CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   2   3   4   5   6   7   8   9   ...   41

 

çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb 



çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı 

gördünmü?»  O,  da:  «Xeyr,  ya  Rəbbim!  Mən  heç  bir  həyat  çətinliyi  və 

sıxıntısı görmədim!»

6

.  



Cəhənnəm  isə  Allahı  inkar  edib,  Rəsuluna  baş  qaldıran  kafirlər, 

münafiqlər,  müşriklər,  günahkarlar  və  zalımlər  üçün  hazırlanmışdır. 

Günahkarların  atəşi  əbədi  deyildir.  Kafirlərin  atəşi  isə  əbədi  olaraq 

sönməz.  Orada  ağıla  gəlməyən  cəzalar  və  əzablar  vardır.  De  ki:  «Haqq 



Rəbbinizdəndir.  Kim  istəyir  inansın,  kim  də  istəyir  inanmasın  (kafir 

olsun).  Biz  zalimlər  üçün  elə  bir  atəş  hazırlamışıq  ki,  onun  pərdələri 

(dumanları)  onları  bürüyəcəkdir.  Onlar  imdad  istədikdə  onlara  qətran 

(yaxud  yaradan  axan  irin-qan)  kimi  üzlərini  büryan  edən  bir  su  ilə 

kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». 

(əl-Kəhf  29).  Əbu  Səid  əl-Xudri  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cəhənnəm  əhli, 

cəhənnəmliklərə  gəlincə  isə  onlar  orada  nə  ölürlər,  nə  də  həyat  tapırlar. 

Lakin günahları – xətaları – səbəbiylə atəşə düşən bir qrup kimsələr vardır 

ki, atəş onları təmamilə yandırıb (kül) edər. Yanıb kömür olduqdan sonra 

onlara  şəfaət  edilmə  izni  verilir.  Beləcə  qrup-qrup  çıxarılıb  Cənnət 

çaylarına  atılırlar.  Sonra:  “Ey  Cənnət  əhli!  Bunların  üzərinə  su  tökün” 

deyilir. Onlar sel yatağında bitən yabanı ot kimi yenidən bitərlər”

7

. Ənəs 


b.  Məlik  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 

aleyhi  və  səlləm  -  buyurdu:  «Qiyamət  günü  Cəhənnəm  əhlindən  olub 

dünyada ən  nemətli və  gözəl  yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə 

salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir 

gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim»

8

«Əgər 



zül etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın 

əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman 

için-için peşman olarlar». (Yunus 54). Ənəs b. Məlik – radıyallahu anhu 

  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Qiyamət  günü  Uca  və  Böyük  olan  Allah  Cəhənnəmiklərdən  ən  yüngül 

əzab  olunana:  «Dünya  və  dünyadakı  hər  şey  sənin  olsaydı  bu  əzabdan 

qurtarmaq üçün onu sədəqə verərdinmi?» O, da: «Bəli, sədəqə verərdim» 

deyəcəkdir.  Allah  ona:  «Mən  səni  atəşə  atmayacaqdım.  Dünyada  ikən 

səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin 

                                                        

6

 Müslim 2807.  



7

 Müslim “İman” 306, (185).  

8

 Müslim “Munafiqun” 2807.  




 

sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən də 



uzaq olmadın»

9

.  



Əhli Sünnə - Muhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk 

girəcəyinə,  həmçinin  onun  ümmətinin  ilk  hesaba  çəkiləcəyinə  və 

Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman 

edirlər.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət 

günündə  Cənnətin  qapısına  gələcəyəm  və  qapının  açılmasını 

istəyəcəyəm».  Mənə:  «Sən  kimsən?»  deyə  soruşacaqlar.  Mən  də: 

«Muhəmməd!»  deyəcəyəm.  O,  da:  «Mənə  sənin  adın  verildi.  Səndən 

əvvəl  heç  kəs  üçün  qapını  açmamaqla  əmr  olundum»

10

.  Ənəs  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  “Qiyamət  günü  cəmaatı  ən  çox  olan  kimsə  mənəm. 

Cənnət qapısını ilk döyən də mənəm”

11

. Əbu Hureyrə – radıyallahu anhu 



  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Cənnətdə  yüz  dərəcə  vardır.  Allah  oranı  yolunda  vuruşan  mücahidlər 

üçün  hazırlamışdır. Hər iki  dərəcə arasında  yerlə  göy  arası qədər  məsafə 

vardır. Allahdan dilədikdə Firdovsu  diləyin. O, Cənnətin  orta yerində ən 

üst  yerdədir.  Onun  üzərində  Allahın  ərşi  vardır.  Cənnətin  çayları  oradan 

qaynayır»

12

. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



-  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnətdə  Allahın  yolunda 

vuruşanlar üçün hazırlanmış 100 dərəcə vardır. Hər iki dərəcə arası göylə 

yer  arası  qədərdir”

13

.  Bureydə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cənnət  əhli  120 

səffdir.  Bu  səfflərdən  80  bu  ümmətdən,  40  isə  digər  ümmətlərdən 

olacaqdır»

14

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Bizlər  (dünyaya)  ən 

sonda  gələnlərik,  Qiyamət  günü  isə  ən  öndə  olanlarıq  (Başqa  rəvayətdə: 

Biz Cənnətə ilk girənlərik. (Kitab Əhlinə) kitab bizdən öncə verilmiş, bizə 

isə  sonra  verilmişdir.  Onlar  ixtilaf  etdilər.  Allah  bizi  onların  ixtilaf 

etdikləri haqqa izni ilə hidayət etdi

15



16

. Əbu Hureyrə – radıyallahu anhu 



  rəvayət  edir  ki:  (Onların)  bir  çoxu  əvvəlkilərdən  (keçmiş 

peyğəmbərlərin  ümmətlərindən),  Bir  çoxu  da  axırıncılardandır  (bu 

ümmətdəndir)”.  (əl-Vaqiə  39-40).

 

Ayəsi  nazil  olduqda  Rəsulullah  



                                                        

9

 Buxari “Rikak” 51, 49, Müslim 2805.  



10

 Müslim 197.  

11

 Müslim 196.  



12

 Buxari 13/404, Tirmizi “Cənnət” 2530, 2533, Əhməd 3/339.  

13

 Buxari 6/11, Həkim 1/80, Əhməd 2/335, 5/321.  



14

 Tirmizi 2670, Əhməd 1/453, İbn Əbi Şeybə “Musənnəf” 11/471, Təhavi “Muşkil” 1/157.  

15

 Müslim 855.  



16

 Buxari «Cumə» 1/1. 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə