Cəmiyyət və onun formlaşması.İnsan cəmiyyəti təbiətin inkşafının müəyyən mərhələsində,onun özünəməxsus şəkildə davamı kimi yaranmışdır



Yüklə 28,72 Kb.
tarix27.03.2022
ölçüsü28,72 Kb.
#84772
Cəmiyyət və onu-WPS Office

Cəmiyyət və onun formlaşması.İnsan cəmiyyəti təbiətin inkşafının müəyyən mərhələsində,onun özünəməxsus şəkildə davamı kimi yaranmışdır.Buna görə də sosial fəlsəfədə təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri məsələsi mühüm yer tutur.Bu mövzunun öyrənilməsi həm də aşağıdakı iki səbəblə bağlıdır:a)bütün dövrlərdə cəmiyyətin mövcudluğu və inkşafı təbiət ilə ayrılmaz əlaqədə baş verir.Bu mənada təbiət cəmiyyətin daimi və zəruri şərtidir,təbiətsiz cəmiyyət mövcud deyildir.b)müasir dövürdə təbiət-cəmiyyət-insan münasibətlərində gərginlik durmadan artmaqdadır.Ekoloji böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır,buna görə də onun həlli labüd və zəruridir. Bütövlükdə cəmiyyətin formalaşması və inkşafı aşağıdakı üç şərt sayəsində mümkün olur:təbii mühit,əhali artımı və insanların müxtəlif həyat fəaliyyəti formaları. Cəmiyyət ilə təbiət bir-birilə sıx vəhdətdədir.Onlar arasında müəyyən ziddiyyətlər də özünü göstərir. Bunlar həm təbiətin, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır. Belə ki, insan lap qədimdən daimi təbiətlə, təbiət qüvvələri ilə müəyyən mənada mübarizə prosesində inkişaf edirlər. Tarixin bütün dövrlərində bu və ya digər formada çıxış edən təbiət – cəmiyyət ziddiyyətlərinin həlli svilizasiyanın inkşafına təkan verir.Cəmiyyət təbiətin sirrlərinə yiyələnmək və onun qüvvələrindən öz mənafeləri üçün istifadə etmək yolu ilə irəliləyir. Təbii ehtiyatlar cəmiyyətin sərvətidir.Bundan əlavə bütün dövrlərdə demoqrafiq prosseslərin inkşafı,əhalinin sağlamlığının təmin edilməsi təbii mühit ilə üzvi surətdə bağlıdır.Belə ki,iqlim,hava,su,ərzaq məhsulları və s.insanların həyat fəaliyyətinin bioloji göstəricilərinə,əmək qabiliyyətinə,bir sözlə işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olan bütün prosseslərə mühüm dərəcədə təsir göstərir.Nəhayət,ekoloji amillər kompleksi həm də insanların pisxoloji,əxlaqi-etik və estetik keyfiyyətlərinə,şəxiyyətin ahəngdar inkşafına ciddi təsir edir.


Yüklə 28,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə