Çəndirli Günay Fənn: İnformatika



Yüklə 11,47 Kb.
tarix17.11.2017
ölçüsü11,47 Kb.
#10853

Çəndirli Günay

Fənn: İnformatika

Sinif: 6

Link: https://www.youtube.com/watch?v=K83rUqqz9BM&feature=youtu.be



İşin təsviri

İnterneti nə üçün informasiya xəzinəsi hesab edirlər?



Axtarış sahəsinə sizi maraqlandıran sözü (söz birləşməsini) daxil edin; məsələn: Misir ehramları, fil dişi, kainat və s. Google-da axtar düyməsini çıqqıldadın, yaxud klavişini basın.

3. Açılan səhifədə axtarış sisteminin tapdığı cavabların siyahısı görünəcək. Onlardan bir neçəsini açıb oradakı informasiya ilə tanış olun.

4. Brauzerin axtarış sahəsinə müxtəlif sözləri yazıb axtarışları təkrar edin.

İnternetdə inanılmaz dərəcədə çox informasiya var. Orada istənilən mövzuda informasiya tapa bilərsiniz. Bunun üçün xüsusi xidmətlər – axtarış sistemləri nəzərdə tutulub.

Aşağıdakı cədvəldə məşhur axtarış sistemlərindən bəzilərinin siyahısı verilib.

Axtarış sistemi Ünvanı

Google www.google.com

AltaVista www.altavista.com

Lycos www.lycos.com

Yahoo! www.yahoo.com

Excite www.excite.com

Rambler www.rambler.ru

Yandex.com.tr www.yandex.com.tr

Belə sistemlərdə axtarış aparmaq çox asandır: axtarılan mövzu üzrə açar söz axtarış sahəsinə daxil edilir və uyğun düymə çıqqıldadılır. Ancaq İnternetdə külli miqdarda informasiya olduğundan, yalnız bir sözə görə axtarış apardıqda çox zaman yüzlərlə, minlərlə resurs tapılır. Belə hallarda seçim şərtini dəqiqləşdirmək üçün axtarış sətrinə bir neçə sözdən ibarət daha konkret informasiya daxil etmək lazımdır. Məsələn, əgər Savalan dağı ilə bağlı informasiya axtarılırsa, axtarış Savalan, yaxud dağ sözlərinə görə deyil, Savalan dağı söz birləşməsinə görə aparılmalıdır.

Bir neçə sözə görə axtarışın bir özəlliyi var: axtarış nəticəsində bu sözlərin ayrılıqda mətndə harada yerləşməsinin fərqi yoxdur. Ona görə də əgər Savalan dağı sözlərinin yanaşı olduqları resurslara baxmaq lazımdırsa, axtarış şərti “Savalan dağı” şəklində göstərilir. Başqa sözlə, axtarılan söz birləşməsini dırnaq işarələri arasına almaq axtarışı dəqiqləşdirir.

Bəzi axtarış sistemləri verilmiş açar sözlərə görə təkcə mətnləri deyil, qrafika, audio, video faylları da tapıb çıxarır. Məsələn, Google-da axtarış zamanı sizi şəkillər maraqlandırırsa, menyudan Şəkillər bəndini seçmək lazımdır.

Açılmış veb-səhifəni bütövlüklə köçürmək mümkündür. Bunun üçün brauzerin Save As komandasından istifadə etmək olar.

Səhifəni yazıb saxladıqdan sonra onu İnternetdən deyil, saxlandığı yerdən açmaq olar. Bunun üçün istifadə olunan tətbiqi proqram saytın saxlandığı formatdan asılıdır. Məsələn, əgər səhifə mətn faylı kimi saxlanmışsa, onu mətn emalı proqramında açmaq olar.

Araşdıraq - öyrənək

Axtarış sistemində aşağıdakı açar sözlərə görə axtarış aparın. Nəticədə neçə mənbənin tapıldığını hər açar sözün qarşısında qeyd edin. Fərqli nəticələrin alınmasının səbəbini izah etməyə çalışın.

Azərbaycanın dağları ________

Azərbaycan dağ ________

“Azərbaycanın dağları” ________

Öyrəndiklərinizi yoxlayın

1. Axtarış sistemi nədir və o, necə işləyir?



2. Azərbaycanın ilk süni peyki haqqında İnternetdən müxtəlif növ informasiya almaq üçün səmərəli axtarış şərtini necə vermək olar?

3. Hər hansı fənnə aid videomaterial əldə etmək üçün axtarışı necə aparmaq olar?
Yüklə 11,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə