Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 
məhlədə qaça bilmirdi qınaqdan 
indi ona yalnız peşmanlıq qalmışdı... 
  
siqaretin və benzinin qiyməti qalxmışdı 
əsgər sonuncu gülləsini 
o ürkək uşağın alnına sıxmışdı... 
Allah da qorxusundan susmuşdu 
  
açıq qalmışdı bütün dilənçilərin əlləri 
kimi isə təpikləyirdilər parkda 
hamı susmuşdu haqsızlığa 
kilidlənmişdi insanların dilləri... 
avqust tozanaqlı küləklərlə gəlmişdi Bakıya 
isti canımızı sıxırdı 
və bir şair çəkilib daxmasına 
it kimi darıxırdı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
60
 
 


 
“əlvida” yerinə əsəbi söhbətlər 
 
təsadüfə bax,  
divar saatının yorğun əqrəbləri kimi 
rastlaşmışıq 
sən sərxoş gözlərimin süzülməsi qədər 
rahatlıq verirsən 
indi hardasa, 
hansısa hava limanında 
sabaha yaxın gələn bir uçaqdan enirsən… 
hansısa bir axmaqdan hamiləsən 
unutsam, bütün dünyadan küsəcəksən 
ürəyin buz kimidir 
gərginsən, əllərin əsir, əzab çəkirsən… 
-bilirsən? 
məndən gedirsənsə… 
dönməyəcəksən! 
 
əgər yaddaşımı itirsəm səni bağışlaya 
bilərəm… 
naməlum bir nəğmədən hamiləyik 
səhnədəki royal doğuş masasıdı 
hüzünlü notlar doğursan  barmaqlarından 
və atıb qaçırsan… 
mümkünsə bir şüşə viski aç 
bir az buz gətir… 
birini də 
indi rahat dur 
məmələrini də sümürəcəm, viskini də, dilini 
də… 
yox, mən səni sevməsəm yaxşı olacaq 
yenə alnının qarışıb xətləri 
61
 
 


üzünsə cırılmış şeir dəftəri 
nə versəm əlinə  
-itirəcəksən axmaqlığından… 
bilirsən??? 
unutma, 
yenidən bu qədər aşiq olsam kiməsə 
yaddaşımdan 
silinəcəksən… 
 
ddımı tərsinə söyləmə, anlamsızdır 
gedirsənsə adımı düzgün de, iyrənəcəksən 
mən səni ötürməsəm yaxşı olar, yorğunam 
durub sadəcə arxanca baxacağam 
qanadlarımı qırdın… 
daha uçmayacağam 
səni bilirəm, vallah bilirəm 
sən indi də ayrıldığımıza üzüləcəksən… 
amma tanıyıram səni, vicdan haqqı 
bütün sevişmələrindən sonra güləcəksən… 
tamam! anlaşdıq! gedirsən! 
bilirəm, yenə belə sevəcəksən 
amma unutma  
bütün sevişmələrimiz sadəcə nağıldı 
Sən ən yaxşı ehtimalla 
s..cəkcəsən! 
 
62
 
 


 
ayılıb görəcəksən… 
 
ayılıb görəcəksən, 
yenə çıxıb getmişəm... 
toz-torpaq dolub evə açıq pəncərələrdən. 
pərdələri his basıb siqaret tüstüsündən 
üfunət iyi gəlir yenə mələfələrdən. 
ayılıb görəcəksən, yenə çıxıb getmişəm... 
 
məndən sənə nə fayda? 
elə getsəm yaxşıdır. 
zibilləri atmıram, sənə dəymir köməyim. 
bir az şeir yazıram, bir az içki içirəm 
yəqin ki, çox incitməz səni mənim getməyim. 
 
 
mən yağışla kövrələn, hüzünlü, narahatam 
gözlərimə yaxşı bax, illərin yorğunudur. 
hə... 
bir də bundan sonra şairlərə güvənmə. 
şairlər pinti, tənbəl, məişət pozğunudur. 
ayılıb görəcəksən, yenə çıxıb getmişəm... 
 
 
 
 
 
 
 
 
 
 
63
 
 


 
antişeir - I 
 
qadın döşlərindən başlayır həyat 
süd kimi içirəm ağ buludları 
şeir qaralamaq kişilik deyil 
yığıram gözümə qaranlıqları. 
 
adam deyiləmsə, bəs nəyəm görən. 
mənim keyf eyləyən yaşımdı, brat. 
gecələr  bir qadın qoxusu kimi... 
çökür üstümüzə bu ağır həyat. 
 
gecəni sevirəm, tənha gecəni. 
bir tüstü,  
siqaret tüstüsü, 
acı. 
dağların başında qara buludlar. 
“Bu dəfə şedevr yazmısan bacı” 
 
qadınlar bir azca gec boşalanda 
həyat gəldi gedər, dostlar vəfasız. 
“gecələr damlarda ot çəkirik biz.” 
araqla, pendirlə zor gedir qarpız. 
 
səhərlər siqaret dərman əvəzi. 
bir saat rok dinlə, beynin açılsın. 
hər gün ağlayıram vəfasız gözəl. 
“əcəb fiquran var, ay canın yansın.” 
 
buludlar toqquşur, ildırım çaxır. 
tüpürdüm arağa, nəşəyə qardaş. 
şəhər küçələri zir-zibillidir 
64
 
 


hər gün kayfdayam, mən ay taxtabaş. 
 
ən gözəl qızları sevdim, unutdum. 
şəhər - hisslərimin daşa dönməsi. 
mən bir az kədərli adamam şair
həkim diaqnozu : “Beyin çönməsi” 
 
bir şeir pıçılda üzü küləyə 
“ağla, buludlar ağlasın.” 
susma haqsızlığa, vəfasızlığa. 
dostlar yaşıma baxmasın. 
 
“bu da sonuncu gün, sonuncu vida” 
məndən soruşmayın ayrılıq nədir. 
gedirəm dünyanın sonuna doğru 
içmək göz yaşına bir bəhanədir. 
 
gecələr, gecələr tənha gecələr. 
yenə təkərdəsən “ay brat, çaşma”. 
şeirdən bezmişəm, gör neçə vaxtdır. 
mən qoşma yazıram, kədərli qoşma. 
 
ağlamaq gözəldir, gülmək yalandır. 
“get tullan, adımı alma ağzına.” 
səni unutmuşam gör neçə vaxtdır. 
“tanrım, bir yol göstər gəlim yanına”. 
 
bu səs-küylü küçə, bakirə şəhər. 
sevirəm mən səni, inanmasanda. 
durub ciddi-ciddi şeir oxuma. 
qəzəldən-məzəldən qarnımız toxdu. 
bir  az dəlilik et
bir az pıçılda. 
65
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə