CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 

17 


cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır)”. (əz-Zariyyat 22)

54



Doğrusunu Allah Bilir!  

 

CƏHƏNNƏM ALOVU 

“Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş azırlamışıq” 

(İnsan  4).  “Onlar  üçün  Cəhənnəmdən  (Cəhənnəm  odundan)  döşək  və 

üstlərinə  örtmək  üçün  (atəşdən)  yorğan  vardır.  Biz  zalımları  belə 

cəzalandırırıq!”.  (əl-Əraf  41).  “(O  gün)  bir  çox  üzlər  zəlil  görkəm 

alacaq;  (Onlar  Cəhənnəmin  pillələrinə  çıxıb-düşməklə  boş  yerə)  zəhmət 

çəkib yorulacaq; Yanar oda girəcəkdir; Və onlara qaynar bulaqdan (su) 

içirdiləcəkdir"  (Ğaşiyə  2-5).  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət 

edir  ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cəhənnəmin 

qaynar içəcəyi  insanların başlarına tökülsə  oradan  girər, qarınlarına çatar 

və  bağırsaqlarını  parça-parça  edər.  Axırda  bu  qaynar  su  arxa  dəlikdən 

çıxar. Bu əridicidir. Sonra vəziyyət yenə də eyni ilə təkrarlanar”

55

“Onlar 



onunla  (Cəhənnəm  odu  ilə)  qaynar  su  arasında  dolanıb  duracaqlar”. 

(ər-Rəhman  44).  “Şübhəsiz  ki,  günahkarlar  (dünyada)  haqq  yoldan 

azmışlar  və  (axirətdə  də)  Cəhənnəm  odu  içərisində  olacaqlar.  O  gün 

onlar  üzüstə  Cəhənnəmə  sürüklənəcək  (və  onlara):  “Duyun 

Cəhənnəmin  (ələmini)  təmasını!"  (deyiləcəkdir)”.  (əl-Qəmər  47-48)

“Xeyr  (bu  mümkün  deyildir).  Həqiqətən,  o  (Cəhənnəm)  alovlu  atəşdir. 

(Elə  bir  atəş  ki)  başın  dərisini  sıyırıb  çıxardır  (dərini  sümükdən  ayırır). 

Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni Və (mal-

dövlət) yığıb saxlayanı!”. (əl-Məaric 15-18). “O, Allahın yanar odudur. 

Elə  bir  od  ki,  ürəkləri  yandırıb-yaxar.  O,  belələrinin  (qeybətçilərin  və 

tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir”. (Huməzə 6-8).  

 

CƏHƏNNƏMİN HƏRARƏTİ VƏ ZÜLMƏTİ 

Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Adəm  övladlarının  yandırdığı  od 

Cəhənnəm  odunun  yetmiş  də  bir  hissəsidir  (Başqa  rəvayətdə:  69  dəfə 

şiddətlidir

56



57

.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Cəhənnəm  odunu ağ  olana kimi  min  il  qalayıblar, sonra yenə  də  min  il 

qırmızı  olana qədər qalayıblar, sonra yenə  də  qap-qara olana kimi  min il 

də  qalayıblar.  O,  zülmət  gecə  qaranlığı  olana  kimi  min  il  də  yandı»

58



Ubey  b.  Kəb  –  radıyallahu  anhu  –  deyir  ki:  “Yaxud  onların  əməlləri 

                                                        

54

 İmam Əhməd, Hilal “Kitabu Sunnə”.  



55

 Tirmizi 2585.  

56

 Muvatta «Cəhənnəm» 1.  



57

 Buxari, Müslim 5077. 

58

 Tirmizi, İbn Məcə.  




 

18 


əngin dənizdəki qaranlığa bənzəyir”. (ən-Nur 40)O, beş növ qaranlıqdır. 

Kəlamı qaranlıqdır, əməli qaranlıqdır, girişi qaranlıqdır, çıxışı qaranlıqdır, 

düşəcəkləri  yer  də  atəşin  qaranlığıdır”.  Dəhhaq  –  rahmətullahi  aleyhi  -

 

deyir ki: “Cəhənnəm qaradır, suyu qaradır, ağacları və əhli də qaradır. “O 



gün  neçə-neçə  üzlər  ağaracaq,  neçə-neçə  üzlər  də  qaralacaqdır”.  (Ali 

İmran  106).  “Pis  işlər  görənlərə  isə  pisliyin  cəzası  onun  misli  qədər 

verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də 

yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. 

Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”. (Yunus 27).  

 

CƏHƏNNƏMİN SOYUQLUĞU VƏ HƏRARƏTİ 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:  «Cəhənnəm  Uca 

Allaha  şikayət  edərək  dedi:  «Rəbbim  mənim  bir  hissəm  digər  hissəmi 

yeyir».  Buna  görə  də  ona  iki  dəfə  nəfəs  almaq  üçün  izn  verildi.  Biri  qış 

mövsümündə, biri  də  yaz  mövsümündə. Hiss  etdiyiniz ən soyuq  hava və 

ən  isti  hava buna görədir»

59

.  Ömər  –  radıyallahu  anhu –  deyir  ki:  “Əgər 



Cəhənnəmdən  dananın  burun  dəliyi  qədər  dəlik  açılsaydı  şərqdə  olan  bir 

kimsəylə qərbdə olan bir kimsənin beyni istidən qaynayardı”. İbn Abbas – 



radıyallahu  anhu  –  deyir  ki:  “Cəhənnəm  əhli  istidən  ötrü  Rəblərindən 

yardım  istəyirlər.  Köməklərinə  soyuqdan  sümükləri  qıran  elə  bir  külək 

gəlir ki, onlar bu dəfə isti üçün yardım istəyirlər”. AbdulMəlik b. Umeyr – 

rahmətullahi  aleyhi  -

 

deyir  ki:  “Cəhənnəmliklər  Cəhənnəm  gözətçilərinə 



onları  Cəhənnəmin  kənarına  çıxarmalarını  istərlər.  Gözətçidə  onları 

çıxarır.  Lakin  onları  soyuq  və  şaxta  öldürür.  Onlar təkrar  geri  dönərlər”. 

İbn  Məsud  –  radıyallahu  anhu  –  deyir  ki:  “Şaxta  -  əzabdır”.  İkrimə  – 

radıyallahu  anhu  –  deyir  ki:  “O,  şiddətli  soyuqdur”.  Kəb  –  radıyallahu 

anhu  –  deyir  ki:  “Cəhənnəmdə  bir  soyuq  vardır.  İnsan  ətini  bədənindən 

soyar ta ki, Cəhənnəmliklər Cəhənnəmi köməyə çağırırlar”. Peyğəmbər – 



sallallahu aleyhi və səlləm – buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər 

buraxın.  Çünki  havanın  bərk  isti  olması  Cəhənnəmin  nəfəs  almasından 

ötrüdür»

60

. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qızdırma 



Cəhənnəmin  genişlənməsindəndir.  Onu  su  ilə  sərinləşdirin»

61

.  Amr  b. 



Abəsə  əs-Suləmi  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “...Günəş  təpə  nöqtəsinə  (Zenitdə) 

gəldiyi  vaxt  namaz  qılma.  Çünki  Cəhənnəm  qapılarının  açıldığı  və 

Cəhənnəmin hərarətinin ən şiddətli olduğu bir saatdır...”

62

.  



                                                        

59

 Buxari, Müslim.  



60

 Buxari, Müslim.  

61

 Buxari “Tibb” 28, Müslim «Səlam” 83, 2212, Tirmizi “Tibb” 25, 2074.  



62

 Müslim.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə