Cəlil nağiyev azərbaycan romaninin əsas iNKİŞaf təmayüLLƏRİ I məqalə



Yüklə 473,53 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü473,53 Kb.
#80078


170

T ənqid  və ədəbiyyatşünaslıq



Cəlil NAĞIYEV

AZƏRBAYCAN 

ROMANININ 

ƏSAS İNKİŞAF 

TƏMAYÜLLƏRİ

I MƏQALƏ

KLASSİK ROMAN

Romanın  tarixinə  dair  (giriş  əvəzi).  Dünya  ədəbiyyatı  yarandığı  dövrdən 

(Qədim  Şərq)  bu  günə  qədər  enişli-yoxuşlu,  daşlı-kəsəkli  bir  inkişaf  yolu  keçmiş

keçdiyi  bu  yolda  bəzən  müəyyən  inqilabi  sıçrayışlar,  bəzən  də  itgilər  olmuşdur. 

Dünya ədəbiyyatının  inkişafı tarixində,  bəlkə də qazandığı ən böyük uğurlardan  biri 

də  məhz roman janrının  yananması,  kəşfi  ilə əlaqədar olmuşdur.  Bəli,  romanın ya­

ranması,  bu  ədəbi  janrın,  bu  epik  nəsr  növünün  «kəşf  edilməsi»  ədəbiyyat  tarixi 

üçün  sözün  əsl  mənasında  inqilab sayıla bilər.  İlk  növbədə  bu  ona  görə kəşf sayıl­

malıdır ki,  ibtidai  icma  quruluşundan  başlayaraq,  yazılı  ədəbiyyat  ilkin  olaraq  epos 

(dastan),  lirika,  bir qədər sonra - quldarlıq dövründə isə dram şəklində yaranmış və 

əsasən poetik formada mövcud olmuşdur.  Poetik forma ilkin bədii ədəbiyyatın ənə­

nəvi yaradıcılıq  şəkli olmuşdur.  Yalnız sonralar yavaş-yavaş  nəsrin  müxtəlif növləri 

yaranmağa  başlamış və bu yaradıcılıq forması əvvəlcə fəlsəfə, tarix,  coğrafiya  kimi 

elm  sahələrində  (elmi  nəsr  -  analitik  üslub),  sonra  isə  bədii  yaradıcılıq  şəklində 

(bədii  nəsr -  narrativ  üslub)  özünü  göstərmişdir.  Qədim  dövrdə  bədii  nəsr  ilk  növ­

bədə əvvəlcə təmsil (Ezop), sonra isə roman (Lonq, Kallisfen, Apuley) formalarında 

meydana  gəlmişdir.  Beləliklə,  göründüyü  kimi,  roman  janrı  bədii  ədəbiyyatın 

başlıca  aparıcı  istiqamətləri  olan  epik,  lirik  və  dramatik  növlərinə  nisbətən  daha 

gənc,  nisbətən  yeni  bir ədəbi  yaradıcılıq forması  kimi  meydana  gəlmişdir.

Roman  janrı  yarandığı  gündən  etibarən  ədəbiyyat  tarixində  özünəməxsus 

mövqeyə  malik  olmuş  və  bu  bədii  yaradıcılıq  forması,  vaxtilə  Aristotelin 

«Poetika»sında  müəyyən  edilən  bədii  yaradıcılığın  üç  növündən  (epos,  lirika, 

drama)  birinin  (epik  növün) tərkibinə  daxil  olmuşdur.  Roman janrının  bütün  inkişaf 

mərhələlərində  bu  bədii  yaradıcılıq  forması  ilə  əlaqədar  çoxsaylı  nəzəri 

konsepsiyalar  və  metodoloji  yanaşmalar  meydana  gəlmişdir.  Professor 

T.Hüseynoğlunun  da  qeyd  etdiyi  kimi:  «indi  dünya  ədəbi  prosesi  özünün  elə  bir 

inkişaf  mərhələsindədir  ki,  çağdaş  romanın  yaradılışı  haqqında  nəzəriyyələr, 

fikirlər,  konsepsiyalar,  meyllər,  münasibətlər  durmadan  artır»  (Tofiq  Hüseynoğlu. 



Zamandan  məkana  və ya  əksinə...,  bax:  Müasir  ədəbiyyat  məsələləri.  Roman janrının 

tarixi və poetikası, III, Bakı:  "Elm  və təhsil", 2014, səh.  16).  Bir qrup tədqiqatçı bu janrı 

bəzən  şərti  olaraq  bədii  ədəbiyyatın  dördüncü  növü  (V.D.Dneprov)  kimi  də 

qiymətləndirir.  Bəzi  tədqiqatçılar  isə  vaxtilə  görkəmli  roman  ustası  L.N.Tolstoyun 

bu  barədə  söylədiyi  fikirdən  çıxış  edərək  «romanı  sərbəst  forma  kimi  qəbul  edir»




T ənqid və  ədəbiyyatşünaslıq

171


(T.L.Motılyeva).  Professor  T.Salamoğlu  bu  konsepsiyalardan  çıxış  edərək  roman 

janrının  polifonikliyinə  işarə  edərək  yazır:  «Roman  «dünya  modeli»dir.  Roman 

sərbəst  formadır.  Roman  dördüncü  ədəbi  növdür.  Roman  bədii  sistemdir.  Bütün 

bunlar çağdaş ədəbiyyatşünaslıqda  romanı fərqli  idrak  hadisəsi  kimi  dərk etmənin 

müxtəlif formullarıdır»  (Təyyar Salamoğlu  (Cavadov).  Ən yeni Azərbaycan ədəbiyyatı 

məsələləri,  Bakı:  "Səda"nəşriyyatı,  2012,  səh.3).

Roman janrı,  deyildiyi  kimi,  «sərbəst janr»  olsa  da,  bütün  digər ədəbi janrlar və 

növlər kimi özünün  sabit ədəbi  prinsipləri,  estetik qanun-qaydaları olan bir bədii ya­

radıcılıq növüdür.  Bu barədə bəhs edən Salidə Şərifova yazır:  «Romanın fabulası və 

süjeti  ilə  bağlı  hadisələrlə zəngin  olan  sabit əsas mövcuddur ki,  bu  da romanın janr 

formasının sabitləşməsinə gətirib çıxardır»  (Салида Шарифова. Жанровая смешение 



в романе: коммуникативно-социокогнитивный подход,  М.,  2011,  стр.  83).

Bu janra  məxsus  olan  bir  sıra  «sərbəst»  xüsusiyyət onun  nizamsız,  qaydasız 

bir yaradıcılıq  növü  olmasını  iddia etməyə heç də əsas vermir.  Doğrudur,  o da  bir 

həqiqətdir ki,  roman janrı  bütün  digər ədəbi janrlarla  müqayisədə  daha  mütəhər­

rik,  daha  universal  və  daha  polifonik  səciyyəli  bir  bədii  yaradıcılıq  növüdür.  Ro­

man janrının  nəzəri əsaslarının  müəyyən  edilməsini  şərtləndirən  səbəblərdən  biri 

də,  onun  məhz  «sərbəst janr»,  «dünya  modeli»  olması  ilə  əlaqədardır.  Ona  görə 

ki,  o,  həqiqətən  də,  həm forma və  məzmun,  diskurs və semantika  parametrlərinə 

görə «sərbəst»dir,  həm də əhatə etdiyi problemlərə,  mövzu dairəsinin rəngarəng­

liyinə  görə  də  dünyanın  özü  kimi  («dünya  modeli»)  sonsuz və  intəhasızdır.  Məhz 

elə  bu  xüsusiyyətlərinə  görə  də roman janrı  polifonik səciyyəlidir,  universal sənət 

növüdür.  Roman  həm  də  «qarışıq  janr»dır  (epistolyar-roman,  novella-roman, 

epopeya,  mənzum  roman,  kiçik  roman,  roman-mif,  fəlsəfi  roman,  fantastika, 

detektiv,  macəra və s.  və i.).  Romanın forma-quruluş (struktur) və ideya-məzmun 

xüsusiyyətləri  ilə  əlaqədar  artıq  sabitləşmiş  «qarışıq  janr»  konsepsiyası  da 

formalaşmışdır.  S.Şərifova  bu  problemin  araşdırılmasına  ayrıca  bir  monoqrafiya 

da  həsr  etmişdir 

(

Салида  Шарифова.  Жанровое  смешение  в  романе: 



коммуникативно-социокогнитивный  подход,  М.,  2011).  Bu  məsələ  ilə  bağlı 

mövcud  araşdırmalara  istinad  edən  tədqiqatçı  roman  janrının  eposla,  folklorla, 

mifologiya ilə əlaqələrini göstərməklə yanaşı (yeri gəlmişkən  qeyd etmək lazımdır 

ki,  bu  xüsusiyyətlər  demək  olar  ki,  bütün  epik  (bəzən  hətta  qeyri-epik)  səciyyəli, 

süjetli  ədəbi  janrlara  xas  olan  xüsusiyyətdir),  roman-epopeya,  roman-povest 

əlaqələrindən  də  bəhs  etmişdir.  Bütün  bunları  nəzərə  alaraq  S.Şərifova  yazır: 

«Roman  kifayət  qədər  qısa  bir  dövr  ərzində  (roman  janrı  tarixinin  ölçüləri 

baxımından)  «böyük  ədəbiyyatdan»  kənarda  qalmış,  öz  əhəmiyyətinə  görə 

janrdan  dördüncü  ədəbi  növ  (?)  olmaq  iddiası  ilə  aparıcı  ədəbi  janra  çevrilmişdi 

(kursiv  mənimdir  -  C.N.).  Buna  baxmayaraq,  romanın  janr  xarakteristikası  bu 

günə  qədər  tam  aydınlığı  ilə  müəyyən  edilməyib.  Təsadüfi  deyil  ki,  biz 

ədəbiyyatda  povest adlandırılan  irihəcmli  nəsr  əsərləri  ilə,  bəzən  də  həcmcə  elə 

də böyük olmayan və  «kiçik roman»  kimi tanınan  nəsr nümunələri  ilə qarşılaşırıq. 

Bu  roman  janrının  digər  janrlardan  fərqləndirən  səciyyəsini  müəyyən  etmə 

problemini  kəskinləşdirir»  (Yenə  orada,  str.  54).  Bu  gətirdiyimiz  sitatda  problem 

düzgün  qoyulsa  da  anlaşılmazlıq  da  var:  «dördüncü  ədəbi  növ»  ifadəsi  yerinə 

düşməyib,  kursivlə verdiyimiz  «janrdan»  «ədəbi janra  çevrilmə»  nə  deməkdir?

Roman janrı bədii ədəbiyyatın digər janrlarından fərqli olaraq daha mürəkkəb və 

keşməkeşli  bir inkişaf yolu  keçmiş,  müxtəlif zaman  kəsiklərində  həyatın və  mühitin 

ağır  sınaqları  ilə  qarşılaşmış,  şəkildən  şəklə  düşmüş,  daim  qızğın  mübahisələrin 

obyektinə  çevrilmişdir.  Bütün  bu  qızğın  mübahisələrə,  ziddiyyətli  və  çox  vaxt 

anlaşılmayan  münasibətlərə  baxmayaraq,  roman  janrı,  elmi-texniki  tərəqqinin 

buğünkü  səviyyəsində  belə  yenə  də  ən  populyar,  ən  geniş  yayılmış  bir ədəbi janr 

olaraq qalmaqdadır. Təbii ki,  hələ bu gün də, roman yanrı ilə əlaqədar olaraq qızğın 

müzakirələr,  mübahisələr  davam  etməkdədir.  Məşhur  bir  ifadə  var,  «həqiqət 

mübahisələr  zamanı  üzə  çıxır».  Məhz  elə  buna  görə  də  romanla  əlaqədar




172

Tənqid və ədəbiyyatşünaslıq

mübahisələrin  olması  və  daim  davam  etməsi,  əslində  bu  janrın  daha  da  inkişaf 

etməsi,  təkmilləşməsi və  cilalanması  yolunda  mühüm  rol  oynayır.

Romanın  yaranma  tarixi,  inkişaf  mərhələləri  ilə  bağlı  bədii  ədəbiyyatın  bu 

janrının  tədqiqatçılarının  fərqli  mövqeləri  mövcuddur.  Roman  tədqiqatçılarının  bir 

qismi  bu  janrın  lap  yaxın  keçmişdə,  yəni  Avropa  Maarifçiliyi  dövründə  (XVIII  əsr) 

yarandığını  iddia  edir.  Bəzi  tədqiqatçılar  isə  «əsl»  romanın  XIX  əsrdə  yarandığını 

deyir.  Bunlarla  yanaşı,  romanın  hələ  lap  qədim  dövrdərdə  (antik  dövr)  mövcud 

olduğunu  göstərənlər  də  var.  Bundan  başqa,  roman  janrının  Orta  əsrlər  Şərq 

ədəbiyyatında  (məsələn,  Nizami  Gəncəvi  yaradıcılığında)  olduğunu  da  iddia  edən 

mütəxəssislər mövcuddur. Əlbəttə,  butun bu konsepsiyaları irəli sürən tədqiqatçılar 

müəyyən elmi-nəzəri və ədəbi-estetik prinsiplərə əsaslanır.  Bununla  belə,  romanın 

genezisi  ilə  əlaqədar  fikir  söyləyən  bütün  tədqiqatçılar  bir  məsələdə  yekdil- 

həmrəydir:  roman  yeni,  daha  gənc janrdır.  Bütün  bu  sadalanan  problemlər hazırkı 

tədqiqatın əsas araşdırma obyekti olmadığına görə onların hər birinin  üzərində ayrı- 

ayrılıqda  dayanılmayacaq.  Amma,  bununla  belə,  bu  araşdırmada  son  onilliklərin 

tədqiqatları  nəticəsində  əldə  edilən  elmi  ümumiləşdirmələrdən  çıxış edərək  roman 

janrının  forma-məzmun,  quruluş  (stuktur)-semantik,  ideya-üslub  xüsusiyyətlərinə 

və  eləcə  də  tarixi-inkişaf  mərhələlərinə  görə  təsnifatını  aparmağa  cəhd 

göstəriləcək.

Beləliklə,  son  gəlinən  qənaət belədir ki,  klassik roman janrı  bəsit (ilkin) formada 

antik dövrdə Avropada yaranmış,  sonrakı  inkişaf mərhələlərində  daha  da  cilalana­

raq formalaşmış,  püxtələşmişdir.  Bu  baxımdan  roman janrının  inkişaf mərhələlərini 

antik  roman,  Orta  əsrlər  romanı  (cəngavərlik  romanı,  alleqorik  roman,  anonim  ro­

man,  müəllifli  roman  və  s.),  intibah  romanı,  XVII  əsrdə  klassisizm  və  barokko  ro­

manı, XVIII  əsrdə  Maarifçilik romanı (bu tərkibə sentimental və qotik romanı da da­

xil emək olar) və ən  nəhayət XIX-XX əsrlərdə yaranmış romantik və  realist roman, 

yeni  naturalist roman  və  nəhayət  son  modernist və  postmodernist  roman  bölgülə­

rinə  ayırmaq  olar.  Romanın  inkişaf təmayülləri  və  mərhələləri  barədə  bəhs  edən 

görkəmli  rus  alimi  M.Baxtin  «Epos  və  roman  (Roman  tədqiqinin  metodologiyası 

haqqında»  adlı  əsərində yazır:  «O  dövrlərdə  ki,  roman janrı  aparıcı janr olub,  onda 

xüsusilə  maraqlı  hadisələrin  baş  verməsi  müşahidə  olunmuşdur.  Onda  bütün 

ədəbiyyat demək olar ki, bərpa prosesi və «janr kritisizminə» mübtəla olmuşdu. Bu, 

ellinizmin  bəzi  mərhələlərində,  Orta  əsrlər və  intibah  dövründə,  xüsusilə  də  daha 

parlaq  və  güclü  şəkildə  XVIII  əsrin  ikinci  yarısında  özünü  daha  parlaq  şəkildə 

göstərmişdir»  (Бахтин  M.  Эпос  и роман  (О методологии  исследования романа), 

см.: http://www.gumer.info/bib4otek_Buks/Lherat/bahtin/epos_roman.php,  стр.  2 ).

Roman ətrafında mübahisələr. Tarixin elə bir dövrü olmuşdur ki (məsələn XIX 

əsrin  sonları-XX  əsrin  ortaları),  roman  «dəbdən»  düşməyə  başlamış  və  geniş 

oxucu  kütləsinin  irihəcmli  əsərlər  oxumağa  «vaxtı  və  həvəsi  olmadığı»  üçün  daha 

«kiçik»,  mobil  roman  modelinin  tapılması  ehtiyacı  yaranmışdı.  Hətta  bu  günün 

özündə  də  Qərbdə  dünya  ədəbiyyatının  bir  çox  məşhur  irihəcmli  romanların 

qısaldılmış, xülasələşdirilmiş variantını (SMS roman, mobil roman və s.) çap edirlər. 

Beləliklə,  «çoxsaylı roman tipinin inkişafı»  (Салида Шарифова. Жанровое смешение 



в  романе:  коммуникативно-социокогнитивный  подход,  стр.  76)  nəticəsində  elə 

təsəvvür  yarana  bilər  ki,  guya  dünya  ədəbiyyatı  tarixində  roman  janrı  sanki  «öz 

əhəmiyyətini  itirməyə»,  «ölməyə»,  «məhv  olmağa»  başlayır.  Görkəmli  rus  şairi 

Osip Mandelştam  1922-ci  ildə çap etdirdiyi  məşhur «Romanın  sonu»  məqaləsində 

yazır:  «Fəaliyyət  göstərmək,  qalib  gəlmək,  məhv  olmaq,  sevmək  üçün  insana 

məxsus  olan  zaman  hissi  -  həmin  o  zaman  hissi  ki,  Avropa  romanının  məğzini 

təşkil edir, bu,  bir daha təkrar edirəm:  romanın kompozisiyasının ölçü vahidi - insan 

bioqrafiyasıdır»  (О.Мандельштам.  Конец романа.  См.:  Собрание сочинений в трех 



томах,  том  второй.  Проза.  Мюнхен:  Международное  Литературное 

Содружество,  1971,  стр.  269).  Sonra  bu  fikrini  davam  etdirən  şair  yazır: 

«Bioqrafiyasız  insan  romanın  mövzu  əsasını  təşkil  edə  bilməz,  digər tərəfdən  də,




173

Tənqid və ədəbiyyatşünaslıq

ayrı-ayrı  insan  taleyini,  fabulasını  və  onu  müşayiət  edən  heç  bir  şeyi  ağıla  belə 

gətirmək  olmaz.  Bundan  başqa,  ruh  düşkünlüyünü  ifadə  edən  roman  psixoloji 

əsaslanmaya  maraqda  -  ustalıqla  sığınacaq  tapdığı  yerdə,  artıq  özünün  məhvini 

öncədən  hiss  etməyə  başlayır  -  saatbasaat  psixoloji  əsaslanmanın  daha  qəddar 

şəkil  aldığı,  yaxınlaşmaqda  olduğu  psixoloji  əsaslanmanın  qarşısında  kökündən 

sarsılır və  nüfuzdan  düşür»  (Yenə orada).

Sonra o, yazır:  «Müasir poman həm fabuladan, başqa sözlə desək, ona məxsus 

olan  şəxsiyyət,  zamanı  daxilində  hərəkət edən  faktordan,  həm  də  psixologiyadan 

məhrum  olub,  ona  görə  ki,  o,  heç  bir  hərəkəti  əsaslandırmır»  (Yenə  omda). 

«Nasirlərin  əksəriyyəti  romandan  tamamilə  imtina  ediblər,  onlar  qəzetçilikdən  və 

günün  aktuallığına  uymaq  qınağından  çəkinmədən  qeyri-şüuri  olaraq  xronikalar 

yazırlar  (Pilnyak,  serapinovçular  və  s.)»  (О.Мандельштам.  Конец  романа. 



http://rvb.ru/mandelstam/dvuhtomnik/01text/vol_2/0lprose/0644.htm,  cmp.4).  Qərbi 

Avropa  ədəbiyyatşünası  L.Fİdler  isə  romanın  «ölməsindən»  bəhs  edərək  yazır: 

«Ənənəvi  roman...  ölüdür,  yox  o,  ölüm  yatağında  uzanmayıb,  o,  sadəcə  olaraq 

ölüdür»  (Leslie  Fiedler.  Das  Zeitalter  der  neuen  Literatur.  Die  Wiedergeburt  der 



Kritik//Christ und We!t?-1968? 13.09,  - P.  10). ABŞ-ın görkəmli ədəbiyyat tənqidçisi 

Con  Oldric  müasir  Amerika  ədəbiyyatında  baş  verən  bu  proseslə  əlaqədar  yazır: 

«1890-cı  ildən  başlayaraq  və  təxminən  1940-cı  ilə  qədər  olan  ədəbiyyat  tarixini 

bizdə  roman ədəbi formasının yoxolma dövrü adlandırmaq olar...  Bununla belə,  bu 

dövrün  ədəbiyyatının  sadəcə  oxunuşu  zamanı  görmək  olar  ki,  bəlkə  də  ən  böyük 

və  hətta  ən  görkəmli  əsərlər  elə  bu  zaman  yaranmış,  bəlkə  də  yazıçılar  məhz  bu 

zaman  daha fədakarlıqla roman janrının  imkanlarının  genişlənməsini aşkar etməyə 

çalışmışlar.

Bu faktı onunla  izah etmək olar:  o zaman  ki,  roman ölməyə məhkum  edilmişdi, 

o,  bir  sıra  görkəmli  yazıçının  yaradıcılığında  yeni  şəkil  aldı,  o,  adi  təkhiyə 

formasından  daha  üstün  şəklə  düşdü,  elə  bir  şəklə  ki,  o,  yalnız  yazıçı  ilə  onun 

tərəfdarlarının  auditoriyası  arasında  birbaşa  əlaqə  yaratmaqdan  əlavə  həm  də 

yazıçının öz prinsiplərini oxuculara təlqin etmək imkanı yaratdı»  (Джон Олдридж. 

После  потерянного  поколения,  М.:  "Проггресс",  1981,  стр.  39).  T.HÜseynoğlu 

haqlı  olaraq  bu  konsepsiyaya  qarşı  çıxaraq  yazır:  «XIX  əsr  fransız  və  rus 

romanlarını xatırlamaq lazım gəlir. O romanları ki,  indi də dünyanın ən yaxşı roman 

nümunələrini təşkil edir.  Məhz  bu  romanlar dünya  polifonik  romanlarının  sırasında 

bizim  günlərdə  də  örnək  ola  biləcək  bir  gücə  malikdir,  öz  dəyər  və  əhəmiyyətini 

nəinki  saxlamaqdadır,  hətta  gündən-günə  artırmaqdadır.  Yəni  keçən  XX  əsrin 

ortalarında  olduğu  kimi,  roman  artıq  Hamletin  «Olum,  ya  ölüm?»  sualı  qarşısında 

qalmayıb.  Roman  üçün  «Olum,  ya  ölüm?»  sualı  artıq  bir  növ  qarışıb,  keçmişdə 

qalıb.  Roman  janrının  yaxşı  və  yeni  nümunələrinin  sayı  gündən-günə 

artmandadir»  (Tofiq  Hüseynoğlu.  Zamandan  məkana  və  ya  əksinə...,  səh.  15). 

Romanın  inkişafına  olan  belə  bir  münasibət  çox  da  uzun  çəkmədi,  roman  janrı 

simurğ  (feniks)  quşu  kimi,  öz  külündən  alışaraq  yenidən  alışıb  yandı,  yenidən 

dirildi,  yaşadı.

Roman  nədir?  (tarxi-metodoloji  araşdırma).  Roman  janrı  yaranandan  bu 

günə  kimi  çox böyük  bir inkişaf yolu  keçmiş,  müxtəlif dövrlərdə və  müxtəlif ictimai- 

siyasi və sosial-tarixi  şəraitlərdə fərqli formalarda təzahür etmişdir.  Roman janrı öz 

forma  və  məzmun  xüsusiyyətlərinə  görə  çox  mürəkkəb  bir  struktura  malikdir. 

Romanın srukturu, ədəbi sistemi  haqqında olan mövcud elmi ədəbiyyatda bu janrın 

konkret  forma  və  məzmun  paradiqmaları  hələ  də  tam  olaraq  müəyyən 

edilməmişdir.  Məhz  elə  buna  görə  də  roman  janrı  ilə  əlaqədar  təqdim  olunun 

konsepsiyalarda  müəyyən  anlaşılmazlıqlar özünü  göstərməkdədir.

Bəzən  həm  Şərq,  həm  də  Qərb  Orta  əsrlər  ədəbiyyatlarında  olan  bir  çox  epik 

dastanları,  poemaları da poman janrına aid edirlər. Azərbaycan romanının tanınmış 

tədqiqatçısı  professor  Himalay Ənvəroğlu  görkəmli  rus tədqiqatçılarının  bu  sahədə 

olan  fikirlərinə  istinad  edərək,  Orta  əsrlər  Yaxın  Şərq  (ərəb,  fars  və  türk)"



174

Tənqid və ədəbiyyatşünaslıq

poemalarının  roman  janrı  olması  tezisi  ilə  razılaşmışdır  (Bax:  Himalay  Ənvəroğlu. 

Azərbaycan romanının  inkişaf problemləri,  Bakı:  "Nurlan",  2008,  səh.:  36-51).

Roman  janrının  adının  generaziasiyası  ilkin  olaraq  Orta  əsrlərdə  Qərb 

dünyasında  yaranmışdır.  Məlum  olduğu  kimi,  Orta  əsrlərdə  Qərbi  Avropa 

ədəbiyyatında  (həm  şifahi,  həm  də  yazılı)  bir  sıra  süjetli  kiçik  həcmli  həm  poetik, 

həm  də  nəsrlə  əsərlər yaranmışdır.  Orta əsrlər Avropa  ədəbiyyatının  bu  tipli  süjetli 

əsərləri  sırasına  novellinoları,  foblioları,  şvankları,  fasetiləri  və  s.  daxil  etmək  olar. 

Həmin  dövrdə,  demək olar ki,  bütün  süjetli  əsərlər poetik formalı  novellino janrının 

adından  götürülən  novella  adı  ilə  adlandırılmışdı.  Novellinolarla  yanaşı,  bu  tirli 

süjetli  əsərlərin  sırasına  poetik  formalı  ballada  və  romanserolar  da  daxil  idi  və 

müəyyən  müddətdən  sonra  Avropa  ədəbiyyatında  qismən  daha  böyük  həcmli, 

çoxşaxəli,  mürəkkəb  süjetli  əsərlərin  adları  roman,  qismən  kiçik  məhdud  süjetli 

əsərlərin  adları  isə  novella  kimi  sabitləşmişdir.

Bu  prinsipə  əsaslanaraq,  bəzi  tədqiqatçılar  hətta  F.Ə.Gürganinin  «Vis  və 

Ramin»ini,  Ə.Firdovsinin  «Şahnamə»sini,  N.  Gəncəvinin  «Xəmsə»sini, 

X.Şİrvaninin  «Mədain  xərabələri»  və  «Töhfətul  Iraqeyn»  poemalarını,  C.Ruminin 

«Məsnəviye-mənəvi»sini,  M.Füzulinin  epik  əsərlərini,  Ş.Rustavelinin  «Pələng 

dərisi geyinmiş  pəhləvan»ını,  «Tristan və  izolda»nı,  «Okassen və  Nikolet»i,  «Fluar 

və  B!anşeflor»u  və  s.  bu  qəbildən  olan  bir  çox  əsəri  də  roman  janrının  nümunəsi 

hesab edənlər var.  Orta əsrlərin  həm  Şərq,  həm də Qərb ədəbiyyatlarında olan  bu 

tipli  epik  əsərlərin  (poema,  dastan  və  s.)  roman  adlandırılmasını  görkəmli  roman 

ustası  T.Mann  belə  əsaslandırır:  «Şübhə  yoxdur  ki,  müdriklik  və  al-əlvanlıqla  dolu 

olan fars (kursiv müəllifindir - C.N.) romam epik formanın tənəzzülünün  bir nəticəsi 

kimi  yalnız  Nizami  və  Firdovsi  kimi  klassiklərin  epik  əsərlindən  sonra  meydana 

gəldi;  amma  bunlarla  yanaşı,  «Dekameron»dan  və  Bandellonun  novellalarından 

əvvəl  meydana  gələn  iki  yüz  əlli  erotik  silsilə  hekayələrdən  ibarət  olan 

«Tutuquşunun nağılları» yaranmışdır»  (Томас Манн.  Искусство романа,  Собрание 



сочинений  в  десяти  томах,  том  десятый.  Статьи,  М.:  Государственное 

издательство  "Художественная литература ",  1961,  стр.  275).

Fabula  və  süjet faktoruna  aludə  olaraq  bütün  epik  səciyyəli  əsərləri  əlbəttə  ki, 

roman  adlandırmaq  düzgün  deyil.  Hətta  bəzi  tədqiqatçılar  bir  qədər  də  irəli 

gedərək,  antik  dövrün  məşhur  alimləri  Herodotun,  Fukididin,  T.Lİvinin,  Plutarxın 

tarix  əsərlərini,  hətta  Strabonun  «Coğrafiya»sını,  ayrı-ayrı  səyahətnamələri  belə 

roman  adlandırırlar.  Əlbəttə,  bütün  bu  tədqiqatçıların  fikirlərinə  hörmətlə 

yanaşaraq, bildirmək istəyirik ki,  bütün süjetli və ya süjetsiz bədii əsərlərin hamısını 

roman  adlaqdırmaq  düzgün  deyil.  Xüsusilə  də  antik  dövrün  tarix  (elmi)  əsərlərini. 

Məlum faktdır ki, qədim dövrdə elmin müxtəlif sahələri ilə məşğul olan mütəfəkkirlər 

öz elmi əsərlərinin oxunaqlı,  daha anlaşıqlı olması,  populyarlaşması  naminə  poetik 

ədəbi  üslubdan  və  digər  bədii  təsvir vasitələrindən  istifadə  edirdilər.  Bu  ənənə  və 

tendensiya həm  Şərq,  həm də Qərb elminə xas olan xüsusiyyət idi.  Roman janrı ilə 

əlaqədar  hökm  sürən  terminoloji  qarışıqlığa  və  bəzi  anlaşılmazlıqlara  aydınlıq 

gətirmək  üçün  romanın  əsl  məğzinin  dərk edilməsi vacibdir.

Məşhur  fransız  alimi  Rolan  Bart  1965-ci  ildə  çap  etdirdiyi  «Dram,  poema, 

roman»  məqaləsində A.Dantenin tərcüməçisi  (1841)  Ş.  Deleklyuza  istinad  edir və 

göstərir  ki,  Dantenin  «Yeni  həyat»  əsəri  «qəribə  əsərdir,  ona  görə  ki,  onda  eyni 

zamanda  üç  müxtəlif forma  (xatirələr,  roman  və  poema)  istifadə  olunub»  (Ролан 



Барт.  "Драма,  поэма,  роман",  См.  в  кн.:  Называть  вещи  своими  именами. 

Программные  вступления  мастеров  западно-европейской  литературы  XX  века, 

М.:  Издательство  "Прогресс",  1986,  стр.  134-135).  Bu  mövqedən  çıxış  edən 

R.Bart sonra yazır:  «Bununla belə,  Dramda şəxsiyyəti  bizim  qarşımıza çıxa biləcək 

hətta  elə  bir  Beatriçe  də  yoxdur:  burada  həm  bizim  şüurumuz,  həm  də  bizim 

hisslərimiz  tam  olaraq  öz-özlüyündə  roman  müəmmasına  cəlb  edilmiş  olur  -  ona 

görə  ki,  Dram  roman  janrının  sitatlar  toplusundan  başqa  bir  şey  deyil»  (Yenə 

orada).  Deleklyuzun  bu  mövqeyi  ilə  razılaşmayan  R.Bart  fikrinə  davam  edərək



175

Tənqid və ədəbiyyatşünaslıq

yazır:  «...  əslində,  roman  elə  bir geniş təhkiyə formasının  tarixi  növlərindən  biridir 

ki,  buraya onunla  birgə əsatir,  nağıl  və  epopeya  da  daxildir...»  (Yenə orada).

Yeri  gəlmişkən,  görkəmli  Azərbaycan  dramaturqu  və  mütəfəkkir  yazıçısı 

M.F.Axundzadə  hələ  XIX  əsrin  ortalarında  dramla  romanın  özünəməxsus 

bağlılığından  bəhs  etmişdir.  H.Ənvəroğlu  bu  barədə  yazır:  «Məlum  olduğu  kimi, 

vaxtilə  M.F.Axundzadə  romanı dramaturgiyanın  bir növü  hesab emişdir»  (Himalay 



Ənvəroğlu.  Göstərilən  əsəri,  səh.  127.).  Ədəbi  növ,  janr  məsələlərini  araşdırarkən 

M.F.Axundzadə  yazırdı:  «...bu  gün  millət  üçün  faydalı  və  oxucuların  zövqü  üçün 

rəğbətli  olan  əsər  drama  və  romandır.  Roman  da  drama  fənninin  bir  qismidir  ki, 

izahı  uzun  şərhə  möhtacdır»  (M.F.  Axundov.  Seçilmiş  əsərləri,  3  cilddə,  3-cü  cild, 



Bakı: Azərnəşr,  1989,  səh.  115).

Təsadüfi  deyil  ki,  XX  əsrin  bir  sıra  görkəmli  mürəfəkkir  yazıçısı  özlərinin 

ədəbiyyat  haqqında  araşdırmalarında  tez-tez  «ədəbiyyat  nədir»,  «roman  nədir» 

suallarını  vermiş  bu  suallara  qanedici  cavab  axğarmağa  çalışmışdır.  Nobel 

mükafatı  laureatı,  məşhur fransız filosofu və yazıçısı J.-P.Sartr əvvəlcə  «Ədəbiyyat 

nədir»  (Жан-Поль  Сартр.  Что  такое  литература,  С.-Пб.:  Издательства 



"АЛЕТЕЙЯ",  2000;  Идиот  в  семье.  Густав  Флобер  от  1821  до  1857,  С.-Пб.: 

Издательства  "АЛЕТЕЙЯ",  1998),  sonra  isə  irihəcmli  «Ailədə  səfeh.  Qustav 

Flober  1821-dən  1857-yə  qədər»,  alman  yazıçısı,  Tomas  Mann  isə  «Roman 

sənəti»  (Томас  Манн.  Искусство романа,  Собрание  сочинений  в  десяти  томах, 

том десятый,  стр. 272-287) əsərlərini yazmışlar.  Bundan başqa, bu əsrin görkəmli 

roman  ustaları  V.Vulf,  («Müasir ədəbi  nəsr»),  C.Qolsuorsi  («Romançının  inancı»), 

R.Bart («Dram,  poema,  roman») və bir çox  digər adlı-sanlı yazıçılar da  bu suallara 

cavab  axtarıblar  (Называть  вещи  своими  именами.  Программные  вступления 



мастеров  западно-европейской  литературы  XX века,  Издательство  "Прогресс", 

1986).

«Roman  sənəti»  məqaləsində  Tomas  Mann  roman  janrının  bir  sıra  aktual 

aspektlərinə  nəzər  salmış,  mütəfəkkir  bir  yazıçı  müdrikliyi  ilə  bu  sahədə  qiymətli 

fikirlər  söyləmişdir.  Qədim  dövrün  romanlardan  bəhs  edən  yazıçı  Qədim  Misir 

ədəbiyyatının  nümunəsi  olan  «Sinuxetin  macərası»,  «iki  qardaş  haqqında  povest» 

əsərlərini  bu  janrın  nümunələri  adlandırmaqla  yanaşı,  Qədim  Roma  yazıçısı 

Apuleyin  «Qızıl  eşşək»  («Metamorfoza»)  romanı  haqqında  yazır:  «Tərkibinə Amur 

və  Psixeya  haqqında  məftunedici  novellanın  da  daxil  olduğu  Apuleyin  «Qızıl 

eşşəyi»  dünya  ədəbiyyatında  ən  parlaq  romanlar sırasına  daxildir»  (Томас Манн. 

Искусство романа,  стр.  274-275).

Roman  haqqında  düşüncələrini  davam  etdirən  bu  yazıçı  fars  və  Azərbaycan 

ədəbiyyatının  nümayəndəsi  olan  Firdovsi  və  Nizami  haqqında  da  maraqlı  fikirlər 

söyləmişdir.  T.Mann  yazır:  «Bəs  görək  roman  nədir,  bu  anlayışı  necə  müəyyən 

edək?  İngilis  dilində  hamı  tərəfindən  qəbul  edilmiş  «novel»,  «fiction»,  bəzən 

«romanse»  kimi  səslənən,  alman  dilində  -  «Roman»,  fransız  dilində  -  «roman», 

italyan  dilində -  «romanzo»  kimi  səslənən  bu  ad,  bu  istilah  haradan  yaranıb?  ilkin 

olaraq  o,  roman  xalqlarının  birinin  ana  dilində  yaradılmış  təkhiyə  əsəri  anlayışını 

vermişdir.  «İlahi  komediya»  bu  mənaya  daxil  olur:  latın  dilində  «linqua  parlata» 

(Linqua parlata  -  danışıq  dili  (ital.))  yazılmış  bu  poema  xalq  üçün  əlçatandır,  elə 

məhz ona  görə  də o,  Orta əsrlərə deyil,  yeni  dövrə daxil  olur;  müasir italyan  dilinin 

mənbəyi  olan  bu  dini  epos  sözün  tam  mənasında  «romanzo»,  roman  anlayışına 

uyğun  gəlir»  (Томас  Манн.  Искусство  романа,  стр.  275).  T.Mann  «eposun 

dahisi»  (seçdirmə  müəllifindir - C.N.)  adlandırğı  romanı  ilə əlaqədar olaraq  verdiyi 

-  «roman  nədir?»  sualını  konkret  olaraq  belə  cavablandırır:  «Bu  -  qüdrətli  və 

möhtəşəm  ruh,  geniş  əhatəli  (hər  şeyi  əhatə  edən),  həyatın  özü  kimi  zəngin, 

yeknəsək şəkildə uğuldayan dəniz kimi ucsuz-bucaqsız, eyni zamanda əzəmətli və 

dəqiq,  ahəngdar  və  dərrakəlidir;  o,  tək-tək  təsadüf  edilən  detallarla,  ayrı-ayrı 

epizodlarla kifayətlənə bilməz, ona özünün çoxsaylı epizodları və təfərrüartları olan 

tamlıq  faktoru  lazımdır  və  sanki  bütün  bu  epizodlar  və  bəlli  təfsilatlar  onun  üçün



xüsusi  əhəmiyyət  kəsb  edir  və  o,  fədakarlıqla  onların  üzərində  dayanır» 

(

Yenə 



orada,  səh,  276).

Roman  sənəti  öz məzmun və forma tərkibinə görə nə qədər mürəkkəb bir bədii 

yaradıcılıq  hadisəsidirsə,  bir o  qədər də  mütəhərrik  və  dinamik  ədəbi janrdır.  Belə 

ki,  artıq  deyildiyi  kimi,  hələ  antik  dövrdə  yaranmağa  başlayan  roman  janrı,  bütün 

sonrakı  inkişaf  dövrlərində  də  getdikcə  cilalanmış,  formalaşmış  və  dəyişmişdir. 

Roman,  bəlkə  də  yeganə  bədii  yaradıcılıq  nümunəsidir  ki,  o,  yarandığı  bütün 

dövrlərin tələbləri  ilə səsləşmiş,  yeni-yeni formalara  düşmüş,  həmişə də modernist 

(yenilikçi)  səciyyə  daşımışdır.  Bütün  dövrlərin  «öz  postmodernizimi»  olduğu  kimi, 

həm  də  öz  avanqarizmi  (modernzmi)  və  modern  romanı  (U.Eko)  (Умберто  Эко. 

Заметки  на  полях  "Имени  розы",  С.Пб.:  "СИМПОСИУМ",  2005,  стр.  75-76) 

olmuşdur.  Beləliklə,  yeniliyə  can  atmaq,  yeni  ifadə  formaları  və  təfəkkür  tərzi 

nümayiş  etdirmək  cəhdləri  roman  janrına  xas  olan,  onu  digər  ədəbi  janrlardan 

fərqləndirən  başlıca xüsusiyyətləridən  biridir.

Bu  gün  dünya  ədəbiyyatında  roman  janrının  çoxsaylı  istiqaməti,  növü,  forması 

mövcuddur.  Rus  alimi  L.N.Tselkova  «Müasir  roman»  adlı  tədqiqatında  roman 

janrının  təsnifatı  ilə  əlaqədar  yazır:  «Romanın  janr  tiplərini  müəyyənləşdirmək 

həmişə  mürəkkəb  və  hətta  qarışıq  iş  olmuşdur.  İndiyə  qədər  romanın  janr 

tipologiyasını  əsaslandıran  əsas  prinsip  ortada  yoxdur.  Məzmun  janr  təsnifatının 

prinsipi  ola  bilər»  (Л.Н.  Целкова.  Современный роман,  M.:  "Знание",  1987,  стр 4). 

Sonra  о, fikrinə  davam  edərək  bu janrın  məzmuna  və janr fomalarına  görə  növ və 

formalararını  göstərir  və  belə  bir  nəticəyə  gəlir:  «...roman  janrı  ilə  bağlı  istənilən 

təsnifat,  istənilən  janr  müəyyənliyi  bu  və  ya  digər  dərəcədə  şərti  olacaq»  (Yenə 

orada,  səh.  5).  Mövcud  roman  təcrübəsindən  çıxış  edərək  bu  janrın  təsnifatını  və 

generaziasiyasını  aşağıdakı  kimi  göstərmək olar:

i -  dövrlərə  görə

a)  antik  roman,  b)  Orta  əsrlər  romanı,  c)  intibah  romanı,  d)  XVII  əsr  romanı  e) 

XVIII  əsr romanı,  f) XIX əsr romanı,  g) XX əsr romanı;

II  - ədəbi  cərəyanlara  görə

a)  dini-sxolastik  roman,  b)  intibah  dövrünün  klassik  romanı,  c)  klissisizm  və 

barokko  (marinizm)  romanı,  e)  maarifçi  və  sentimentalist  roman,  d)  önromantizm 

(qotik)  romanı,  f)  romantizm  romanı,  g)  tənqidi  realizmin  klassik  (ilkin)  dövrü 

romanı,  h)  XIX  əsrin  sonları  -  XX  əsrin  əvvələləri  neorommantizm,  modernizm 

romanı,  i) tənqidi  realizmin yeni mərhələsinin romanı, j) sosialist realizmi romanı,  k) 

modernist  (şüur  axını,  ekspressionist,  sürrealist,  ekzistensialist),  roman,  I) 

postmodernist  və  post-postmodnrnist  (postkolonial,  intelektual,  professor  və 

fentezi)  roman,  maqik  realizm  romanı;

III - İdeya-məzmün  xüsusiyyətlərinə  görə

a)  əxlaqi-etik,  b)  macəra,  c)  cəngavər  (kurtuaz),  d)  alleqorik,  e)  satirik- 

yumoristik,  h) fəlsəfi,  i)  ictimai-siyasi, j) sosial,  k) epistolyar,  i) tarixi,  m) psixoloji,  n) 

detektiv,  p) elmi-fantastik  roman;

IV -  həcminə  görə

a)  kiçik  roman  (roman-povest),  b)  böyük  roman,  c)  silsilə  roman,  d)  roman- 

epopeya,  e)  davam  edən  roman;

V -  istiqamətlərinə  görə

a)  mifoloji  roman,  b) folklorik  roman,  c)  ailə-məişət  romanı,  d) fəlsəfi  roman,  e) 

fəhlə  həyatından  roman,  h)  roman-bioqrafiya,  i)  kənd  həyatı  romanı,  m)  detal 

romanı,  n) epistolyar roman,  p) sənədli  roman;

Romanların  təsnifatını  aparan  zaman  bir  cəhətə  də  xüsusi  diqqət  yetirmək 

lazımdır.  Bu,  artıq  dünya  ədəbiyyatında  birmənalı  şəkildə  qəbul  olunmuş  romanın 

iki  tipinin  olmasıdır:  keçmiş  (klassik)  və  yeni,  müasir  (modenist)  roman.  Digər  bir 

rus  tədqiqatçısı  N.S.Leytes  «insan  və  dünya  münasibətlərindəki  gerçəkliyi  və 

müəllif  mövqeyi  ilə  varlığın  münasibətlərinin  ifadə  üsullarını»  (Təyyar  Salamoğlu. 



Miiasir  Azərbaycan  romanının  poetikası,  Bakı:  "Elm",  2005,  səh. 109)  əks  etdirən

176_____________________________________ Tənqid  və  ədəbiyyatşünaslıq




177

Tənqid və ədəbiyyatşünaslıq

romanı  iki  tipə  ayırmağa  təklif  edir:  birbaşa  təsvir  üsulu  ilə  yaranan  romanlar  və 

dolayı  təsvir  üsulu  ilə  yaranan  romanlar  (Н.С.Лейтес.  Происхождение романа, 



Пермь:  Пермский государственный университет,  1985,  стр.  70-72).

Təbii  ki,  bütün  bu  bölgülər roman janrının  növ çalarlarını tam  əhatə edə  bilməz, 

müəyyən  qədər  L.N.Tselkovanın  da  qeyd  etdiyi  kimi,  «şərti  səciyyə»  daşıyır  və 

hətta  bir  qədər  mübahisə  də  doğura  bilər.  Burada  ayrı-ayrılıqda  verilmiş  roman 

növləri  bəzən  bir-birinin  içərisində  ola  bilər ki,  onları  bir-birindən  ayırmaq  çox  vaxt 

qeyri-mükün  olur  (realizm-modernizim, 

romantizm-realizm, 

psixologizm- 

modernizm-realizm  və  s.)  Bundan  baqşa,  janr  generalizasiyası  ilə  bağlı  da  bəzi 

mübahisəli  məqamlar  mövcuddur:  məsələn,  povest  və  roman  bölgüsü  tam  dəqiq 

olmaya  bilər.  Rus  tədqiqatçısı  A.Zveryev  «Amerika  povestləri»  toplusuna  yazdığı 

«Dörd  rakursda»  adlı  ön  sözündə  bu  problemlə  bağlı  yazır:  «İngilis  leksikonunda 

«povest»  anlayışı  yoxdur,  onu  buna  bənzər  olan  sözlər  əvəz  edir:  «qısa  roman», 

yaxud «tarix», yaxud «pritça».  Novella ilə epikanın haradasa arasındakı kəsişmədə 

meydana  gələn  nəsrin  janrının  müəyyən  edilməsinin  çətinliyi  açıq-aşkardır» 

(А.Зверев.  В  четырех ракурсах,  см.  в  ки.:  Американские  повести:  Сборник,  М.: 

Радуга,  1990,  стр.5).  A.Zveryev  bu  fikrini  belə  yekunlaşdırır:  «Əlbəttə,  povestin 

romandan  ayırmasının  çox çətin  olması  halları tez-tez olur»  (Yena orada).

Göstərilən bu roman  növləri daha çox və əsasən Qərbi Avropa, Afrika (CAR) və 

Amerika  (ABŞ  və  Latın  Amerikası)  ədəbiyyatlarında  geniş  yayılsa  da,  Şərq  (Yaxın 

və  Uzaq  Şərq) ölkələrində  də  kafayət qədər özünü  göstərməmişdir.

Həm  Asiya,  həm  də  Avropa  (Şərq-Qərb)  ədəbiyyatları  sırasına  daxil  olan 

Azərbaycan  ədəbiyyatında  bədii  nəsr,  eləcə  də  klassik  roman  janrı  Qərb 

ədəbiyyatları ilə müqayisədə xeyli gec yaranmağa başlamasına baxmayaraq, qısa bir 

zaman  kəsiyində  böyük  bir  inkişıf  yolu  keçmişdir.  Doğrudur,  yuxarıda  göstərilən 

roman  növlərinin  hamısı  Azərbaycan  ədəbiyyatında  müşahidə  olunmur,  amma 

formalaşmağa başladığı dövrdən etibarən və bütün sonrakı inkişaf mərhələlərində bu 

janrın  bir  sıra  nümunəsi  milli  ədəbiyyatımızda  yaranmışdır.  Azərbaycan 

ədəbiyyatında  müəyyən  bir  dövr  ərzində  (xüsusilə  də  sovet  hakimiyyəti  illərində) 

dünya  ədəbiyyatının  müəyyən  istiqamətləri  lazımi  səviyyədə  inkişaf  etməmişdir. 

Sosializm  realizmi  «metodu»  buxovu  əksər  sovet  ədəbiyyatlarında  olduğu  kimi, 

Azərbaycan ədəbiyyatının da tam dolğunluğu ilə inkişaf etməsinə imkan verməmişdir 

(məsələn, modernist ədəbiyyat (roman) mürtəce istiqamət sayılmışdır. Əlbəttə, sovet 

dövrü  milli  ədəbiyyatımızın  üstündən  xətt  çəkmək  də  düzgün  olmazdı.  Belə  ki,  bu 

dövrdə Azərbaycan  ədəbiyyatının  bir sıra  korifeyi  yazıçısı  yetişmiş,  sosialist realizmi 

hakim  olduğu  müddətdə  dramaturgiya  (C.Cabbarlı,  H.Cavid,  S.Rəhman),  poeziya 

(M.Müşfiq,  S.Vurğun,  R.Rza,  S.Rüstəm,  M.Rahim)  və  nəsr  (C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev  (sovet  dovrü  yaradıcılığı),  Y.V.Çəmənzəminli,  M.S.Ordubadi, 

S.Rəhimov,  M.İbrahimov,  M.Hüseyn,  Mir  Cəlal,  Ə.Vəliyev,  Ə.Ələkbərzadə 

(Əbülhəsən),  i.Əfəndiyev,  İ.Hüseynov  (Muğanna),  i.  Şıxlı,  B.Bayramov)  sahələrində 

ustad  sənətkarlarımız  qiymətli  əsərlər  yazmışlar.  Ədəbi  tənqid,  folklorşünaslıq  və 

ədəbiyyatşünaslıq  elmimiz  də  (S.Mümtaz,  M.Rəfili,  H.Araslı,  M.A.Dadaşzadə, 

Ə.Sultanlı,  C.Xəndan,  M.C.Paşayev,  Ə.Ağayev,  M.H.Təhmasib,  A.Zamanov, 

M.Cəfər,  Ə.Mİrəhmədov,  P.Xəlilov,  B.Nəbiyev,  Y.Qarayev  və  s.)  formalaşmış  və 

kifayət  qədər  yaxşı  inkişaf  etmişdir.  Bu  dövrdə  Azərbaycanda  rəssamlıq 

(S.Bəhlulzadə,  T.Salahov,  M.Abdullayev,  T.Nərimanbəyov),  müsiqi  -  bəstəkarlıq, 

ifaçılıq,  (Ü.Hacıbəyov,  M.Maqomayev,  Q.Qarayev,  F.Əmirov,  Bülbül,  R.Behbudov, 

A.Məlikov,  T.Quliyev),  teatr  (Ü.Rəcəb,  A.M.Şərifzadə,  Ə.Ələkbərov),  memarlıq 

(M.Hüseynov 

(Useynov), 

S.Dadaşov), 

heykəltəraşlıq 

(F.Əbdürrəhmanov, 

M.Rzayeva və  s.)  sahələri  də  kifayət qədər yüksək səviyyədə inkişaf etmişdir.

Azərbaycan  roman  ənənəsi  də bədii yaradıcılığın  və  incəsənətin  bütün  sahələri 

kimi  yeni  yaradıcılıq  formasıdır.  Yuxarıda  da  deyildiyi  kimi,  bəzən  Azərbaycan 

romanının  yaranma  tarixini  XI-XII  əsrləri  aid  edərək,  onu  Xaqani  və  Nizaminin 

yaradıcılığından  başlayır,  Füzulinin  bəzi  epik  əsərlərini  roman  hesab  edir,  hətta




178

T ənqid  və ədəbiyyatşünaslıq

M.F.Axundzadənin  «Kəmalüddövlə  məktubları»nı  roman  (fəlsəfi  roman)  janrının 

nümunələri sayırlar.  Əslində isə,  roman janrının  bütün parametrlərinə cavab verən, 

«əsl»,  «xalis»  Azərbaycan  romanı  XIX  əsrin  sonları  -  XX  əsrin  əvvəllərində 

yaranmışdır  və  bu  janrın  ilk  parlaq  nümunələrini  Marağayi,  Talıbov, 

Y.V.Çəmənzəminli və  M.S.Ordubadi  yaratmışlar.

Maraqlı faktlardan  biri  də  budur ki, Azərbaycanda  roman janrının  ilk nümunələri 

tarixi  roman  növündə  yaranmışdır.  Bu,  ilk  növbədə,  keçən  yüzilin  əvvəllərində 

Azərbaycanda  baş  verən  mürəkkəb  ictimai-siyasi  hadisələrin  zənginliyi  və 

intensivliyi  ilə  izah  oluna  bilər.  Belə  ki,  Azərbaycanda  milli  özünüdərk,  mədəni 

dirçəliş prosesi  genişlənməyə  başlayanda,  milli  burjuaziya formalaşanda  kapitalist 

üsul-idarəsi  genişlənənir,  çar  Rusiyasının  müstəmləkəsi  olan  vətənimizdə  milli 

mətbuat,  teatr,  milli  musiqi,  memarlıq  Qərb  modelində  fomlaşmağa  başlayır.  Bu 

dövrdə  Şərqdə  ilk  olaraq  Azərbaycan  Demokratik  Cümhuriyyəti  yaranır.  Amma, 

əfsuslar olsun  ki,  bu  müstəqilliyimiz  uzun  sürə  bilmir,  iyirmi  üç aydan  sonra  işğalçı 

sovet  ordusu  Azərbaycana  soxulur,  milli  dövlətimizi  məhv  edərək,  onun  yerində 

Azərbaycan  Sovet  Respublikası  yaradır.  Sovet  hakimiyyətinin  ilk  illərində 

Azərbaycanın  mədəniyyəti  və  ədəbiyyatı  hələ  köhnə  mənəviyyat  və  mədəniyyət 

ehtiyatları  sayəsində  öz  inkişafını  davam  edtdirir,  amma  tezliklə  bu  dövrün  ən 

görkəmli ədəbiyyat və incəsənət adamları sovet siyasi repressiyasının qurbanı olur, 

xalqımızın  yüzlərlə  görkəmli  ziyalısı  (millətin  qaymaqlan)  sovet  siyasi  maşınının 

qurbanı olmur.  Belə bir güclü və qorxulu təzyiqə baxmayaraq, yenə də bütün sovet 

məkanında olduğu kimi, Azərbaycanda da əsl sənət,  yüksək yaradıcılıq kriteriyaları 

ölməmiş, ən sərt siyasi rejim şəraitində belə bəzən açıq-aşkar, bəzən də üstüörtülü 

şəkildə 


çox 

qiymətli 

bədii 

ədəbiyyat 



nümunələri 

(Ə.Haqverdiyev, 

C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli,  H.Cavid,  M.Müşviq,  S.Vurğun,  R.Rza və 

s.) yaranmışdır.

Sovet siyasi  rejiminin  neqativ cəhətləri  həddindən  artıq  çox  olmuşdur.  Bununla 

belə,  onu  də  danmaq  olmaz  ki,  Azərbaycan  mədəniyyətinin,  ədəbiyyatının 

inkişafında,  onun qabaqcıl Avropa,  rus  mədəniyyətlərinə  inteqrasiya  etməsində bu 

dövrün  böyük rolu  da olmuşdur.  Eyni zamanda  onu  da qeyd etmək lazımdır ki,  rus 

dili  vasitəsilə  Azərbaycan  ziyalıları  və  sənətkarları  dünya  mədəniyyətinə 

qovuşmaq,  dünyada  baş  verən  mədəni  və  ədəbi  proseslərlə  qismən  də  olsa 

yaxından  tanış  olmaq  imkanları  əldə  etmişlər.  Təcrid  olunmuş xalq  və  mədəniyyət 

(ədəbiyyat)  yoxdur  və  ola  da  bilməz.  Hətta  uzun  müddət  dünyanın  böyük  bir 

hissəsindən  (Avropadan  və  Yaxın  və  Orta  Şərqdən)  təcrid  olunmuş  bir  sıra  Uzaq 

Şərq ölkələri  (Yaponiya,  Koreya və s.) uzun müddət yeni tipli yüksək sənət əsərləri 

yarada  bilməmiş,  yalnız  Qərbə  açılan  pəncərə  sayəsində  sürətli  inkişaf  yolu 

keçmişlər.  Azərbaycan  mədəniyyətinin  və  ədəbiyyatının  XIX  əsrin  ortalarından 

başlayaraq,  xüsusilə  XX  əsrin  əvvəllərindən  etibarən,  müasir  ifadə  ilə  desək, 

Qərbə  inteqrasiya  etməsi,  qloballaşmağa  başlaması  nəticəsində  milli  mədəniyyət 

və  ədəbiyyatımız  xeyli  inkişaf  etmişdir.  Azərbaycan  mədəniyyətinin  və 

ədəbiyyatının,  eləcə  də  Azərbaycan  romanının  inkişaf  etməsində  Qərb  və  rus 

ədəbiyyatının  rolunu  inkar  etmək  olmaz.  Bu  barədə  bəhs  edən  professor  T. 

Hüseynoğlu yazır:  «Bu  gün  romançıların  (Azərbaycan  romançıları  nəzərdə tutulur- 

C.N.)  içərisində  istedadlı  və təcrübəlilər çox olduğu  kimi,  yaxşı  bir hal  olaraq  bizdə 

də  gənc  adlandırıla  biləcək,  savadlı  qələm  sahibləri  az  deyil.  Azərbaycan 

romançılığı  inkişafının  gələcəyi  barədə  nikbin  fikirlər  doğurur.  Bu  bir  də  onunla 

əlaqədardır  ki,  yazıçılarımız  yaradıcılıq  dünyasına  xüsusi  hazırlıqla,  dünya  romanı 



tarxini  və  təcrübəsini  mənimsəyərək  daxil  olmağa  çalışırlar»  (Tofiq  Hüseynoğlu. 

Zamandan  məkana  vya  əksinə..,  bax:  Müasir  ədəbiyyat  məsələləri.  Roman janrının 

tarixi və poetikası,  III,  Bakı:  "Elm  və təlısil",  2014,  səh.  16).

Yüklə 473,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə