Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
1   2   3   4   5   6   7

Şə

rqi  Böyük  Qafqaz  Terek  çayının  sağ  qolundan  (Arqun  çayı)  şərqdə 

yerləşərək,  eyni  adlı  çaydan  başlayaraq  Xəzər  dənizinə  qədər  uzanır.  Qərbdən 

şə

rqə  doğru  yüksəkliyi  tədricən  azalır.  Azərbaycan  ərazisi  daxilində  ən  yüksək 



zirvə Bazardüzüdür (4466 m). Şərq hissədə isə Babadağdır (3632 m) Şərqi Böyük 

Qafqazın Azərbaycan hissəsində suayrıcı silsilə, Sudur silsiləsi, Nealdağ silsiləsi ə 

cənubda Ləngəbiz- Ələt tirəsi yerləşir. 

Zaqafqaziyanın ən iri miqyaslı oroqratik elementlərindən biri də Zaqafqaziya 

dağarası  çökəklikdir.  Əksqafqaz  istiqamətdə  uzanan  Lix  silsiləsi  (1900  m)  ilə 

Zaqafqaziya  dağarası  çökəklik  geniş  Kür  çökəkliyi  və  Rion  düzənliyinə  bölünür. 

Kür  çökəkliyinin  relyefi  əsasən  hamar  düzənlikdən  ibarət  olsa  da  ayrı-ayrı 

bölgələrdə Dördüncü Dövrə qədər və Dördüncü dövrdə formalaşan alçaq silsilələr 

tirələr formalaşmışdır ki, bunların ərazisində, həmçinin aşınma prosesləri də davam 

edir. 


Kür  çökəkliyi  öz  növbəsində  Yuxarı,  Orta  və  Şərqi  Kür  çökəklikləri  yarım 

rayonlarına ayrılır. Yuxarı Kür çökəkliyi daxilində Qori (Kartali) çökəkliyi, Kartali 

silsiləsi və çoxsaylı çay dərələri formalaşmışdır. 

Orta Kür çökəkliyinin relyefi Yuxarı Kür çökəkliyinə nisbətən daha hamardır. 

Lakin  burada  da  şimaldan  cənuba  doğru  Qanıx-Əyriçay  vadisi,  Daşyüz-Əmirvan 

silsiləsi,  Acınohur  çökəkliyi,  Qocaşen  silsiləsi,  Bozdağ,  Eldaroyuğu,  Duzdağ, 

Qaraca silsilələri, Qaraməryam tirəsi kimi aşınma zonaları fəaliyyət göstərir. Şərqi 

Kür  çökəkliyi  və  ya  Kür-Araz  düzənliyinin  relyefi  daha  hamardır.  Buranın 

relyefinin hamar olmasına səbəb isə dəniz örtüyünün bu ərazini yaxın zamanlarda 

tərk etməsidir. 

Kolxida  çökəkliyi  (Rion  düzənliyi)  Qara  dənizin  şərq  sahilində  yerləşərək, 

relyefi  əsasən  hamardır.  Lakin  bu  hamar  relyef  düzənliyə  daxil  olan  çayların 

gətirmə  konusları  vasitəsilə  və  həmin  çayların  düzənliyi  kəsməsi  ilə  xeyli 

mürəkkəbləşmişdir. 

Kolxida  düzənliyinin  meyilliyi  qərbdən  şərqə,  Qara  dəniz  sahilləri 

istiqamətindədir.  Tədqiqatlar  göstərir  ki,  çayların  gətirdiyi  qırıntı  materiallarının 

hesabına hər il 5-6 m dənizin içərilərinə doğru genişlənir. 

Behruz Melikov

Behruz Melikov



Cənubi Qafqazın digər iri oroqrafik elementlərindən biri də Kiçik Qafqaz təbii 

vilayətidir.  Kiçik  Qafqaz  ərazisində  vulkanizm  proseslərinin  geniş  inkişaf 

etməsidir. Bununla əlaqədar olaraq tez-tez vulkan konuslarına, vulkan yaylalarına, 

vulkan lavalarına rast gəlinir. 

Kiçik  Qafqazın  ərazisində  qərbdən  şərqə  doğru  Acar- meriten,  Trealit, 

Murquz (Kiçik Qafqazın şimal-şərqində), Şahdağ, Murovdağ, Qarabağ, Şəri Göyçə 

gölü,  Naxçıvan  Muxtar  respublikası  ətrafında  isə  Dərələyəz,  Zəngəzur  silsilələri 

yerləşir.  Kiçik  Qafqaz  ərazisində  ən  iri  miqyas  relyef  formalarından  biri  də 

Başkənd- Dəstəfur və Kiçik Qafqazın Cənub-Şərqində isə Domu-Tuğ çökəklikləri 

formalaşmışdır. 

Kiçik  Qafqazın  ərazisndə  çoxsaylı  vulkan  konusları,  karst  mağaralarından 

ibarət relyef formaları geniş yayılmışdır. 

 

Behruz Melikov



Behruz Melikov


ZAQAFQAZ YANIN (CƏNUB  QAFQAZIN) 

GEOLOJ  QURULUŞ

 

Cənubi  Qafqazın  relyefi  mürəkkəb  olduğu  kimi,  geoloji  quruluşu  da 

mürəkkəbdir.  Ərazidə  paleozoy  çöküntülərindən  başlayaraq  Dördüncü  Dövr 

çöküntüləri də daxil olmaqla geniş yayılmışdır. 

Ş

imalda Böyük Qafqazın geoloji quruluşunda yura, təbaşir, paleogen, neogen 



çöküntüləri  və  Dördüncü  Dövr  çöküntüləri  yayılmışdır.  Yura  çöküntüləri  əsasən 

Böyük  Qafqazın  yüksək  silsiləsi  boyu  yer  səthinə  çıxır.  Litoloji  tərkibcə  çökmə 

mənşəli  əhəngdaşlarından,  qumdaşlarından,  mergellərdən,  tufqumdaşlarından 

ibarətdir.  Alt  və  orta  təbaşir  çöküntüləri  terrigen,  karbonat,  vulkanogen-çökmə 

mənşəli  süxurlardan  ibarət  olub,  Böyük  Qafqazın  orta  dağlıq  qurşağında 

yayılmışdır.  Böyük  Qafqazın  şimal-qərbindən  başlayaraq  Qozluçayın,  pirsaat 

çaylarının yuxarı hissələrinə qədər geniş yayılmışdır. 

Paleogen çöküntüləri dəniz mənşəli terrigen və karbonatlı fasiyadan ibarətdir 

və əsasən Böyük Qafqazın Şərqində Şamaxı, Sumqayıtçayın aşağı hövzəsində daha 

geniş  yayılmışdır.  Neogen  çöküntüləri  dəniz  mənşəli  terrigen-karbonatlı 

çöküntülərdən  ibarət  olub.  Böyük  Qafqazın  şimal-şərqində  Qusar  və  Dəvəçi 

rayonlarının  dağətəyi  hissəsini,  Qobustan və  Abşeron  yarımadası  ərazilərində  yer 

səthinə çıxır. 

Böyük  Qafqazın  şimal-qərb  hissəsi  (Gürcüstan  ərazisi)  geoloji  quruluşunda 

istər  yura  və  istərsə  də  təbaşir  çöküntüləri  əsasən  əhəngdaşı  süxurlarından  təşkil 

olunmuşdur.  Dördüncü  Dövr  çöküntüləri  Böyük    Qafqazın  dağətəyi  bölgəsində 

yelpikvari  formada  çayların  gətirmə  konuslarında  cəmləşmişdir.  Litoloji  tərkibcə 

çaqıldaşılı və çınqıllı materiallardan təşkil olunmuşdur. 

Cənubi  Qafqazın  Kür-Rion  çökəkliyinin  geoloji  quruluşunda  Dördüncü 

Dövrün  müxtəlif  təbəqələrinə  aid  allüvial,  allüvial-prolüvial,    delüvial,  delüvial-

prolüvial,  göl  mənşəli  çöküntülər  üstünlük  təşkil  edir.  Buna  baxmayaraq,  Kür 

çökəkliyinin  kənarlarında  və  müxtəlif  bölgələrində  Dördüncü  Dövrün  əvvəlindən 

binövrəsi yaranmış və bu dövrdə formalaşmış alçaq tirələr və silsilələrin ərazisində 

Behruz Melikov

Behruz Melikov



Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə