Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
1   2   3   4   5   6   7

miqdarının  1000-1500  mm  olduğunu  göstərir.  Oliqosen  dövründə  yaranmış  bu 

təbii  şərait  demək  olar  ki,  üst  miosenin,  daha  dəqiq  desək,  sarmat  əsrinin 



ortalarınadək (12 milyon il bundan əvvələdək) əsaslı dəyişikliyə uğramır. 

Erkən  və  Orta  Miosen  dövrlərində  (26-13  milyon  il  əvvəl)  yalnız  dəniz 

sahəsinin  qismən  azalması,  qurunun  genişlənməsi  və  iqlimin  müəyyən  qədər 

quraqlaşmağa  doğru dəyişməsi  müşahidə olunur. Miosenin  orta  hissəsində  (12-11 

milyon  il  əvvəl)  bütün  Qafqazda  tektonik  qalxmanın  güclənməsi  nəticəsində 

mövcud qurunun sahəsi xeyli genişlənir, yeni quru sahələri əmələ gəlir və ümumi 

paleocoğrafi  şərait  əsaslı  dərəcədə  genişlənir.  Zaqafqaziya  dağarası  depressiyanın 

mərkəzində  Kiçik  və  Böyük  Qafqaz  dağların  birləşdirən  Suram  silsiləsinin 

bünövrəsi  əmələ  gəlir.  Bunun  nəticəsində  Xəzər  dənizi  ilə  Qara  dəniz  arasındakı 

ə

laqə  həmişəlik  kəsilir.  Suram  qalxmasından  qərbdə  Rion  körfəzi,  şərqdə  isə  Kür 



körfəzi  əmələ  gəlir.  Meotis  əsrinin  sonuna  yaxın  quru  ərazilərin  sərhədləri 

genişlənir,  Böyük  və  Kiçik  Qafqaz,  Talış,  Zəngəzur  dağlıq  əraziləri  genişlənmiş 

olsa  da,  Azərbaycan  ərazisinin  çox  hissəsi,  o  cümlədən  Qanıx-Əyriçay  vadisi, 

bütün  Kür  çökəkliyi,  Qusar-  Dəvəçi  maili  düzənliyi,  Abşeron  yarımadası  dəniz 

altında olmuşdur. Eyni zamanda Şamaxı-Qobustan, Talış dağlarının şimal hissəsi, 

Naxçıvan  çökəkliyi  hələ  də  dəniz  suları  altında  qalırdı.  Böyük və  Kiçik  Qafqazın 

şə

rqində  alçaqdağlıq  şəraiti  hökm  sürməkdə  idi.  Bu  dövrün  çöküntülərindən 



tapılmış bitki və heyvan qalıqları quru sahələrin zəngin flora və heyvanat aləminə 

malik olduğunu göstərir. Bitki qalıqları tərkibində ağac bitkilərinin üstünlük təşkil 

etməsini (60-70%), meşələrin daha geniş ərazi tutmasını göstərir. Ağac bitkilərinin 

50-60%-i  tropik  və  subtropik  iqlim  şəraitinə  məxsus  olan  həmişəyaşıl  ağac 

növlərindən ibarətdir. Bunların içərisində Azərbaycanın və bütün Qafqazın müasir 

florasına  yad  olan  ağac  növləri  üstünlük  təşkil  edir.  Bunlardan  palma,  müxtəlif 

dəfnə, darçın, maqnoliya, qovotu və s. ağac növlərini göstərmək olar. Yarpaqtökən 

ağac növlərindən palıd, fısdıq, ağcaqayın, qarağac, vələs, yalanqoz, şabalıd, qovaq, 

xurma, pododendron üstünlük təşkil edir. 

Zəngin  bitki  qalıqlarının  ekoloji  təhlili  Miotis  əsrində  aşağıdakeı  hakim 

landşaft  qurşaqlarının  və  ya  tiplərinin  mövcud  odduğunu  göstərir:  enliyarpaqlı 

Behruz Melikov

Behruz Melikov



həmişəyaşıl  ağaclarla  zəngin  meşələr,  Tuqay  meşələri,  qismət  ərazilərdə  isə  ot 

örtüyündən  ibarət  olan  çöl  landşaftları  mövcud  olmuşdur.  ynəyarpaqlı  meşə 

landşaftları Böyük və Kiçik Qafqazın yuxarı hissələrini əhatə etmişdir. 

 

Behruz Melikov



Behruz Melikov


SON PLEYSTOSENDƏ CƏNUB  QAFQAZIN LANDŞATLARININ 

TƏKAMÜLÜ. 

 

Orta  Pleystosenin  ikinci  yarısında  mövcud  olmuş  kəskin  soyuq  iqlim  şəraiti 

(Böyük  və  Kiçik  Qafqazın  yüksək  dağlıq  ərazilərində  buzlaşma  Son  Pleystosenin 

ə

vvəlində (70 min ildən 12 min ilə qədər) növbəti qlobal istiləşmələrlə əvəz olunur. 



Bu istiləşmə nəticəsində dağlıq ərazilərin və  qitə buzlaqları əriyir, Xəzər dənizinə 

gətirilən  (çaylar  vasitəsilə)  suyun  miqdarı  dəfələrlə  artır  və  nəticədə  Xəzər 

dənizinin  səviyyəsi  yenidən  qalxır.  Kür  çökəkliyində  Xəzər  dənizinin  qərb 

sərhəddi  Yevlax  şəhərinin  qərbinə  qədər  davam  edərək,  Kür  çökəkliyinin 

mərkəzini  örtür.  Xəzər  dənizinin  sahilində  geniş  allüvial,  allüvial-prolüvial  maili 

düzənlik formalaşır. Xəzər dənizinin şimal sərhəddi də xeyli genişlənərək, Kuma-

Manıç çökəkliyi vasitəsilə Azov dənizi ilə əlaqə yaranır. 

Cənubi  Qafqazın  belə  istiləşməsi  ərazinin  torpaq  və  bitki  örtüyünün  köklü 

dəyişməsinə  səbəb  olur.  Kür  çökəkliyinin  düzənlik  ərazilərində  orta  iyul 

temperatur  23-25

0

C,  orta  yanvar  temperatur  +3+5



0

C  təşkil  edir.  Lakin  Kolxida 

düzənliyində orta yanvar temperatur +5+6

0

C-yə qədər çatır. 



Son  Pleystosendə  Xəzər  dənizi  ərazisinin  genişlənməsi,  Xəzərir  Böyük  və 

Qafqazın  ətəklərinə  yaxınlaşması,  kandinsasiya  şəraitinin  əlverişli  olmasına  və  

yağıntıların artmasına səbəb olmuşdur. Bu zaman Kür çökəkliyinin ərazisində illik 

yağıntıların  miqdarı  1200  mm-ə,  Kolxida  düzənliyində  isə  1500-2000  mm-ə 

çatmışdır.  qlimin  və  yağıntıların  yüksəlməsi  Son  Xəzər  əsrində  bitki  örtüyünün 

ə

razisinin genişlənməsi və tərkibinin müxtəlifliyinə səbəb olmuşdur. Belə ki, Orta 



Pleystosen  buzlaşması  zamanı  meşənin  yuxarı  sərhəddi  1200  m  yüksəkliyə  qədər 

düşmüşdürsə,  Son  Xəzər  istiləşməsi  zamanı  bu  sərhəd-2200  m  yüksəkliyə  qədər 

qalxmışdır  və  həm  də,  növ  və  tərkibcə  kəskin  dəyişmişdir.  Bitki  örtüyünün 

tərkibində enliyarpaqlı ağac növləri (fıstıq, vələs, palıd, ağacqayın ağaclarının faizi 

yüksəlmişdir.  Dağətəyi  və  alçaq  dağlıqda  göstərilən  meşə  örtyü  tərkibində  qoz, 

ş

abalıd,  tək-tək  dəmirağacı,  zoğal  ağacları  da  iştirak  etmişdir.  Böyük  və  Kiçik 



Qafqazın 800 m-dən yuxarıda bu növ ağaclar fısdıq, vələs, cökə, palıd ağacları ilə 

Behruz Melikov

Behruz Melikov



ə

vəz edilmişdir. Orta Pleystosenin sonunda mövcud olmuş buzlaşma zamanı geniş 

yayılmış  iynəyarpaqlılar,  qütb  söyüdü,  tozağacları  və  hətta  cırtdan  tozağacı  Son 

Xəzər əsrində tamamilə sıradan çıxır. Tək-tək tozcuqlar şəkilində iynəyarpaqlılara 

(eldar şamı, küknar, ardıc) təsadüf edilir. Son Pleystosenin ortalarında (Xvalın əsri) 

Cənubi  Qafqazın  (Zaqafqaziyada)  ərazisində  başlanan  növbəti  soyuqlaşma  əsrin 

ortasında  kəskin  soyuqlaşma  ilə  əvəz  olunur  və  Cənubi  Qafqazın  dağlıq 

ə

razilərində  sonuncu  Xvalın  (Vürm  buzlaşması)  buzlaşması  baş  verir.  Bu  zaman 



(40  min  il  əvvəl)  Xəzər  dənizində  növbəti  reqressiya  baş  verir,  Xəzər  dənizinin 

səviyyəsi  indikinə  nisbətən  40  m  aşağı  düşür.  Cənubi  Qafqazda  Xəzər  dənizi 

nəinki  Kür  çökəkliyini tərk  edir,  hətta  indiki  səviyyəsindəndə aşağı düşür.  Böyük 

və Kiçik Qafqazın əksər çayları Kür və Araz çaylarının qollarına çevrilir. 

Kompleks  tədqiqatlar  göstərir  ki,    bütün  Pleystosen  tarixində  Xvalın 

buzlaşması ən qısa və ən soyuq və həm də quru iqlim şəraiti ilə səciyyələnmişdir. 

Buna görə də Zaqafqaziyanın dağlıq ərazilərinin yüksəklik zonallığı tamamilə 

dəyişilməyə  məruz  qalır.  Meşə  örtüyününü  yuxarı  sərhəddi  yenidən  və  sonuncu 

dəfə ən aşağı səviyyəyə enir (1000-1200m). 1200m-dən 2000 m yüksəkliyə qədər 

Subalp  və  alp  çəmənliyi  qurşağı,  2000  m-dən  yuxarıda  isə  nival-buzlaq  landşaftı 

foarmalaşır. 

 1200  m-dən  aşağıda  iynəyarpaqlılarla  tozağacının  qarışığından  ibarət  meşə 

örtüyü,  dağətəyi  və  düzənlik  ərazilərdə  isə  enliyarpaqlı  ağac  növləri  ilə  tuqay 

meşələrinin qarışığından ibarət meşə landşaftı formalaşmışdır. Yağıntıların kəskin 

aşağı düşməsi ilə əlaqədar olaraq Kür-Araz ovalığı ərazisində ayrı-ayrı bölgələrdə 

tuqay və seyrək meşələrlə yanaşı yarımsəhra və çöl landşaftları da formalaşmışdır. 

Bütün bu kəskin soyuq iqlim şəraitinin hakim olmasına baxmayaraq, Kolxida 

və  Lənkəran  düzənliklərində  həmişəyaşıl  və  relikt  bitkilər  mühafizə  olunaraq  bu 

günümüzə  qədər  saxlanılmışdır.  Lakin,  buzlaşmalar  zamanı  onların  yayılma 

arealları daralmaya məruz qalmışdır. 

 

Behruz Melikov



Behruz Melikov


PONT ƏSR NDƏ ZAQAFQAZ YANIN LANDŞAFTLARININ 

TƏKAMÜLÜ (7-5,4 MLN  L) 

 

Bu  dövrə  aid  çöküntülərin  tərkibindən  aşkar  edilmiş  bitki  və  fauna  qalıqları 

göstərir  ki,  Zaqafqaziyanın  quru  sahələri  daha  da  intensiv  genişlənir.  Dağlıq 

ə

razilərin,  xüsusilə  Böyük  və  Kiçik  Qafqazın  yüksəkliyi  alçaq  və  qismən  orta 



dağlıq əraziləri səviyyəsinə çatır.  lk dəfə olaraq Lix silsiləsi dəniz altından çıxaraq 

quru sahəyə  çevrilir və nəticədə bu  bölgədə  Qara dənizlə  Xəzər  dənizi arasındakı 

ə

laqə həmişəlik itirilir. Kür çökəkliyində Xəzər körfəzi və Rion çökəkliyində şərqi 



Qara dəniz körfəzi formalaşır. Böyük Qafqazın, Şamaxı, Mərəzə zonası, şimal-şərq 

yamacda Qusar maili düzənliyi dəniz altından azad olur. Kiçik Qafqazın ərazisində 

Orta  Araz  çökəkliyi,  Talış  dağları  bütövlüklə  dəniz  altından  çıxaraq  maili 

düzənliyə və alçaq dağlığa çevrilir. 

Böyük  Qafqazın  şimal-qərb  ərazisinin  çox  hissəsi  qalxaraq,  quru  sahələrə 

çevrilir. 

Ə

raziyinin quru sahəsinin belə genişlənməsi ümumiqafqaz istiqamətdə uzanan 



çay şəbəkəsi tədricən öz əhəmiyyətini itirir. Eninə çay dərə şəbəkəsi daha intensiv 

formalaşır və dərininə kəsimlər daha da dərinləşir. 

Kiçik  Qafqazın  ərazisində  vulkanizm  prosesləri  intensivləşir,  Qarabağ, 

Ş

ahdağ ərazilərində  vulkan konusları, vulkan kraterləri, vulkanik yayla yomalaşır. 



Böyük  və  Kiçik  Qafqazın  ərazisinin  intensiv  qalxması  aşınma  proseslərinin 

ş

iddətlənməsinə  və  Kür  çökəkliyinə  gətirilən  qırıntı  materiallarının  çoxalmasına 



səbəb  olur.  Bunu  Kür  çökəkliyində  toplanmış  materialların  tərkibində  iri  ölçülü 

materialların üstünlük təşkil etməsi sübüt edir. 

Pont çöküntüləri tərkibinin bitki örtüyü də həmin əsrdəki  fiziki-coğrafi şəraiti 

kifayət qədər aydın əks etdirir. Şamaxı rayonunun pont çöküntülərindən toplanmış 

bitki  qalıqlarının  70%-dən  çoxunu  ağac  bitkiləri  təşkil  edir  ki,  bu  da  meşələrin 

daha geniş ərazi tutuduğunu göstərir. Digər tərəfdən tapılmış ağac bitkilərinin 30-

40%-i  hazırda  Cənub-Şərqi  Asiyanın,  Mərkəzi  Amerikanın,  Avstraliyanın  tropik 

və  subtropik  qurşaqlarında  geniş  yayılmış  həmişəyaşıl    bitkilər  (palma,  kino, 

Behruz Melikov

Behruz Melikov




qovotu),  maqnoliya,  dəfnə,  darçın  ağacı,  podakarp,  tsuqa,  sekvoya)  təşkil  edir. 

Oxşar  tərkibə  malik  zəngin  bitki  qalıqları  həmçinin  Qərbi  Gürcüstanın  pont 

çöküntülərində  müəyyən  edilmişdir.  Pont  çöküntülərindən  toplanmış  bu  bitki 

qalıqlarına  əsasən  paleoiqlimin  bərpası  Zaqafqaziyanın  o  cümlədən  Azərbaycanın 

dağətəyi  və  düzənlik  sahələrində  yanvar  ayının  temperpaturun  +12-14

0

C,  iyul 



ayının  temperaturu  25-37

0

C,  orta  illik  temperaturun  15-20



0

C,  yağıntıların 

miqdarının isə 800-900 mm-dən çox olduğunu söyləməyə əsas verir. 

qlim şəraiti və bitki örtüyünün tərkibi ilə yanaşı, pont əsrində mövcud olmuş 

relyefi  də  nəzərə  alsaq  deyə  bilərik  ki,  Azərbaycan  ərazisində  bu  əsrdə  mövcud 

olmuş  qurunun  çox  hissəsi  meşə  altında  olmuşdur.  Böyük  və  Kiçik  Qafqazın, 

Talışın  və  Naxçıvan  ərazisinin  nisbətən  yüksək  dağlıq  sahələrində  iynəyarpaqlı 

meşələr, alçaq dağlıq sahələri daxilində həmişəyaşıl bitkilər iştirak eden və əsasən 

vələs, fısdıq, palıd ağacqayın qoz, qarağac, söyüd və s. bitkilərdən ibarət meşələr, 

Kür  dağarası  çökəkliyinin  bütün  quru  ərazisində  isə  savanna  tipli  meşə-çöl 

landşaftı hakim olmuşdur. Güman etmək olar ki, Naxçıvanın Araz boyu zonasında 

tuqay  və  düzənlik  tipli  meşələr,  ətraf  düzənliklərdə  isə  quru  çöl  landşaftları 

mövcud olmuşdur. 

Pont  çöküntüləri  tərkibindən  (Udabno  və  Taribani  ərazisindən)  toplanmış 

heyvan  qalıqları,  bu  əsrdə  Zaqafqaziyanın  ərazisi  haqqında  bitki  örtüyünün 

məlumatlarını  bir  daha  təsdiq  edir.  Udabna  və  Taribanidən  pont  çöküntülərindən 

tapılmış cənub filinin, zürafənin, gərgədanın qalıqları sübut edir ki, Zaqafqaziyanın 

düzənlik və dağətəyi zonalıqlarında savanna landşaftları hakim olmuşdur. 

 

Behruz Melikov



Behruz Melikov


PL OSENDƏ ZAQAFQAZ YANIN LANDŞAFT  QL M ŞƏRA T . 

 

Miosendən  Pliosenə  keçid  ərəfəsində  paleocoğrafi  şəraiti  ciddi  dəyişikliyə 

uğrayır.  Bütün  Zaqafqaziya  regionu,  qonşu  Qara  və  Xəzər  dənizləri  sahilləri  də 

daxil olmaqla tektonik qalxmaya cəlb olunur. Orta Asiyanı, Şərqi Rus düzənliyini 

və  Azərbaycanın  Xəzər  dənizi  ətrafı  əyalətlərini  əhatə  edən  geniş  Pont  dənizi  bu 

zaman  böhran vəziyyəti  keçirən, qurumaqda  olan  Aralıq  dənizi  çuxuruna boşalır. 

Bunu  son  illərdə  Aralıq  dənizinin  şərq  hissəsindən  aşkar  edilmiş  tərkibində  Pont 

dənizi  faunası  saxlayan  çöküntü  qatı,  təsdiq  edir.  Bu  proses  Xəzər  dənizinin 

sahəsinin  kəsgin  keçilməsi,  Qara  və  Aralıq  dənizləri  ilə  əlaqəsinin  tam  kəsilməsi 

ilə nəticələnmişdir. 

Erkən Pliosen əsrində (5,4-4,5 mln il) Xəzər dənizi böyük böhran vəziyyətinə 

düşür.  Əsrin  başlanğıcında  dənizin  Abşeron  bəzrəğindən  şimalda  qalan  bütün 

ə

razisi  quruya  çevrilir.  Dəniz  suları  yalnız  Cənub  Xəzər,  çökəkliyində  saxlanılır. 



Aşağı  Volqa  boyunda,  Şimalı  və  Orta  Xəzərdə  cavan  dəniz  çöküntüləri  altında 

basdırılmış çay dərələrinin dərinliyi bu əsrdə Xəzər dənizi səviyyəsinin indikindən 

500-600  m  aşağı  olduğunu  sübut  edir.  Dəniz  səviyyəsinin  belə  kəskin  aşağı 

düşməsi,  eyni  zamanda  quru  sahələrində  tektonik  qalxmanın  sürətlənməsi,  dağlıq 

ə

razilərin  genişlənməsi  və  yüksəkliyinin  artması,  aşınma  və  dərininə  eroziya 



prosesinin şiddətlənməsinə səbəb olur. Çay şəbəkəsi sürətlə inkişaf edir və relyefin 

parçalanma  dərəcəsi  artır.  Kür  və  Araz  çayları  bu  əsrdə  Cənub  Xəzər  hövzəsinə 

müstəqil tökülüblər. Bütün Kür çökəkliyi, Qanıx-Əyriçay vadisi də  daxil olmaqla 

və Şamaxı-Qobustan əyaləti geniş çay şəbəkəsinə malik düzənlikləri xatırladırdır. 

Böyük  Qafqaz  suayrıcı  zonası,  Kiçik  Qafqazın  Şahdağ,  Murovdağ,  Qarabağ 

silsilələri,  Zəngəzur  silsiləsi  ortadağlıq  hüduduna  qədər  yüksəlir.  Talış  dağları 

sahəsində hələ alçaqdağlıq hökm sürür. 

Bu  dövrün  çöküntülərində  quru  heyvanlarının  və    bitkilərinin  qalıqları 

müəyyən  olunmadığından  onun  landaşftı  haqqında  inandırıcı  fikir  söyləmək 

çətirdir.  Lakin  Qərbi  Azərbaycanda  (Ceyrançöldə)  və  Acınohur  öndağlığında 

Erkən  Pliosen  əsrindən  sonra  gələn  Üst  Pliosen və  Eopleystosen  çöküntülərindən 

Behruz Melikov

Behruz Melikov



tapılmış Savanna heyvanlarının (fil, gərgədan, dəvəquşu, vəhşi öküz, vəhşi at və 

s.) və həmişəyaşıl bitkilərin (dəfnə, maqnoliya, sinnamomum, darçın ağacı, qavotu, 

evkalipt,  sidrağacı,  dəfnə-albalı,tsuqa,  tuya,  sekvoya  və  s.)  qalıqları  Kür 

çökəkliyinin    geniş  qərb  hissəsində,  Böyük  və  Kiçik  Qafqazın,  Talışın  öndağlıq 

zonalarında savanna tipli meşə-çöl landşaftlarının mövcud olması fikrini söyləmək 

olar. 


Dağların  yuxarı  hissələrində  iynəyarpaqlı,  yamaclarında  isə  yarpaqtökən  

ağaclardan ibarət meşə landşaftları formalaşmışdır. 

Erkən Pliosenin ikinci yarısında (4,5-3,2 mln il) Zaqafqaziyanın paleocoğrafi 

şə

raiti xeyli dəyişir. Xəzər dənizi öz sərhədlərini genişləndirməyə başlayır və əsrin 



sonunda Orta və Şimal Xəzərin, Qusar-Dəvəçi çökəkliyinin çox hissəsini Abşeron 

yarmadasını,  Cənub-Şərqi  Qobustanı,  Ələt  və  Ləngəbir  tirələri  su  ilə  örtülür, 

Göyçayadək geniş körfəz əmələ gəlir. 

Dənizin sahəsinin genişlənməsi ona tökülən çayların boğulmasına və dərinlik 

eroziyasının  zəifləməsinə  səbəb  olmaqla  yanaşı,  iqlim  dəyişilmələrinə  və 

yağıntıların çoxalmasına səbəb olur. Erkən Pliosen ikinci yarısında qlobal istiləşmə 

baş  verir.  Pliosen  dövrünün  qlobal  xarakter  daşıyan  iqlim  ontimumu  bu  zaman 

yaranır. 



 

Behruz Melikov



Behruz Melikov

Document Outline

  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2
  • Microsoft Word - Document2

Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə