CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   2   3   4   5   6   7   8   9   ...   41

 

 




 



ÖN SÖZ 



XUTBƏTUL-HACƏ 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik.  Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq. 

Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də 

azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, 

Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm 

ki, Muhəmməd onun qulu və elçisidir.  

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman 

olduğunuz halda ölün». (Ali-İmran 102). 

«Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 

zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar 

törədən  Rəbbinizdən  qorxun.  (Adı  ilə)  Bir-birinizdən  (cürbəcür  şeylər) 

istədiyiniz  Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən 

qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). 

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər 

belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar. 

Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) 

nail olar». (əl-Əhzab 70-71)

1

. 

Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmməd  -  sallallahu  aleyhi  və  səlləm  -  in  yoludur.  Əməllərin  ən  pisi 

sonradan  uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl 

(iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə 

oddadır


2

                                                        



1

 Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - sallallahu aleyhi və 



səlləm - oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini 

bizə:  –  Əhməd  1/392-393,432,  Əbu  Davud  2188,  Tirmizi  1105,  Nəsəi  3/104-105,  6/69  və  «Əməlul 

Yəum  vəl  Leyl»  488,  İbn  Məcə  1892,  Darimi  2202,  Tayalisi  «Musnəd»  1557,  AbdurRazzaq 

«Musənnəf»  10449,  Bəzzar  «Musnəd»  -  Kəşful  Əstar  1/314,  Əbu  Yəla  «Musnəd»  5233-5234,5257, 

Tahavi  «Şərhul  Müşkilil  Asar»  1-3,  Təbərani  «Məcmuul  Kəbir»  10/10079-10080,  Həkim 

«Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud 



radıyallahu anhu  –  yolu  ilə,  Müslim  «Şərhu  Nəvəvi»  6/156-158,  Əhməd  1/302,350,  Nəsəi  6/89-90, 

İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi 

«Şərhul  Müşkilil  Asar»  5,  Beyhəqi  «Sünnənul  Kubra»  3/215  Nubeyt  b.  Şərit  -  radıyallahu  anhu  – 

yolu  ilə,  Əbu  Yəla  «Musnəd»  7221,  Nəsəi  «Sünnənul  Kubra»  bax:  «Tuhfetul  Əşraf»  6/472  №  9148 

Əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə. 

2

 Hədisin Ikinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, 



Beyhəqi «Sünnənul  Kubra» 3/214 Cabir b. Abdullah  - radıyallahu anhu  – yolu ilə. Bu ləfz Nəsainin 

ləfzidir. Hədisi Əhməd 3/371 və  Müslim: «Sözlərin  ən doğrusu»  ləfzi  yerinə: «Sözlərin  ən  xeyirlisi» 

ləfziylə  rəvayət  edilmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  isə  3/319:  «Sözlərin  ən  gözəli» 

şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər 

bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin  sonunda olan: «Hər  bir zəlalət 

isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. 

Sad - radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – 



 



«Ey  Rəbbim!  köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki 



düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).  

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarım!  İlk  öncə  hamınızı  Allahın 

salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi 

və  səlləm  –  in  yoluna  uyaraq  öz  risaləmi  «Bismilləh»  ilə  başlayıram. 

Çünkü  Allah  Rəsulu  -  sallallahu  aleyhi  və  səlləm  -  də  öz  məktublarını 

«Bismilləh»  ilə  başlamış  və  buyurmuşdu:  «Hər  mühüm  bir  işə 

«Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»

3



Əhli Sünnə Vəl Cəmaat - Cənnət və Cəhənnəmin insanların əbədiyyən 



qalmaq  üçün  girəcəkləri  yer  olduqlarına  inanırlar.  Cənnət  və  Cəhənnəm 

yaradılmışdır.  İndi  də  vardır.  Əbədiyyən  yox  olmazlar.  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  gecə  namazına  qaxdıqda  bu  duanı  deyərdi: 

«Həmd  yalnız  sənədir.  Haqq  olan  sənsən.  Sənin  vədin  də  haqdır.  Sənə 

qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi 

də haqdır. Bütün Peyğəmbərlər də haqdır. Muhəmməd də haqdır. Qiyamət 

də  haqdır»

4

.  Ubadə  b.  Samit  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu:  «Kim şəhadət  etsə  ki, 

Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, Muhəmməd onun qulu və 

Rəsuludur, İsa – əleyhissəlam - onun qulu və Rəsuludur, Məryəmə dediyi 

söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o 

insanı  əməlindən  asılı  olaraq  (və  ya  olmayaraq)  Cənnətə  salar  (Başqa 

rəvayətdə: Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!)»

5

.  


Cənnət  əbədi  nemətlər  yurdudur.  Allah  oranı  iman  edilməsi  fərz  olan 

şeylərə iman edən, Allah və Rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə 

və  Rəsuluna  tabe  olaraq  gerçəkləşdirən  təqva  sahibi  olan  möminlər  üçün 

hazırlamışdır.  Orada  olan  nemətləri  nə  bir  göz  görmüş,  nə  bir  qulaq 

eşitmiş,  nə  də  bir  insanın  xatirindən  keçmişdir.  «İman  gətirib  yaxşı 

əməllər  edənlər  isə  yaradılmışların  ən  yaxşılarıdır.  Onların  öz  Rəbbi 

yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. 

Onlar  orada  əbədi  qalacaqlar».  (əl-Bəyyinə  7-8).  «Etdikləri  əməllərin 

mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür 

nemətlər  gizlənib  saxlandığını  heç  kəs  bilməz».  (əs-Səcdə  17).  Ənəs  b. 

Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi 



və  səlləm  -  buyurdu:  «Qiyamət  günü  Cənnət  əhlindən  olub  dünyada  ən 

                                                                                                                              



rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab 

yazmışdır.  İstəyənlər  bu  kitaba  baxa  bilərlər.  Ayrıca  bax:  əl-Albani  «Muxtəsər  Səhih  Müslim»  409, 

«Mişkətul Məsabih» 3149,5860. 

3

 Əbu Davud. 



4

 Buxari, Müslim. 

5

 Buxari, Müslim.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə