Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
1   2   3   4   5   6   7

rodadendron, həmişə  yaşıl palıdxmeliqrab və s. kimi həmişəyaşıl bitkilərlə yanaşı 

külli  miqdarda  yarpaqtökən  ağac  növlərindən  ağacqayın  yalanqoz,  qızılağac, 

dəmirqara, kor  fındıq,  fısdıq, şabalıd,  azat,  qarağac,  palıd, söyüd,  qoz, vələs  və  s. 

ağaclarının  geniş  yayılması  göstərir  ki,  Abşeron  əsrində  alçaq  və  orta  dağlığın 

aşağı  hissələrində  yarpaqtökən  ağaclardan  ibarət  sıx  meşə  landşaftları 

formalaşırmışdır.  Bitki  örtüyü  tərkibində  iynəyarpaqlılardan  ibarət  (küknar,  şam, 

taxsodium,  arçan  və  s.)  bitki  örtüyünün  iştirak  etməsi  göstərir  ki,  meşənin  yuxarı 

sərhəddində  iynəyarpaqlılarla  yarpaqtökən  ağacların  qarışığından  ibarət  qarışıq 

meşə landşaftları mövcud olmuşdur. 

Ağac  bitkiləri  tərkibində  ağ  qovaq,  iydə,  söyüd,  palıd,  qarağac,  nar 

bitkilərinin,  xüsusilə,  ağ  qovağın  yüksək  faiz  (25-30%)  təşkil  etməsi  göstərir  ki, 

dəniz sahili zonada Kür, Qabırrı, Qanıx çayları dərəsində sıx tuqay meşələri inkişaf 

etmişdir. 

Kür  çökəkliyinin  Abşeron  çöküntüləri  tərkibində  subalp  və  alp  çəmənliyinə 

məxsus ot bitkilərinin (kəklik otu, asdraqalı, cincilim və s.) iştirak etməsi göstərir 

ki,  həmin  bitkilər  yüksək  dağlıq  ərazilərdən  çaylar  vasitəsilə  düzənliyə 

gətirilmişdir. 

Azərbaycan  və  Gürcüstan  ərazisinin  Abşeron  çöküntülərindən  aşkar  edilmiş 

cənub  fillərinin,  gərgədan,  dəvəquşu  sümükləri  qalıqları  göstərir  ki,  bu  əsrdə 

Cənubi Qafqazın düzənlik ərazilərində həmin heyvan növləri geniş yayılmışdır. 

Beləliklə, Cənubi Qafqazın bitki və heyvanlar aləminin təhlilindən aydın olur 

ki,  Abşeron  əsrində  Cənubi  Qafqazın  düzənlik  ərazilərində  (Kür-Rion 

düzənliyində)  Savanna  landşaftları  formalaşmışdır.  Burada  dəniz  sahili  zonada 

həmişə  yaşıl  bitkilərlə  yarpaqtökən  ağacların  qarışığından  ibarət  qarışıq  meşə 

landşaftı, bəzən çay dərələrində tuqay  meşələrindən ibarət, bəzən isə seyrək meşə 

landşaftları hakim olmuşdur. 

Cənubi Qafqazın alçaq dağlıq və dağətəyi zonasında tək-tək həmişəyaşıl ağac 

qarışığı iştirak edən enliyarpaq ərazisində isə iynəyarpaqlı ağac növlərinin (küknar, 

ş

am arçan) iştirak etdiyi yarpaqtökən meşə landşaftları formalaşmışdır. 2200m-dən 



yuxarıda  3000m  yüksəkliyə  qədər  subalp  və  alp  çəmənliyi  landşaftları 

Behruz Melikov

Behruz Melikov



formalaşmışdır.  Abşeron  əsrində  Böyük  və  Kiçik  Qafqazın  nival-buzlaq 

landşaftlarının formalaşması üçün şəraiti olmamışdır. 

 

Behruz Melikov



Behruz Melikov


ORTA PLEYSTOSENDƏ CƏNUB  QAFQAZIN (ZAQAFQAZ YANIN) 

LANDŞAFTLARININ TƏKAMÜLÜ. 

Erkən  Pleystosenin  sonunda  Cənubi  Qafqazda  mövcud  olmuş  qlobal 

soyuqlaşma  (buzlaşma)  Orta  Pleystosenin  əvvəlində  növbəti  qlobal  istiləşmə  əsri 

ilə  əvəz  olundu.  Qafqazın  dağlıq  ərazilərində  və  qitə  buzlaqlarının  əriməsi 

nəticəsində  çaylar  vasitəsilə  Xəzər  dənizinə  gətirilən  su  balansı  dəfələrlə    artdı. 

Bunun  nəticəsində  Xəzər  dənizinin  səviyyəsi  yenidən  qalxaraq,  Kür  çökəkliyinin 

mərkəz hissəsi dənizlə örtülmüşdür. Bu zaman xəzər dənizinin Kür körfəzi müasir 

Mingəçevir su anbarına qədər sərhəddinə qədər davam etmişdir. Buna görə də Kür 

çökəkliyinin 

dəniz 


sahili 

zonasında 

allüvial-prolüvial 

maili 


düzənlik 

formalaşmışdır.  Böyük  və  Kiçik  Qafqazdan  başlanğıcını  götürən  çay  şəbəkəsi 

həmin  allüvial-prolüvial  maili  düzənliyi  kəsərək,  müstəqil  xəzər  dənizinə 

tökülürdü. 

Çayların  gətirdiyi  materialların  tərkibində  kobud  ölçülü  çöküntülərin 

miqdarının  çoxalması  göstərir  ki,  bu  əsrdə  Böyük  və  Kiçik  Qafqazın  dağlıq 

ə

raziləri  intensiv  qalxmaqda  davam  etmişdir.  Kompleks  tədqiqatlar  göstərir  ki, 



bütün  komplek  tədqiqatlar  göstərir  ki,  bütün  Dördüncü  Dövr  ərzində  Böyük  və 

Kiçik  Qafqazın  qalxma  amplitudu  800  m-ə  çatmışdır.  Dağətəyi  hissələrdə  isə  bu 

müddət ərzində qalxma ampilitidu 250-300 m-ə çatmışdır. 

Ə

razinin  intensiv  qalxması  aşınma  və  parçalanmanın  güclənməsinə  səbəb 



olmuşdur.  Kür  çökəkliyinin  ayrı-ayrı  bölgələrinin,  xüsusilə  Daşyür-Əmirvan 

silsiləsinin ardıcıl qalxması nəticəsində bir sıra çaylar öz ilkin yatağını tərk edərək, 

ə

yriçay dərəcəsinə axmağa başlamışdır. 



Erkən  Pleystosenin  son  buzlaşmasından  sonra  orta  pleystosen  istiləşməsi 

zamanı Cənubi Qafqazın bitki örtüyündə də ciddi dəyişiklik baş vermişdir. Belə ki, 

Erkən Pleystosen də meşənin yuxarı sərhəddi 1200 m yüksəklikdən keçdiyi halda, 

Orta  Pleystosenin  əvvəlində  yaranmış  istiləşmə  zamanı  meşənin  yuxarı  sərhəddi 

2300-2400  m  yüksəkliyə  qədər  qalxmışdır.  Bitki  örtüyünün  yuxarı  sərhəddinin 

belə  yüksəlməsi,  həm  də  onun  tərkibinin  dəyişməsinə  səbəb  olmuşdur.  Erkən 

Pleystosen ərazidə üstünlük təşkil edən tozağacı, qütb söyüdü, iynəyarapaqlılar və 

Behruz Melikov

Behruz Melikov



s. növlər orta Pleystosenin əvvəlində tamamilə sıradan çıxaraq enliyarpaqlı (fısdıq, 

vələs,  cökə,  ağacqayın,  palıd,  qarağac  və  s.)  ağac  növlər  ilə  əvəz  olunur. 

Həmişəyaşıl  (dəfnə, həmişəyaşıl palıd,  evkalipt,  mimoza  və s.)  və üçüncü dövrün 

relikt  bitkiləri  Kolxida  düzənliyində  və  Lənkəran  dağətəyi  və  alçaq  dağlıq 

zonasında  yayılmış  olur.  Kür  düzənliyinin  dənizkənarı  allüvial-prolüvial 

düzənliyində  tuqay  və  düzənlik  səciyyəli  bitki  növləri  (ağ  qovaq,  palıd,  qarağac, 

söyüd, iydə və s.) Böyük Qafqazın dağətəyi və alçaq dağlığında (800m yüksəkliyə 

qədər)  qoz,  şabalıd,  fısdıq,  vələs,  cökə,  ağacqayın  kimi  ağac  növlərindən  ibarət 

meşə landşaftı alçaq və orta dağlıq qurşaqda fısdıq, cökə, palıd növlərindən ibarət 

olan meşə landşaftı yayılmışdır. Meşənin yuxarı sərhəddində tək-tək fısdıq qarışığı 

olan iynəyarpaqlılar (küknar, şam, ardıc) yayılmışdır. 2400 m-dən yuxarıda subalp 

və  alp  çəmənlikləri  formalaşmışdır.  Bitki  örtüyünün  belə  yayılması  sübut  edir  ki, 

Orta  Pleystosen  əsrində  Cənubi  Qafqazın  müasir  landşaftı  qurşaqları  (yüksəklik 

zonallığı) kifayət qədər formalaşmışdır.  

Orta  Pleystosenin  əvvəlində  Cənubi  Qafqazın  nəinki  bitki  örtüyündə, 

həmçinin heyvanlar aləmində də ciddi dəyişilmələr baş verir. 

Erkən Pleystosenin sonunda mövcud olmuş buzlaşma zamanı müşahidə edilən 

heyvan  növləri  (mağara  şiri,  mağara  ayısı,  mağara  kaftarı,  canavar  və  s.)  Orta  

Pleystosenin  əvvəlində  formalaşmış  istiləşmə  zamanı  sıradan  çıxır.  Və  onları 

müxtəlif  maral  növləri,  cüyür,  ceyran,  vəhşi  atlar,  qulan,  öyüz,  dağ  keçisi  və  s. 

heyvan  növləri  əvəz  edir  ki,  Orta  Pleystosen  istiləşməsi  zamanı  Cənubi  Qafqazın 

iqlimi  də  yüksəklik  zonallığından  asılı  olaraq  formalaşmışdır.  Kolxida  və  Kür 

çökəkliyinin  dəniz  kənarı  zonasında  orta  iyul  temperatur  23-25

0

C,  orta  yanvar 



temperatur  +2-+5

0

C  olmuşdur.  llik  yağıntının  miqdarı  dəniz  kənarı  düzənlikdə 



1200-1500  mm-ə  çatmışdır.  Dağətəyi  və  alçaq  dağlıqda  illik  yağıntının  miqdarı 

1500 mm-dən yüksək olmuşdur. 

Orta Pleystosenin ikinci yarısında Cənubi Qafqazın fiziki-coğrafi şəraiti əsaslı 

dəyişilmələrə məruz qalmışdır. Bitki və heyvanlar aləmi kəskin dəyişilmişdir. Kür 

çökəkliyi  və  Kolxida  düzənliyindən  aşkar  edilmiş  bitki  növləri  tərkibindən  

tərkibində tozağacı və iynəyarpaqlıların faizi yüksəlmişdir.

 

Behruz Melikov



Behruz Melikov


Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə