Cəmiyyət üzrə "Qaynar xətt"əlaqə mərkəzinin yaradılması və müvafiq daxili sənədlərin təsdiq olunması haqqında



Yüklə 38,52 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü38,52 Kb.
#42842


Cəmiyyət üzrə “Qaynar xətt”əlaqə mərkəzinin yaradılması və                                  

müvafiq daxili sənədlərin təsdiq olunması haqqında 

 

 

Bəşəriyyətin  məruz qaldığı və  qlobal problemə çevrilmiş korrupsiyaya  qarşı 



mübarizədə  beynəlxalq  əməkdaşlığın  səmərəliliyini  artırmaq  üçün  BMT-nin 

korrupsiyaya  qarşı  Konvensiyası  qəbul  edilmiş,  ölkəmiz  2005-ci  ildə  həmin 

Konvensiyaya  qoşulmuşdur.  Korrupsiyaya  qarşı  mübarizədə  beynəlxalq  səylərin 

birləşdirilməsi,  fəaliyyətin  əlaqələndirilməsi  məqsədilə  BMT-nin  dəstəyi  ilə 

Beynəlxalq  Antikorrupsiya  Orqanları  Assosiasiyası  yaradılmış  və  bu  qurumun 

rəhbərliyində  ölkəmiz  də  təmsil  olunmuşdur.  Belə  mötəbər  bir  qurumun 

rəhbərliyində  ölkəmizin  təmsil  olunması,  korrupsiya  ilə  mübarizədə  dövlətimizin 

götürdüyü strateji kursun məqsəd və məramı ilə şərtlənir. 

 

Azərbaycanda  demokratik,  dünyəvi  dövlətin  qurulduğu,  islahatların  geniş 



vüsət  aldığı  bir  dövrdə,  korrupsiyanın  dövlət  və  cəmiyyət  üçün  olduqca  böyük 

təhlükə  kəsb  etdiyi  nəzərə  alınaraq  Azərbaycanda  bu  sosial-hüquqi  hadisə  ilə 

mübarizənin  gücləndirilməsinə  istiqamətlənmiş  bir  çox  tədbirlər  görülmüş, 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

tərəfindən 

müvafiq 


sərəncamlar 

imzalanmış, «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 

Qanunu,  bir  sıra  dövlət  proqramları,  o  cümlədən  Azərbaycan  Respublikasının 

Prezidentinin  28  iyul  2007-ci  il  tarixli  2292  nömrəli  sərancamı  ilə  təsdiq  edilmiş 

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul 

edilmişdir. 

Ölkə üzrə korrupsiyaya qarşı mübarizəyə dair qəbul edilmiş qərarlara müvafiq 

olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) 

fəaliyyətə  başladığı  dövrdən  etibarən  yuxarıda  qeyd  olunan  məsələlərə  ciddi 

yanaşmaqla,  korrupsiya  hallarına  qarşı  kəskin  mövqe  nümayiş  etdirmiş  və  işçilərlə 

maarifləndirici görüşlər keçirmişdir. Lakin, qeyd olunan tədbirlərlə yanaşı Cəmiyyət 

üzrə  baş  verə  biləcək  neqativ  halların  qarşısının  vaxtında  alınmasına,  aşkara 

çıxarılmasına,  qabaqlayıcı  tədbirlərin  görülməsinə  və  bu  işlərə  vahid  nəzarətin 

həyata  keçirilməsinə,  o  cümlədən  operativ  həll  edilməsinə  zərurət  vardır.  Eyni 

zamanda, Cəmiyyət üzrə qeyd olunan  məsələləri tənzimləyən, vəzifə  və öhdəlikləri 

müəyyən  edən  vahid  daxili  sənədin  təsdiq  olunmasına,  həmçinin  işçilərlə  və 

cəmiyyətlə əlaqələrin genişləndirilməsi, aşkarlığın artırılmasına ehtiyac vardır. 

Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq,

Azərbaycan  Xəzər  Dəniz 



Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsinin  7.1.12-ci  və  7.1.15-ci 

bəndlərini  rəhbər  tutaraq,  Cəmiyyət  üzrə  korrupsiyaya  qarşı  mübarizəyə  dair 

tədbirlərin 

müəyyən 


edilməsi 

üçünvahid 

daxili 

sənədin 


təsdiq 


olunmasını,ictimaiyyətin  və  Cəmiyyətin  işçilərinin  müraciətlərinin  operativ 

araşdırılmasını,  müvafiq  tədbirlərin  görülməsini  və  hüquq  pozuntuları  haqqında 

məlumatlarıvaxtında əldə etməklə qarşısının alınmasını təmin etmək məqsədi ilə 

 

əmr edirəm: 



1.  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  Qapalı  Səhmdar  Cəmiyyəti  üzrə 

Korrupsiya  ilə  mübarizəyə  dair  Təlimat”  və  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi 

Qapalı  Səhmdar  Cəmiyyətinin  “Qaynar  xətt”  əlaqə  mərkəzinin  fəaliyyətinə  və 

daxili araşdırmaların aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur). 

2.  Cəmiyyətin  Hüquq  idarəsinin  Daxili  araşdırmalar  və  hüquqi  sənədlərlə  iş 

şöbəsində  fəaliyyət  göstərməklə,  01.10.2014-cü  il  tarixdən  etibarən  “Qaynar  xətt” 

əlaqə mərkəzi yaradılsın. 

3. Cəmiyyətin İnformasiya texnologiyaları departamentinin rəisinə (M.Aslanov) 

tapşırılsın ki, “Qaynar xətt” əlaqə mərkəzini müvafiq rabitə vasitəsi ilə təmin etsin. 

4.  Hüquq  idarəsinin  Daxili  araşdırmalar  və  hüquqi  sənədlərlə  iş  şöbəsinin 

hüquq  məsləhətçisi  Əskərov  Rüfət  Sultan  oğlu  “Qaynar  xətt”  əlaqə  mərkəzi  üzrə 

məsul şəxs təyin edilsin. 

5.

 

Bu əmrlə təyin olunmuş məsul şəxs aşağıdakıları təmin etsin: 



5.1.  Cəmiyyətin  işçilərindən,  digər  vətəndaşlardan  (maraqlı  şəxslərdən)  daxil 

olan  şikayət  və  məlumatların  (müraciətlərin)  müəyyən  edilmiş  qaydada  qəbul  və 

çap  edilməsini,  qeydiyyata  alınması  üçün  aidiyyəti  struktur  bölməyə  təqdim 

edilməsini; 

5.2.  Cəmiyyət  üzrə  baş  vermiş  hüquq  pozuntusu  barədə  əldə  edilmiş  məlumat 

üzrə  təxirəsalınmaz  tədbirlərin  görülməsi  zərurəti  yarandığı  hallarda  Hüquq 

idarəsinin rəisinin və yaCəmiyyətin rəhbərliyinin dərhal xəbərdar edilməsini

5.3.  Bu  əmrdən  və  hazırkı  əmrlə  təsdiq  olunmuş  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi  Qapalı  Səhmdar  Cəmiyyətinin  “Qaynar  xətt”  əlaqə  mərkəzinin 

fəaliyyətinə  və  daxili  araşdırmaların  aparılmasına  dair  Təlimat”dan  irəli  gələn 

digər məsələlərin icrasını. 

6. Hüquq idarəsinin rəisinə (Z.Nağıyev) tapşırılsın: 

6.1.  “Qaynar  xətt”  əlaqə  mərkəzinin  normal  fəaliyyət  göstərməsi  üçün  lazımi 

şəraitin yaradılmasını və icrasına nəzarəti təmin etsin. 




6.2.  “Qaynar  xətt”  əlaqə  mərkəzinə  daxil  olmuş  və  Cəmiyyətin  rəhbərliyi 

tərəfindənicra  üçün  Hüquq  idarəsinə  yönəldilmiş  müraciətlərin  bu  əmrlə  təsdiq 

olunmuş  müvafiq təlimata uyğun olaraq əsaslılığını yoxlayaraq operativ və  ətraflı 

araşdırılmasını,  nəticəsinin  Cəmiyyətin  sədri  ilə  müzakirə  edilməsini  və  digər 

zəruri tədbirlərin görülməsini təmin etsin. 

6.3.  Cinayət  əlaməti  olan  fakt  aşkar  olunduqda,  Cəmiyyətin  sədrinə  məlumat 

verməklə aidiyyəti dövlət qurumlarına dərhal müraciət olunmasını təşkil etsin.  

6.4.  Müraciət  edənlərə  araşdırmanın  nəticəsi  barədə  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada cavabların verilməsini təmin etsin. 

6.5.  “Qaynar  xətt”  əlaqə  mərkəzinə  daxil  olmuş  şikayətlər  və  məlumatlar 

(müraciət) barədə hər ayın sonunda Cəmiyyətin sədrinə yazılı məlumat versin. 

7. İşlər idarəsinin rəisinə (S.Abdullayev) tapşırılsın: 

7.1.Bu  əmrlə  təyin  olunmuş  məsul  şəxs  tərəfindən  təqdim  edilən 

müraciətlərinmüəyyən edilmiş qaydada qeydiyyatının aparılmasını təşkil etsin. 

7.2.  Bu  əmrlə  təsdiq  olunmuş  müvafiq  təlimata  uyğun  olaraq  daxil  olan 

müraciətlərin  aidiyyəti  üzrə  struktur  bölmələrə  təqdim  edilməsini  (rəhbərliyin 

dərkənarına uyğun olaraq) təmin etsin. 

 7.3.  “Qaynar  xətt”  əlaqə  mərkəzinin  yaradılması  haqqında  məlumatın 

Cəmiyyətin  veb  səhifəsindəvəKütləvi  İnformasiya  Vasitələrində  yerləşdirilməsini 

təşkil etsin. 

8. Nəzərə alınsın ki: 

8.1.  “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edilərkən bu əmrlə təsdiq edilmiş 

müvafiq  təlimatların  tələblərinə  və  Cəmiyyətin  digər  daxili  sənədlərinə  uyğun 

olaraq zəruri olan bütün məlumatlar məsul şəxsə verilməlidir. 

8.2.  “Qaynar  xətt”  əlaqə  mərkəzinə  bilərəkdən  yanlış  məlumatı  vermiş 

Cəmiyyətin  işçisi  qüvvədə  olan  qanunvericiliyə  və  Cəmiyyətin  daxili  sənədlərinə 

uyğun olaraq məsuliyyətə cəlb ediləcəkdir. 

8.3. “Qaynar xətt” əlaqə mərkəzinə qəsdən yanlış məlumatlar, iftiralar, təhdid və  

təhqirlər, o cümlədən Cəmiyyətin nüfuzuna xələl gətirə biləcək məlumatları verən 

vətəndaşlar  (maraqlı  şəxslər)  qüvvədə  olan  qanunvericiliyə  uyğun  olaraq 

məsuliyyət daşıyırlar.  



9.Cəmiyyətin  aparatının  bütün  struktur  bölmə  və  tabeliyində  olan  qurumların 

rəhbərlərinə  tapşırılsın  ki,  tabeçiliklərində  olan,  habelə  yeni  işə  qəbul  olunan 

işçilərin  bu  əmrlə  və  hazırkı  əmrlə  təsdiq  olunmuş  “Təlimat”larla  rəsmi  qaydada 

tanış  edilməsini  təşkil  etsinlərvə  sözügedən  daxili  sənədlərin  tələblərinə  riayət 

edilməsinə nəzarət etsinlər. 

10.  “Qaynar  xətt”  əlaqə  mərkəzi  barədə  müvafiq  elanların  Cəmiyyətə  məxsus 

obyektlərin görünüşə açıq olan yerlərində asılması təmin edilsin.  

11.  Aidiyyəti  struktur  bölmələr  bu  əmrdən  irəli  gələn  digər  məsələləri  həll 

etsinlər. 

12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

 

Sədr   


 

 

 



Rauf Vəliyev 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Vizalar: 

Sədrin birinci müavini   

 

 

 



 

 

 



M.Axundov 

Sədrin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini 

 

 

 



F.Quliyev 

Sədrin baş müşaviri 

 

 

 



 

 

 



 

C.Mahmudlu 




Sədrin rejim üzrə müşaviri 

 

 



 

 

 



 

N.Əhmədzadə 

İqtisadiyyat və uçot idarəsinin rəisi   

 

 



 

 

F.Həsənov 



 

İşlər idarəsinin rəisi 

 

İnsan resurslarının  



idarəedilməsi departamentinin rəisi 

 

 



S.Abdullayev 

 

 



S.Məmmədova 

Hüquq idarəsinin rəisi   

 

 

 



 

 

Z.Nağıyev 



 

 

 



 

 

Göndərilir:  Sədr  müavinlərinə,  Sədrin  müşavirlərinə,  sədrin  köməkçisinə, 

Cəmiyyətin aparatının bütün struktur bölmələrinə və tabeçiliyində olan qurumlara.  

 

 



 

 

 



 

 

 



 

 

 



İcraçı: 

Məhkəmələr və mübahisələrlə  

iş şöbəsinin rəisi C.Niyazov 

Telefon (daxili): 11-22.



 

Yüklə 38,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə