Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
  1   2   3   4   5   6   7   8   9


 

 




 

 




 

Cəlil Cavanşir 



 

 

 

 

 

 

 

 

 

 

 

QADIN 

CORABLARI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



 

 

 

Naşir: Müşfiq XAN 

Redaktorlar: Ağa Cəfərli, 

Şəhriyar del Gerani 



Mətn tərtibatı: Pikə Fazilqızı 

Rəssam: Vasif Səftərov 

Dizayn və qrafika: Teymur Fərzi 

 

 

 

ISBN 978-9952-464-99-3 

 

 



 

 

 



Müəllif hüquqları qorunur. Müəllifin razılığı olmadan kitabın təkrar və hissə-hissə 

nəşri və əsər əsasında film çəkilişi qəti qadağandır



 

 

 

 

 

Elektron poçt: 

jalil.javanschir@yahoo.de



celil.haci@gmail.com

  

Müəlliflə əlaqə: (+99455) 662 44 88 

E-poçt: celil.haci@gmail.com 

Facebook / twitter: Celil Cavanşir 

 

 



 

 

© Cəlil Cavanşir / 2014 

© “XAN” nəşriyyatı / 2014 


 

 



 

 

 

 

 

 

 

 

 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

“Qadın corabları” müəllif hegemonluğunun sona qədər 

davam etdiyi  romandır. Müəllif real hadisələri ironik 

şərhlərlə oxucuya çatdırır. 

Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin 

çöküşü müəllifin baxış bucağından təqdim olunur. 

Müəllif oxucuya dərs keçmir. 

Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir. 



 

Müəllif mətndəki vulqar ifadələrə, erotik səhnələrə və 

başdanxarab obrazlara görə məsuliyyət daşımır! 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 




 

Proloq 



 

 

“Üç halda dostunun haqqını yerinə yetirməyənə 

 dost demək olmaz:  

Çarəsizlik halında, qeybəti olunan zaman və 

ölümündən sonra.” 

 

İmam Əli 

 

“Həyat böyük bir film şirkəti kimidi. İnsanlar isə bu 

şirkətlə  müəyyən  müddətə  müqavilə  bağlamış  çarəsiz  akt-

yorlar... Həyat  istədiyi rolu verir insana... Mənsə oynadığım 

bütün  filmlərin  ikinci  dərəcəli  aktyoruyam.  Yalnız  bir  neçə 

dəfə  filmin  qəhrəmanı  olmağı  bacarmışam.  Daha  çox  mənfi 

obrazı,  qapını  çırpıb  gedən,  sərt  baxışlı,  laqeyid  və  soyuq-

qanlı tipi canlandırmışam... Bəzən də bir bar köşəsində siqa-

ret çəkə-çəkə dalğın baxışlarını boşluğa zilləmiş avara tip... 

Hər  şey  çox  sürətlə  dəyişib  həyatımda...  Bir  vaxtlar 

dəli kimi sevdiyin, sənin üçün fədakarlıq edənin dəyişməsi, 

sıradan biri olması, səninlə də sıradan biri kimi davranması 

çox  üzücüdür.  Kədərli  aktyor  olmaq  da asan  deyil  ha...  De-

yim, biləsiz... 

Dramatik  rolların  mahir  ifaçısı  olmaq,  komik  aktyor 

olmaqdan  qat-qat  çətindir  ya  da  əksinə...  Ümumiyyətlə  nə 

dəxli var? Aktyor olmaq çətindi, vəssalam! 

Amma  nə  etməli,  verilən  rol  budur  və  oynamaq  zo-

rundayam...  İnsan  dəyişkəndir  və  bütün  böyük  sevgilər  bir 

gün tükənir. Tanıdığım bütün qadınlar tərk etməyi ən azı bir 

dəfə də olsun ağlından keçirib.  Fiziki cəhətdən tərk etməyi 

bacarmayanlar  isə  bir  vaxt  sevdiklərini  ruhən  çoxdan  tərk 




 

ediblər...  Bir  sevdaya  tutulanda  hara  qədər  gedəcəyini  dü-



şünmür insan, yox, əslində düşünə bilmir. Unudulmaq, adi-

ləşmək istəməsək də bu baş verir. Hay-küylə, həyəcanla, dəli 

bir sevgiylə həyatımıza girən qadınlar, günün birində də sa-

kitcə,  dərin  bir  iz  buraxaraq  çəkilib  gedir  və  yadlaşır. 

Bitməməyini  istədiyimiz  gözəl  bir  film  kimi  bütün  sevgilər 

də bir gün sona çatır. 

Əbədi sevginin varlığına inamımı çoxdan itirmişəm... 

İstədim  ki,  hər  gün  sevdalanım,  hər  gün  sevmək  istədiyim 

biri olsun. Bir az çətin, bir az imkansız, bir az da əlçatmaz... 

İmkansız  deyəndə  ağlınıza  ilk  gələn  “kasıb”  oldu,  bilirəm. 

Amma canımüçün mən “mümkünsüz” demək istəyirdim. 

Xəyallarımda olmayan sevgini göyün yeddinci qatına 

qaldırdım.  Xoşbəxt  olmaq  üçün  ağına-bozuna  baxmadan, 

bəzən də kor-koranə mübarizə apardım. Bəzən bir təbəssüm 

belə məni yolumdan azdırdı. Xoşbəxt olmaq üçün imkansız 

sevdaların  arxasınca  düşdüm.  Başqasının  səadətinə  əl 

uzatdım,  sevgisini,  ümidini  oğurladım.  Film  dadında  bir 

sevgi əsib keçdi həyatımdan... 

Ssenarisini  kimin  yazdığını  bilmədiyim  kədərli  bir 

filmdə sınadım özümü. 

Əslində fərqinə  varmadan həyatın verdiyi rolu oyna-

dım.  


Günlərin  bir  günü  başqasının  səadətimə  göz 

dikəcəyini, ümidimi oğurlayacağını bütün ruhumla hiss edə-

edə  xəyanətdən  bəhs  edən  sevgi  filmində  baş  rol  ifaçısının 

tərəf-müqabili oldum... 

 

Və  bir  gün  öz  kədərli  taleyimlə  barışmaq  zorunda 



qaldım.  Ümidsiz,  çarəsiz,  darmadağın  bir  halda...  Verilən 

rolu oynamaqdan başqa nə edə bilərdim ki? 




Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə