Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 
II 
  
bütün günahkarları udmuşdu dəniz. 
şəhər su içindəydi 
İçərişəhərdən üzüyuxarı qalxırdı buludlar 
göz vururdu ölüm mələyi 
Mən nəğmə oxuyurdum yad dildə 
  
qağayılar dimdiyində saman çöpü. qarğalar 
gülürdü adamlara 
hər yan insan leşləri və tərtəmizdi hava 
mən hündür bir təpədən baxmaq isitdim 
Bakıya 
təpələr uzaqdaydı, hardasa əlçatmazda 
bura meqapolisdi 
bir saat öncə zirzəmilərdə 
və göydələnlərin zirvəsindəydi həyat və 
macəra 
bir az fikirlərim dağınıq, bir az da ruhum 
avara 
buraxdım ruhumu qaranlıqlara... 
  
su bütün şəhəri udmuşdu. 
qəzəbliydi məsumlar 
dünya çəkilib getmişdi ayağımın altından 
bir dua qalmışdı göy üzündə, 
sahibsiz bir dua 
 
bütün balıqlar canlıydı, 
hamısı insan cildində 
və mən dua pıçıldayırdım yad dildə 
  
47
 
 


 
 
sükutun vahiməsi canımda, 
atıldım boşluqlara 
sular cəsədimi çırpırdı sahilə, 
qanım yayılmışdı qayalıqlara 
bir işıq vardı oğlumun göz bəbəklərində 
avara küçə itləri dartışdırırdı cəsədimi 
bir ana duası saplanmışdı qaranlıqlara 
  
mən qarğış edirdim yad dildə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
48
 
 


 
yorğun, əsəbi, gərgin... 
 
beynimin içində qancıq itlər ulaşır 
və yol gedirəm üzü sabaha 
əlimin altında yorğun sətirlər 
çörəyə daraşan qarışqa kimi 
ağ vərəqə 
daraşır... 
daraşır, and olsun allaha... 
 
hardasa uzaqda əcaib səslər 
 çıxarır küçə pişikləri 
sonuncu siqareti söndürüb 
başımı atıram yastığa 
nəfəsim getdikcə ağırlaşır... 
gözümdə işıq öləziyir 
yoxxx, həvəsim yoxdu yatmağa... 
 
beynimin içində küçə pişikləri cütləşir 
dan ulduzu göz vurur sabaha 
başımı yastığa atıb yatıram 
yatıram hər gecə üzü allaha... 
 
 
 
 
 
 
 
 
 
 
49
 
 


 
intihar 
 
soyuq divara söykəyib kürəyimi 
göy üzünə baxdım 
səma soyuq və qaranlıqdı 
quşalar azad və qayğısız 
göylərdə salamatçılıqdı. 
 
 
əlimdə tutub ürəyimi 
qonşu qızın balkondan uçuşuna baxdım 
asfalt kirli və bulaşıqdı 
bir də qan ləkələri 
uçuş bir anlıqdı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
50
 
 


 
nigarançılıq 
 
görəsən indi necəsən? 
saçına kim sığal çəkir? 
yoxsa yenə yanaqların, 
göz yaşlarından su içir? 
 
yenə dalğın baxışların, 
kimin üzünə dikilib? 
kimə naz satırsan bu gün? 
nə gizlədim, bu naz əda 
sənin boyuna biçilib... 
 
gecə pəncərəni bağla, 
yatanda yorğana bürün. 
bir də... 
bir də bu içkini azalt. 
az içər qadın dediyin... 
 
çalış hamıya inanma, 
nadanı var, axmağı var. 
birdən yenə aldanarsan, 
sonra sənə çətin olar... 
 
məni soruşma, çox pisəm 
havalar canımı sıxır. 
bir yorğun, əzgin sərsəri 
güzgülərdən baxır, baxır... 
 
 
 
 
51
 
 


 
 
sən getsən 
 
məsələn, sən çıxıb getsən 
darıxmayacağam. 
şeir yazacağam gedişinə dair
bir az içəcəyəm 
ağlayacağam 
uzağı bir ay saqqal saxlayacağam. 
rəsmlərinə baxacağam gecələr 
günümə iki-üç qutu siqaret 
bir də hüzünlü mahnılar 
bəs edər... 
 
bir də qoxun gələcək burnuma 
içimdə bir şey qırılacaq 
sən gedəcəksən 
əllərim darıxacaq... 
dodaqlarım darıxacaq, 
gözlərim darıxacaq 
 
amma yox, sən çıxıb getsən 
mən darıxmayacağam... 
 
mütləq bir nəfər tapıb 
ona səndən danışacağam. 
sonra bir gün 
unudacağam... 
 
 
 
 
52
 
 


 
otel otağında intihar düşüncələri 
 
bu soyuq gecədə unudub hər şeyi, 
səhərə qədər içəsən. 
tumarlayasan yanında uzanmış, 
çılpaq fahişənin 
islaq saçlarını... 
gözündə dünya boyda kədər, 
bədəninə  toxunan  qadın  əllərinin  hərarətini 
duyasan 
içəsən gecəni səhərə qədər 
sevəsən yanındakı yad qadını 
sevişəsən... 
 
ağlayasan dəli kimi, 
susasan... 
bir gecəlik “sevgilinin” belini qucaqlayıb 
unudasan hər şeyi 
və acizliyin, 
həyatdan aldığın zərbələr düşə yadına. 
içəsən, 
ağlayasan... 
 
sinənə baş qoymuş bu qadının 
bədənin qoxusunu 
və otel otağına yayılan 
equal ətrini 
çəkəsən ciyərlərinə 
unudasan hər şeyi. 
gözündə, içində kədər 
içəsən hər şeyi unudub, 
içəsən səhərə qədər.. 
53
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə