Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
1   2   3   4   5   6   7

PL OSEN N LANDŞAFTLARININ TƏKAMÜLÜ 

 

Miosendən Pliosenə keçid ərəfəsində paleocoğrafi şərait çox ciddi dəyişikliyə 

uğrayır. Bütün Cənubi Qafqaz regionu Qonşu Qara dəniz və Xəzər dənizi sahələri 

də daxil olmaqla tektonik qalxmaya cəlb olunur. Pont əsrində geniş əraziləri tutan 

Qara dəniz və Xəzər dənizi bu zaman ən fəlakətli vəziyyətə düşür. Belə ki, Böyük 

və  Kiçik  Qafqazın  dağlıq  əraziləri  ilə  yanaşı,  onları  bitişik  olan  alçaq  dağlıq  və 

dağətəyi  düzənliklərin  kənar  hissələri  ümumi  qalxmada  iştirak  edərək  dəniz 

altından çıxır. Qara dəniz, Xəzər dənizləri Pont əsrində olduğu kimi, səviyyələrinin 

kəskin aşağı düşməsilə səciyyələnir. Nəinki Xəzər dənizi ilə Qara dəniz arasındakı 

ə

laqə,  həmçinin  Qara  dənizlə  Aralıq  dənizləri  arasındakı  əlaqə  kəsilir.  Bütün 



bunların  səbəbi  Xəzər  və  Qara  dənizlərinin  suyunun  Aralıq  dənizi  çökəkliyinə 

boşalması  olmuşdur.  Xəzər  və  Qara  dənizlərinin  səviyyəsinin  aşağı  düşməsi 

Cənubi  Qafqazda  quru  sahələrin  daha  da  genişlənməsinə  səbəb  olur.  Bütün  Kür 

çökəkliyi, Pion düzənliyi quru sahələrə çevrilir. Böyük Qafqazın yüksəkliyi 2400-

2500  m-ə  çatır.  Böyük  və  Kiçik  Qafqazın  birləşdiprən  Lix  silsiləsi  alçaq  dağlıq 

hüduduna (800 m) çatır. Talış dağlarının yüksəkliyi 1200-1400 m-ə çatır. 

Kiçik  Qafqazın  yüksəkliyi  2200-2400  m-ə  yaxınlaşır.  Dağlıq  ərazilərin 

intensiv  qalxması  ərazilərin  relyefinin  intensiv  parçalanmasına  səbəb  olur. 

Uzununa  çay  dərələri  tamamilə  öz  fəaliyyətlərini  dayandırır.  Əksər  eninə  çay 

dərələri öz hövzələrini genişləndirir. 

Kür  çökəkliyində  geniş  allüvial-prolüvial  düzənlik  formalaşır.  Bu  dövrdə 

Böyük  və  Kiçik  dağarası  Kür  çökəkliyində  ümumiqafqaz  istiqamətində  axan  Kür 

çayı kifayət qədər formalaşır. 

Bitki örtüyünün tərkibinə əsasən (dəfnə, evkalipt, həmişəyaşıl palıd, sakvoya, 

darçın  ağacı,  radodendron,  podakarp,  palma,  qovotu  və  s.)  göstərmək  olar  ki, 

Pliosendə  Cənubi  Qafqazda  Xəzər  və  Qara  dənizin  səviyyəsinin  kəskin  aşağı 

düşməsinə  baxmayaraq  illik  yağıntılar  600-800  mm-ə  qədər  olmuşdur.  Orta  iyul 

temperatur 25-27

o

C, orta yanvar temperatur 7-11



o

C, orta illik temperatur 15-19

o



olmasını  güman  etmək  olar.  Təqdim  olunmuş  rəqəmlərdən  göründüyü  kimi,  orta 



Behruz Melikov

Behruz Melikov




iyul  temperatur  müasir  temperatur  şəraitinə  çox  yaxındır.  Lakin  orta  yanvar 

temperaturu kəskin fərqlidir. 

Pliosendə  yayılmış  həmişəyaşıl  bitkilərin  müasir  analoqu  Afrikanın, 

Avstraliyanın,  Cənubi  Amerikanın  tropik  və  rütubətli  subtropik  zonalarında 

yayılmasını  nəzərə  alaraq  qeyd  edə  bilərik  ki,  Pont  əsrinin  sonu,  Pliosen  əsrinin 

ə

vvəlində  Cənubi  Qafqazın  düzənlik  və  alçaq  dağlıq  bölgələrində  tropik  iqlim 



şə

raitinə yaxın iqlim şəraiti hakim olmuşdur. 

Bitki  örtüyü  tərkibində  fısdıq,  vələs,  ağcaqayın,  palıd,  ağ  qovaq  kimi 

yarpaqtökən  ağac  növlərinin  üstünlük  təşkil  etməsi  Pliosendə  yüksəklik 

zonallığının kifayət qədər formalaşmasını sübut edir. Bu onu göstərir ki, artıq orta 

dağlıq qurşaq və hətta yüksək dağlıq qurşağın aşağı hissəsi formalaşmışdır. Fısdıq, 

vələs,  ağcaqayın,  palıd  ağacları  alçaq  və  orta  dağlıq  qurşaqların  meşə  örtüyünü 

təşkil etmişdir. 

Bitki  örtüyü  tərkibində  iynəyarpaqlıların  iştirak  etməsi  meşənin  yuxarı 

sərhəddində həmin bitkilərin yayılmasını sübut edir. 

Pliosendə  meşə  örtüyünün  geniş  yayılması  bu  əsrdə  Cənubi  Qafqazda  qonur 

meşə torpaqlarının üstünlük təşkil etməsi fikrini söyləməyə əsas verir. 

Pliosen  çöküntülərindən  aşkar  edilmiş  fil,  gərgədan,  zürafə,  dəvəquşu 

sümükləri həmin heyvan növlərinin geniş yayılmasını göstərir. 

 

Behruz Melikov



Behruz Melikov


OL QOSEN-M OSEN DÖVRÜNDƏ LANDŞAFT- QL M ŞƏRA T  

 

Müasir təbii şəraitin ilk əlamətləri Oliqosen dövründə (37-25 milyon il əvvəl) 

meydana gəlmişdir. Bu dövrdə müasir relyefin ən iri vahidləri olan Böyük və Kiçik 

Qafqaz  dağ  sistemlərinin  bünövrəsi  yaranır,  çay  şəbəkəsinin  və  şaquli  landşaft 

zonallığının əsası qoyulur və müasir bitki örtüyünün bir çox nümayəndələri əmələ 

gəlir.  Bununla  belə,  o  dövrdəki  təbii  şərait  müasir  dövrdəkindən  çox  fərqli 

olmuşdur.  Əvvəla,  Azərbaycan  ərazisinin  çox  hissəsi  –  bütün  Kür  depressiyası, 

Ş

amaxı-  Qobustan  əyaləti,  Abşeron  yarımadası,  Qusar-  Dəvəçi  maili  düzənliyi, 



Talış  dağlarının  mərkəzi  və  şimal  hissələri,  Aşağı  və  Orta  Araz  çökəklikləri  hələ 

dəniz suları altında qalırdı. 

Böyük və Kiçik Qafqaz quruları əsasən uzununa çay dərələri ilə parçalanmış 

alçaq  dağlar  və  təpələrlə  mürəkkəbləşmiş  düzənlikləri  xatırladır.  Kür-  Araz 

ovalığının  mərkəzində,  Talışda,  Zəngəzur  silsiləsinin  yerində  mövcud  olan  quru 

sahələri də  əsasən düzənlik  relyefə  malik idilər.  Oliqosen  çöküntülərində tapılmış 

zəngin bitki qalıqları mövcud quru sahələrin həmişəyaşıl ağacların üstünlük təşkil 

etdiyi  meşələrlə  örtülü  olduğunu  sübut  edir.  Oliqosen  florasının  tərkibində  əsas 

yeri  müxtəlif  həmişəyaşıl  palıd  növləri,  dəfnə,  darçın  ağacı,  qovotu,  persiya, 

müxək  ağacı,  sabun  ağacı,  evkalipt,  fikus,  palma,  sabal,  berxemiya,  sekvoya, 

bataqlıq  sərvi,  sərv  ağacı,  şam,  podokarp  və  libosedrus  ağacları  tuturdu.  Bu 

floranın tərkibi onun şaquli zonallıq üzrə paylandığını söyləməyə əsas verir. 

Relyefin  nisbətən  hündür  sahələrinin  əsasən  iynəyarpaqlı  meşələr,  alçaq  dağ 

yamaclarını  və  düzənlikləri  isə  enliyarpaqlı  meşələr  tutmuşdur.  Hazırda  belə 

tərkibdə  meşələr  Şimali  Amerikanın  və  Cənub-Şərqi  Asiyadakı  subtropik 

qurşaqlarda  müşahidə  olunur.  Bu  da  Oliqosen  dövründə  Azərbaycanın  bütün 

ə

razisində  subtropik  iqlim  şəraitinin  hakim  olduğunu  söyləməyə  əsas  verir.  Bunu 



Oliqosen  dövrünün  paleoiqlim  göstəriciləri  də  təsdiq  edir.  Flora  tərkibinə  əsasən 

müəyyənləşdirilmiş  paleoiqlim  göstəriciləri  bu  dövrdə  Azərbaycan  ərazisində  ən 

isti  ayın  (avqust)  temperaturunun  23-28

o

C,  ən  soyuq  ayın  (yanvarın) 



temperaturunun  10-12

o

C,  orta  illik  temperaturunun  16-20



o

C  və  yağıntının 

Behruz Melikov

Behruz Melikov




Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə