Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   2   3   4   5   6   7   8   9   ...   16

 
göyqurşağı 
 
isa şahmarlının ölümünə... 
 
səni söyənlərin hamısı öldü 
küçə davalarında, 
həbsxana künclərində 
çoxusu da rənglərini gizlədib 
sirr apardı içlərində… 
 
 
"Requiem aeternam dona eis, Domine"
1
 
 
biz sovetlərdə  
seksin olmadığı vaxtlarda 
dünyaya gəlmişik 
bizi leyləklər gətirib dimdiklərində 
uzaq ölkələrdən 
kələm ləklərində tapıblar bizi 
biz  
yaradılışı belə bilmişik. 
 
atamla anamın sevişdiyini biləndə 
nifrət eləmişdim 
ikisinədə 
atamdan zəhləm getmişdi 
 
 
 
1
 "İlahi, onlara əbədi rahatlıq ver" (latınca) 
 
39
 
 
                                                 


 
bilmirəm, 
deyəsən 
zəhləm gedir hələ də… 
 
biz cinsimizin “kişi” olmasıyla öyündük, 
“yaxşı oğlana” 
“pis oğlana” 
bölündük… 
 
"Requiem aeternam dona eis, Domine" 
 
bıçaq da çıxardıq küçə davalarında 
qızlara söz atdıq bulvarda 
dalanlarda… 
“elşad xose yek” 
“i love break” 
yazdıq divarlarda… 
 
“mavi”lərə, “şampunçiklərə” ilişdik, 
“şöbəyə” düşdük 
“kazbek” də eşdik. 
bircə adam ola bilmədik, qardaşım. 
 
neçə uşaqlıq dostumu itirdim 
“ana-bacı” söhbətində 
əlimdə təsbehim, dayanmışam 
sənin intihar etdiyin evin tinində… 
 
"Requiem aeternam dona eis, Domine" 
 
40
 
 


 
ilk dəfə mənə yazılmayan bir məktub, 
mənim ünvanıma gəlib. 
“gedirəm, 
haqqınızı halal edin. 
bu ölkə, bu dünya mənə görə deyil.” 
ağırdı... 
 
“anama deyərsiniz ki, 
onu çox sevirəm… 
mən xoşbəxt olmağa gedirəm…” 
 
ilahi, dəhşətə gəlirəm!!! 
 
səni sevənlərin hamısı hüzünlü 
hamıya əzab qoyub getmisən, ömürlük… 
“bu  dünya  mənim  rənglərimi  daşıyacaq 
qədər deyil rəngli…” 
 
bir az əsəb,  
bir az narahatlıqla baxıram yazdıqlarına.. 
tanrının belə ehtiyacı var 
sənin məsum dualarına… 
 
son sözün: “əlvida!” 
 
"Requiem aeternam dona eis, Domine" 
 
arxanca söyənlərin söyənlərin hamısı öldü 
elə gözümün qabağında 
qapqara  oldu üzləri 
amma başları üstündə ağlayan oğlan 
uşaqlarının 
41
 
 


maviyə çalırdı gözləri… 
 
ölkə “yaxşı oğlana” 
“pis oğlana” bölündü. 
sevinən oldu ölümünə, 
hərə bir maska keçirdi üzünə 
hamı büründü cəhalətin rənginə… 
 
sənin günühın nəydi ki? 
ömründə bircə dəfə heç kəsə 
bıçaq çıxarmamışdın, 
 
dayanıb küçədə 
qızlara söz atmamışdın, 
tum qabığı tüpürməmişdin 
heç kəsin üzünə… 
 
unutma, 
fürsət düşəndə tanrıya 
pıçılda 
rənglərin göy qurşağıydı 
 
səni gizlində ən çox ağlayan 
rənglərini gizlədən  
dostlarını daşa basan 
məhlə uşağınıydı… 
 
"Requiem aeternam dona eis, Domine" 
 
 
 
 
 
42
 
 


 
məmləkətimi düşünürəm 
 
oturub məmləkətimi düşünürəm, 
gülürəm.... 
 
bilirəm, 
tanrıların da yadından çıxmışıq 
günahkarıq... 
 
maraqlıdır ki, niyə 
heç olmasa qar yağmır günahlarımızın 
üstünə? 
 
 
43
 
 


 
sən yoxdun 
 
sən yoxdun  
əllərimi sevməzdim, 
özümü üzməzdim  
ağlamazdım heç kəsin yoxluğuna 
alışmışdım,  
sevgilərin birnəfərlik olduğuna...   
 
sən yoxdun içkini sevərdim,  
tüstünü nəfəs kimi içimə çəkərdim  
döyərdim bir gecəlik qadınların qapısını 
sonra...  
sonra isə diz çöküb  
saxlayardım uzaq sevdaların yasını    
sən yoxdun  
içimdəki hüznü, kədəri sevərdim  
gülərdim qadınsızlığa,  
insansızlığa  
unudurdum hamını  
məni təklik öyrətmişdi amansızlığa    
 
sən yoxdun  
gecələr darıxmaq dolardı içimə  
vəhşi mahnılar dinləyib 
ağlamalı şeirlər yazardım  
söyüş söyərdim  
ağlayardım...    
 
indi sən varsan  
əllərimi sevirəm  
amma özümü üzürəm 
44
 
 


 yenə də  
bir gecəlik qadınların qapısını döyürəm  
şeir yazıram,  
söyüş söyürəm, 
ağlayıram, gülürəm... 
sənin  varlığın olan yerdə 
bunlar boş şeydi bilirəm... 
 
daha bir nöqtəyə dəli kimi baxmıram  
daha sənsizliyi yazmıram 
offf...beynim qarışdı yenə 
cəhənnəm olsun hər şey 
mən darıxmıram! 
darıxmıram... 
darıxmıram? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
45
 
 


 
yad dildə 
 
pərviz cəbrayıl üçün 
  

  
dalğalar çırpılırdı sahilə və bir qağayı acıq 
verirdi göy üzünə 
erato ətrafımda rəqs edirdi 
mən isə yorğun, yenə lövbər atmışam 
günahlar dənizinə 
susdum. 
sonra bir şeir pıçıldadım, su üstündəki ayaq 
izlərimə. 
  
dalğalar intihar edirdi qayalara çırpılıb 
aciz bir günahkar qollarını açmışdı 
boşluqlara 
yenə bütün şairlər oyaqdı. 
gecənin səssizliyində polis patrulları 
dolaşırdı sahildə. 
mən tanrıları çağırırdım, bilmədiyim yad 
dildə... 
  
Dəniz başdan başa cəsəddi... 
  
 
 
46
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə