CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

 

27 


aleyhi - deyir ki: “Dünyanın bütün zəncirləri bir yerə toplansa ayədə zikr 

edilən bir halqaya belə çatmaz”.  

 

CƏHƏNNƏMLİKLƏRİN DÖŞƏYİ 

“Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə 

örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”. 

(əl-Əraf  41).  Muhəmməd  b.  Kəb,  Dahhaq,  əs-Suddi  və  s.  Dedilər  ki: 

Mihad  –  döşək,  Gavaş  –  isə  yorğandır”.  Vəhb  b.  Munəbbih  – 



rahmətullahi  aleyhi  -  deyir  ki:  “Atəş  əhli  –  Cəhənnəmdə  yaşayan 

insanlardır,  onlar  nə  sakinləşirlər,  nə  yatarlar,  nə  ölürlər,  atəşin  üzərində 

yeriyər,  oturar,  içəcəkləri  Cəhənnəm  əhlinin  yaralarından  axan  su, 

yeyəcəkləri atəş zəqqumu,  döşəkləri  və  yorğanları atəşdən, paltarları atəş 

və  qatrandandır.  Cəhənnəm  əhli  bir  ucu  Cəhənnəm  gözətçilərinin  əlində 

olan zəncirlərə bağlıdırlar, gözətçilər onları üzü və beli üstə sürükləyərlər. 

İrinləri  Cəhənnəmdə  olan  quyulara  axar  və  onların  içəcəyidir”.  Vəhb 

bunları söylədikdən sonra o, qədər ağladı ki, ürəyi getdi

74

.  


 

CƏHƏNNƏMİN TOPPUZLARI 

“Hələ  onlar  üçün  (başlarına  vurulacaq)  dəmir  toppuzlar  da  vardır. 

(Kafirlər)  oradan  –  (Cəhənnəmdə  düşdükləri)  qəmdən  qurtarmaq 

istədikcə,  yenidən  ora  qaytarılar  və  (onlara):  “Dadın  atəşin  əzabını!” 

(deyilər)(əl-Həcc 21-22). Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cəhənnəmliklərə 

(əzab  üçün)  təhsis  edilən  dəmir  toppuzlardan  biri  yerə  qoyulacaq  olarsa 

(dünyaya  düşsə)  bütün  cinlər  və  insanlar  toplansalar  belə  onu  yerindən 

qaldıra  bilməzlər»

75

.  Əbu  Səid  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdəki dəmir 

toppuzlardan  biri  ilə  bir  dağa  vursalar  o,  dağı  parçalıyar  və  toz  halına 

salar»

76

.  



 

CƏHƏNNƏMİN DAŞLARI 

“Ey  iman  gətirənlər!  Özünüzü  və  əhli-əyalınızı  elə  bir  oddan 

qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər)

xidmətçiləri  isə  Allahın  onlara  verdiyi  əmrlərə  asi  olamayan, 

buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) 

və  çox  sərt  təbiətli  mələklərdir  (zəbanilərdir)”.  (ət-Təhrim  6).  “Madam 

ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər 

üçün  hazırlanmış,  yanacağı  (günahkar)  insanlardan  və  kibrit 

                                                        

74

 İbn Əbi Dunyə.  



75

 Əhməd 3/29.  

76

 Əhməd 3/29.  




 

28 


daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. (əl-Bəqərə 

24).

 

Rabi b. Ənəs – rahmətullahi aleyhi - başda olmaqla bir qrup alimlər 



Daşların  –  Allahdan  qeyri  tapınan  bütlər  olduğunu  söyləmişlər.  (Ey 

Məkkə  əhli!)  Siz  və Allahdan  qeyri  ibadət  etdiyiniz  bütlər isə  cəhənnəm 

yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı 

olsaydılar,  ora  girməzdilər.  Hamısı  orada  həmişəlik  qalacaqlar”.  (əl-

Ənbiya 98-99).

 

Mamər, Səid b. Cərir – rahmətullahi aleyhi - rəvayət edir 



ki:  “Bizə  çatan  xəbərlərdən  kafir  Qiyamət  günü  qəbrindən  dirildikdə 

şeytanıyla bir  olacaqdır. Allah  onları atəşə salana qədər bu şeytan ondan 

ayrılmaz.  Bu  vaxt  kafir:  “Hər  kəs  Rəhmanın  zikrindən  boyun  qaçırsa, 

Biz  ona  Şeytanı  urcah  edərik  və  onun  (Şeytanın)  yaxın  dostu  olar. 

(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda 

olduqlarını  güman  edərlər!  Nəhayət,  o,  (Qiyamət  günü)  hüzurumuza 

gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin 

aranda  şərqlə  qərb  arasındakı  məsafə  qədər  uzaqlıq olaydı. Sən  nə  pis 

yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz 

birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!”. (əz-Zuxruf 36-

39)”.

 

“Cəhənnəm  də  azğınlara  göstərilər.  Və  onlara  belə  deyərlər: 



“İbadət  etdikləriniz  (bütlər)  haradadır?  Allahdan  başqa  (ibadət 

etdikləriniz?).  Onlar  sizə  kömək  edə  bilərlərmi?  Yaxud  özlərinə  bir 

köməkləri  çatarmı?”  Onlar  (müşriklər)  və  azğınlar  (üzüqoylu  üst-üstə) 

oraya  (Cəhənnəmə)  atılarlar!  İblisin  bütün  əsgərləri  də  (ora  sürüklənib 

salınarlar).  Onlar  orada  (öz  bütləri  və  rəisləri  ilə)  çənə-boğaz  olub 

deyərlər:  “Allaha  and  olsun  ki,  biz  (haqq  yoldan)  açıq-aydın  azmışdıq! 

Çünki  biz  sizi  (siz  bütləri)  aləmlərin  Rəbbi  ilə  bərabər  tuturduq.  Bizi 

yalnız günahkarlar azdırdı”. (əş-Şuəra 91-99). Müfəssirlərin çoxuna görə 

daşlardan  qəsd  kükürd  daşlarıdır.  Lakin  bu  daşlarda  beş  özəllik  vardır: 

Tez  yanar,  pis  qoxuludur,  çox  tüstülər,  vücuda  yapışar  və  kül  olduğu 

zaman  əriyib  axar.  Mücahid  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Leşdən 

daha pis qoxan bir daşdır”.  

 

CƏHƏNNƏMİN İLANLARI VƏ ƏQRƏBLƏRİ 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cəhənnəmdə  elə 

bir  ilanlar  var  ki,  qalınlıqları  dəvənin  boynu  kimidir,  onlardan  biri 

sancdığı zaman acısı 40 bahar davam edər. Atəşdə elə bir əqrəblər var ki, 

qatır  kimidir.  Onlardan  biri  sancdığı  zaman  acısı  40  il  davam  edər”

77



Mucahid, Yəzid b. Şəcərə – rahmətullahi aleyhi - yoluyla rəvayət edir ki: 



“Cəhənnəmdə  dəniz  sahilləri  kimi  sahillər  və  o  sahillərdə  quyular,  (o, 

                                                        

77

 Həkim.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə