Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
1   2   3   4   5   6   7   8   9

23 

 

 



 

 

 




24 

 

 



 

Polis  tezliklə  intihar  edən  şəxsin  kimliyini  açıqladı: 

“İntihar  edən  şəxs    dövri  mətbuatda  Nicat  Aslan  imzası  ilə 

tanınan gənc yazar, 1983-cü il təvəllüdlü Hacıbəyli Nicat As-

lan  oğludur.  İllər  öncə  böyük  ümidlərlə  əyalətdən  paytaxta 

köçən  gənc  yazar  naməlum  səbəblərdən  intihar  edib.  Fakta 

bağlı  Cinayət  Məcəlləsinin  125-ci  (özünü  öldürmə  həddinə 

çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq eksperti-

zalar,  o  cümlədən  məhkəmə-tibbi  və  kompleks  məhkəmə-

tibbi-bioloji və tibbi-kriminalistik ekspertizaları təyin edilib.” 

Mərhumun  dostlarından  yalnız  gənc  psixatr  Orxan 

özünü hadisə yerinə yetirmişdi. Səhər erkəndən Nicatla gö-

rüşüb, Maştağaya getməliydilər. Nicat yazdığı hekayələrdən 

birində dəli obrazı yaratmağa çalışırdı və Maştağadakı ruhi-

əsəb  dispanserinə  birlikdə  baş  çəkəcəkdilər.  Nicat  telefona 

cavab  vermədiyinə  görə  Orxan  onu  evdən  götürmək  üçün 

maşını birbaşa evin qarşısına sürmüş və bu sarsaq mənzərə 

ilə rastlaşmışdı. 

Polislər gələnə qədər cəsədə yaxınlaşmasa da, ağacda 

yellənən  dostunun  fotolarını  çəkməyi  bacarmışdı.  Əslində 

ağacdan asılan cəsədi çoxları telefonla çəkdiyi üçün Orxanın 

foto çəkməyi heç kəsin diqqətini cəlb etmədi.   

İndi siz haqlı yerə sual verə bilərsiniz ki, Orxan dos-

tunu  ağacdan  açıb  yerə  düşürə  bilməzdi?  Mən  də  deyirəm 

ki,  yox.  Sözün  açığı  istəsəm  Orxan  Nicatı  ağacdan  düşürüb 

cəsədi qucaqlayar, hələ bir xeyli hönkür-hönkür ağlayar da. 

Amma  ehtiyac  yoxdur.  Bu  basa-basda  göz  yaşı  ilə  fikrinizi 

yayındıra bilmərəm. Söhbətlər var ee, bu ölsün! 

 



25 

 

Müəllif bu yerdə əl saxlayıb sağ əli ilə sağ üzünə yüngülcə 



şillə çəkir. 

O  bərk  sarsılsa  da,  polislər  gəldikdən  sonra  hadisə 

yerində dayanmağın mənasız olduğunu başa düşüb mərhu-

mun dostlarına və yaxınlarına xəbər verməyə tələsmişdi. 

Orxan müəllifin intiharı təsvir etdiyi səhnəni olduqca 

bəyəndi. Əlindəki qara karandaşın pozanlı ucunu ağzına sa-

lıb, otaqda gəzişməyə başladı. Deyəsən söhbət pis getmirdi. 

Mövzuya  bu  cür  giriş  detektiv  romanların  əvvəlini  xatır-

ladırdı. Dostunun romanla bağlı söhbətlərini, yazı prosesin-

də keçirdiyi stressi yadına salıb, gülümsədi. Orxan romanın 

qarmaqarışıq və anlaşılmaz süjet xəttini düşünə-düşünə fik-

rə getdi. Otağın ortasında lom kimi dayanıb, pəncərədən çöl-

dəki  naməlum  nöqtəyə  baxa-baxa  hiss  elədi  ki,  karandaşın 

başındakı  balaca  pozanı  dişləyib,  iştahla  çeynəyir.  Yazıçı 

dostunu  “xoş  sözlərlə”  yad  edib,  onun  növbəti  hoqqaları 

haqqında  düşünməyə  başladı.  Dostunun  yaratdığı  obrazı 

özünə bənzədəcəyini əvvəlcədən hiss edirdi... 

 



26 

 



 

“Həyat mahnıdır. Nəqarəti – ölüm” 

 

Viktor Hüqo 

 

Nicatı  doğulduğu  kənddə  dəfn  edəcəkdilər.  Böyük 



Qafqazın  cənub  yamaclarında  yerləşən  bu  kənddə  Nicatı  o 

qədər  də  yaxşı  tanımırdılar.  Hərdən  qəzetlərdə  çıxan  yazı-

larını isə məktəb direktorundan və kəndin icra nümayəndə-

sindən  başqa  heç  kəs  oxumurdu.  İnternet  hələ  bu  kəndə 

ayaq açmamışdı. 

Ona  görə  də  intiharla  bağlı  hərənin  bir  hekayə  uy-

durması normal sayıla bilərdi.  

Nicatın  valideyinlərini  yaxından  tanıyanlar  həyətdə  qurul-

muş yas çadırına toplaşmışdı. Gələnlərin əksəriyyəti qohum-

qonşuydu.  Bakıdan  cəmi  7-8  adam  gəlmişdi.  Nicatın  yaxın 

dostları  çadırın  qabağında  toplaşıb  sakit-sakit  siqaret  tüstü-

lədirdi.  Danışmaq  çətin  idi.  30  yaşı  yenicə  tamam  olmuş 

gənc dostlarının intihar etməsi hamısını yandırırdı.  

 

...Burada  dostların  aldığı  mənəvi  yanıq  dərəcəsinin  ağır-

lığını təyin etmək çətin olsa da, ehtimal etmək olar ki, ağır dərəcəli 

mənəvi yanıq xəsarəti deyil... 

 

İsti, günəşli bir gün idi. Könül istərdi ki, dəniz kəna-



rına yollansın, dalğalarla danışsın, qumsallığın üstündə süf-

rə açıb qırmızı şərabını, pendir-çörəyini çıxarıb süfrəyə düz-

sün,  sonra  deyə-gülə  yeyib-içsin,  gözlərini  səmaya  diksin, 

kədərli  düşüncələri  buludlarla  çəkilib  getsin.  Yas  saxlanı-

lacaq, dost dəfn edəcək gün deyildi. 



27 

 

 



Yasa gələnlər mağarın qarşısında görüşüb salamlaşır, 

bir-birini tanımayanlar əl tutub tanış olurdular. Qəribə kənd 

idi. O qədər böyük idi ki, şəhərdəki kimi hələ də bir-birini ta-

nımayan adamlar vardı.  Hamı üzüntülü idi. Təsəllilər quru 

və standart, danışılan xatirələr cansızdı. 

Hamı  səbəb axtarışında olsa da, Nicatı tanıyanlar ça-

rəsizlik  və narahatlıqla  susurdu.    Nicatın  dostu, qalın eynə-

yindən  həyatını  oxumağa,  yazmağa  və  digər  buna  bənzər 

darıxdırıcı  işlərə həsr etdiyi  anlaşılan filosof  Ramal,  Nicatın 

atası Aslan kişini kənara çəkdi: 

 

– Aslan müəllim, siz molla çağırmısınız, amma Nicat 



ateist idi. 

Aslan  müəllimin  qıpqırmızı  qızarmış  gözlərində 

sanki şimşək çaxdı: 

 

– Elədiyi hərəkətdən məlumdur necə allahsız və kafir 



olma-ğı.  Neçə  dəfə  dedim  allaha,  dinə  asilik  eləmə,  qulaq 

asmadı. Ancaq allahdan, dindən üz çevirən, valideyinlərini, 

övladını sevməyən insan bu addımı ata bilər... 

 

Aslan müəllim sözünü bitirib doluxsundu.  



 

–  Bilirsən  oğlum,  bizim  kəndin  öz  adətləri,  öz 

qaydaları  var.  İndiyə  qədər  bizim  kəndimizdə  yalnız  bir 

nəfər  mollasız,  Quransız  basdırılıb.  Onu  da  öz  doğma 

oğlanları oğraşlığına görə öldürüb tualet quyusuna atmışdı. 

İydən 


meyidə 

yaxın 


düşmək 

mümkün 


deyildi. 

Yanğınsöndürən maşın çağırdılar meyidi yumağa. Hər halda 

Nicat bu qədər biabırçı vəziyyət-də deyil. 

Məni camaatın dilinə salmayın. Bu boyda kəndin di-

linə düşmək istəmirəm. Axı mənim oğlumun cəsədi murdar 

deyil ki, mollasız dəfn olunsun!  

 



Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə