  dolaşdım  küçələri.  Heç  kəsin  səmaya 
baxmadığı  xəyanət  qoxulu  şəhərdə,  bütün 
ümidlərimi şüşə kimi daşa çırpıb çilikləyən o 
qadının baxışlarını axtardım səmada. 
 
O  gecə  başa  düşdüm  ki,  insan  iztirablarını 
dilə gətirə bilmədiyi üçün şair olur. 
 
O gecə anladım ki, daha məni heç kəs aldada 
bilməyəcək.  İnandım  ki,  bədbəxt  adamları  – 
həyatdan  heç  bir  gözləntisi  olmayan  ümid-
sizləri aldatmaq mümkün deyil. 
 
Və bütün yaşadıqlarıma rəğmən ayaqda qal-
mağımın  yeganə  səbəbini-içimdəki  sonsuz 
sevgini bəsləyib böyütməyə qərar verdim. 
 
Anladım  ki,  yanında  ağladığım  insanların 
heç  də  hamısı  göz  yaşımı  siləcək  qədər  sax-
takar deyil. 
 
Anladım  ki,  həyatımda  bəzi  şeylər  hökmən 
üst-üstə düşür... 
116
 
 


 
içindəkilər 
şeirlər  
 
sən elə bilirsən…............................................... 5 
qayıt gəl...............................................................8 
şəbnəm karslıya...............................................10 
suallar................................................................12 
bu səni xatılamaq deyil...................................15 
toxun mənə, tanrım!........................................17 
aldatmaq.ağlatmaq.ovutmaq.........................20 
ayrılığın ildönümü..........................................22 
oğurluq..............................................................23 
mən əyalət uşağıyam......................................25 
darıxıram..........................................................27 
dəlilik.................................................................29 
bakı....................................................................31 
cəmilə................................................................35 
insan unudur....................................................38 
göyqurşağı........................................................39 
məmləkətimi düşünürəm...............................43 
sən yoxdun.......................................................44 
yad dildə...........................................................45 
yorğun, əsəbi, gərgin.......................................49 
intihar................................................................50 
nigarançılıq.......................................................51 
sən getsən..........................................................52 
otel otağında intihar düşüncələri..................53 
sevgi şeirinin son versiyası.............................55 
indi sən olmalıydın yanımda.........................57 
“əlvida” yerinə əsəbi söhbətlər......................59 
ayılıb görəcəksən….........................................61 
antişeir - I..........................................................62 
117
 
 


antişeir - II.........................................................64 
antişeir - III.......................................................66 
 
esselər 
 
Nənə, məni bağışla..........................................71 
Anamın əlləri....................................................75 
Saat,qadın, darıxmaq......................................79 
Evli qadına aşiq olmaq əzabı.........................83 
Əlvida, kədər!...................................................89 
Hovuz və hamam............................................92 
Evimizdəki yad adam.....................................98 
Serroz ..............................................................103 
Qisas................................................................107 
Anladım ki......................................................108 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
118
 
 


 
 
 
 
 
 
Cəlil Cavanşir 
 
göy qurşağı 
 
Requiem aeternam dona eis, Domine 
 
(şeirlər və esselər) 
119
 
 


 
 
 
 
 
 
 
 
 
 
firma lent 
120
 
 

Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə