Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   2   3   4   5   6   7   8   9   ...   16

bütün ümidlərimizin dəfn olunduğu 
küçələrdə 
gəzmirik, 
sürünürük birtəhər 
gəncliyimizi çürdürsən bakı... 
gözqamaşdıran saraylarınla, 
villalarınla 
xaraba qalmış tarixin təzadlıdır. 
“yerli”lərin yoxa çıxıb 
qaçaq düşüb 
“gəlmə”lərin  qalmaqda qərarlıdır... 
sperma qoxuyur gecə klubların 
soyunanlar bürünənlərdən abırlıdır 
gecə barlarının divarlarına 
bir də 
dəniz sahilinə, ilan kimi 
sürtünürsən, 
sürünürsən bakı... 
 
cansıxıcı tıxacların, 
qaramat heykəllərinlə, 
eyni adlı məktəblərin 
xaraba universitetlərinlə 
küçələrin və prospeklətinlə 
əriyib itirsən bakı... 
bitirsən, 
bitirsən bakı... 
 
hamı xoşbəxtlik arxasınca gəlib, 
əli qoynunda dayanır... 
xoşbəxtlik ilkinlikdir 
bədbəxtlik sonradan yaranır 
küçələrinin səs-küyü, 
hay-həşiri 
32
 
 


sabaha qədər uzanır 
yalnız rayondan gələn fəhlələr işləyir 
yalnız “gəlmələr” qazanır 
“çörəkverən”sən bakı... 
“qonaqsevən”sən bakı... 
azadlığımızı vağzallarda dəfn edib 
kölə libası geyindik. 
kənd-kənd, rayon-rayon axışıb 
sənin donuna büründük... 
 
kənd qızları kənd  oğlanlarının 
geri dönüşünü gözlədi 
bulaq başında soldu gözəlliklər 
analar oğul yoluna baxdı, 
ağladı. 
 
şəhərdə subay oğlanlar çoxaldı 
kənddə qızlar qarıdı 
ucuz fahişəxanaların bir gecəlik sakinləri, 
ruhunu, 
kişiliyini, 
fahişə bətninə boşalanlar 
sonda peşman-peşman zarıdı... 
sən hər şeyə biganəsən, bakı... 
bəlkə 
bəlkə düz edirsən, bakı! 
 
tozlu, 
bürkülü, 
cansıxıcı küləklərinlə 
avtobusların, metroların, taksilərinlə 
gələninlə, gedəninlə 
gecəqondularınla, 
33
 
 


göydələnlərinlə 
çox tez dəyişirsən, bakı 
nədənsə şirinsən, bakı 
 
 
bir də 
bu melanxolik ovqatın olmaya 
bir də ağır-ağır susqunluğun... 
əyyaşlığın, avaraçılığın 
özünə biganəliyin olmaya... 
 
hüznünlə, ələminlə, kədərinlə 
mənə bənzəyirsən, bakı... 
 
 
 
 
 
 
 
 
34
 
 


 
cəmilə 
 
bu gün anladım ki, 
sən heç vaxt mənə xəyanət etməmisən 
amma ərinə xəyanət etmişdin 
onun aldığı paltarlarla görüşə gələndə. 
 
mənə yalan danışmamışdın heç vaxt 
ərini aldatmışdın; 
“Səndən hamiləyəm” deyəndə 
xatırlayırsansa o zaman 
məndən qalmışdın hamilə 
dilini yalanlara, 
bədənini xəyanətə öyrətdin cəmilə... 
 
məni heç vaxt tək qoymamışdın, 
sadəcə ərinin yanına -  
aid olduğun yerə qayıtmışdın... 
məni atmamışdın... 
sən mənə xəyanət etməmişdin cəmilə 
ərini aldatmışdın mənimlə... 
o uyuyanda öz yatağında 
sən onun aldığı alt paltarlarını soyunurdun 
mənim yarıqaranlıq otağımda... 
 
sonra onun aldığı yataqda, 
kirayələdiyi otaqda sevişdik 
sonra onun aldığı şampunla  
yudum saçlarımı. 
o gündən saçlarım tökülür... 
indi gör neçə nəfər keçəl qalıb, 
allah bilir... 
35
 
 


 
bir gecə utanıb, 
divardakı toy şəklini tərsinə çevirdin 
nişan üzüyünü atdın otağın qaranlıq 
küncünə 
sonra köynəyimi geyindin əyninə 
ağladın, 
 mən isə səni tutdum dilə: 
“xəyanət bu deyil, 
bu nədirsə, 
başqa şeydir cəmilə” 
 
sonra ərinin aldığı içkidən içdik, 
onun ezamiyyəti şərəfinə... 
pəncərədən süzülən şəhər işıqları 
gözümü deşməyə başladı 
vicdanım oyandı o gecə, 
utandım... 
ərinin adını pıçıldadın qulağıma 
sonra “çaşdım” dedin, gülə-gülə.. 
bax bu xəyanət idi cəmilə... 
 
sonra həyatında başqa kişilər peyda oldu 
mənim verdiyim taksi puluyla 
bahalı otellərə getdin 
onları da özünə öyrətdin 
onları da saldın zibilə 
bədənin başqalarına öyrəşdi, cəmilə... 
görəsən xəyanət nədir, cəmilə? 
 
bu gün anladım ki, 
məni aldatmamısan heç vaxt 
özünə danışdığın yalanlar, özünə 
xəyanətindi. 
36
 
 


 
səni sevmək mənim günahım deyildi 
bəlkə də, lazımsız cəsarətimdi... 
 
bu gün anladım ki, hamıya xəyanət edirəm 
qadınımın ütülədiyi köynəklə görüşünə 
gələndə 
anladım ki xəyanət, 
başqasına aid olan şeyləri 
səninlə bölüşməkdi... 
 
heç bir aldanış xəyanət deyil, əslində 
xəyanət, sevmədən sevişməkdi... 
xəyanət, öz gözündən düşməkdi 
özgə yataqlarında... 
xəyanətin nə olduğunu bilirsənmi, cəmilə? 
hərdən, 
tək qalanda 
vicdan əzabı çəkirsənmi, cəmilə? 
 
 
37
 
 


 
insan unudur 
 
viskiyə buz atmağı unutduğum üçün, qəzəblə 
pıçıldadığım misralar... 
 
əvvəl təkliyə alışdı, 
sonra 
göz yaşı qurudu. 
çox şükür ki, toparlandı 
yaxşı ki, 
çox qürurludu... 
 
indi gözlərində gülüş, 
baxışları  
dupdurudu. 
 
ahhh 
nahaq yerə üzülmüşəm. 
axı o da bir insandır. 
insandır, 
insan unudur... 
 
 
 
 
38
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə