Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
  1   2   3   4   5   6   7   8   9


 

ELÇİN 

 

 

SOSREALİZM BİZƏ NƏ VERDİ? 

 

 

Sovet dövrü ədəbiyyatı haqqında 

 

Məsələnin qoyuluşuna dair 

 

 

Birinci məqalə 

 

 



XX əsr Azərbaycan ədəbiyyatı zaman baxımından böyük, yaradıcılıq baxımından zəngin bir 

dövrü ən sıxı (müəyyənedici!) tellərlə sosialist realizmi (sosrealizm) ədəbi metodu ilə bağlı olub, 

başqa sözlə desək, ədəbiyyatımız 70 il məhz həmin dövrün bədii məhsulu olub. Sosrealizm 

Azərbaycan ədəbiyyatına və ictimai fikrinə təbii şəkildə gəlmədi, inzibati yolla gətirildi və SSRİ 

məkanını, sosialist ölkələrini çıxmaqla dünya ədəbiyyatı tarixində belə bir hadisənin analoqu yox 

idi. Sosrealizm ədəbiyyatımızın axtarışları, istəyi, bədii-estetik ehtiyacı ilə yox, sovet (Stalin) 

sisteminin zoru ilə bədiiyyata tətbiq edildi.  

Bəli, bütün bunlar danılmaz həqiqətdir, ancaq o da həqiqətdir ki, ədəbiyyatımızın 70 illik tarixi

yuxarıda dediyim kimi, bu ədəbi metodun daxilində cərəyan edib, 70 illik ədəbi vaqeəmiz istəsək 

də, istəməsək də bu çərçivəyə pərçim olunub. Odur ki, biz sosrealizmə (və Sistemə!) qarşı kin-

küdurəti, qərəzi bir tərəfə qoyub, onun ədəbi irsini obyektivcəsinə təhlil etməli, elmi-nəzəri 

təsnifatdan keçirməliyik. 

Sənətkar azadlığının, ümumiyyətlə, sənət spesifikasının ilkin şərti ondadır ki, həmin sənətkarın 

istedadı onun yaradıcılığının estetik təmayülünü, yönünü müəyyən edir, yəni istedadın nüvəsi 

yaradıcılığı realizmin, yaxud impressionizmin, yaxud postmodernizmin və s. təzahürünə çevirir

yeni bədii-estetik cərəyanlar yaradır; yəni bu – istedadın axtarışlarının, seçiminin nəticəsidir. 

Bir küll halında götürsək, sovet dövrü ədəbiyyatının əgər belə demək mümkünsə (elə bilirəm ki, 

mümkündür), bədii-estetik faciəsi onda idi ki, fərdi səciyyəli bu seçimi istedadlar yox, Sistem 

etmişdi: sosrealizmi məcburi ədəbi metod kimi hakimliyə gətirmişdi və təxminən 1924-56-cı 

illər arasında – Sistemin ədəbi ideologiyası formalaşdığı vaxtdan Sov.İKP-nin XX qurultayında 

Nikita Xuruşşovun Stalin kultuna qarşı söylədiyi məruzəyə qədərki dövrdə – yaradıcılığa 

başlamış yazıçılar (eləcə də rəssamlar, bəstəkarlar, memarlar, rejissorlar və s.) sosrealizmə 

məhkum edilmiş yaradıcı insanlar idi. 

Sistem ədəbiyyatı dövlətin – Sovet İttifaqının – icra qurumlarından birinə çevirməyə çalışırdı və 

bu çalışma, bu cəhd SSRİ tarixinin müəyyən dövrlərində güclü və yaxud nisbətən zəif effektlə 

sovet quruluşunun sonuna kimi davam etdi. 1925-ci ildə Sistem Proletar Yazıçılarının Birinci 

Ümumittifaq konfransını keçirərək, RAPP-ı (rusca abbreviatura, yəni Rusiya Proletar Yazıçıları 

Assosiasiyası) yaratdı və bu, əslində gələcəkdə güclü bir ədəbiyyat komissarlığı (nazirliyi) kimi 

düşünülmüş qurumun başlanğıc mərhələsi idi. 

RAPP-


çılığı təbliğ edən “Na literaturnom postu” jurnalını vərəqləsəniz görəcəksiz ki, “proletar 

ədəbiyyatı”nın nə olduğunu izah etməyə çalışan dolaşıq, çiy, bir-birini inkar edən ziddiyyətli 

“nəzəri” fikirlərlə, ədəbiyyatı tamam siyasiləşdirən vulqar sosioloji çağırışlarla bərabər, RAPP-ın 

əsas məqsədlərindən biri də “trotskiçilik” adı ilə şəxsən Lev Trotskiyə qarşı mübarizə idi. 

 




Məncə, təsadüfi deyil ki, İosif Stalin Lev Trotskini tamam sıradan çıxartdıqdan sonra RAPP ləğv 

olundu və SSRİ Yazıçılar İttifaqı timsalında, dediyim həmin ədəbiyyat (sosrealizm) nazirliyi 

yaradıldı. Yazıçılar İttifaqı ideoloji baxımdan RAPP-ın davamı və inkişafı idi və təsadüfi deyildi 

ki, RAPP-

ın liderlərindən olan Vladimir Stavski və Aleksandr Fadeyev uzun müddət SSRİ 

Yazıçılar İttifaqına rəhbərlik etdilər. 

Stalinin əmri ilə RAPP ləğv edilərkən Nikolay Erdman sonradan ona çox baha başa gələn 

məşhur epiqrammasını yazmışdı: 

 

Əmr etdi qorxunc satrap, 



Bağlandı RAPP. 

Sevinməyin ki, bağlandı RAPP. 

Hələ sağdır satrap. 

 

(Orijinalı belədir:  



 

Po vole qroznoqo satrapa 

Ne stalo RAPPa. 

Ne raduysya, çto umer RAPP. 

Ved jiv satrap.) 

 

Satrap da, ondan əvvəlkilərin, ondan sonrakıların və onun özünün də əməlləri bir küll halında, 



əslində, Sistem demək idi. Sistemi həmin əməllər yaratmışdı və bütün icra qurumlarını idarə 

etdiyi kimi, Sistem ədəbiyyatı da idarə etməyə çalışırdı, çox zaman da buna nail olurdu: bədii 

yaradıcılığın taleyi (senzuradan keçməsi, çap olunması, “tərif”, yaxud “ifşa” edilməsi və s.) tam 

şəkildə Sistemdən asılı idi; mükafatları, o cümlədən Stalin mükafatı laureatlarını ədəbi-bədii 

meyarlar deyil, Sistemin qəliblərinə uyğunluq müəyyən edirdi; bütün SSRİ və müttəfiq 

respublika deputatları kimi, yazıçıları da Sistem deputat təyin edirdi, onları MK tərkibinə salıb-

çıxarırdı; onların yazıları Sistemin göstərişi ilə dərsliklərə salınırdı; onların yubileylərini Sistem 

keç


irirdi, məişət qayğılarını Sistem həll edirdi, öldükdən sonra kitablarını Sistem çap etdirirdi 

(ya da etdirmirdi), heykəllərini Sistem qoydururdu (ya da qoydurmurdu) və s., və i.a. 

Get-

gedə bədii-estetik meyarlar tamam bir tərəfə atıldı və ədəbiyyatın taleyini “ifşa”çılıq həll 



etməyə başladı. “İfşa”çılıqla Sistemin tələb etdiyi səviyyədə məşğul olmayan vətəndaşlar, o 

cümlədən yazıçılar “çürük liberallar” adlandırıldı və “çürük liberal” ilə “xalq düşməni” arasında 

məsafə çox qısa və sürüşgən olduğu üçün, “ifşa”lardakı qan hərisliyi daha artıq bir enerji ilə 

fəaliyyət göstərdi. 

Və 1937-ci il gəldi. 

“Böyük terror” – 1937-

ci il haqqında, bu terrorun ədəbiyyata vurduğu sarsıdıcı zərbələr haqqında 

mən də daxil olmaqla çox yazılıb, ona görə də yenidən bu mövzunun üzərində xüsusi 

dayanmayacağam. Ümumi bir təəssürat yaratmaq üçün, mən yanlız ədəbiyyat sahəsində normal 

ağıla sığışmayan, tamam sürrealist (və müdhiş!) mahiyyətli “37 parodoksları”na toxunmaq 

istəyirəm. 

Mən indiki halda “37 paradoksları”na ona görə toxunmaq istəyirəm ki, sosrealizm nəzəri 

müddəalarındakı çiylik, ziddiyyətlər, anlaşılmazlıqlar, qeyri-konkretlik ilə Sistemin yaratdığı və 

cəmiyyətdə hökm sürən dəhşətli xaos bir-birini tamamlayırdı, hər sahədə olduğu kimi, 

ədəbiyyatda da proqnozlaşdırılması mümkün olmayan xəstə bir vəziyyət yaradırdı.  

Vladimir Leninin məlum şüarı var idi: “Rədd olsun bitərəf ədəbiyyatçılar!” (“Daloy literatorov 

bespartiynıx!”), gerçəklik isə bəzən buradakı “rədd” sözünü “məhv” sözü ilə əvəzləyir və bu 

şüara da əməl edirdi. 1920-ci ildə Firudin bəy Köçərlinin güllələnməsini (əslində, Azərbaycan 

ədəbiyyatında terror da elə həmin tarixdən başlayır), yaxud 1921-ci ildə böyük rus şairi Nikolay 

Qumilyovun (Anna Axmatovanın əri idi) güllələnməsini xatırlayaq. Yəni “37”-yə qədər də sovet 

dövrü ədəbiyyatında terror gözlənilməz bir şey deyildi, ancaq “37”-də vəziyyət elə bir məqama 

 




Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə