Cənab sədr, cənab Abdullayev, akademik Yusifzadə! Xanımlar və cənablar!



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü66,66 Kb.
#43453


Cənab sədr, cənab Abdullayev, akademik Yusifzadə! 

Xanımlar və cənablar! 

Sabahınız xeyir! Sizi hər il keçirilən bu mühüm konfransın açılışı münasibətilə təbrik edirəm. Bu konfrans 

Azərbaycanın  neft-qaz  sənayesindəki  irəliləyişləri,  habelə  dünyada  neft-qaz  sənayesində  baş  verən 

ümumi prosesləri müzakirə etmək üçün möhtəşəm bir fürsət yaradır. 

Azərbaycanın  iri  neft  və  qaz  yataqlarının  operatoru  kimi  BP  şirkəti  hər  il  keçirilən  bu  tədbiri  həmişə 

səbirsizliklə gözləyir. Biz bu tədbirdə SOCAR və Tərəfdaşlarla birlikdə fəal iştirak edirik və məmnuniyyətlə 

ötən il ərzində əldə etdiyimiz nailiyyətlər və layihələrimizin gedişi barədə danışmaq istərdik. 

Məmnuniyyətlə  qeyd  etmək  istərdim  ki,  Azərbaycanda  fəaliyyət  göstərdiyimiz  ötən  iyirmi  il  ərzində  biz 

SOCAR  və  digər  tərəfdaşlarla  sıx  işləyərək  möhtəşəm  nailiyyətlərə  imza  atmışıq  və  uğurlu  nəticələr  əldə 

etmişik.  Qürur  hissi  ilə  qeyd  etməliyəm  ki,  Operator  olaraq  ölkənin  neft  sənayesindəki  nailiyyətlərin 

ə

ksəriyyətində bizim töhfəmiz var  



BP  şirkətində  biz  bu  slaydı  son  bir  neçə  ildir  istifadə  edirik  və  onu  nümayiş  etdirəndə  həqiqətən  qürur 

hissi keçiririk. Bu təsvir statik görünə bilər, amma əslində belə deyil, o heç vaxt olduğu kimi qalmır – bu 

təsvir AÇG yatağının tammiqyaslı işlənməsi başlayanda hazırlanıb və o vaxtdan etibarən bu mənzərə xeyli 

dəyişib.  Həmin  vaxtdan  sonra  ona  yeni  platformalar,  yeni  genişlənmə  sahələri  və  yeni  qurğular  əlavə 

edilib. 

Mən bu təsviri çox xoşlayıram, çünki o, ötən 22 il ərzində AÇG və ŞD layihələrinin ilbəil inkişafını tam əks 

etdirir. O, bizə nəhəng dəniz əməliyyatlarının tarixçəsini möhtəşəmliyi ilə təsvir edir. 

Bu  tarixçə  1997-ci  ildə  Səngəçalda  yeni  terminalın  açılması  və  Çıraq  platformasının  işə  düşməsi  ilə 

başladı.  Həmin  vaxtdan  etibarən,  biz  öz  tərəfdaşlarımızla  birlikdə  Xəzərdə  iri  layihələrin  həyata 

keçirilməsində unikal nailiyyətlərə imza atmışıq.  

İş

lənmə fazaları  ərzində biz  orta hesabla Çıraq platformasından ilk neft hasil edildikdən  etibarən  hər 3 



ildən bir böyük bir layihə həyata keçirmişik. (2005-ci ildə Mərkəzi Azəri, 2005-ci ildə həmçinin Qərbi Azəri, 

2006-cı  ildə  Şərqi  Azəri,  2006-cı  ildə  Şahdəniz  1,  2008-ci  ildə  Dərinsulu  Günəşli  və  2014-cü  ildə  Qərbi 

Çıraq)  

Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə doqquz dəniz platforması daxildir. Və biz 

həm də SOCAR-a məxsus olan üç qazma qurğusundan, “Dədə Qorqud”, “Heydər Əliyev” və “İstiqlal” 

adına qazma qurğularından istifadə edirik. 

Başqa  heç  bir  yerdə  BP-nin  əməliyyatlarında  bu  qədər  çox  qazma  qurğuları  yan-yana  düzülərək  eyni 

ə

məliyyatları  həyata  keçirmir  –  bu  dəniz  əməliyyatlarımızın  nəhəng  miqyasını  göstərir  və  biz  qürur 



duyuruq  ki,  bu  əməliyyatların  miqyasına  və  mürəkkəbliyinə  baxmayaraq,  onlar  təhlükəsiz  qaydada  və 

ə

traf mühitin qeydinə qalmaqla VAHİD BİR SİSTEM şəklində fəaliyyət göstərir. 



Azərbaycanın  ötən  20  il  ərzində  yeni  neft  erasında  əldə  etdiyi  möhtəşəm  nailiyyətlər  hamımıza  yaxşı 

məlumdur. Lakin, bu gün mən həmin nailiyyətlər arasında xüsusi yeri olan bir uğur tarixçəsindən bəhs 

etmək  istəyirəm.  Bu,  uzunmüddətli  və  etibarlı  qaz  təchizatçısı  kimi  Azərbaycanın  dünya  bazarlarına 

yolunu açmışdır. 

 Bu  uğurun  tarixçəsi  1996-cı  ildə  Azərbaycan  Hökuməti  ilə  bir  qrup  xarici  şirkətlər  arasında  Şahdəniz 

yatağı üzrə hasilatın  pay bölgüsü  haqqında sazişin  imzalanması ilə  başladı.  Beləliklə, düz 20 il bundan 

ə

vvəl – 4 iyun 1996-cı il tarixində SOCAR, BP, Total, Lukoil, NICO, Statoil və TPAO şirkətləri Şahdəniz 




üzrə  hasilatın  pay  bölgüsü  haqqında  saziş  (HPBS)  imzalandı  (2  gün  sonra  Şahdəniz  HPBS-in  20  illiyi 

tamam olur) 

 Lakin,  builki  Neft-Qaz  Sərgisi  və  Konfransında  Şahdəniz  layihəsinin  özünəməxsus  yeri  olması  yalnız 

onun 20 illiyinin tamam olması ilə bağlı deyil. Şahdəniz haqqında danışılacaq çox şey var. 

Biz HPBS-i imzaladığımızda şübhəsiz ki, bu perspektiv struktur haqqında müəyyən məlumatımız var idi. 

Lakin bizim heç  birimiz təxmin  edə  bilməzdi ki, sadəcə üç il sonra, yəni 1999-cu ildə biz dünyanın  ən 

nəhəng  qaz  yataqlarından  birini  aşkar  edə  bilərik  –  bu,  BP-nin  tarixində  1968-ci  ildə  Alyaskada  kəşf 

edilmiş Prudhoe Bay yatağından bu vaxtadək ən böyük kəşf idi və  BP-nin  indiyə  qədər aşkar etdiyi  ən 

böyük qaz yatağıdır. 

Ümumi dərinliyi 6316m olan ilk kəşfiyyat quyusu SDX-1 qazıldıqdan sonra 1999-cu ilin may ayında üç 

ayrı horizontda nəhəng qaz kondensat yatağı aşkar edildi. Bu yataq dünya neft-qaz sənayesinin diqqətini 

potensial qaz ixracatçısına çevrilən Azərbaycana yönəltdi. 

 Bu  yataq  həqiqətən  də  nəhəngdir  –  onun  ölçüsü  və  forması  Manhetten  adasını  xatırladır.  O,  dəniz 

səviyyəsindən  aşağıda  6000  metr  dərinliyə  malik  və  ən  əsası  da  ilkin  geoloji  qaz  ehtiyatı  1  trilyon 

kubmetr (40 trilyon kubfut qaz) və ilkin geoloji kondensat ehtiyatı 2 milyard barel kondensat təşkil edən 

dünya səviyyəli yataqdır. 

 O,  BP-nin  100  illik  tarixində  aşkar  edilmiş  ən  böyük  qaz  yatağıdır  və  dünyanın  ən  böyük  neft-qaz 

yataqlarından biri olmaqda davam edir. 

 Biz SDX-1 quyusunda sınaq işləri apardıqdan və müsbət nəticələr əldə etdikdən dərhal sonra Şahdənizin 

həyəcan dolu tarixçəsi başladı. 

 Xanımlar və cənablar, indi isə Şahdəniz yatağındakı sınaq işlərinə baxmaq və həmin həyəcan dolu anları 

bir daha yaşamaq və yatağın verdiyi möhtəşəm enerjini hiss etmək imkanımız olacaq. Ümid edirəm ki, 

bu videoda biz hamımız Dənizin Şahı adlandırılan bu yatağın həqiqi gücünü görəcəyik. 

İ

ndi, biz Hökumət, SOCAR və tərəfdaşlarımızla, o cümlədən bir sıra digər maraqlı  tərəflərlə birlikdə  qət 



etdiyimiz  20  illik  uzun  bir  dövrə  geri  nəzər  saldıqda,  birlikdə  nə  qədər  böyük  işlər  gördüyümüzü  və 

bugünkü uğurlara imza atmaq üçün nə qədər hədsiz səylər göstərdiyimizi başa düşürük. 

 Lakin əməyimiz öz bəhrəsini verdi – birlikdə biz Azərbaycanın bugünkü pilləyə yüksəlməsinə, dünyanın 

ə

n böyük təbii qaz istehsalçılarından biri kimi dünya sənayesinin xəritəsində özünəməxsus yer tutan bir 



ölkəyə çevrilməsinə nail olduq. 

 Və həqiqətən də bu slaydda gördüyünüz sonuncu mərhələlər çox nəhəng işləri əks etdirir və həmin işlər 

birlikdə energetika sənayesinin tarixində ən əlamətdar məqamlardan biridir – CQBKG və Mərhələ 2 üçün 

28  milyard  dollar  həcmində  Yekun  İnvestisiya  Qərarının  verilməsi,  Cənub  Qaz  Dəhlizinin  təməlqoyma 

mərasimi, CQBKG-nin başlanması, TANAP və TAP layihələrinin təməlqoyma mərasimləri 

Ş

ahdənizin uğur tarixçəsi Mərhələ 1-dən başlayır – bu, özü-özlüyündə nəhəng bir layihədir və mürəkkəb 



qazma  işləri,  platformanın  ölkə  xaricində  layihələndirilməsi  və  inşası,  platformanın  hissələr  şəklində 

kanallar vasitəsilə Xəzər dənizinə gətirilməsi kimi özünəməxsus çətinliklərlə doludur. 

 Quyuların mürəkkəbliyi, platformanın daşınması, Səngəçal terminalında dünya səviyyəli qaz qurğularının 

inşası,  Azərbaycan  və  Gürcüstan  ərazisi  boyunca  Türkiyə  sərhədinədək  700km  uzunluğunda  boru 

kəmərinin  çəkilməsi  kimi  çətinliklərə  baxmayaraq,  Şahdəniz  Mərhələ  1  layihəsi  sadəcə  yeddi  il  ərzində 

ə

rsəyə  gəlib  və  bu  vaxtadək  regiondakı  üç  ölkəyə  -  Azərbaycan,  Gürcüstan  və  Türkiyəyə  təhlükəsiz  və 



etibarlı şəkildə qaz təchiz edən bir layihə kimi özünü doğruldub. 


  

2006-cı ildə hasilata başlamaqla Mərhələ 1 Azərbaycanın iri qaz təchizatçısı kimi dünyaya çıxışını təmin 

edib və  Şahdəniz yatağındakı və həqiqətən də Xəzər dənizindəki növbəti nəhəng potensialı üzə çıxarmağa 

imkan verib. 

 Hazırda Mərhələ 1 layihəsi çərçivəsində təhlükəsiz, etibarlı və səmərəli şəkildə təxminən ildə 10 milyard 

kubmetr qaz və 2 milyon tondan artıq (gündə 50000 bareldən çox) kondensat hasil edilir. Ümumilikdə 

bu  vaxtadək  Mərhələ  1  çərçivəsində  70  milyard  kubmetrdən  artıq  qaz  və  təxminən  18  milyon  ton 

(təxminən 142 milyon barel) kondensat hasil edilib və qurğunun istismar etibarlılığı demək olar ki 100% 

təşkil edib. 

Ümumilikdə  Xəzər  hövzəsi  neft-qaz  sənayesindəki  bir  sıra  ən  mürəkkəb  çətinlikləri  özündə  əks  etdirir. 

Ş

ahdəniz  yatağının  yerləşdiyi  Cənubi  Xəzər  hövzəsi  dünyada  ən  mürəkkəb  qazma  şəraiti  olan  sahələr 



sırasındadır.  Dəniz  dibində  aktiv  palçıq  vulkanları  və  zəif  qrunt  kimi  geoloji  təhlükələr  əməliyyatları 

çətinləşdirir. Və dəniz dibinin altındakı geoloji mühit yüksək təzyiqlər səbəbindən daha da mürəkkəbdir. 

 Xəzər  dənizindəki  çətinliklərdən  əlavə  Şahdəniz  yatağının  yerləşdiyi  sahə  və  əsas  məhsuldar  layların 

dərinliyi ilə bağlı özünəməxsus çətinlikləri də vardır. Onun yerləşdiyi ərazidə suyun dərinliyi 550 metrədək 

dəyişir və əsas məhsuldar laylar dəniz səviyyəsindən təxminən 6000m aşağıda yerləşir. 

 Dünyanın fəaliyyətdə olan istənilən yatağında bu dərinliklərdə ən yüksək lay təzyiqinə rast gəlmək olar. 

14000  funt/kvadrat  düym-dək  olan  bu  təzyiqlər  dünyanın  istənilən  yerində  qazmaçılar  üçün  ən  böyük 

çətinliklər  törədir.  Hazırda  mövcud  olan  texnologiyalar  15000  funt/kv.  düym  ilə  məhdudlaşır  və  siz 

təsəvvür  edin  ki,  biz  Şahdəniz  yatağında  həyata  keçirdiyimiz  qazma  əməliyyatlarında  texnologiyaların 

məhdudiyyətlərinə meydan oxuyuruq. 

Bütün  bunlara  baxmayaraq,  Şahdəniz  yatağında  aparılan  qazma  işlərinin  nəticələri  dünyada  ən  uğurlu 

hesab edilə biləcək göstəricilərdən biridir. 

Bu  vaxtadək  biz  Şahdəniz  yatağında  kəşfiyyat  və  qiymətləndirmə  quyularından  əlavə  təhlükəsiz  və 

müvəffəqiyyətli  şəkildə  Mərhələ  1  çərçivəsində  altı  istismar  quyusu  və  Mərhələ  2  çərçivəsində  doqquz 

istismar  quyusu  qazmışıq.  Bu  quyulardan  birinin  dərinliyi  7300  metrə  çatır  və  o,  Xəzərdə  indiyə  qədər 

qazılmış ən dərin quyu hesab edilir. 

Ümumilikdə  biz  Şahdəniz  yatağında  150  kilometr  təhlükəsiz  və  səmərəli  şəkildə  qazma  aparmışıq. 

Məmnuniyyətlə  demək  istəyirəm  ki,  bütün  bu  səylər  öz  bəhrəsini  verib  –  belə  ki,  BP-nin  bütün  dünya 

üzrə portfelindəki ən məhsuldar 10 quyudan beşi Şahdəniz yatağında yerləşir. 

İ

ndi isə, hazırda təkcə regionun deyil, həm də dünya qaz sənayesinin diqqət mərkəzində olan Mərhələ 2-



dən bəhs etmək istəyirəm. 

 Bu 28 milyard dollarlıq layihəni yerinə yetirən bir şirkət kimi, biz ötənilki konfransda olan çıxışımdan bu 

vaxtadək əldə edilmiş möhtəşəm irəliləyişdən qürurla danışa bilərik. 

Hazırda Azərbaycanda və Gürcüstanda bütün tikinti və istehsalat sahələrində nəhəng işlər davam edir. 

Bundan əlavə, dənizdə biz 26 quyudan doqquzunu qazmışıq və bu, Şahdəniz Mərhələ 2 çərçivəsində ilk 

qazın əldə olunması və sonradan hasilatın artırılması üçün kifayət edir. 

 Bu işlərin gedişini əks etdirən bəzi təsvirləri bu slayddan görmək olar. Sol tərəfdə Mərhələ 2 çərçivəsində 

inşa  edilən  iki  platformanın  üst  tikililərini  görə  bilərsiniz.  Onlar  hazırda  Bakı  yaxınlığında  yerləşən  ATA 

tikinti-quraşdırma meydançasında tamamlanmaq  üzrədir və bütün yaşayış  modullarının demək olar ki 

hamısı  quraşdırılıb.  Bu  vaxtadək  burada  tikinti  işləri  üçün  təxminən  700  milyon  dollar  vəsait  xərclənib. 




Nəhəng  üst  tikililər  hasilat  və  digər  qurğuların  hazırlanmasında  istifadə  olunmuş  30000  ton  polad 

konstruksiyadan  ibarətdir.  Hazırda  tikinti-quraşdırma  meydançasında  ucaldılan  üst  tikililər  növbəti  il 

dənizə yola salınmağa hazır olacaq. 

 Sağ  tərəfdə  Qərb  Cinahı  sahəsində  quyuağzı  zonalarda  yerləşdirilmiş  sualtı  fontan  armaturlarının 

kompüterlə  hazırlanmış  təsviri  verilib.  Hazırda  biz  bu  kompüter  təsvirindəki  qurğuları  real  həyatda 

gerçəkləşdirməkdəyik.  Birinci  dörd  fontan  armaturu  artıq  may  ayında  quraşdırılıb  və  üçü  isə  artıq 

təhlükəsiz  şəkildə  dəniz  dibinə  endirilib  və  quyunun  tikintisi  proqramının  növbəti  mərhələsinə  hazırdır. 

Bunlar  Xəzərdə  birinci  sualtı  istismar  quyuları  və  fontan  armaturları  olacaq  və  yüksək  təzyiq  və  axın 

sərfinin öhdəsindən gələ biləcək ən müasir texnologiyadır. 

Sol küncdə Xəzərdə manifoldlar üçün ilk özül üzərində yerləşdirilmiş konstruksiyaları görə bilərsiniz. Bu 

konstruksiyaların üzərinə yerləşdiriləcək sualtı manifoldlar quyulardan çıxan yüksək təzyiqli qaz və yüksək 

hasilat  debiti  səbəbindən  sənayedə  texniki  baxımdan  ən  mürəkkəb  texnologiyalardan  biridir.  Bu 

konstruksiyalardan dördü hazırda dəniz dibindədir və onların hər biri 500 ton çəkiyə malik sualtı hasilat 

manifoldu  üçün  sabit  özül  təmin  edir.  Ümumilikdə  layihə  çərçivəsində  10  manifold  quraşdırılacaq  və 

birinci manifoldun quraşdırılması 2017-ci ilin yaz aylarına planlaşdırılır. Və bütün bu yeni avadanlıqlar ilk 

dəfə olaraq Bakı Dərin Özüllər Zavodunda yerli işçi qüvvəsi tərəfindən hazırlanıb.. 

Bu slaydda Xəzər regionundan Avropanın mərkəzinə uzanan layihənin bütün miqyası göstərilir. 

Məmnuniyyətlə  qeyd  etmək  istəyirəm  ki,  BP-nin  operatorluğu  ilə  həyata  keçirilən  bu  layihənin 

Azərbaycan  və  Gürcüstan  ərazisindəki  hissələrinin  70%-dan  çoxu  mühəndis-layihələndirmə,  təchizat-

tədarük və tikinti işləri baxımından başa çatıb və 2018-ci ildə Şahdəniz Mərhələ 2 çərçivəsində ilk qazın 

ötürülməsi planı qrafik üzrə davam edir. 

Və bundan sonrakı işlər davam edir və Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya 

ə

razilərindən keçməklə 3500 kilometr məsafəyə uzanacaq boru kəmərlərini əhatə edir. 



 Bu  nəhəng  qaz  dəyəri  zəncirinin  bütün  dörd  hissəsini  (ŞD2,  CQBKG,  TANAP  və  TAP)  birləşdirdikdə 

Xəzərdən  İtaliyaya  qədər  uzanan  dəhliz  boyunca  həyata  keçirilməkdə  olan  45  milyard  dollarlıq  layihə 

ə

rsəyə gəlir. 



 Və  bütün  bu  nəhəng  mexanizm  layihəyə  investisiya  yatıran  və  onunla  bağlı  uzunmüddətli  öhdəliklər 

götürən  13  şirkətin  və  altı  hökumətin  dəstəyi  ilə,  habelə  on  minlərlə  yüksək  ixtisaslı  əzmkar  insanların 

zəhməti ilə irəliləyir. 

Hər  iki  platformanın  dayaq  bloku  inşa  edilən  “Heydər  Əliyev  “  adına  Dərin  Özüllər  Zavodunda  işlər 

tamamlanmaq üzrədir. İlk dayaq blokunun cari ilin sonuna doğru və ikinci dayaq blokunun isə növbəti 

ildə dənizə yola salınması planlaşdırılır. 

 Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə demək olar ki tamamlanmış yeni növ sualtı tikinti 

gəmisi – “Xankəndi” may  ayında suya endirilib. Gəmidə hazırda yekun tamamlama işləri aparılır və o, 

növbəti  ilin  aprel  ayında  istismara  veriləcək.  İstismara  verildikdən  sonra  bu  gəmi  layihənin  nəhəng  və 

mürəkkəb  sualtı  komponentlərini  öz  yerinə  quraşdıracaq.  380  milyon  dollar  dəyərində  olan  17600  ton 

çəkiyə malik “Xankəndi” gəmisi Xəzər dənizindəki neft və qaz gəmiləri arasında ən müasir gəmi hesab 

edilir və biz Xəzərdə ilk dəfə bu cür gəminin inşa edilməsində iştirak etməkdən qürur duyuruq. 

 Nəzərə  alaraq  ki,  hər  biri  yeni  ŞD2  platformasından  Səngəçal  terminalı  yaxınlığındakı  boruların  sahilə 

çıxma  sahəsinədək  85  km  məsafədə  uzanan  dörd  boru  kəməri  olacaq,  sualtı  işlər  həmçinin  çox  sayda 

borudüzmə əməliyyatlarından ibarətdir. 



Həmçinin  hasil  edilmiş  qazı  və  kondensatı  sualtı  hasilat  mərkəzlərindən  ŞD2  hasilat  platformasına 

ötürəcək on 14 düymlük yataqdaxili axın xətləri mövcuddur. 

Dəyəri  150  milyon  dollardan  artıq  olan  əsaslı  modernləşdirmə  işləri  başa  çatdıqdan  sonra  “İsrafil 

Hüseynov”  borudüzmə  barjı  ötən  ilin  iyun  ayında  dənizdə  işlərə  başlayıb.  Sualtı  boru  kəmərlərinin  bəzi 

hissələri  artıq  tamamlanıb  və  ilk  qaz  üçün  tələb  olunan  bütün  xətlərin  cari  ilin  sonunadək  tam  başa 

çatdırılacağı gözlənilir  

Biz  həmçinin  Səngəçal  terminalında  aparılan  işlərdə  də  böyük  irəliləyişə  nail  olmuşuq.  Yeni  emal  və 

kompressiya qurğuları inşa edilməklə terminalın genişləndirilməsi davam edir. 

 Azərbaycanda  magistral  xəttin  tikintisi  ötən  il  başlanıb  və  hazırda  təxminən  83  km  uzunluğunda  boru 

xətləri  qaynaq  edilib,  57  km  uzunluğunda  boru  xətləri  örtüklənib  və  36  km  uzunluğunda  boru  xətləri 

xəndəklərə  endirilib.  Xəndək  qazma,  boru  endirmə,  boru  düzmə  və  əks  doldurma  işləri  yüksək  templə 

irəliləyir.  Marşrut  boyunca  boru  anbarı  sahələrində  boru  ehtiyatları  yığılır  və  Azərbaycan  hissəsi  üçün 

lazım olan boruların 80%-i artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər boru anbarlarında saxlanılır. 

Ağsu kanalında ilk üfüqi-maili qazma sahəsi tamamlanıb və Göyçayda ikinci qazma işləri davam etdirilir. 

 Gürcüstanda  cari  ilin  birinci  rübündə  xəndəyin  qazılması,  boruların  xəndəyə  endirilməsi  və  boruların 

düzülməsi  işləri  başlanıb.  Magistral  xəttin  tikintisi  davam  edir  və  təxminən  34  km  uzunluğunda  boru 

xətləri  qaynaqlanıb  və  10  km-dən  artıq  uzunluqda  borular  örtüklənib.  Tikinti  işləri  hər  iki  kompressor 

stansiyasında  da  tam  sürəti  ilə  davam  edir.  Birinci  kompressor  stansiyasında  işlərin  42%-i  və  ikinci 

stansiyada isə 12%-i tamamlanıb. Nəzarət-ölçü stansiyasının tikintisi işlərinin təxminən 26%-i başa çatıb 

və bu işlər 2018-ci ildə tamamlanmaq üçün qrafik üzrə davam edir. 

 Ümumilikdə,  belə  qənaətə  gəlmək  olar  ki  -    bütün  layihənin  təxminən  dörddə  üç  hissəsi  başa  çatmaq 

üzrədir. 

Beləliklə layihə qrafik üzrə irəliləyir. Dünyada eyni vaxtda bütün yerlərdə bu miqyasda işlərə şahid olmaqla 

qürur duyacaq ölkələrin sayı elə də çox deyil. 

Azərbaycana bu nəsib olub, belə ki, o, AÇG layihəsindəki tikinti işlərindən başlayaraq Bakı ətrafında və 

CQBKG  marşrutu  boyunca  bir  çox  rayonlarda  və  kəndlərdə  davam  etməkdə  olan  genişmiqyaslı 

fəaliyyətlərədək böyük layihələrin şahidi olub. 

Hazırkı layihə Azərbaycan üçün nəyi irs qoyacaq? 

Ə

vvəlki dəniz qurğularından fərqli olaraq, ilk dəfədir ki Mərhələ 2 çərçivəsində inşa edilən 2 platforma və 



onun əlaqədar sualtı qurğuları yerli resurslardan istifadə olunmaqla tamamilə ölkə daxilində hazırlanır. 

Azərbaycanda bütün əsas müqavilələr üzrə 22 000 nəfərdən çox insan artıq müxtəlif tikinti işlərinə cəlb 

olunub. İşə cəlb olunmuş işçilərin hər onundan doqquzu Azərbaycan vətəndaşlarıdır. 

Tikinti  işlərinə  başlamazdan  əvvəl  yeni  obyektlərin  fəaliyyətə  başlaması,  o  cümlədən  BDÖZ-də 

ixtisaslaşmış  qaynaq  obyekti,  modernləşdirilmiş  yerli  tikinti  meydançaları,  qurğular,  dəniz  bazaları  və 

strateji gəmilər üçün 500 milyon dollar civarında vəsait xərclənib (Bunlara əsasən ATA istehsalat sahəsi, 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, “İsrafil Hüseynov” borudüzmə barjı, Azərbaycan kran 

gəmisi daxildir). Tikinti işləri üçün nəhəng sərmayələr yatırılıb, nəhəng dayaq bloklarının və 200-ə yaxın 

mürəkkəb sualtı komponentlərin inşası üçün sadəcə bir istehsalat sahəsinə - BDÖZ-ə təxminən 2 milyard 

dollar vəsait xərclənib. 




 Həmçinin  məmnuniyyətlə  qeyd  etmək  istəyirəm  ki,  13  milyard  dollar  dəyərində  olan  tikinti 

müqavilələrinin yarısından çoxu yerli şirkətlər və Azərbaycandan olan tərəfdaşlara malik birgə müəssisələr 

ilə imzalanmışdır.  

Bizə və sənayeyə lazım olan səriştələrə daha çox insanın yiyələnməsi üçün biz birlikdə həmçinin təhsilə və 

təlimə  də  sərmayə  yatırmağa  davam  edirik.  Azərbaycandakı  20  illik  fəaliyyətimiz  ərzində  biz  ölkənin 

potensialların  yaradılması  istiqamətindəki  səylərinə  dəstək  olmaq  üçün  çoxsaylı  işlər  görmüşük.  Bu 

sahədə  gördüyümüz  işlər  icmaları,  müəssisələri,  dövlət  təşkilatlarını,  universitetləri,  məktəbləri, 

mədəniyyət və idman təşkilatlarını əhatə edib. 

Minlərlə  insan  həmin  proqramlardan  faydalanıb.  Peşə  təlimindən  əlavə,  biz  yerli  universitetlərə 

mühəndislik ixtisası üzrə yeni fakültələrin yaradılmasında və eləcə də yeni bilik və peşə sahələrinin inkişaf 

etdirilməsində dəstək olmuşuq. 

Və boru kəmərləri üzrə işlər həyata keçirilmiş ərazilərdə biz yerli icmalarla  əməkdaşlıq edərək bacarıqları 

inkişaf  etdirmək,  biznes  imkanları  yaratmaq  və  yerli  infrastrukturu  və  sosial  obyektləri  abadlaşdırmaq 

istiqamətində  işlər  görmüşük.  Biz  icma  mərkəzlərinə,  kənd  təsərrüfatı  sahəsinə,  arxeologiyaya  və  digər 

növ fəaliyyətlərə dəstək olmuşuq. Biz ölkədəki fəaliyyətimizlə və Azərbaycanda çoxsaylı inkişaf sahələrinin 

dəstəklənməsində gördüyümüz işlərlə qürur duyuruq. Bu vaxtadək biz öz tərəfdaşlarımızla Azərbaycanda 

təkcə  bacarıqların  inkişaf  etdirilməsi  və  potensialların  yaradılmasına  dəstək  olmaq  üçün  təxminən  70 

milyon dollar sərmayə yatırmışıq. 

Biz  bir  sıra  böyük  mədəniyyət  layihələrinə  dəstək  olmuşuq  və  mən  onlardan  sadəcə  birinin  adını  qeyd 

etmək istərdim  – Qarabağ  Atlarının təsirli  hekayəsi. Beynəlxalq  heyət tərəfindən  hazırlanmış və  BP-nin 

sponsorluğu ilə ərsəyə gəlmiş bu sənədli filmin bir neçə ay bundan əvvəl premyerası oldu və o, Nizami 

Kinoteatrının zalını tam doldurmuş tamaşaçıların ayaq üstə gur alqışları ilə müşayiət olundu. 

Biz  həmçinin  ölkənin  idman  həyatına  –  o  cümlədən  ötənilki  uğurlu  nəticələrlə  yadda  qalmış  Avropa 

Oyunlarına  –  və  ölkənin  bir  sıra  möhtəşəm  paralimpiyaçılarına  da  dəstək  olmaqdan  qürur  duyuruq.  

Həmin  paralimpiyaçılara  bu  il  Rio  Oyunlarında  iştirak  edəcək  əfsanəvi  idmançı  İlham  Zəkiyev  başçılıq 

edir, onun şəklini növbəti slaydda görə bilərsiniz. BP Qrupu İlham Zəkiyevi dünyada təbliğ edəcək yeni 

film hazırlayıb. Bu film Rio Oyunlarının başlamasına 100 gün qalmış keçirilən gerisayım zamanı nümayiş 

etdirilib.  İlham  Zəkiyev  BP-nin  fəaliyyət  göstərdiyi  bütün  regionlardan  seçilmiş  iki  idman  elçisindən 

biridir ki, (digəri  Almaniyadan seçilmiş Deyvid  Behredir) onun möhtəşəm  cəsarət və ustalığından bəhs 

edən film çəkilib. Bu film tamaşaçılara inanılmaz təsir edib və onlar göz yaşlarını saxlaya bilməyib, çünki 

filmdə insanın daxili gücünün inanılmaz və sonsuz qüdrətindən bəhs edilir. 

Xanımlar və cənablar, yekun olaraq sizə ŞD2 və CQBKG layihələrində işlərin gedişini göstərən videoçarx 



nümayiş etdirmək istəyirəm. İnanıram ki, bu video işlərin ən təfərrüatlı təsvirindən daha təsirli olacaq. 


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə