CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 

15 


aleyhi - deyir ki: “Veyl – Cəhənnəmdə irindən bir vadidir”. Ata b. Yəsar – 

rahmətullahi  aleyhi  -  deyir  ki:  “Veyl  –  Cəhənnəmdə  elə  bir  vadidir  ki, 

dağlar  içinə  atılsa  istiliyindən  əriyərlər”.  “Mən  onu  sərt  bir  yoxuşa 



sürükləyəcəyəm”.  (əl-Muddəssir  17).

 

Səud  –  atəşdən  bir  dağın  adıdır. 

Kafir 70 il ona çıxar, çıxdıqdan sonra təkrar 70 il də Cəhənnəmə geri enər. 

Beləcə  Cəhənnəmdə  əbədiyyən  əzab  çəkər”.  Əbu  Hureyrə  –  radıyallahu 

anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: 

«Hüzun  -  quyusundan  Allaha  sığının».  Səhabələr:  «Ey  Allahın  Rəsulu! 



Hüzun  -  quyusu  nədir?»  deyə  soruşdular. Peyğəmbər:  «Cəhənnəmdə  bir 

vadidir.  Cəhənnəm  o,  vadidən  hər  gün  100  dəfə  Allaha  sığınır»  deyə 

buyurdu.  Səhabələr:  «Ey  Allahın  Rəsulu!  Ora  kimlər  girəcəkdir?»  deyə 

soruşdular.  Peyğəmbər:  «Əməllərində  riya  edən  kimsələr  (Başqa 

rəvayətdə:  Riyakar  Hafizlər  üçün)»  deyə  buyurdu

47

.  Bəkr  b.  Huneys  – 



rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə bir vadi vardır. Cəhənnəm o, 

vadidən hər gün dəfə Allaha sığınır. O, vadidə bir quyu vardır. Vadi və 

Cəhənnəm  ondan  gündə  7  dəfə  Allaha  sığınır.  O,  quyuda  elə  bir  ilan 

vardır ki, Vadi, Quyu və Cəhənnəm ondan gündə 7 dəfə Allaha sığınırlar. 

Hafizlərin  fasiq  olanları  ora  düşər.  Onlar:  “Rəbbimiz  bütə  ibadət 

edənlərdən  öncə  bizdən  başladı”.  Onlara:  “Bilənlər  bilməyənlər  kimi 

deyildir” deyilər. Amr b. Şuey atasından, o da babasından rəvayət edir ki, 

Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Təkəbbürlülər 

(zalımlar)  Qiyamət  günü  adam  şəkilində  kiçik  qarışqalar  boyda  məşhərə 

toplanacaqlar.  Onları  hər  tərəfdən  zillət  bürüyəcəkdir.  Onlar 

Cəhənnəmdəki  Buləs  -  adlı  zindana  aparılacaqlar.  Onları  alovların  atəşi 

bürüyəcək  və  onlara  Cəhənnəm  əhlinin  bədənindən  axan  irindən 

içirdiləcəkdir»

48

.  Ata  b.  Yəsar  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 



“Cəhənnəmdə 70  min vadi  vardır. Hər vadidə 70  min bölüm  vardır. Hər 

bir  bölümdə  70  min  hücrə  vardır.  Hər  hücrədə  Cəhənnəm  əhlinin  üzünü 

yeyən  bir  ilan  (Başqa  rəvayətdə:  Dəvə  boynu  kimi  qalın  ilanlar  və 

Həbəşistan  qatırı  kimi  əqrəblər)  vardır  (Başqa  rəvayətdə:  Kafir  və 

Münafiqlər bunların hamısına girmədən işləri bitməz)”

49

. Həsən b. Yəhyə 



əl-Huşani  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Cəhənnəmdə  hər  evin,  hər 

mağaranın,  hər  halqanın,  hər  ipin,  hər  zəncirin  üzərində  sahibinin  ismi 

vardır”. Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Bu rəvayəti Süleymana 

danışdıqda ağladı və: “Vay olsun sənə! Bunların hamısı bir insana aid olsa 

                                                        

47

 Tirmizi 2384, İbn Məcə «Muqəddimə» 23, İmam Əhməd “Zuhd”.  



48

 Buxari «Ədəbul Mufrad» 557.  

49

 İbn Əbi Dunyə.  




 

16 


necə olur?” dedi. Halqa boynuna, iplər ayağına, zəncirlər boynuna taxılsa 

sonra atəşə, sonra da mağaraya atılar...”. Bunlardan Allaha Sığınırıq!  

 

CƏHƏNNƏM HARADADIR 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Dəniz 

Cəhənnəmin  özüdür»

50

.  Abdullah  b.  Amr  –  radıyallahu  anhu  –  rəvayət 



edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «…Doğrusu 

dənizin altında atəş, atəşin altında da dəniz vardır»

51

. İbn Abbas, Abdullah 



b. Səlam, Qatadə – radıyallahu anhum – deyirlər ki: “Cənnət -  yeddi  qat 

göydədir,  Cəhənnəm  isə  -  yeddi  qat  dənizin  altında  (Başqa  rəvayətdə: 

Yerin  yeddinci  qatında)”

52

.  Abdullah  b.  Amr  –  radıyallahu  anhu  –  deyir 



ki:  “Kafirlərin  ruhları  yerin  dibində  yedinci  təbəqədədirlər”.  İmam 

Əhməd, Yala b. Umeyyə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



-  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Dəniz  Cəhənnəmdir”.  Yala  bu 

mövzu  haqqında  soruşulanda:  “...Biz  zalımlar  üçün  elə  bir  atəş 



hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir...”. (əl-

Kəhf  29).  İbn  Abbas  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki:  “Dənizlər  od 

tutub  yanacağı  (və  ya  dolub  daşacağı)  zaman”.  (ət-Təkvir  6)  ayəsi 

barədə: Günəş, Ay və Ulduzlar dənizə salınar. Sonra bir külək əsər, onları 

alov  olana  qədər  üflər”

53

.  İbn  Cərir,  Səid  b.  Museyyibdən,  o  da  Əli  – 



radıyallahu  anhu  –  dan  rəvayət  edir  ki:  Yəhudilərdən  bir  nəfərdən: 

“Cəhənnəm  haradadır”  deyə  soruşuldu.  O:  “Dənizdir  (Başqa  rəvayətdə: 

Dənizin altında)” deyə cavab verdi. Əli: “O, doğru dedi” sonra: “Dənizlər 

od  tutub  yanacağı  (və  ya  dolub  daşacağı)  zaman”.  (ət-Təkvir  6).  “Və 

dolub daşan (alovlanan) dənizə ki”. (ət-Tur 6) ayəsini oxudu. Səid b. Əbi 

əl-Həsən  əl-Basri  –  rahmətullahi  aleyhi  -  nin  qardaşı  deyir  ki:  “Dəniz 

Cəhənnəmin təbəqələrindən bir təbəqədir”.  

Bəzi  alimlər  Cəhənnəmin  də  göydə  olduğunu  qeyd  edirlər:  Mucahid: 



“Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey  (mükafat, cəza) 

vardır!  (Sizə  vəd  olunan  mükafat,  yaxud  cəza  Allah  dərgahındakı  lövhi-

məhfuzda yazılmışdır)”. (əz-Zariyyat 22) ayəsinin təfsirində: “Burada qəsd 

edilən  Cənnət  və  Cəhənnəmdir”  dedi.  İmam  Əhməd,  Peyğəmbər  



sallallahu aleyhi və səlləm - buyurdu: “İsra gecəsi Cənnət  və Cəhənnəmi 

səmada  gördüm  bu  ayəni  oxudu:  “Göydə  də  ruzinin  (yağış,  qar)  və  vəd 



olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud 

                                                        

50

 Əhməd 4/223.  



51

 Əbu Davud «Cihad» 3/9.  

52

 Əbu Nuaym, İbni Xyzeymə, İbn Əbi Dunyə.  



53

 İbn Əbi Dunyə, İbn Əbi Hətim.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə