Cənab sədr, möhtərəm qonaqlar, xanımlar və cənablar!



Yüklə 187,27 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü187,27 Kb.
#73255


 

Slayd 1  



Cənab sədr, möhtərəm qonaqlar, xanımlar və cənablar! 

Gəlin 1994-cü ili yada salaq. Azərbaycan üç il idi ki 

müstəqillik əldə etmişdi. 

İqtisadiyyatda, idarəetmə prinsiplərində, texnologiyalar 

və infrastrukturda dəyişikliklərə ehtiyac var idi və ölkə 

tələb olunan dəyişiklikləri gerçəkləşdirmək üçün qısa 

müddətdə planlar hazırladı. Bütün bu dəyişikliklər 

mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti 

nəticəsində imzalanmış bir müqavilədən başladı və onun 

və Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkliyə 

çevrildi. 

1994-cü ildə BP və onun tərəfdaşlıarı Azərbaycan 

hökuməti ilə “Əsrin Müqaviləsi” kimi tanınan saziş 

imzaladı. Və hamımıza məlum olduğu kimi, bu da 

ölkənin bir daha dünyanın aparıcı neft və qaz hasil edən 

dövlətlərindən birinə çevrilməsi istiqamətində inamla 

addımlamasına imkan verdi. 

İndi isə, görün bu ölkə və onun enerji sektoru hansı 

səviyyəyə çatıb. 

İyirmi il ərzində biz Azərbaycan hökuməti və ARDNŞ ilə 

çiyin-çiyinə işləyərək dünyada dövlət sektoru ilə özəl 

sektoru birləşdirən ən uğurlu biznes tərəfdaşlıqlarından 

birini qurmuşuq. Və biz bunu təhlükəsiz şəkildə 



 

gerçəkləşdirmişik. Regionda əməyin təhlükəsizliyi üzrə 



göstəricimiz sənayedə ən yüksək kvartildədir. 

Slayd 2 


Dənizdə yerləşən nəhəng bir neft yatağının, yəni Azəri-

Çıraq-Günəşli yatağının istismarına başlanıldı. 1997-ci 

ildən etibarən AÇG yatağında təxminən 2,5 milyard barel 

neft hasil edilib. 

Bununla yanaşı, nəhəng və geoloji baxımdan mürəkkəb 

qaz yatağı olan Şahdəniz yatağı aşkar edildi və bu 

yatağın işlənməsinə başlanıldı. Və Səngəçalda 

karbohidrogenlərin emalı və ixacı üzrə dünya miqyaslı 

kompleks terminal inşa edildi. 

Xəzər regionuna ən müasir texnologiyalar gətirildi. 

Minlərlə yeni iş yeri açıldı və yüzlərlə yeni şirkətlər 

yaradıldı. İxtisaslaşmış təlim mərkəzləri fəaliyyətə 

başladı və yerli universitetlərdə enerji sektoru ilə bağlı 

yeni ixtisas bölmələri açıldı. Beynəlxalq standartlara 

uyğun hasilat platformaları istehsal etmək iqtidarında 

olan istehsalat obyektləri formalaşmağa başladı. 

 

 

 



 

 



 

Slayd 3 



Və Xəzər dənizindəki neft və qaz yataqlarını Aralıq dənizi 

regionu ilə birləşdirən, dünyanın ən böyük sənaye 

infrastruktur layihələrindən ikisi – BTC və CQBK boru 

kəmərlərinin inşası uğurla başa çatdırıldı və onlar 

bugünkü gündə tam qaydasında fəaliyyət göstərir. 

Bu vaxtadək BTC boru kəməri vasitəsilə Xəzər 

regionundan dünya bazarlarına 1,9 milyard bareldən 

artıq xam neft nəql olunub. Ümumilikdə biz Ceyhan 

terminalından 2500-dən artıq tanker yola salmışıq.  

BTC boru kəməri istismara verildiyi ilk gündən etibarən 

texniki təhlükəsizlik və etibarlılıq baxımından mükəmməl 

göstərici nümayiş etdirib – bu isə, Azərbaycan üçün və 

əməliyyatçı şirkət olaraq bizim üçün qürur mənbəyidir. 

Bu boru kəmərlərinin verdiyi digər faydalardan əlavə, 

BTC/CQBK marşrutu boyunca yerləşən yerli icmalar 

bizim sponsorluğumuzla həyata keçirilən yüzlərlə 

davamlı inkişaf layihələrindən xeyli faydalanıb. Və bütün 

bunlar təbii landşafta minimal təsirlə həyata keçirilib.  

Hazırda Bakı Xəzər regionundakı enerji sənayesinin 

mərkəzi hesab edilir. Yeni bazarlar yaranıb və yeni 

üfüqlər açılıb. 

 

“Əsrin Müqaviləsi” kimi tanınan AÇG HPBS-in 



imzalanmasının 20-ci ildönümü ərəfəsində bir daha qeyd 


 

etmək yerinə düşər ki, bu iyirmi il ərzində biz çox uzun 



bir yol qət etmişik. 

 

Slayd 4 



Bu nailiyyətlərə aparan mühüm amillərdən biri də, bizim 

müxtəlif layihələrimizin inteqrasiya edilmiş xüsusiyyətə 

və bir-birinə uyğun ardıcıl layihələndirməyə malik olması 

idi. 


Bu slayddan da göründüyü kimi, Çıraq platformasında 

hasilatın başladığı vaxtdan, yəni 1997-ci ildən başlayaraq 

qət edilmiş bu yolda atılan hər bir addım Səngəçaldakı 

əməliyyatlarla əlaqələndirilərək növbəti addımla bağlı 

olub. Biz buna bir sıra səbəblərdən nail ola bilmişik. 

İlk növbədə, biz Azərbaycan hökuməti və ARDNŞ ilə 

müzakirələr apararaq bir sıra hasilat razılaşmaları əldə 

etmişik və bu razılaşmalar çoxsaylı hadisələrin təsirlərinə 

baxmayaraq öz quvvəsini qoruyub saxlayıb. İkinci səbəb 

odur ki, BP və onun tərəfdaşları konkret plana malik 

olub və həmin plana riayət edib. 

Və üçüncü səbəb isə odur ki, bir uğur öz ardınca digər 

uğuru gətirir. Bu meqalayihələrin maliyyələşdirilməsi 

rahat şəkildə davam edib və bizim hasil etdiyimizi 

məhsula konkret tələbat var. 

Şahdəniz Mərhələ 2 bizim üçün növbəti böyük bir 

işlənmə layihəsidir. 2018-ci ilədək biz iki dəniz 



 

platforması inşa edəcəyik, sualtı boru kəmərləri 



quraşdıracağıq, sualtı quyular qazacağıq, Səngəçalda 

terminalı genişləndirəcəyik və Avropaya uzanan yeni 

boru kəməri dəhlizinin çəkilməsini tamamlayacağıq. 

Bu, nəhəng və mürəkkəb bir işdir, lakin biz əminik ki, o, 

öz vaxtında və büdcə daxilində həyata keçirilə bilər. 

 

Slayd 5 



Nə üçün?  Deməli, biz bunların həyata keçirilməsi üçün 

lazımi resurslara və səriştələrə - xüsusən də 

texnologiyalara, investisiya kapitalına, yerli potensiala, 

infrastruktura və layihələrin koordinasiyası üzrə 

təcrübəyə malikik. 

Götürək texnologiya sahəsini. Hər il BP Qrupu kəşfiyyat 

və hasilat texnologiyaları üzrə tədqiqat və araşdırmalara 

yarım milyard dollar vəsait xərcləyir. Şirkətimizdə 

təxminən 300 nəfər əməkdaş xüsusi olaraq kəşfiyyat və 

hasilat texnologiyaları sahəsində işləyir. 

Biz özümüzü texnologiyalara əsaslanan şirkət kimi 

görürük. Həm AÇG, həm də Şahdəniz yatağının 

işlənməsi bu təcrübə və biliklərə söykənir. Bizim 

mütəxəssislərin bəziləri Bakıda yerləşir, digərləri isə 

London və Hyustondakı ofislərimizdə işləyir. Bunun heç 

bir fərqi yoxdur – biz qlobal bir şirkətik və vahid 

komanda işinə inanırıq. “Vahid komanda ruhu” bizim 



 

əsas dəyərlərimizdən biridir və biz bütün heyətin ümumi 



bilik ehtiyatından faydalanmağa çalışırıq. 

Faktiki olaraq, bizim bir çox qabaqcıl texnologiyalarımız 

artıq Azərbaycanda uğurla tətbiq edilib. Bunlara misal 

kimi, qum təzahürü ilə mübarizə, hasilatın 

optimallaşdırılması və uzaq məsafəyə maili qazma 

proseslərini göstərmək olar. 

 

Slayd 6 


İrəlilədikcə, bizim üçün Azərbaycanda əsas 

texnologiyalar çox güman ki, fəaliyyət göstəricilərini 

yaxşılaşdırmaq və qoruyub saxlamaq potensialına malik 

olan texnologiyalar olacaq. 

Bunlardan biri uzaq məsafəyə maili qazmadır. O, AÇG 

yatağının gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. 

AÇG yatağı yumşaq və keçirici qum qatlarından ibarət 

qırışlı və çoxlaylı kollektordur. O, açıq dənizə doğru 120 

km məsafədə yerləşir və 150 kvadrat kilometr ərazini 

əhatə edir. 

Onun hasilatını sabitləşdirmək və yataqdan çıxarılan 

həcmləri maksimuma çatdırmaq üçün hər il çox sayda 

quyular qazmaq tələb olunur. Biz qazma işi aparmaq 

üçün istifadə edə biləcəyimiz altı platformaya və bir 

yarımdalma qazma qurğusuna malikik və buna görə də, 



 

hər bir qazma qurğusunda qazma göstəricilərini 



maksimuma çatdırmaq son dərəcədə əhəmiyyətlidir. 

Həmçinin, AÇG mürəkkəb yataq kompleksidir. O, 

çoxsaylı kollektor-lay dəstəsindən ibarətdir və daim 

dəyişən fazalararası  təmas konturlarına (flüidlərarası 

kontaktlara) malikdir. Hər bir quyunu müvafiq vaxtda 

düzgün yerdə yerləşdirmək son dərəcədə vacib 

əhəmiyyət daşıyır. Uzaq məsafəyə maili qazma metodu 

bizə bu maneələrin öhdəsindən gəlməyə imkan verir. Bu 

vaxtadək bizim ən uzaq məsafəyə qazdığımız maili quyu 

Çıraq platformasından 6,4 kilometr məsafədə yerləşir. 

Bu slayddan da görə bilərsiniz ki, 6,4 kilometr uzunluğa 

malik uzaq məsafəyə qazılmış maili quyu Bakı buxtası ilə 

müqayisədə necə görünür. Biz əminik ki, bu texnologiya 

bizə qarşıdan gələn uzun onilliklər ərzində bu nəhəng 

yataqdan hasilatı maksimuma çatdırmağa imkan 

verəcək. 

 

Slayd 7 


BP-nin Azərbaycanda istifadə etdiyi digər qabaqcıl 

texnologiyalar da mövcuddur. 

Onlardan biri seysmik təsvirlərin çəkilməsi 

texnologiyasıdır. BP Qrupu təsvirlərin çəkilməsi üçün 

stasionar seysmik qəbuledicilər qrupunun 

təkmilləşdirilməsinə 150 milyon dollardan artıq vəsait 

xərcləyib. Biz 4-ölçülü seysmik məlumatların əldə 



 

edilməsi kimi tanınan sahədə aparıcı mövqedəyik – və 



həmin texnologiya artıq burada tətbiq edilib. Biz AÇG 

yatağında 132 km uzunluğunda dənizdibi seysmik 

tədqiqat kabelləri quraşdırmışıq. 

Bizim qumdaşı qatlarından ibarət kollektorlarımız çox 

yumşaq laylardan təşkil olunduğuna görə, burada 

tamamlama vasitəsi kimi Açıq Lülədə Çınqıl Kipkəci 

adlanan digər bir texnologiyadan istifadə edirik. 

Slaydlardan da göründütü kimi, Açıq Lülədə Çınqıl 

Kipkəci adlı bu tamamlama avadanlığı xarici hissəsi iri 

fraksiyalı qum qatından ibarət olan bir sıra qum süzgəci 

dəstindən ibarətdir. İri fraksiyalı qum və ya “çınqıl” 

materialı kollektordakı qumun səthə çıxmasının qarşısını 

alır və üzəri açılmış qum laylarının uçmasına imkan 

vermir. 


AÇG yatağında qazılan quyularımızda qarşıya 

qoyduğumuz məqsəd əlaqədar qum təzahürünə yol 

vermədən maksimum neft debitinə nail olmaq olub. Biz 

hələ ki həmin səviyyəyə tam nail olmamışıq, lakin dünya 

səviyyəli nəticələr əldə etmişik. Və biz davamlı olaraq 

təcrübədən əldə olunan nəticələri öyrənirik və öz 

tamamlama metodlarımızı təkmilləşdirik. 

Üçüncü texnologiya isə layın neft verimini artırmaq və 

laydakı təzyiqi qoruyub saxlamaq üçün laya suyun və 

qazın vurulmasıdır. Xəzərdə bu cür texnologiyanın ilk 

tətbiqi Azəri yatağına qazın vurulması ilə başlayıb. 



 

 



Slayd 8 

AÇG 


və 

Şahdəniz 

yataqlarından 

hasil 


edilən 

karbohidrogenlərin  mümkün  qədər  səmərəli  emalını 

təmin  etmək  üçün  düzgün  layihələndirmə,  düzgün 

avadanlıq  və  düzgün  işçi  heyətinin  olması  mühüm 

əhəmiyyət kəsb edir. 

Buradakı  emal  obyektləri  BP  şirkətinin  ən  iri 

obyektləridir.  Onların  istismar  hazırlığı  da  təxminən 

100%-ə  çatmaqla  çox  yüksəkdir.  Həmin  müstəsna 

məhsuldarlıq  bütün  sənaye  boyu  müzakirə  mövzusudur 

və AGT öz sinfinin ən yaxşısı kimi qəbul edilib. Bütün bu 

karbohidrogenlərin daşınması üçün xeyli miqdarda enerji 

tələb olunur. 

Biz BP şirkətində quraşdırılmış ən iri fırlanan avadanlıqlar 

parkına  malikik.    Azərbaycanda  və  Gürcüstanda  bizim 

quraşdırdığımız  effektiv  val  gücü  təxminən  1  qiqavatt 

təşkil  edir  və  bu  da,  kiçik  bir  şəhəri  elektrik  enerjisi  ilə 

təmin  etmək  üçün  yetərlidir.  Daha  aydın  təsəvvür 

yaratmaq  üçün  qeyd  edim  ki,  Azərbaycanda  ümumi 

enerji istehsalı təxminən 7 qiqavatt təşkil edir. 

Biz,  həmin  avadanlığı  müxtəlif  məqsədlər  üçün,  yəni 

enerji  və  köməkçi  vasitələr  təmin  etmək,  neft  və  suyu 

nasosla vurmaq, həmçinin qazı sıxmaq və vurmaq üçün 

istifadə edirik. 



10 

 

İl boyu daha yüksək templərlə qaz vurmaq üçün biz, bu 



yaxınlarda  Mərkəzi  Azəri  platformasındakı  qazvurma 

kompressorlarının  mühərriklərini  moderləşdirmişik.  Biz, 

yeni  konstruksiyalı  mühərrikdən  istifadə  etmişik. 

Məmnuniyyətlə  bildirirəm  ki,  həmin  modernləşdirmə 

hasilat  baxımından  dərhal  öz  bəhrəsini  verib  və  lay 

təzyiqinin  azalması  dayandığına  görə  biz,  uzunmüddətli 

effektivliyin şahidi oluruq. 

Obyektlərin  yüksək  səviyyədə  istismara  yararlılığını 

qoruyub  saxlamaq  və  istismar  müddətlərinin  gələcək 

onilliklər  ərzində  davam  etməsini  təmin  etmək  üçün 

qurğuların 

dövri 


texniki 

xidməti 


və 

onların 


konstruksiyasına  davamlı  texniki  xidmətin  göstərilməsi 

çox vacibdir. 

 

Slayd 9 


Əməliyyatlarımızı 

təhlükəsiz 

qaydada 

həyata 


keçirməyimiz  eyni  dərəcədə  əhəmiyyətlidir,  yəni  etibar 

etdiyimiz  bütün  avadanlığın  saz  vəziyyətdə  olmasını 

təmin etməliyik. 

Misal  üçün,  uzunluğu  1400  km  olan  sualtı  boru 

kəmərlərimiz  var.  Onların  bütövlüyünü  təmin  etmək 

üçün nəzarət ciddi olmalıdır. 

Həmin  məqsədə  nail  olmaq  üçün  istifadə  etdiyimiz 

vasitələrdən  Məsafədə  idarə  olunan  aparatlar  (ROV)  və 




11 

 

avtonom  sualtı  aparatları  (AUV)  qeyd  etmək  olar. 



Qarşılaşdığımız  problem  Xəzərin  bulanıq  sularında, 

xüsusən  də  25m-dən  az  su  dərinliklərində  görüntü 

imkanının  zəif  olmasıdır.  Bu  da  məlumatların 

toplanmasında    gecikmələrə  və  gəmilərin  istifadə 

edilməsi üçün böyük xərclərə səbəb olur. 

Beləliklə  biz  boru  kəmərlərinin  effektiv  istismarını  təmin 

etmək  üçün  indiyə  qədər  Xəzər  dənizində  istifadə 

edilməmiş  bəzi  ən  müasir  avadanlıq  tətbiq  etmişik. 

Həmin  avadanlıq  akustik  tədqiqatlar  aparır,  yaxşı  işləyir 

və yoxlamaların daha tez və daha səmərəli aparılmasına 

imkan verir. 

 

 



 

 

 



 

Slayd 10 

Təsəvvürünüzə  gətirə  bilərsiniz  ki,  bunları  həyata 

keçirmək  üçün  maddi-texniki  təchizat  və  personal  ilə 

bağlı xeyli miqdarda çətinliklər ilə üzləşirik. 

Burada,  AGT  regionunda  biz,  BP  şirkətinin  1  nömrəli 

maddi-texniki  təchizat  xidmətinə  malikik.  Həmin 



12 

 

xidmətin  dəstəklədiyi  layihələrin  və  əməliyyatların 



miqyasını nəzərə alaraq, bu, sənayenin faktiki olaraq ən 

iri xidmətidir. 

Bir  neçə  fakt  və  göstəriciləri  təqdim  etmək  istərdim. 

Dənizdəki  əməliyyatlarımız  üçün  xidmət  göstərən  51 

gəmimiz  var.  Hər  ay  10000  yükqaldırma  əməliyyatı 

yerinə yetiririk. 2013-cü ildə təchizat gəmilərimiz dənizdə 

bir milyon barel flüidlərin daşınmasına kömək etmişdir. 

Sahildəki təchizat bazamız regionda ən böyük bazadır və 

genişlənməkdədir.  Lövbər  daşıyan  gəmilərimiz  də  Xəzər 

dənizindəki  ən  böyük  gəmilərdir.  Bundan  başqa, 

təchizat,  işçi  heyəti  üçün  sürətli  katerlər,  boru 

kəmərlərinin  mühafizəsi  və  ehtiyat  gəmilərdən  də 

istifadə edirik. 

Keçən  il  250 000  nəfər  dənizə  təhlükəsiz  surətdə 

aparılmış 

və 


geri 

qaytarılmışdır. 

Biz, 

müasir 


vertolyotlardan,  o  cümlədən  axtarış  və  xilasetmə  tipli 

vertolyotlardan istifadə edirik. 

Daha  bir  unikal  obyektimiz,  yəni  flotel  və  ya  üzən 

mehmanxanamız  var.    Orada  180  nəfəri  yerləşdirmək 

mümkündür. 

 

 



Slayd 11 


13 

 

Çoxunuz  bilirsiniz  ki,  BP  şirkəti  və  tərəfdaşları  işçi 



qüvvəmizin  milliləşdirilməsi  ilə  bağlı  öhdəliyə  malikdir. 

Biz, həmin sahədə dayanıqlı irəliləyişə nail olmuşuq. 

Bunu  etmək  üçün  yaratdığımız  obyektlərdən  biri  Xəzər 

Texniki  Təlim  Mərkəzidir  (XTTM).  Cəmi  bir  neçə  gün 

əvvəl  obyekt  uğurlu  fəaliyyətinin  10-cu  ildönümünü 

təntənəli surətdə qeyd edib. Ötən on il ərzində o, burada 

həyata  keçirdiyimiz  bütün  layihələr  çərçivəsində 

texniklərə  təlimlərin  keçirilməsi  ilə  bağlı  tələbatın  təmin 

edilməsinə öz əhəmiyyətli töhfəsini verib. 

Bugünədək biz, istismar və qazma sahələrində təxminən 

900  texnik  üçün  təlim  keçirmişik.  Onlardan  45%-i 

dənizdəki, 33%-i isə qurudakı işlərə cəlb olunub. Həmin 

texniklərdən  təxminən  200  nəfəri  rəhbər  vəzifələrə  irəli 

çəkilib. 

Bundan  başqa  biz,  BP  şirkətinə  gələn  gənc 

mühəndislərin  potensialının  inkişaf  etdirilməsinə  dəstək 

olmaq  məqsədilə  yerli  mühəndislər  və  neft-qaz  ixtisaslı 

məzunlar    üçün  dünya  səviyyəli  Neft-qaz  ixtisaslı 

məzunların  təkmilləşdirilməsi  (PREP)  proqramını  da 

uğurla  həyata  keçiririk.    Yerli  mühəndislərin  inkişaf 

etdirilməsi proqramlarını dəstəkləmək üçün biz həmçinin 

Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər və 

Qafqaz  Universitetləri  kimi  aparıcı  yerli  ali  təhsil 

müəssisələri  ilə  əməkdaşlıq  edirik.    Bu  il  biz  həmçinin 

həmin  ali  təhsil  müəssisələrinin  Neft-qaz  sərgisində 



14 

 

iştirakına dəstək veririk. İnanırıq ki, bu, həmin ali təhsil 



müəssisələrinə 

bütövlükdə 

neft-qaz 

sənayesi 

çərçivəsində özlərini təbliğ etdirmək imkanı verəcək. 

Biz,  ölkənin  öz  potensialının  artırılmasına  yönəlmiş 

cəhdlərinə dəstək verilməsini davam etdirəcəyik. 

 

Slayd 12 



Beləliklə BP və Azərbaycan üçün ötən bu iki onilliyə necə 

yekun vurmaq olar? 

Tərəfdaşlarımızla birlikdə biz, 1984-cü ildən Azərbaycana 

43 milyard dollardan çox investisiya yatırmışıq.  Bir sıra 

nəhəng  və  yüksək  məhsuldarlıqlı  layihələri  sıfırdan 

başlayaraq 

beynəlxalq 

standartlar 

səviyyəsinə 

çatdırmışıq.  Əməliyyatlarımızı  təhlükəsiz  yerinə  yetirmiş 

və ətraf mühiti mühafizə etmişik. 

İnvestisiyalarımızın  yerli tərkibini maksimuma  çatdırmaq 

üçün  gərgin  əmək  sərf  etmişik.  Təxminən  3000  nəfər 

yerli  mütəxəssis  BP  şirkətinə  işə  götürülmüş  və  on 

minlərlə insan layihələrimiz çərçivəsində işlərə dolayısı ilə 

cəlb olunmuşdur. 

Biz  bunu  tək  etməmişik.  Bütün  bu  müddət  ərzində  biz, 

Azərbaycan 

hökuməti, 

ARDNŞ, 


tərəfdaşlarımız, 

podratçılarımız,  təchizarçılarımız  və  yerli  icmalardan 

güclü dəstək görmüşük. 



15 

 

Bu  sənaye  sahəsində  fəaliyyətsiz  dayanmaq  heç  zaman 



mümkün deyil. Müəyyən mənada, indi qarşımızda duran 

mühüm  vəzifələr  indiyə  qədər  əldə  etdiklərimizə 

bərabərdir  və  fəaliyyət  göstəricilərimizi  davamlı  surətdə 

təkmilləşdirmək,  hasilatı  sabitləşdirmək  və  Xəzər 

dənizindən daha çox karbohidrogenin dünya bazarlarına 

çatdırılmasını təmin etməkdən ibarətdir. 

Amma  sizi  əmin  edirəm  ki,  biz  müvəffəqiyyət 

qazanacağıq  və  müvəffəqiyyətə  birlikdə,  əməkdaşlıq  və 

tərəfdaşlıq ruhunda nail olacağıq. 

İndi  isə  sizi  öz  təqdimatımda  təsvir  etməyə  çalışdığım 

məqamları  əyani  surətdə  görməyinizə  imkan  verən  qısa 

videofilmə baxmağa dəvət etmək istərdim. 

Diqqətinizə görə təşəkkür edirəm! 

 

 



Yüklə 187,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə