Cənab səfir, sağ əl sağ qulağa daha yaxındır, elə deyilmi?


¹ 08 (101) 06 dekabr 2017-íÿ ñîð



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix12.10.2018
ölçüsü0,67 Mb.
#73533
1   2   3   4   5   6   7   8

3

¹ 08 (101) 06 dekabr 2017-íÿ ñîð

Òîëûøîí Ñÿäî



Belə  rəvayət  edirlər  ki,  şahlıq

dönəmində xeyli cavan bir məmur bir

məclisə daxil olur, bir nəfərdən başqa

bütün məclis bunun üçün ayağa qalxır,

bu həmin məmurun xoşuna gəlmir və

gəlib  həmin  şəxsin  qənşərində  daya-

naraq, ona xitab edir:

- Sən kimsən ki, mənim üçün ayağa

durmadın?

Həmin şəxs asta səslə soruşur:

- Bəs sən kimsən ki, mən sənin üçün

ayağa da durmalıyam?

- Mən dövlət məmuruyam.

- Sonra kim olacaqsan?

- İşlərimi yaxşı görsəm, saraya işə

dəvət olunacam.

- Bəs sonra?

-  Sonra  yəqin  ki,  vəkil  köməkçisi

olacam.

- Bəs sonra?

- Sonra vəkil, sonra da vəzir.

- Sonra kim olacaqsan?

Bu yerdə dövlət məmurunun boğazı

quruyur, “şah olacam” deməyə cürət

etmədiyi üçün “heç kim” deyir.

Həmin şəxs aram-aram deyir:

- Sən bu qədər illərdən sonra heç

kim  olacaqsan,  amma  mən  indidən

həmin heç kiməm...

BU NƏ LOVĞALIQ?

Qəzetimiz  100-ü  keçdi,  məqsədim

100-cü  nömrəni  görmək  idi,  şükür  ki,

gördüm, hətta özüm üçün qət etmişdim

ki,  100-cü  nömrədən  sonra  qəzeti

bağlayım, alınmadı, dostlar israr etdilər

ki, qəzeti saxlamaq olmaz. Amma həmin

dostlar mənim hansı məşəqqətlərlə qəzet

çıxartmağımdan bixəbərdirlər. Mən bütün

bu məşəqqətlərə rəğmən öz işimdəyəm,

yolumun  üstünə  atılmış  kötükləri

təmizləyə-təmizləyə,  kiçik  sürətlə  olsa

da belə, irəli gedirəm. Məqsədim qəzetin

uğurları, uğursuzluqları haqqında yazmaq

deyil, məqsədim özümün özüm haqqında,

daha doğrusu hamının bir “heç” olması

haqqında  düşüncələrimi  oxucu  ilə

paylaşmaqdır,  bəlkə  “burada  mənəm,

Bağdadda kor xəlifə” iddiasında olanlar

özləri üçün bir nəticə çıxartdılar ... 

...Arada dostlar deyirlər ki, sən artıq

bu  millətin  elə  də  kiçik  olmayan  bir

kəsimi  üçün  idealsan,  səni  artıq  rəhbər

sananlar da az deyil, cavabım qısa olur:

müvəqqətidir,  keçib  gedər.  Sonra

özlüyümdə xəyala dalıram: Mən kiməm

ki, məndən rəhbər də yaratmaq istəyirlər?

Axı mən bütün həyatımı, nə qədər uğurum

olsa da, “gec-tez heç kimsən, ən yaxşısı

elə  heç  kim  olaraq  da  qal”  prinsipi  ilə

yaşamışam.  Daima  düşünmüşəm  ki,

uğurun  zirvəsinə  qalxmaq  lazım  deyil,

nə  qədər  uğurun  olsa  da,  həmin  uğura

aşağıdan  baxmaq  daha  yaxşıdır,  çünki

bir gün uğursuzluq hökmən səni tapacaq

və  səni  büdrədəcək,  büdrəyib  zirvədən

tappıltı  ilə  yıxılmaqdansa,  aşağıda,  heç

kim  olaraq  qalmaq  və  həmin  büdrəyişi

daima  gözləyərək,  ona  hazır  olmaq,  o

büdrəyişi  sakitcə  qəbul  etmək,  mənim

düşüncəmə  görə,  daha  məntiqlidir.  Və

bu məntiqlə daima düşünmüşəm ki, böyük

bir  millətə  “heç  kim”dən  daimi  rəhbər

ola  bilməz!  Ən  yaxşı  halda  kimsə

müvəqqəti  hansısa  toplumun  və  ya  o

toplumun  kiçik  və  ya  böyük  kəsiminin

önündə gedə, hansısa quruma rəhbərlik

edə  bilər.  Hər  bir  insan  ona  tapşırılmış

postun yüksəkliyinə hamı kimi aşağıdan

baxmalıdır,  öz  “heç  kim”liyini

unutmamalıdır,  belə  olan  halda  həmin

şəxs  mənsub  olduğu  xalqa,  ona  bu

səlahiyyəti vermiş zümrəyə yorulmadan,

usanmadan xidmət edəcək... 

...Həyatda  qəbul  etdiyim  prinsiplər

var,  heç  kəsin  qarşısında  əyilməmək

başlıca amalım olub, zatən qarşımdakını

da  özüm  kimi  “heç  kim”  sanmışam,

düşüncəmə  görə  o  da  mənim  kimi  bir

“heç kim”dir, sadəcə məndən fərqli olaraq

o,  bunu  qəbul  etmək  istəmir.  Düzdür,

əqidəmiz  nə  qədər  fərqli  olsa  da,  nə

özümdən  böyüklərin,  nə  də  özümdən

kiçiklərin  qarşısında  hörmətsizliyim

olmayıb, həm özümdən böyüklərin, həm

də özümdən kiçiklərin səhvlərini onlara

elə deməyə çalışmışam ki, inciməsinlər,

sınmasınlar,  amma  bəzilərinin  iddiaları

o  qədər  böyükdür  ki,  onlara  səhvlərini

deməklə, sanki onları aşağılamış olursan,

zatən  onlar  bunu  bu  cür  də  anlayırlar.

Mənim  haqlı  iradlarımdan  nəticə

çıxardanlar çox olsa da, nəticə çıxartmayıb,

mənə düşmən kəsilənlər də olub. Amma

başa  düşmürlər  ki,  “heç  kim”in  “heç

kim”ə düşmənçilik etməsi özü belə ab-

surddur! Mən isə öz “heç kim”liyim ilə

həyatı  dərk  etdiyim  gündən  barışdığım

üçün,  mənim  etdiyim  səhvləri  mənə

deyənlərə daima hörmətlə yanaşmışam,

demək ki, bu insan mənə hörmət qoyur

ki,  səhvimi  üzümə  deyir,  həmin  şəxsə

qarşı  hörmətim  bir  az  da  artıb. Amma

bəzi  dostlar  məni  böyük  bir  dağ  zənn

edirlər, mənim “heç kim” olmağımı qəbul

etmək  istəmirlər,  hətta  məndən  tələb

edirlər ki, sən ətrafdakılardan özünə layiq

olan hörməti tələb elə. Vallah, mən hansı

hörmətə  layiqəmsə,  onu  da  görürəm,

kimdənsə  bundan  artığını  tələb  etmək

mənim “heç kim” prinsipimə ziddir. Heç

vaxt  kimsənin  alqışına  ehtiyac

duymamışam, tərifli məclislərdən daima

qaçmağa çalışmışam, öz uğurumu həmişə

kiminsə  ayağına  yazmağı  bacarmışam,

heç  vaxt  da  bundan  heyfslənməmişəm.

Dar ayaqda yanlarında olduqlarım, mən

dar  ayaqda  olanda  yanımda  olmayanda

da sınıxmamışam, zatən həmin şəxslərin

də  “heç  kim”  olduqlarını  əvvəlcədən

bilirdim, “heç kim”dən isə nə isə gözləmək

özü absurddur. Bəzən bəzilərinin puluna

görə,  bəzilərinin  mənsəbinə,  vəzifəsinə

görə lovğalandığını görəndə daima Cəfəri

Sadiqin “keçmişin murdar nütfə, gələcəyin

də  murdar  leşdirsə  -  hansı  gününə

lovğalanırsan?”  kəlməsini  xatırlayıram.

Hər bir fərd özünün “heç kim” olduğunu

dərk etməlidir, hər bir fərd gec-tez murdar

leşə  dönəcəyini  gözünün  önünə

gətirməlidir. Bəzən kiminsə lovğalanaraq

“bunu məndən başqa kimsə edə bilməzdi”

deməsini başa düşmürəm, bunu sən edə

bilmisənsə - demək başqası da edə bilərdi,

sadəcə sən bunun üçün münasib zaman

kəsiyini fota verməmisən, vəssalam. Bir

də ki, “bar verən ağacın başı aşağı olar”

deyib böyüklərimiz, qürrələnmək, lovğalıq

etmək, başqasına yuxarıdan aşağı baxmaq

“murdar  nütfədən  yaranıb,  murdar  leşə

dönəcək”, bir “heçə” çevriləcək varlığa

yaraşmaz. Sən özünü kim saymağından

asılı  olmayaraq,  başa  düşən  başqaları

üçün sən bir “heç”sən, heçdən yaranıb,

heçə qovuşacaq bir “heç”... 

TOLIŞƏ ZİVON DƏRSLİKLƏRİ

Mövzu  diqqətimizdədir,  çox  guman

ki, Təhsil Nazirliyinə sorğu verib, Talış

məktəblərində “Tolışə Zıvon” dərslərinin

necə keçirilməsini təftiş etmək üçün mü-

vafiq icazə alacam, əgər Təhsil Nazirliyi

mənə  bu  icazəni  verməsə  bu  işi

məhkəməyə daşıyacam, sonrası isə ağlı

başında olan istənilən Azərbaycan məmuru

üçün  aydındır.  Niyə  Talış  məktəblərini

təftiş  etmək  qərarına  gəlməyim  barədə

də yazım ki, oxucu tam məlumatlı olsun.

Sadəcə  bir  faktı  qeyd  etmək  istəyirəm.

Lerikin Vizəzəmin kəndində və Lənkəranın

İstisu  qəsəbəsində  olan  tam  orta

məktəblərin  ibtidai  siniflərində  yaxın

qohumlarım oxuyur, onlarla etdiyim söhbət

əsnasında başa düşdüm ki, bu məktəblərdə

“Tolışə Zıvon” dərsləri keçirilmir. Amma

bəzi dövlət məmurları bunun əksini iddia

edirlər, hətta iddia edirlər ki, dərs saatları

həftədə iki saat olaraq saxlanılır. Olsun,

zatən bu millətin qulluğunda durmalı olan

bir  məmurun  mənə  yalan  danışmasının

nə  adı  var  ki?  Hesab  edək  ki,  yaxın

qohumlarımın  övladları  mənə  yalan

məlumat veriblər, adətən 6-9 yaşlı uşaqlar

yalan danışmırlar, olsun, hətta hesab edək

ki, dövlət məmuru da mənə, qeyri-rəsmi

olsa da, düz məlumat verib, amma istənilən

halda  bütün  bunlar  yoxlanılmalıdır  ki,

gələcəkdə  bu  mövzuya  qayıdanda

“şaiyələrə uyub” yazı yazmayaq. 

Əldə etdiyim məlumata görə I və II

sinif üçün nəzərdə tutulmuş dərs kitabları

artıq nəşriyata təhvil verilib, “deyilənlərə

görə”  ilin  axırınacan  çap  olunacaqlar.

Belə  olan  halda  məni  bir  sual

maraqlandırır:  Əgər  dərs  kitabları  yox-

dursa,    “Tolışə  Zıvon”  dərslərini  hansı

kitablarla keçirlər? Bax həm də bu suala

cavab tapmağa çalışacam. Hələlik isə bu-

rada  da  dayanım,  bu  məsələni  tam

araşdırıb,  oxuculara  əlavə  məlumat

verəcəyəm.

MÜBARİZ

Bəli,  yanılmadız,  söhbət  milyarder

Mübariz  Mənsimovdan  gedir.  Vaxtı  ilə

F.Novruzoğlu  “Xural”da  Mübariz

Mənsimovun  əleyhinə  yazılar  yazanda,

mən  bir  eloğlu  kimi,  bir  uzaq  qohum

kimi onun müdafiəsinə qalxdım, elə həmin

“Xural”da onun müdafiəsi istiqamətində

bir neçə yazı da yazdım. Sonra Mübariz

ona  qarşı  hücumlarda  işlənən  “talış”

sözündən  qorxub,  özünü  “azəri  türki”

kimi qələmə verdi və həmin gündən mən

onun müdafiəyə layiq pımayan biri kimi

qəbul etmişəm və bu fikrimdə bu gün də

qalıram.  Mənim  əqidəmə  görə  milli

mənsubiyyətini danan bir şəxsi, varidatının

nə  qədər  olmasından  asılı  olmayaraq,

müdafiə  etmək,  sənə  güllə  atmış,  lakin

yayınmış bir şəxsə yenidən güllə vermək

kimi bir şeydir. Mübariz Mənsimovu bu

gün əksər talışlar müdafiə edirlər, amma

onlar bir şeyi anlamaq istəmirlər ki, həmin

Mübariz,  sabah  başının  üstündən  qara

buludlar çəkiləndə, yenə də “mən azəri

türküyəm”  deyərək,  onları  pəjmürdə

edəcək. Belə bir insanı müdafiə etməyə

dəyərmi? Məncə dəyməz, zatən milyardlar

qazanmağın yolunu bilən bir şəxs, yəqin

ki,  özünü  müdafiə  etməyin  də  yolunu

biləcək. Mübariz rəsmən özünü talış elan

edəcək  günəcən  mən  o  adda  adamı

müdafiə etməyəcəm və talışların da onu

müdafiə etməsini istəməzdim, amma hər

bir fərd bu məsələdə azaddır...



P.S. Mübariz Mənsimov ilk gündən

özünün və bu gün onun üstünə hər cür

şər-böhtanlarla gedən nadürüstlərin bir

“heç”  olduqlarını  qəbul  etsəydi,  bu

xəyanətə bir o qədər də yanmazdı.  

AQŞİN DADAŞZADƏ

ŞİNƏ PƏ

Dastədə mandə ğələm i mıddət, az şedəm bə fik 

Pidəme qəp bıjənom ə şəxsiku ki mandə dik

Həm bəd, həm şoyə rujdə ıştə nomi barzış qətə 

Bəməro dimdə sırə dardi, ğəmi dıldəş sutə

Xıdo əy ofəyəşe pozə manqi sardə rujdə 

Sofə dıl, pokə imon Xaliqi bəy kardə mujdə

Hırdə vaxtiku yolon vindəbin çəy fərosəti 

Şodoə ha ğədəmi navo pamyedəbe ğəti

Əğlətiş dəvarde rə, şoyə rujon dıştəş varde 

Bədə vo jəşe bəyo, vaxt dəvarde, be Pı mande

Dədə mardeku çəyo anqıl qınyi ruj bə şəvi 

Nə bə kə oməy rohət, nə nısırəy bənə navi

Vaxt şedə, dəmandəni, çı soronsə sor omedə 

Dust avlod qırdə bedən, əçəy vəyə ruj omedə

Xıdo ğısmət kardə bəy ağılmandə səydə kinə 

Bedə bəy çokə həmro, bəçəy əğlon çokə inə

Xıdo baxş kardedə bəy dıqlə kinə, dıqlə zoə 

Çoynəni qədə mələq, qırd bənə ovşumi poə

Zəhmət kəşəşe ve taki əğlon kardışe yol 

Səş sipi, dastdə ğabar, hardə nunışsə be həlol

Əğlonən də çəy ro şin barz qətşone çəy nomi 

Bı kinon vəyəş karde deştə obə, deştə eli

Zoon dumo hande şin, ıştə elmi bıkən zumand 

Tolışi nomi barzkən, bəştə xəlği bıbun xıvand

Şinə Pə, bızın ımi, tı Xıdo hərəbəxtə bəndəş 

Həm bəd, həm şoyə ryjdə çəmə peşto bərk pemandəş

Çanəki şedə nəfəs, dılım jəydə, vindedə çəş 

Oqət ımi yodədə, çımı dıldə tınən mandəş

ƏMƏLDƏ ROST BIBƏN, 

BIKƏNƏN HƏYO!

Oşkodə həx votə, həx handəkəson 

Xəlvətdə şəytoni səy randəkəson 

Nohəxi vindədə lol mandəkəson 

Dasti peqətənən iblisi şəyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Qəvədə novnedon çı Xıdo kəlmon 

Xəbə hısteone çı dınyo elmon 

Zını-zıne kiye ha dardi dəmon 

Beyyət vardənişon ijənən bəyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Şodənən bə kəno çırkinə maskon 

Bənə siyo mori dəməşən bə lon 

İ kərə doə bə bəşməro ım con 

Vəse, hılonədə məbənən niyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Dıdiməti kisə səbarz kardəni 

Dəğərdə eğandə, hurmət vardəni 

İnsoni gin kardəy dumo qardəni 

Çanə ki, di bəni bıvitən çəyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Çı konco bəşmə dıl eqınə ləkə 

Çıko oxo bişon çı nəfsi nokə 

Tox nıbə insoni təy bəbe lokə 

Pidə qırd bə çəy sə ekənən dıyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Məvotən ərbobim bəqim az, xonim 

Cifədə pul, ğızıl tavzıdə qonim 

Bızınən çı Xıdo ofəyə conim 

Əve co bıkənən sipi çı siyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Bebəci şodənən, peqətən çoki 

Mırdoli bahastən, barz bıkən poki 

Bıqətən bəştə dast zəmini xoki 

Dərəsən əmandni bə kisə dınyo 

Əməldə rost bıbən, bıkənən həyo!

İnsonon, sıftəku rost bıqətən ko 

De ıştə əməlon Xıdo bıkən şo 

Bızınən ki, əve aləmi podşo 

Əve dəçıkənən Xaliqi xəyo 

Əməldə rost bıbən, bıkənən həyo!

Ра фиг Жя ли лов

же ли лов ра фиг@ маил. ру

“HEÇ”DƏN YARANMIŞ “HEÇ”LƏR



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə