Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
1   2   3   4   5   6   7   8   9

12 

 

ürəyindən deyildi. Zarafat deyil, ölkənin tanınmış, adlı-sanlı 



yazarları onun pasiyentidi və sabah onların lağ hədəfinə çev-

rilmək  istəmirdi.  Məhz  bu  baxımdan  romanın  müəllifi  ilə 

gizli  razılığı  vardı:  “Bax,  sənə  az-çox  hörmətim  var.  Amma 

əsla və əsla detektiv bir romanın personajı olmaq istəmirəm. 

Əgər  detektiv  bir  roman  yazacaqsansa,  mən  bunu  əvvəl-

cədən  bilim.  Mənasız  əziyyət  çəkmək  istəmirəm.  Özümü 

qətiyyən  detektiv  psixoloq  obrazında  görə  bilmirəm.  Qələ-

minə  qurban,  məni  detektiv  qəhrəman  eləməkdənsə,  Soma-

liyə ərzaq aparan deputat elə”. 

Romanın  müəllifi  isə  gülüb,  çənəsindəki  bir  çəngə 

saqqalı  qaşıyıb  hırıldamışdı:  “Əşşi  nigaran  olma,  ürəksən, 

ürək!    Mən  nə  Aqata  Kristiyəm,  nə  də  detektiv  personajlar 

arasında  başını  itirən  Konan  Doyl.  Niyyətim  ciddi  roman 

yazmaq  və  səni  də  onun  ciddi  personajlarından  birinə  çe-

virməkdir. Bir sözlə, ciddi söhbətdir. Sən də ciddi ol,  əsərin 

əsas  qəhrəmanı  kimi,  öz  vəzifəni  yerinə  yetir.  Romanın  ya-

zılışında iştirak edəcəksən, həm də romanın qəhrəmanı ola-

caqsan.  Vallah,  billah  tarixi  imkandır!  Məncə  bu  şansı  qa-

çırma!” 

Orxan  hiss  elədi  ki,  dostu  keçiləri  qaçırıb.  “Ciddi” 

sözündən ciddi-ciddi istifadə etməyindən başa düşdü ki, bu 

söhbətdə ciddi heç zad ola bilməz. 

Dostunu xatırlayanda üzünə təbəssüm yayıldı. Sevin-

di  ki,  qəflətən  detektiv  romanın  içərisinə  –  çözülməyən  və 

ağlabatmaz  cinayət  hadisələrinin  mərkəzinə  düşməyib. 

Uzaqbaşı  intiharına  inanmadığı  əsas  qəhrəmanın,  bütün 

gəncliyini içməyə, yazmağa və qadınlara xərcləmiş  pasiyen-

ti Nicat Aslanın ölümünün görünməyən tərəflərini açmaqda 

yazıçıya kömək edəcək. Əlinə fürsət düşmüşkən zırramanın 

birini  kağız  üzərində  öldürüb-dirildəcək.    Bütün  öhdəliyi 




13 

 

bundan ibarətdi. Elə romanın müəllifi ilə son görüşdə Nica-



tın  bütün  yazılarının  toplandığı  sənədləri  və  şairin  görüş-

düyü  qadınların,  birlikdə  yeyib-içdiyi  adamların  telefon 

nömrələrini və ünvanını, tez-tez getdiyi PUB-ların, klubların 

adları  yazılan  dəftərçəni  götürmüş,  yazıçıya  bu  məsələdə 

psixoloq kimi kömək edəcəyinə söz vermişdi.  

 

…Bu yerdə, zəruri bir müdaxilə yerinə düşər. Orxanı necə 

lazımdı  hərifləmişəm.  Çünki  Orxanın  girişdiyi  işi,  normal  öl-

kələrdə  detektivlər  və  ekspertlər  həyata  keçirir.  Demədi,  deməyin. 

Orxan özünü zibilə salıb… 

 

Bu  ölüm  hadisəsində  Orxan  mütləq  ip  ucu  tapmalı 



idi. Elə bir ipucu tapmalı idi ki, bu detal Nicatın ölümünün 

intihar  yox,  qətl  hadisəsi  olduğunu  sübuta  yetirsin.  Gənc 

doktor  otaqda  var-gəl  edir  və  düşünürdü.  Nicatın  ölümü 

onu  ağrıdırdı.  Dostunun  intihar  edəcəyinə  inanmırdı.  Ha-

disənin əslində necə baş verdiyini mütləq öyrənməliydi. Ən 

azı dost kimi, bəzi şeyləri bilməli, ictimailəşdirməliydi. 

Nicatın  yazılarının  içərisindən  təsadüfən  götürdüyü 

və “kədərdən” adamın belini bükən yazını oxuyandan sonra 

doktor əsəbi şəkildə vərəqi otağın bir küncünə tulladı: “Adə, 

sən  öl,  bunların  hamısı  başdan  xarabdır.  Bu  sentimental  və 

ağlamalı yazıların içindən ipucu tapmaq olar?” 

 

 



 

 

 



 

 



14 

 

*** 



 

Doktor  əvvəlcə  özü  üçün  ölümün  cinayət,  yoxsa  in-

tihar  olduğunu  aydınlaşdırmalı  idi.  Müəllif  bunun  vacib 

olduğunu  bildiyi  üçün  hələ  yazmağa  başlamadığı  romanın 

ən məsuliyyətli işini doktorun boynuna atıb aradan çıxmışdı. 

Orxan  bunu  xatırlayanda  sonsuz  nəzakətinə  yaraşmayan 

tərzdə özündən çıxıb əlini masaya çırpdı:  

– Ay səni, avaragor oğraş. Lap şeyinə sarımısan camaatı. Gu-

ya roman yazırsan da... Bütün işi atmısan üstümə, bütün gü-

nü içirsən. Tüpürüm sən yazan romana da, sənə də! 

Əsəbi olsa da, özünü birtəhər toparladı. Stolun siyir-

məsini çəkib sakitləşdirici həblərdən ikisini birdən ağzına at-

dı və qazsız mineral suyu başına çəkdi. Qəfildən gözü kom-

püterindəki  açıq  fotolara  sataşdı.  Cinayət  yerində  çəkilmiş 

fotolar və Nicatın özünü asdığı kəndir yadına düşdü. Corab! 

Kapron  corablardan  hazırlanmış  kəndir  intihar  üçün  qətiy-

yən  ideal  vasitə  deyildi.  Üstəlik  bu  “kəndirin”  görünüşünə 

baxsan,  intihar  vasitəsi  ola  biləcəyi  qətiyyən  ağla  gəlmirdi. 

Qeyri-iradi onu gic gülmək tutdu. Gənc yazarlardan birinin 

“İntihar  hörüyü”  romanını  xatırladı...  Ayə,  bunların  hamısı 

dəli imiş ki.... 

 

Qəfildən gülməyini kəsib, fikrini cəmlədi.  



 

İpucu!  Bəli,  ipucu!  Ucu!  Bəli,  məhz  intihar 

“kəndiri”nin Nicatın boğazına bağlanmış uc hissəsi qətiyyən 

inandırıcı  deyildi.  Orxan  kompüterindəki  şəkilləri  bir  daha 

diqqətlə nəzərdən keçirdi. Cəsədin boğaz nahiyəsinə düyün-

lənmiş  kəndiri  dəfələrlə  böyüdüb  diqqətlə  incələdi  və  qəfil-

dən çığırdı:  



15 

 

 



 

– Deyil! Vallah deyil! Billah deyil! Bu, intihar ola bil-

məz.  Bu  “kəndir”dən  özünü  asması  mümkün  deyil!  Belə 

“kəndir”lə adamı asmaq olar, adam özünü asa bilməz! Am-

ma  heç  bir  xiyarın  ağlına  bu  cür  intihar  üsulu  gələ  bilməz. 

Nicat intiharı bu qədər “fetiş”ləşdirə bilməz!   

 

*** 

 

Şübhələndiyi bu detalı romanın müəllifi ilə bölüşmək 



üçün əlini telefona atdı. Pəncərənin qarşısına keçib yarıtikili 

göydələnə  baxmağa  başladı.  Bina  ofisin  qarşısını  tamamilə 

kəsmişdi. Bu şəraitdə otağa günəş şüalarının düşməsi qeyri-

mümkün idi. Doktor Orxan ürəyində şəhərin arxitekturasına 

cavabdeh olan bütün məmurların dünyadan köçənlərini yad 

etdikdən  sonra  telefonunda  roman  müəllifinin  nömrəsini 

axtardı. 

Həmişə olduğu kimi gənc və perspektivli romançıya 

zəng  çatmırdı.  “Böyük  ehtimalla  bu  xiyar  içib  və  telefonu 

söndürüb yatıb. Bu ağılla, bu məsuliyyətsizliklə romanı necə 

yazır görəsən?”   

 



Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə