Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   2   3   4   5   6   7   8   9   ...   16

saçlarına çəkəcəyim tumara həsrət 
sinəmə baş qoyub yatmaq , 
totuq əllərini üzümə toxundurmaq arzusu 
gözündə qalan... 
özümə nifrət edirəm, nifrət!!! 
offf, ağlamayacam Şəbnəm 
lənət, şeytana lənət... 
 
elə tənhayam ki, Şəbnəm 
ağlamaq-ömrü tükətmək qədər bəsitdi 
elə kədərliyəm ki, Şəbnəm 
içmək, bu ürək ağrılarıyla ən axmaq 
hərəkətdi... 
 
üzümü söykəyib ağlayacağım divarlar 
məndən daha tənhadı... 
damağımdakı siqaret 
daha yaxşı bilir yanmağı 
bacarırsansa ovundur 
ovundur  
bu axmağı.... 
 
bir də, nəyinə lazımdı bu şeiri oxumaq 
üzülmək bu bürkülü gecədə 
bağışla ki, yordum səni, 
necə də axmağam, necə də... 
 
 
 
 
 
 
 
11
 
 


 
suallar 
 
Gülər Cəbrayılın doğum gününə 
 
niyə dost olur adamlar
və niyə düşmən olur? 
hər şeydə bir az təmənna payı varsa... 
niyə müdrik olmağa çalışırıq? 
 
bacarmırıq özümüz olmağı 
həyat səhnəsində kiməsə dost 
kiməsə düşmən obrazındayıq... 
kimin yanındayıq, nə fərqi? 
 
nədir bu yalana maraq? 
ən yaxındakı adama 
bir az dost kimi doğmayıq, 
bir az düşmən kimi uzaq... 
 
niyə doğma olur adamlar, 
və niyə  bu qədər yad olur? 
niyə üzülür adamlar, 
və niyə sevincli, şad olur? 
Nədir bu dərd, sevinc, kədər? 
 
dünya beş günlükdürsə 
nədən narahatıq bu qədər? 
 
son ucu ölümlüdürsə 
dünya nəyimizə gərək? 
axı biz niyə darıxaq, 
axı biz niyə üzülək? 
12
 
 


 
niyə aşiq olur adamlar, 
və niyə bu qədər unudur? 
sevgi ruhumuzun deyil 
bədənin istəyidirsə... 
niyə uydurur adamlar 
saflıq, təmizlik, böyüklük? 
insan bir dəfə sevirsə 
biz niyə bu qədər bölündük? 
bəlkə kiçik hisdir sevgi, 
biz öz gözümüzdə böyütdük? 
 
niyə saxtadır adamlar 
və niyə bu qədər səmimi? 
bədənə can atırıqsa 
sevgi ehtiras deyilmi? 
 
niyə qəddar olur adamlar, 
və niyə bu qədər qayğıkeş? 
insan ən ali varlıqsa, 
bəs nədir qovğa, keşməkeş? 
 
niyə vəhşi olur adamlar, 
və niyə bu qədər mülayim? 
eh, bu qədər sualların 
cavabın kim tapacaq, kim? 
 
niyə tənhadır adamlar 
və niyə bu qədər çoxuq? 
bir az hamı üçün varıq 
bir az heç kəs üçün yoxuq... 
 
 
13
 
 


 
hər gün qarşımıza çıxır  
bizi unudan adamlar. 
sonra yenə gözdən itir 
bir az etibarlı, doğma 
bir az unutqan adamlar... 
bəs niyə kimsə laqeyid 
kimsə çox istiqanlıdır? 
 
sual verə biliriksə 
yaşamaq həyəcanlıdır... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14
 
 


 
bu səni xatılamaq deyil 
 
səndən sonra çox şey dəyişib həyatımda, 
gecələr bir az uzanıb, 
telefonuma gələn zənglər kəsilib, 
arıqlamışam bir az, 
saqqal saxlamışam, 
gözlərim çuxura düşüb yuxusuzluqdan. 
günümə üç qutu siqaret, 
bir də göz yaşları tənha gecələrdə. 
 
hər gün sevdiyin şeyləri xatırlayıram, 
sənin sevdiyin mahnıları 
indi sənsiz dinləyirəm. 
birlikdə çəkdirdiyimiz rəsmləri 
çarpayımın yanında divara vurmuşam, 
hər gün oyananda səni görmək üçün. 
 
səndən sonra 
səni unutmağa çalışıram hər gün. 
 
yersiz mübahisələrimiz düşür yadıma, 
səni unutmağa çalışanda 
birlikdə baxdığımız filmlər, 
oxuduğumuz kitablar 
səni unutmağa qoymur. 
 
hərdən  hörümçəkdən  qorxmağını  xatırlayıb 
gülürəm, 
deyinirəm etibarsızlığına. 
cavabsız SMS-lər yazıram sənə 
və səni xatırladan 
15
 
 


əzab verən hər şeyi sevirəm. 
səndən sonra 
əsəblərim çox pozulub, 
maddi sıxıntılar çoxalıb, 
alnımda qırışlar sıxlaşıb bir az da. 
içirəm səni xatırladıqca 
 
səndən sonra dəyişmişəm. 
məni görsən, tanımazsan, 
indi başqa adamam, 
indi hər gün daha çox 
səni unutmağa çalışıram. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16
 
 


 
toxun mənə, tanrım! 
 
 
əgər varsansa danış, 
sirli-sirli susmağın ümidimi öldürür. 
əgər varsansa, bir mesaj at  
günlərlə susan telefonuma 
ya da bir mail yaz... 
  
əgər varsansa şəhərin mərkəzində görüşək, 
ya bir çay, 
ya bir viski, 
ya da cibimizə görə nə varsa... 
içək. 
əgər varsansa sərxoş ol, 
əgər varsansa  
bir siqaret yandır üzü küləyə.... 
  
əgər varsansa  
başımı çiyninə söykəyim, 
əgər varsansa 
səsindən ən sərxoş mahnılar dinləyim... 
  
əgər varsansa, Dionis yoxdu demək... 
əgər varsansa, Afrodita uydurmadı.... 
əgər varsansa, özünə şərab süz, 
 
əgər varsansa... 
  
əgər varsansa, vədələşək 
görüşək məscidlərin birində, 
istəsən kilsədə 
17
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə