Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
1   2   3   4   5   6   7

Axalkalaki  çökəkliyində  qırmızı  torpaqlar  qonur  meşə  torpaqları  ilə  əvəz 

olunur. şərqi Kiçik Qafqazda da yüksəklik zonallığı aydın formalaşmışdır.  Burada 

meşəaltı ərazilərdə əsasən qonur meşə torpaqları inkişaf etsə də, meşələrin qırıldığı 

bölgələrdə  meşədən  sonra  formalaşmış  humuslu,  bəzən  karbonatlı  qara  torpaqlar 

geniş yayılmışdır. Kiçik Qafqazın əksər bölgələrinin 2200 m-dən 2600 m-ə qədər 

yüksəkliyində  çınqıllı,  iri  süxur  parçaları  iştirak  edən  çınqıllı  subalp  çəmən 

torpaqları,  yüksək  dağlıq  qurşaqda  çimli-çimli-torflu  çəmən  torpaqları 

formalaşmışdır. Kiçik Qafqazın Şərqində Fizuli, Cəbrayıl, Zəngilan zonasında dağ 

bozumtul cəhrayı, şabalıdı, dağ-meşə qonur torpaqlar yayılmışdır. 

Ermənistan  yaylasında  açıq  və  tünd  şabalıdı  torpaqlar,  dağlıq  ərazilərdə 

çınqıllı və çimli-torflu torpaqlar yayılmışdır. 

 

Behruz Melikov



Behruz Melikov


CƏNUB  QAFQAZIN B TK  ÖRTÜYÜ 

 

Cənubi  Qafqazın  bitki  örtüyünün  formalaşmasında  yüksəklik  zonallığı  ilə 

yanaşı  yağıntıların  paylanmasının  xüsusi  əhəmiyyəti  vardır.  Beləki,  Böyük 

Qafqazın  cənub  yamacının  bitki  örtüyünün  paylanması  yüksəklik  zonallığı  ilə 

yanaşı,  qərbdə  Qara  dəniz  sahillərindən  başlayaraq  şərqə  doğru  tədricən  dəyişir. 

Kerç boğazından başlayaraq Anapa şəhərinə qədər Aralıq dənizi tipli bitkilər (tüklü 

həmişə  yaşıl  palıd,  dəfnə,  ardıç  və  s.)  üstünlük  təşkil  edir.  Qara  dənizin  şimal-

şə

rqində  (Rion  düzənliyinə  bitişik  zona)  yağışların  çoxalması  ilə  əlaqədar  olaraq 



həmişəyaşıl  bitkilərdən  dəfnə,  palıd,  mimoza,  evkalipt,  bir  çox  həmişəyaşıl 

sarmaşıqlar  daha  geniş  yayılmışdır.  Daha  şərqə  doğru  Mərkəzi  Böyük  Qafqazın 

cənub  yamacının  dağətəyi  və  alçaq  dağlıq  zonasında  qoz,  fındıq,  şabalıd  (Qəbələ 

zonasında),  zoğal  ağaclarının  qarışığından  ibarət  olan  fısdıq,  vələs,  palıd, 

ağcaqayın ağaclarının qarışığından ibarət meşə örtüyü formalaşmışdır. 800-1000 m 

yüksəklikdə  həmin  meşə  örtüyü  tərkibində  qoz,  fındıq,  şabalıd,  zoğal  ağacları 

sıradan  çıxır  və  fısdıq  meşəsi  həmin  ağacları  əvəz  edir.  Lakin  daha  şərqə  doğru 

Böyük  Qafqazın  Şamaxı-Qobustan  ərazisində  ağac  bitkiləri,  xüsusilə  fısdıq 

meşələri  tamamilə  sıradan  çıxır  və  bu  ağac  növünü  palıd,  vələs,  yemşan  kimi 

ağaclar  və  nəhayət,  Qobustanda  meşə  örtüyü  yovşan,  ağ  ot,  bəzən  qarağan  və 

efemer ot örtüyü ilə əvəz olunur. 

Böyük  Qafqazın  əksər  bölgələrinin  yüksək  dağlıq  qurşağında  2200-2300  m-

dən 2800 m  yüksəkliyə qədər nisbətən seyrək hündür ot örtüyündən ibarət subalp 

çəmənlikləri  formalaşmışdır.  Tərkibində  taxılkimilər,  tərəçiçəklilər,  efedra, 

gicitkan, yarpız, bəzən quzuqulağı, astraqal və s. ot bitkiləri yayılmışdır. 

Böyük  Qafqazın  yüksək  dağ  qurşağında  (2800  m-də  3600  m  yüksəkliyə 

qədər) kəklik otu, quzuqulağı, taxılkimilər və s. qısa boylu ot örtüyündən ibarət alp 

bitkiləri formalaşmışdır. 

Cənubi  Qafqazın  Kür-Rion  çökəkliyi  bitkiləri  daha  mürəkkəb  quruluşa 

malikdir. 

 

Behruz Melikov



Behruz Melikov


ABŞERON ƏSR NDƏ CƏNUB  QAFQAZIN LANDŞAFTLARININ 

TƏKAMÜLÜ 

 

Abşeron  əsrində  Cənubi  Qafqazın  ən  əlamətdar  hadisələrdən  biri  Xəzər  və 

Qara  dənizlərin  sərhəddinin  (səviyyə)  aşağı  düşməsi  olmuşdur.  Bu  zaman  Xəzər 

dənizinin  Kür  körfəzzindəki  qərb  sərhəddi  Ağımtafa  çayının  mənsəbinə  qədər 

davam  edirdi.  Bundan  qabakı    Ağcagil  əsrində  Xəzər  dənizinin  qərb  sərhəddi 

Tbilisi şəhərinə qədər uzanırdı. 

Abşeron  əsrində  Qusar  maili düzənliyi  ərazisinin  xeyli  hissəsi  dəniz  altından 

çıxaraq  quru  sahəyə  çevrilir.  Xəzər  dənizi  Abşeron  əsrində  həmişəlik  Aral  dənizi 

ilə əlaqəni itirir. 

Ş

amaxı  və  Qobustanında  çox  hissəsi  dəniz  altından  çıxaraq  quru  sahələrə 



çevrilir. 

Abşeron əsrində Böyük və Kiçik Qafqazın, Talış dağlarının və Lix silsiləsinin 

yüksəkliyi  artaraq    Böyük  və  Kiçik  Qafqaz  yüksək  dağlıq  qurşağı  səviyyəsinə 

çatmışdır.  Talış  dağları  və  Lix  silsilələri  orta  dağlıq  hüduduna  çatmışdır.  Dağlıq 

ə

razilərin intensiv qalxması parçalanma əmsalının güclənməsinə, çayların yuma və 



aşınma  qabiliyyətinin  artmasına  səbəb  olmuşdur.  Kiçik  Qafqazın  ərazisində 

fasilələrlə Vulkan püskürməsi baş verdi. 

Abşeron əsrində Cənubi Qafqazın çay şəbəkəsində də bir sıra dəyişikliklər baş 

vermişdir.  Xüsusilə  Böyük  və  Kiçik  Qafqaz  çaylarının  düzənliyə  çıxdığı  maili 

düzənlikdə çaylar öz yataqlarını tez-tez dəyişdirir. Ən iri çaylardan olan Kür çayı 

Abşeron  əsrində  Ceyrançöl  ərazisindən  axmışdır.  Kiçik  Qafqazın  çayları  Gəncə-

Qazax maili düzənliyində də bir sıra dəyişikliklər baş vermişdir. Cənubi  Qafqazın 

qərbində yerləşən Rion düzənliyi  xeyli genişlənmişdir. 

Abşeron  əsrində  Cənubi  Qafqazın  iqlim  və  bitki  örtüyündə  də  bir  sıra 

dəyişikliklər  baş  vermişdir.  Belə  ki,  yüksəklik  zonallığının  kifayət  qədər 

formalaşması müasir bitki örtüyünün əsasının yaranmasına səbəb olmuşdur. Buna 

baxmayaraq Kür çökəkliyinin ayrı-ayrı kəsilişlərindən aşkar edilmiş yarpaq florası 

və  spor-tozcuqlar  göstərir  ki,  Kür  çökəkliyin  dəniz  sahili  zonasında  dəfnə, 

Behruz Melikov

Behruz Melikov



Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə