Centro de língua portuguesa


Yükləmə Boşaltma İşlərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması



Yüklə 1,5 Mb.
səhifə8/9
tarix13.05.2022
ölçüsü1,5 Mb.
#87013
1   2   3   4   5   6   7   8   9
Yükləmə-boşaltma islerinin teskili

Yükləmə Boşaltma İşlərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması.

Hal-hazırda avtomobil nəqliyyatında yüklərin daşınması zamanı yükləmə boşaltma işlərinin mexanikləşdirilməsi 68%təşkil edir.Bu o deməkdirki ,hələ yüklərin daşınmasının 7,5ml/ton əməliyyat mexanikləşdirilməyib.Mexanikliləşdirilməmiş yüklərə qablaşdırılmış ədədi yüklər və kənd təsərrüfatı yüklər daxildir.Yükləmə- boşaltma maşınlarında o zaman yüksək məhsuldarlıqlı istifadə edilmiş hrsab olunurki,onların işi avtomobillərin işi ilə ahəngdar olsun.Yükləmə-boşaltma maşınlarının fasiləsiz işininin təşkil etmək üçün lazım olan avtomobillərin sayını aşağıdakı formula ilə təyin edirlər. Avtomobilin bir dövrə sərf etdiyi vaxtın daşınma məsafəsindən texniki sürətdə və yükləmə-boşaltmada boş dayanmasında asılı olduğunu bilirik. Avtomobillin y/b boş dayanması y/b maşınlarının istismar məhsuldarlığından avtomobilin yükgötürmə qabiliyyətindən və yükgötürmə qabiliyyətinin istifadə əmsalından asılılığını təyin edir. Sənaye yüklərinin daşınması Avtomobil daşımalarında xüsusi çəkiyə malikdir.Odurki sənaye yüklərinin avtomobillərə y/b-100%mexanikliləşdirilmişdir.Bu növ yüklərə filizlər kömür,torf və s. daxildir.Bu yüklərin yüklənib boşaldılması ekskavatorlar,özüyeriyən yükləyici maşınlar ekskavatorların və başqa y/b mexanizmlərin köməyi ilə aparılır.Bu yüklərin yükləmə boşaltmada boş dayanması 2-3 dəq çox olmur.Avtomobillərin yükgötürmə qabiliyyətindən asılı olaraq,seçilən ekskavatorlar calovunun həcminə görə olur.Aşağıdakı cəbhədən avtomobilin yükgörməsindən asılı olaraq hansı calovlu ekskavatordan istifadə olunmalıdır. Avtomobillərin yükləmə boşaltmada dayanma vaxtının maksimum azaldılması, insan əməyinin yüngülləşdirilməsin, məqsədi ilə yükləmə boşaltma işlərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması günün vacib tələblərindən biridir. Yükləmə boşaltma işlərində əsas və köməkçi işlərin kompleks mexanikləşdirilməsi maşın və mexanizmlər sisteminin köməyi ilə yerinəyetirilir. Bu işlər bir biri ilə bağlı şəkildə və yaxud bir birindən asılı olmayaraq yerinə yetirilir . Kompleks avtomatlaşdırılmış sistemdə bütün əsas və köməkçi işləırin idarə olunması və nəzarəti avtomatlaşdırılır. Əgər əsas və köməkci işlərin bəziləri avtomatlaşdırılmışdırsa belə sistemə yarım avtomatlaşdırılmış sistem deyilir .




Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə