Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
1   2   3   4   5   6   7   8   9

19 

 

maq  üçün,  bütün  şöbələr  səfərbər  olunduğundan,  o  da 



“adam döyməyə” çıxırdı. Əvvəllər rezin dəyənəyi əlinə alan 

kimi şirə dönürdü. Qarşısına keçəni ağına-bozuna, qadınına-

kişisinə  baxmadan  budayırdı.  Amma  son  zamanlar  yaman 

kövrək olmuşdu. Həm də camaat da əvvəlki lal-dinməz dö-

yülən  camaat  deyildi.  Hansısa  qadına  yüngülvari  bir  zərbə 

vuran kimi, eşitdiyi kəlimələr içini acıdırdı: “Niyə vurursan, 

ay bacısından bixəbər oğraş!” Bu “bacı söhbəti” onun yaralı 

yeriydi...  

 

Yox, yox, bircə mitinq olmasın!  



 

Kresloda yerini təzəcə rahatlamışdı ki, telefonun səsi 

onu əməlli-başlı diksindirdi. Əsəbdən əlləri əsdi: 

– Tfuu. Cəmi 10 dəqiqə dözə bilməzdin? 

 

Əvvəlcə  istədi  telefonu  xətdən  ayırsın,  amma  rəisin 



dönüb  növbətçi  hissəyə  sual  dolu  gözlərlə  baxdığını  görüb 

cəld telefonu götürdü: 

– Cinayət şöbəsi bölməsi, buyurun. 

–  Rəis,  salam.  Burda  İzmir  prospektindən  bir  gijdıllağ,  eee 

üzr istəyirəm vətəndaş özünü asıb. 7a-nın yanındakı ağaclıq-

da ağacdan sallanıb. 

– Nə loxəbər adamlar var. Mundar köpəyuşağı! Hadisə yeri-

nə özünüzü soxmayın. Sizlik heç nə yoxdu orda. Oraları tap-

daq-tapdaq  eləməyin,  sonra  kriminalistlər  üçün  izi  tapmaq 

çətinləşəcək. Bir azdan ordayıq. 

– Oldu rəis! Rəiss... 

– Nədi? 


– Tərpənmir eee... 

– Rədd ol, it oğlu it! 

 

Dözməyib  ürəyində  də  zəng  edən  vələdüzinanın  ölübə-



dirisinə çoxmərtəbəli, liftsiz söyüşlər yağdırdı: “Sənin...” 


20 

 

– Telefonu yerə qoyub rəisə məruzə etməyə qaçdı.  



– Cənab rəis, İzmir prospekti, bina 7a-nın yanındakı ağaclıq-

da intihar etmiş kişi meyidi aşkarlanıb. 

 

Ay  sənin  xəbərini,  məruzəni,  məlumatını...  !  Sabah-



sabah  lazım  idi  mənə?  Nə  bədxəbər  adamsan  ədə...  Yaxşı, 

sürüş burdan. Məlumat ver, hazırlaşsınlar. Dərhal əməliyyat 

qrupu yola çıxsın! 

– Oldu! 


– Sikdir! 

– Baş üstə! 

  

Geri  dönüb  “Növbətçi  hissə”yə  girdi.  Qanı  bərk  qa-



ralmışdı. Bıçaq vursan qanı çıxmazdı.  Bütün planları alt-üst 

olduğu  üçün  əsəbi  şəkildə  bir  siqaret  yandırdı.  Ağzı  zəhər 

tamı verirdi... ”Dındığ gedə, özünü asmağa vaxt tapdı. Sikim 

sənin gijdıllağ ağzını”.  Sonra beynindən keçirdiyi söyüşlərə 

görə özünü qınadı. Üşəndi.  “Heç ölünü də söyərlər?”  

 

 



 

 

 

 

 

 

 

 

 

 


21 

 



 

“İnsanların çoxu həyatının sonunda geriyə dönüb 

baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir 

etmədən və zövq almadan keçib gedən şeyin əslində 

həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, 

ümidlərlə aldadılan insan ölümün qucağına qaçar.” 

 

A.Şopenhauer 

 

Cinayət-axtarış bölməsinin əməkdaşları və prokuror-



luğun təhqiqat qrupu cinayət baş verən əraziyə çatanda artıq 

ağacın ətrafında xeyli adam yığışmışdı. Küknarın yarpaqları 

arasından  sızan  günəş  şüaları  cəsədin  göyərmiş  üzünün, 

şişib  çənəsinə  qədər  sallanmış  dilinin  aydın  görünməyinə 

mane olsa da ətrafda toplaşanlar bu qəribə adamı tanımışdı. 

Cəsədi ilk dəfə görən yaxınlıqdakı ticarət mərkəzinin keşik-

çisi  idi.  Deyəsən  o  zəng  edib  məlumat  vermişdi.  Müstəntiq 

keşikçini yanına çağırdı: 

– Cəsədi  nə vaxt görmüsən? 

–  Səhər  saat  7-də.  Növbəni  təhvil  verməmişdən qabaq  mar-

ketə  siqaret  almağa  getmişdim.  Geri  qayıdanda  yolumu 

uzatmaq  üçün  binanın  bu  tərəfindən  fırlandım.  Dayanıb  si-

qaret yandıranda bunu gördüm. - keşikçi başı ilə cəsədi gös-

tərdi. Dərhal posta qayıdıb sizə zəng elədim. 

– Hmm...Gecə şübhəli bir şey görməmisən ki bu tərəflərdə? 

– Yox görməmişəm. Mənim postumdan bura görünmür. 

– Aydındır. Bu camaat kimdir? 

–  Məhlə  camaatıdı.  İşə  gedənlərdi  çoxusu.  Əraziyə  yaxın-

laşmasalar da dayanıb baxırlar. Bilirsən də, rəis, camaat belə 

şeylərə  baxmağı  xoşlayır.  Keçən  dəfə  yolun  o  tayında  nazir 




22 

 

müavini  Abid  müəllimin  villası  yananda  da  yığışıb  “bolet” 



edirdilər, şəklin-zadın çəkirdilər. Hələ o tüstü-dumanın için-

də yanğının qabağında dayanıb şəkil çəkdirənlər də oldu. 

–  Ə  nə  vəhşi  millətik  eee.  Hansısa  gijdıllağ  özünü  asır,  bir 

dəstə  başdan  xarab  da  yığışıb  tamaşaya  baxır.  Dağılışın  gö-

rüm. – Rəis qışqırdı. 

– Rəis, mən də gedə bilərəm? –keşikçi dilləndi. 

– Yox. Sən ifadə verəndən sonra gedərsən. Bir də bunun ha-

rada yaşadığını bilən var? 

– Var. Yaşlı bir qadın qabağa çıxdı. Birinci blok, II mərtəbə, 

mənzil 6. Bax, o corab asılan pəncərə. Nailənin kirayəçisidir. 

Bir-iki dəfə blokda görmüşəm. 

Müstəntiq  ətrafda  dolaşan  polis  nəfərlərinə  göstəriş 

verdi: 

– Hə...Qonşulardan kim varsa aparın ifadəsini alın. Evin yi-



yəsini çağırın, evə baxış keçirin.  

Ekspertizanın  nümayəndələri  cəsədi  ağacdan  düşü-

rüb,  cəsəd  torbasının  içərisinə  qoydular.  Cəsəddən  spirt  iyi 

gəlirdi. Prosedura uyğun olaraq hadisə yerinə baxış keçirildi

şahid və qonşular ifadə vermək üçün polis idarəsinə aparıl-

dı. 


Polislər gəldikləri kimi də səs-küylə dağılışmağa baş-

ladılar.  Cəsədi  polis  maşınına  “yüklədilər”.  Müxtəlif  xəbər 

agentliklərinin  əməkdaşları  canfəşanlıqla  fotolar  çəkir,  polis 

və ekspertiza əməkdaşlarından hadisə ilə bağlı açıqlama alır-

dı.  

Polislər dağılışandan yarım saat sonra məhəllədə hə-



yat  axarına  düşdü.  Sanki  bu  məhəllədə  intihar  hadisəsi  ol-

mamışdı.  

 

 



Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə