Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında



Yüklə 6,65 Kb.
tarix25.06.2018
ölçüsü6,65 Kb.

background image
Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 



 

2015-ci  ilin  avqust  ayında  görkəmli  hərbi  xadim,  Azərbaycanın  ilk  milli  atıcı 

diviziyasının  komandiri  Cəmşid  Cəfərqulu  oğlu  Naxçıvanskinin  anadan  olmasının  120 

illiyi tamam olur.  

Cəmşid  Naxçıvanski  bacarıqlı  sərkərdə  kimi  şərəfli  döyüş  yolu  keçmiş  və 

Azərbaycanın  müstəqilliyi  uğrunda  aparılan  mübarizələrdə  göstərdiyi  şücaətlərlə  milli 

hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr 

hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirə layiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin 

ağır  repressiyalarına  məruz  qalmış  və  totalitarizmin  qurbanına  çevrilmiş  vətənpərvər 

şəxsiyyətlərdəndir.  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 

tutaraq  və  gənc  nəslin  vətənə  məhəbbət  ruhunda  tərbiyəsində  əhəmiyyətini  nəzərə 

alaraq,  Azərbaycan  xalqı  qarşısında  mühüm  xidmətləri  olan  böyük  sərkərdə  Cəmşid 

Naxçıvanskinin  120  illik  yubileyinin  dövlət  səviyyəsində  keçirilməsini  təmin  etmək 

məqsədi ilə qərara alıram:  

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil 

Nazirliyi  və  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  ilə  birlikdə 

görkəmli  hərbi  xadim  Cəmşid  Naxçıvanskinin  120  illik  yubileyinə  dair  tədbirlər  planını 

hazırlayıb həyata keçirsin.  

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn 

məsələləri həll etsin. 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 2 aprel 2015-ci il 



             № 1132 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə