Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
1   2   3   4   5   6   7   8   9

36 

 

kriminalistik  ekspertizaların  rəyi  də  məlumdur.  Cəsədin 



üzərində heç bir zorakılıq əlaməti yox idi. Sadəcə həddindən 

artıq sərxoş imiş intihar anında. Eyni zamanda çoxlu narko-

tik qəbul edibmiş. 

– Sən bu qədər terminləri necə yadda saxlayırsan, doktor?  

– İstedadlı adamam... 

– Ekspertiza nə rəy verir, versin mən inanmıram. Onun ölü-

mü intihar deyil, qətldir. Yüksək dozada içki və narkotik sə-

nə heç nə demir? 

–  Az  öncə  versiya irəli sürürdün,  indi  isə  əminliklə  danışır-

san. Deyirsən onu içirdib, sonra da yüksək dozada narkotik 

qəbul etdiriblər? 

– Heç bir faktım yoxdur. Sadəcə hipotezləri irəli sürdüm və 

məndə əminlik yarandı ki, Nicatı öldürüblər. 

– İndi belə çıxır ki, mən müəlliflə əlbir olub bir romanın için-

də bu səfəri, intihar və dəfn söhbətlərini uydurmuşam? 

– Hər şey ola bilər. Demədin ki, istedadlı adamam? 

– Qələt elədim... 

 

*** 



 

... Həyat öz axarında davam edirdi. Nə dünyanın bir 

tərəfi  boşalmışdı,  nə  də  Nicatsızlıq  hiss  olunurdu.  Hərə  öz 

işində  idi.  Hamı  bir  tikə  çörəyinin,  ruzisinin  arxasınca  düş-

müşdü. İntihar haqqında artıq çox nadir hallarda danışılırdı. 

Orxan gənc və perispektivli yazarla arasındakı söhbətləri az 

qala unutmuşdu. Həkimlik ağır peşədir. Doktor bütün günü 

qaça-qaçda  idi.  Nicatın  intihar  söhbəti,  yazılan  roman  üçün 

apardığı  araşdırma,  bu  basa-basda  Elxanın  da  roman  yaz-

maq  istəyini  tamam  unutmuşdu.  İşlərin  gərgin  vaxtı  Elxan 

zəng elədi: 



37 

 

–  Doktor,  Nicat  haqqında  roman  yazacağam  və  onun  öldü-



rüldüyünü sübut edəcəyəm. 

– Romanda? – Orxan məzələndi. 

– Əlbəttə romanda. Elə təəccüblənirsən ki, guya belə işlərdə 

barmağın  yoxdur?  İndiki  rejim  insan  taleyinə  o  qədər  biga-

nədir ki, Nicatın ölümünün intihar yox, qətl olduğunu mət-

buatda isbat etsəm məni də Nicatın yanına göndərəcək.  

–Yox əşşi? Özünü əməlli-başlı ciddi adam hesab edirsən ha.. 

– Məzələnmə. Son günlər onunla bağlı roman yazmağa qərar 

vermişəm.  Əminəm  ki,  bildiklərim  və  sizin  analitik  qabiliy-

yətiniz sayəsində uğur qazanacağam. 

 

Orxan bir anlıq fikrə getdi. Fikirləşdi ki, adi həyatdan 



fərqli  olaraq  romanın  içində  inandırıcı  davranmalıdır.  Bir 

halda ki, roman yazılır, Nicatın  ölümü barədə söhbət gedir, 

hər şey inandırıcı olmalıdır. Bütün bunları düşünüb Elxanla 

ciddi söhbətə girişdi: 

– Nə olsun? Bununla Nicatı geri qaytarmaq, günahkarları cə-

zalandırmaq mümkün olacaqmı? 

–  Yox,  mümkün  olmayacaq.  Daxili  rahatlıq  tapmaq  istəyi-

rəm.  Bir  həftədi  yuxuma  girir  və  eyni  sözləri  pıçıldayır: 

“Mən ölmək istəmirdim”. 

– Yuxulara inanırsan? 

– Froydu oxumusan? – Elxan suala, sualla cavab verdi. 

–  Yaxşı,  artistlik  eləmə.  Dur  gəl  yanıma.  Ofisimi  tanıyırsan, 

“Caspian Plaza”, 4-cü mərtəbə. Zəng elə qarşılayım. 

 

 




38 

 



 

"Qadınlar özlərini gücsüz olanlara ideal kimi,  

güclü olanlara bir əşya kimi təqdim edərlər". 

 

Cesare Pavese 

 

Orxan  yazıçının  hipotezlərini,  versiyalarını  dinlədik-

dən  sonra  qərara  gəldi  ki,  intihar  faktını  psixiatr  kimi  araş-

dırsın. Sözün açığı dünyanın heç bir yerində yazıçı psixiatrla 

əlbir  olub  roman  yazmır.  Bu  ilk  olacaqdı.  Həm  də  Orxanın 

özünə də belə oyunbazlıqda iştirak etmək maraqlı idi. 

Əvvəlcə Elxana hər şeyi danışmaq, onun bu romana təsadü-

fən  düşdüyünü  izah etmək  istədi.  Sonra  uzun-uzadı  fikirlə-

şib,  fikrindən  daşındı.  Bildi  ki,  Elxana  belə  söhbətləri  etmə-

yin  faydası  yoxdu.  Qarşısına  roman  yazmaq  məqsədini  qo-

yubsa, yazacaq. Üstəlik ona başa salmaq çox çətin idi ki, ya-

zılmaqda  olan  bir  romanın  personajısan.  O  hətta  roman 

personajı kimi də, roman yazmağa iddialı idi. Elxan Daşdə-

miri qətiyyən güləşçi obrazına razı salmaq olmazdı. Neynir-

sən elə, o yazıçı kimi özünü bu romanda da göstərmək istə-

yəcəkdi. 

Orxan vicdanlı bir həmmüəllif kimi, yazıçı dostunun 

xətrinə Elxana da söz vermişdi ki, şübhələrini və əldə etdiyi 

nəticələri onunla bölüşəcək. Eyni zamanda bu romanın mü-

əllifi üçün də onun fikirləri önəmli idi. Orxan indi hər iki tə-

rəfə  oynayırdı.  Həm  Elxan,  həm  də  romanın  müəllifi  üçün 

işləyirdi.  Eyni  zamanda  onun  özünə  də  bəzi  şeyləri  araş-

dırmaq vacib idi.  Daha doğrusu  yazıçı  dostu  ilə  yazdığı ro-

manın içində yazıçı Elxan Daşdəmirdən yaxasını qurtara bil-

mirdi. 



39 

 

Hər halda ölən (və ya öldürdüyü) onun dostu və se-



vimli  şairi  idi.  Bu  işə  öz  istəyi  ilə  razılıq  vermişdi.  Nicatın 

münasibətdə olduğu qadınların çoxusunu tanıyırdı. Müxtəlif 

məclislərdə  Nicat  özü  onları  həkimi  ilə  tanış  etmişdi.  Bir 

çoxu ilə feysbukda dost idi. Yaxın çevrəsi onsuz da pasiyent-

ləriydi.  Bir  sözlə  Elxanın  təklifi  mənasız  görünsə  də,  Orxan 

üçün maraqlı məşğuliyyət ola bilərdi. Eyni zamanda dostları 

da, romanın müəllifi də, Elxan da bütün şübhələrini onunla 

bölüşmüş, Orxanda müəyyən qənaət hasil olmuşdu. Hər hal-

da cəhd etməkdə bir problem görmürdü. 

Bu  yerdə  başını  itirən  oxucumdan  dəfələrlə  üzr  istə-

yirəm. Başa düşürəm ki, kimin USB-sinin kimin kompüterin-

də  olduğu  aydın  deyil.  Ciddi  şəkildə  əsəbiləşən  oxucu,  ro-

manı bu yerdə yarımçıq saxlayıb öz normal və sakit həyatına 

geri dönə bilər.  

İlk  olaraq  Nicatın  ünsiyyətdə  olduğu  qadınlarla  gö-

rüşmək, onlarla ətraflı söhbət etməli idi. Bəlkə nəyəsə nail ol-

du. “Hər halda cəhd edəcəyəm” – deyə Orxan pıçıldadı. İlk 

olaraq  Nərmin  və  Nərgiz  bacılarına feysbukda mesaj  yazdı. 

Sonra  Esmiranın  səhifəsinə  girib  onun  telefon  nömrəsini 

qeyd vərəqinə yazıb monitorun kənarına yapışdırdı. Bir an-

lıq saçlarını əli ilə daraqlayıb, xəyala daldı. Nicatla sonuncu 

görüşlərini,  Nicatın  kirayə  mənzilindəki  məclisi  xatırladı. 

“Könül...  hə...  Könül  idi  o  qadının  adı.  Kök  və  yaraşıqlı  bir 

qadındı.  Feysbukda  mənə  dostluq  təklifi  göndərəcəkdi. 

Ərindən  yenicə  boşanmışdı.  Nicat  onun  üçün  dəli-divanə 

idi. “Toppuşum” deyib əzizləyirdi. Orxan feysbukda Könü-

lün səhifəsini tapdı və onun Nicatın ölümündən sonra yazdı-

ğı statusları diqqətlə oxumağa başladı. 

Nicat  ölümündən  cəmi  bir  ay  əvvəl  Könüldən  ayrıl-

mışdı. Səbəbini isə dostlardan heç kəs bilmirdi. Yox, deyəsən 




40 

 

Şahinin söhbətdən xəbəri vardı. Orxan dəqiq bilirdi ki, Nicat 



bu ayrılıqdan bərk sarsılıb və içkini ikiqat artırıb. “Bəlkə, Kö-

nülə  görə  intihar  edib?”  –  Orxan  fikirlərini  bir  yerə  cəmlə-

məyə  çalışdı.  Digər  qadınların  Orxanın  həyatında  ciddi  rol 

oynamadığını yaxşı bilirdi. Könül isə bir il idi ki, Nicatın hə-

yatında  idi  və  dostu  onu  dəli  kimi  sevirdi.  Daha  doğrusu, 

Orxan  onun  Könülü  sevdiyinə  inanırdı.  Çünki  onun  bütün 

xırda qüsurlarını, qəbahətlərini bağışlayır, iki-üç gün görmə-

yəndə  depressiyaya  düşürdü.  Depressiya  demişkən,  Nicat 

ümumiyyətlə nadir hallarda depressiyadan çıxırdı. 

Orxan  lap  başını  itirmişdi.  Ağacdan  asılmış  cəsəd, 

PUB-lar, restoranlar, Nicatın içəndən sonra cır səslə şeir de-

məyi, küçədə aşa-aşa yeriyib dəli kimi çığırmağı, hərdən diz-

lərini  yerə  qoyub  üzünü  işıq  gələn  pəncərələrə  tutub  ula-

mağı və bir də yazdığı romanda insafsızcasına öz ölümü ilə 

məzələnmək istəyi yadına düşdü.  

Bu intihar doğurdan da gözlənilməz idi. İkinci roma-

nını yazmaq üçün Gürcüstana getməyə hazırlaşırdı. Deyəsən 

populyar detektiv və sevgi romanlarını ələ salacaq ironik bir 

roman  yazacaqdı.  Uzun  müddət  idi  ki,  ölkədən  çıxmaq  is-

təsə də, problemlər onun bu istəyinə mane olurdu. Nəhayət 

dostlarına  da  bildirmişdi  ki,  bir  neçə  həftəlik  Gürcüstana 

gedəcək.  Ədəbi  mühitdə  olan  gənclərin  bəzisi  Gürcüstan-

Azərbaycan arasındakı yolu su yoluna döndərmişdi. Çoxusu 

ayın  10-15  gününü  Gürcüstanda  keçirirdi.  Nicatın  isə  əv-

vəllər pulu, sonra isə vaxtı olmamışdı Gürcüstanda getməyə. 

Gərgin iş rejimi, üstəlik nazlı-qəmzəli Könül... Orxan bilirdi 

ki, Nicat Könülsüz heç yana getmək istəmir.  

Orxan bir daha Nicatla Könülün münasibətlərini ya-

da  salıb,  detalları  xəyalında  canlandırmağa  çalışdı.  Könül 

Nicata biganə deyildi. Onun qayğısına qalır, hətta yemək ye-




41 

 

yəndə, avtobusda, metroda yol gedəndə də əlini buraxmırdı. 



Könüllə  münasibətləri  başlayandan  sonra  Nicat  qızı  üçün  o 

qədər  də  darıxmırdı.  Daha  doğrusu  çalışırdı  ki,  darıxdığını 

Könülə  hiss  etdirməsin.  Könül  onu  ovundurur,  darıxmağa 

qoymurdu. Bu qadından sonra onun həyatında yeni bir mə-

hələ başlamışdı. Orxan Nicatı böyük ümidsizliklə müalicəyə 

başlasa  da,  Könüldən  sonra  proses  olduqca  sürətlə  gedirdi. 

Orxan Nicatın 7-8 aya sağalacağını düşünürdü, amma o, iki 

ayın  içində  inanılmaz  dərəcədə  dəyişmişdi.  Fobiyaları  de-

mək olar ki, yoxa çıxmışdı. Hə, az qala unudacaqdım. Orxan 

Nicatın nevrotik əlamətlərini hiss etdiyi üçün müayinə etmiş 

və uzun müddətli müalicə yazmışdı. 

Könülü tapmalı, onunla hökmən danışmalı idi.  

Könülün əmlak bürolarının birində çalışdığını bilirdi. 

Amma iş yerinin ünvanını, telefon nömrəsini dəqiq bilmirdi. 

“Yaxşı ki, feysbuk var” – Orxan gülümsündü. Feybukda Kö-

nülə  geniş  və  ətraflı bir məktub  yazdı.  İstəmədən  bir  roma-

nın qəhrəmanına, daha doğrusu həmmüəllifinə və qəhrəma-

nına çevrildiyini, özünün də bəzi şeylərlə maraqlandığını ət-

raflı şəkildə izah etdi.  

Əmin idi ki, Könül cavab yazacaq. Hər halda söhbət 

Könülün intihar etmiş sevgilisindən gedir. Yəqin Könül heç 

nəyə baxmayaraq bildiklərini onunla bölüşəcəkdi. 

 

Orxan  Könülə  mesaj  yazdıqdan  sonra  Elxanın  versi-



yaları  üzərində  düşünməyə  başladı.  Yanlışlığı  sübut  olun-

masa belə ehtimallar, versiyalar, suallar, tezislər bir gün tari-

xə  qarışır,  onları  müdafiə  edənlər  toplumdan  uzaqlaşır,  ax-

maqcasına  müdafiə  edənlər  isə  gülünc  duruma  düşürlər. 

Hər  halda  onun  versiyaları  və  sualları  bir  gün  tarix  olacaq. 

Amma  Orxan  nə  toplumdan  uzaqlaşmaq,  nə  də  gülünc  du-




42 

 

ruma düşmək istəyirdi. Sadəcə dostu qarşısında son vəzifəsi-



ni yerinə yetirib onun ölümü ilə bağlı irəli sürülən versiyala-

rı aydınlaşdırmalıydı.  

Axşam  evə  getməyə  hazırlaşanda  Könüldən  mesaj 

gəldi.  Könül  bəzi  problemləri  olduğu  üçün  sabah  onunla 

hökmən  görüşmək  istədiyini  yazmışdı.  Daha  sonra  Spi-

nozadan ağır, qarmaqarışıq bir fikir əlavə eləmişdi: “Nəyisə 

bilmək  üçün  mən  bilməliyəm  ki,  onu  necə  biləcəm  və  nəyə 

görə bilməliyəm, nəyə görə bilməliyəmi bilmək üçünsə mən 

bilməliyəm ki, nəyi biləcəm və belə... sonsuzluğacan”. 

Orxan  Könülün  yazdıqlarından  heç  nə  anlamasa  da, 

sabah istədiyi vaxt zəng edib, ofisə gələ biləcəyini və telefon 

nömrəsini yazdı.  

 

 



43 

 



 

Seks, insanın sevgi tapa bilmədiyində

 əlində olan yeganə təsəllisidir. 

 

(Q.Q. Markes) 

 

 



–  Alaqaranlıq  otağın  vahiməsi  canıma  üşütmə  salsa 

da,  işığı  yandırmadan  əl  havasına  çarpayını  tapıb  yatağa 

uzandım. Nicatın intiharından xeyli keçsə də, onu unuda bil-

mirəm. Deyəsən, bu günahkarlıq hissidir. O özünü asandan 

sonra hər gün özümü onun ölümündə günahkar bilir, qına-

yıram. Ağlamadığım gün olmur. Onun həlim səsi, uşaq göz-

lərinə bənzər məsum və günahsız gözləri gözümün önündən 

getmir.  Dəli-dolu,  romantik,  lazım  olduğundan  daha  artıq 

duyğusal  Nicatı unutmaq cəhənnəm əzabından betərdi.  

Çantamı eşələyib siqaret çıxardım. Alışqanın işığında 

külqabını  çarpayının  altından  götürüb  stulun  üstünə  qoy-

dum.  Evdən  və  yatağımdan  dəhşətli  siqaret  qoxusu  gəlirdi. 

Nicatın  ölümünə  qədər  ara-sıra,  nikotini  az  olan  siqaretlər 

çəksəm  də,  o  dünyasını  dəyişən  gündən  bu  yana  hər  gün 

onun  çəkdiyi  ağır  siqaretdən,  onun  çəkdiyi  qədər  çəkirdim. 

İşlədiyim  barda  məni  rəfiqələrim  “Külqabı”  çağırmağa  baş-

lamışdılar. 

 

– Necə, sən barda işləyirsən? – Orxanın heyrətdən ağzı açıq 



qaldı. 

…Eyni zamanda romanın müəllifi bu məqamda xeyli təəc-

cüblənir.  Əgər  imkanı  olsaydı  burda  kədərli  şeir  guppuldadardı. 

Sadəcə  susmaq  və  kədərlənmək,  bir  az  da  müdrik  görünmək  xa-

tirinə heyrətini boğur… 


44 

 

 



 

 

 



 

 

 



 


45 

 

Könül  hönkürüb  əlləri  ilə  üzünü  tutdu.  Orxan  onu 



sakitləşdirmək  üçün  stəkana  su  süzüb  ona  uzatdı.  Könül 

uşaq kimi çiyinləri atıla-atıla hönkürürdü. Təxminən 6-8 də-

qiqədən sonra Könül əllərini üzündən çəkib, sakitləşdi. Göz-

lərinin  daha  canlı  görünməsi  üçün  çəkdiyi  kosmetika  ya-

naqlarına  yayılmışdı.  Orxan  indi  fikir  verdi  ki,  onu  ilk  gör-

düyü  gündən  bu  yana  dəhşətli  dərəcədə  dəyişib.  Könül qə-

fildən ağlamağa başladığı kimi, qəfildən də susdu. Çantasını 

açıb  güzgüsünü  çıxartdı  və  yaş  dəsmalla  üz-gözünün  kos-

metikasını,  dodaqlarının  boyasını  sildi.    Orxan  sakitcə  onu 

müşahidə  edirdi.  Əslində  Könülün  harda  işləməsinin  onun 

üçün əhəmiyyəti yox idi. Sadəcə aylar öncə tanınmış bir ya-

zarın sevgilisi olan, əmlak bürosunda çalışan, normal qazana 

bilən  qadının  indi  barda  işləməsi  onu  təəccübləndirmişdi. 

Könül çantasını bağlayıb, dik-dik Orxanın üzünə baxdı: 

– Bəli, barda fahişəlik edirəm.(Fahişəlik qədim və ciddi peşə-

dir.)  Narahat  olma,  buralarda  məni  tanıyan  müştərim  yox-

dur. 

– Axı bu necə ola bilər? – Orxan sual verməkdən özünü sax-



laya bilmədi. 

–  Bu  uzun  hekayədir.  Sənə  onsuz  da  hər  şeyi  danışacağam. 

Amma indi problemim var və bu problem mənə çox əziyyət 

verir. Köməyinə ehtiyacım var. 

– Yaxşı Könül, bu barədə sonra danışarıq. Sən söhbətinə da-

vam elə. 

– Hə doktor, mən Nicatın içdiyi qədər içir, onun çəkdiyi qə-

dər çəkirəm ki, rahat olum. Ona olan borcumu bu yolla ödə-

məyə  çalışıram.  Nicatın  məndən  əvvəl  sevdiyi  yazar  qadın, 

onun  kompüterini  ekspertizadan  götürüb,  yarımçıq  qalmış 

əsərlərini  tamamlamağa  çalışır.  Kimsə  haqqında  nekroloq 

yazdı, məzarı üstündə ağladı. Roman yazmaq istəyən də var




46 

 

araşdırma aparan da. Mən də belə absurd yol seçmişəm. Ni-



catın  şairliyini  zərrə  qədər  də  önəmsəmədiyim  üçün,  ancaq 

vərdişlərini  davam  etdirməyi  bacarıram.  Bəlkə  də  Nicat  öl-

məsə, məni bu pis vərdişlərdən çəkindirərdi... Sağlığında hər 

gün  məni  danlayırdı.  Nə  içməyimə,  nə  də  çəkməyimə  razı 

olurdu. Qəribə adamdı. Özü içirdi, çəkirdi, nəşələnirdi, am-

ma bunları başqalarına rəva görmürdü. 

Bu yerdə Orxan yenidən Könülün sözünü kəsib, sual 

verməli oldu: 

– Yaxşı görək... Sən Nicatı lap peyğmbər elədin ha. Əslində 

hamı belədi. Nicatın səndən əvvəl sevdiyi qadını tanıyırsan? 

–  Hə,  bir  neçə  dəfə  şəhərdə  rastlaşmışdım  onunla.  Üzümə 

çox qanlı-qanlı baxırdı. Feysbukda izləyirdim və başa düşür-

düm  ki,  Nicatın  ondan  ayrılmasından  bərk  sarsılıb.  Nicatın 

cəsədini morqdan götürəndə rastlaşdıq. Dostcasına əlini çiy-

nimə  qoyub,  mənə  təsəlli  verdi.  Özümü  saxlaya  bilməyib 

onu qucaqlayıb ağladım. O qalib idi. Sarsılsa da, özünü sın-

dırmırdı. 

– Sənə əsəbiləşmədi? 

–  Daha  əsəbiləşmək  üçün  səbəbi  yox  idi.  Bölüşə  bilmədi- 

yimiz sadəcə Nicat idi və onu da hər ikimiz ölümündən öncə 

itirmişdik. Amma onun ölümündə bütün dostları kimi, o da 

məni günahkar bilir. 

– Əslində mən də bunu aydınlaşdırmaq istəyirəm. Sənin nə 

günahın  ola  bilər  axı?  Yəqin  ki,  bu  sualın  cavabını  birlikdə 

aydınlaşdıracağıq. Nicatı mən də yaxşı tanıyırdım. Son vaxt-

lar əsəbləri tamam pozulmuşdu. Qızı ilə görüşə bilmirdi, iş-

dən çıxmışdı. Özünə qapanmışdı... 

–Yox,  sən  bilmədiyin  şeylər var.  Bütün  sadaladığın  şeylərin 

günahkarı mənəm. Mən bir neçə dəfə ona xəyanət etmişdim.  

 



47 

 

 



 

 

 



 

 



48 

 

Aldatmışdım onu. Ev kirayəsini, kredit borclarını ödəyə bil-



mədiyim  üçün  buna  məcbur  idim.  Əslində  bunu  şüurlu  şə-

kildə etmirdim. Başımı itirmişdim. Bir tərəfdən də zövqlü və 

bahalı  geyimlərə  olan  alışqanlığıma  görə  çoxlu  pul  lazım 

olurdu.  Nicat  isə  qazandığının  böyük  hissəsini  qızına  gön-

dərir,  mənə  çox  nadir  hallarda  kömək  edirdi.  Heç  özüm  də 

razı  deyildim  mənə  kömək  etməyinə.  Onu  təmənnasız  se-

virdim.  Amma  yaşamaq  üçün  mənə  pul  lazım  idi.  Bütün 

bunlara görə özünü qınayırdı, narahat olurdu. Mənə dəli ki-

mi bağlanmışdı. Həm də çox qısqanırdı. İlk dəfə xəyanət et-

diyimi biləndə dəliyə dönmüşdü. 

–Yaxşı  Könül,  bunları  sonra  danışarıq.  Bilirəm  ki,  indi  səni 

narahat edən başqa məsələdir.  

–  Əslində  necə  danışacağımı  bilmirəm,  doktor.  Həm  utanı-

ram, həm də yadıma düşdükcə vahimələnirəm. 

– Danışmasan, mən sənə yardım edə bilmərəm. Nicat da sə-

nin  kimi  inadkar  idi.  Yaşadıqlarını  danışmaqdan  utanırdı. 

Yazdığım resepti isə qapıdan çıxan kimi cırıb atırdı. Heç ol-

masa  sən  danış.  Onu  qoruya  bilmədim,  danış,  bəlkə  sənə  

köməyim ola.  

– Harda qalmışdım? 

–  O  gecədən  danışacaqdın.  Deyəsən  nədənsə  qorxmuşdun, 

bax o gecədən... 

 

Könül gözlərini yumub, fikrə getdi... 



 


49 

 



“Sevgi nə qədər böyük olsa,  

kədəri də o qədər böyük olacaq.” 

 

Spinoza 

 

...  İşığı  yandırmağa  qorxurdum.  İşığı  yandıran  kimi 



Nicatın  divardakı  şəkilləri  məni  rahat  buraxmırdı.  Hətta 

otağa  tünd  rəngli  pərdələr  asmışdım  ki,  pəncərədən  otağa 

işıq süzülməsin. O gecə də həmişəki kimi. Yerimə uzandım, 

siqaret  yandırdım  və  gözlərimi  qaranlığa  zillədim.  Otaqda 

ölüm  sükutu  vardı.  Otaq  o  qədər  sakit idi  ki,  siqaretin  yan-

mağı belə səs salırdı. Boşluqda hiss edirdim özümü. Növbəti 

dəfə  siqareti  dodaqlarıma  yaxınlaşdıranda  əlimdən  yapışdı. 

Əvvəlcə  diksindim,  otaqda  başqasının  ola  biləcəyi  ağlıma 

gəldi.  Çünki  otaq  yoldaşım  hələ  də  evin  açarını  geri  qay-

tarmamışdı. Otaq yoldaşımı səslədim: 

–Sveta, bu sənsən? 

 

Əziz oxucularımız, əgər bu kitabı tam versiyada oxumaq 



istəyirsinizsə, aşağıdakı ünvana gəlib ala, yaxud zəng etməklə evinizə 

(ofisinizə) sifariş verə bilərsiniz: 

Ünvan: 

KİTABEVİM.AZ | Kitab və digər çap məhsullarının satışı 

Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.) 



 

Telefon: 

012 498 79 89, 055 877 24 44 



http://kitabevim.az/

 

 



Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə