CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   2   3   4   5   6   7   8   9   ...   41

 

11 


(İbrahim 44). «Onlar orada fəryad edib deyəcəklər: «Ey Rəbbimiz! Bizi 

buradan  çıxart  ki,  saleh  əməllər  edək.  O,  əməlləri  yox  ki,  (dünyada) 

edirdik! (onlara) Məgər sizə orada öyüd-nəsihət qəbul edəcək kimsənin 

öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi? Hələ sizə qorxudan 

Peyğəmbərlər  də  gəlmişdir.  Dadın  (Cəhənnəm  əzabını)!  Zalimlərin 

imdadına  çatan  olmaz!».  (Fatir  37).  «Onlar  deyərlər:  «Ey  Rəbbimiz! 

Rəzil  taleyimiz  bizə  qələbə  çaldı  və  biz  haqq  yoldan  azan  bir  cəmaat 

olduq! Ey Rəbbimiz bizi oradan (Cəhənnəm odundan) çıxart! Əgər bir də 

(pis  işlərə)  qayıtsaq,  şübhəsiz  ki,  zalim  olarıq».  (əl-Muminun  106-108). 

«Sizdən  elə  bir  kəs  olmaz  ki,  Cəhənnəmə  varid  olmasın.  Bu  Rəbbinin 

buyurduğu  vacib  bir  hökmdür».  (Məryəm  71).  Əbu  Hureyrə  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Cənnət  və  Cəhənnəm  aralarında  münaqişə  etdilər. 

Cənnət  deyir:  «Mənə  daxil olanlar zəif  və  miskinlərdir. Cəhənnəm  deyir: 

«Mənə  daxil  olanlar  qüvvətlilər  və  təkəbbürlülərdir».  Allah  Cəhənnəmə: 

«Sən mənim əzabımsan. İstədiyimdən sənin ilə intiqam alaram». Cənnətə 

isə:  «Sən  Mənim  rəhmətimsən.  Sənin  ilə  istədiyim  kəsə  rəhm  edərəm. 

İkinizə  də  dolacaq  qədər  vardır»

29

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Cəhənnəm  əhlindən  iki  sinif  insan  var  ki,  mən  onları  dünyada  ikən 

görməmişdim.  Bir  qövm  inəyin  quyruğu  kimi  qamçılarla  insanları 

döyərlər.  İkincisi  isə  qadınlar  açıq-saçıq,  yarım  çılpaq  geyinəcəklər, 

pozğun  şeylərə  meyl  edəcəklər,  başlarını  (saçlarını)  dəvənin  boynundakı 

hörüklər  kimi  maili  çıxacaqlar.  Onlar  Cənnətə  daxil  olmazlar  və  onun 

iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss 

edilir»


30

. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Əgər  kafir  Allahın  yanındakı 

rəhmətini  bilsəydi  Cənnətdən  ümüd  kəsməzdi.  Əgər  mömin  Allah 

yanındakı  əzabdan  xəbərdar  olsaydı  Allahın  Cəhənnəmindən  əmin 

olmazdı»


31

. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



–  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «….Allah  Cənnətə  sən  mənim 

rəhmətimsən,  mən  səninlə  qullarımdan  istədiyimə  rəhmət  edirəm». 

Cəhənnəmə  də:  «Sən  mənim  əzabımsan.  Mən  səninlə  qullarımdan 

istədiyimə əzab  edirəm. Hər birinizə  dolusu qədər var. Amma Cəhənnəm 

dolmaq  bilməz.  Nəhayət  Allah  ayağını  onun  üzərinə  qoyar,  o  da:  Bəsdi, 

Bəsdi!  deyib  Cəhənnəm  dolar.  (Cəhənnəmi  doldurmaqla)  Allah  heç  bir 

                                                        

29

 Müslim 5081, Səhihul Cəmi 183.  



30

 “Səhihul Cəmi” 3693.  

31

 Buxari 7/83 «Rikak» 20.  




 

12 


kəsə  zülm  etməz.  Cənnətə  gəlincə  Allah  onun  boşluqlarını  doldurmaq 

üçün bir  neçə  varlılıqlar yaradır»

32

.  Adıy  b.  Hatim  –  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Sizdən  elə  bir  kimsə  yoxdur  ki,  onunla  Allah  arasında  heç  bir  vasitə 

olmadan Allah onunla danışmasın. Sağına baxacaq etdiyi əməlindən başqa 

bir  şey  görməyəcəkdir,  soluna  baxacaq  etdiyi  əməlindən  başqa  bir  şey 

görməyəcəkdir.  Önünə  baxacaq  önündə  Cəhənnəmdən  başqa  bir 

görməyəcəkdir.  Bir  xurmanın  yarısı  qədər  də  olsa  sədəqə  verərək  və  ya 

gözəl bir söz söyləyərək özünüzü Cəhənnəm əzabından qoruyun”

33

.  



 

CƏHƏNNƏMDƏN ALLAHA SIĞINMAQ 

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı 

xatırlar, göylərin və yerin  yaradılması haqqında düşünər (və deyərlər)

“Ey  Rəbbimiz!  Sən  bunları  boş  yerə  yaratmamısan!  Sən  pak  və 

müqəddəssən!  Bizi  cəhənnəm  odunun  əzabından  (Özün)  qoru!  Ey 

Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və 

zalımlara kömək edən olmaz! Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə 

inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə 

iman  gətirdik.  Ey  Rəbbimiz!  İndi  günahlarımızı  bizə  bağışla, 

təqsirlərimizdən  keç  (böyük  günahlarımızı  bağışla,  kiçik  günahlarımızın 

üstünü  ört)  və  canımızı  yaxşı  əməl  sahibləri  ilə  bir  yerdə  al!  Ey 

Rəbbimiz!  Öz  Peyğəmbərlərin  vasitəsilə  bizə  vəd  etdiklərini  ver  və 

Qiyamət  günündə  bizi  rüsvay  etmə!  Əlbəttə,  Sən  Öz  vədinə  xilaf 

çıxmazsan!” Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər 

kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. 

Siz  (hamınız)  bir-birinizdənsiniz  (dində  kişi,  qadın  eynidir).  Hicrət 

edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin)

öz  yurdlarından  çıxarılanların,  Mənim  yolumda  əziyyətə  düçar 

olanların,  vuruşanların  və  öldürülənlərin  günahlarının  üstünü 

Allahdan  bir  mükafat  olaraq,  əlbəttə,  örtəcək  və  onları  (ağacları) 

altından  çaylar  axan  cənnətlərə  daxil  edəcəyəm.  Ən  yaxşı  mükafat 

Allah  yanındadır!”.  (Ali  İmran  191-195).  Ənəs  b.  Məlik  –  radıyallahu 

anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

«Kim  Allahdan  üç  dəfə  Cənnəti  istəyərsə,  Cənnət  deyər:  «Allahım  onu 

Cənnətə  daxil  et».  Kim  Allahdan  üç  dəfə  Cəhənnmdən  qorunmasını 

istəyərsə,  Cəhənnəm  deyər:  «Allahım  onu  Cəhənnəmdən  qoru!»

34

.  Əbu 


                                                        

32

 Buxari, Müslim 5084.  



33

 Buxari, Müslim.  

34

 Tirmizi “Cənnət” 27, 2575, İbn Məcə “Zuhd” 39, 4340, Əbu Nuaym “Sifat  əl-Cənnə” 1/95, Nəsəi 



8/279. əl-Albani «Səhihul Cəmi» 6151.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə