9
ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və
Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı.
Həmin
kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.
Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları
- Georqsfeld
(indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsə
nsu
kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri),
Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yaranmışdır.
XIX əsrin sonu
-
XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti
protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857
-
ci ildə məhz
Helenendorfda (Xanlar ərazisində) tikil
m9
şdir.
Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir
ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verilmişdir.
Almanların Azərbaycana yerləşdirilməsindən sonra
-
əlli il ərzində Gəncə ətrafında
iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman
ailələrinin sayı 3400
-
ü ötdü.
Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb
bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər
baş verdi. Onların məskunlaşmasından sonra qərb bölgəsində yaşayan yerli
azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər
tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi
məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də
almanların gəlişindən sonraya təsadüf edir.
Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye üsulu ilə pendir
və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ
-pendir zavodu
Ziqanter adlı alman tərəfindən Yelenendorfda (Şəmkirdə) tikil
mi
şdir.
Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik
dəmir yolunun,
indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları
olublar.
Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens
qardaşları qoymuşdur.
Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da
onlar qoyublar.
Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları isə Bakıda
-
Balaxanıda,
Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxaran firmalardan
ol
muşdur. Rəfibəyov qardaşları almanlara zamin durmuşlar.
Azərbaycandakı alman kaloniyaları azərbaycanlılarla çox mehriban və səmimi
yaşayıblar. Bir hadisəni qeyd etmək yerinə düşər: 1914
-
cü ildə
-
I Dünya müharibəsi
başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan
almanların Sibirə köçürülməsini əmr edib. Bu zaman yalnız Gəncə quberniyasındakı
almanlar köçürülmmişdir.
O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları
Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə
imkan verməyiblər. 1918
-
ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların
sayı 6 min nəfərə yaxın
idi.
O zaman onların əsas peşəsi əkinçilik və şərabçılıq idi.
Məlumatlara görə, həmin dövrdə helenendorflu Forer və Hummel qardaşlarının istehsal
etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi.
Alman
uşaqları idmanla məşğul olurdular.
10
Azərbaycan Demokratik Respublikası dövründə (1918
-1920-
c illər) almanlar ilk
koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd etmişlər.
1941-ci ilin senty
abrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20
mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və
Qazaxıstana sürgün ediliblər. Onların abad evlərinin çoxuna Mikoyanın havadarlığı ilə isə
ermənilər yerləşdir
il
mişdir.
Tarixdən də məlumdur ki, 1941
-
ci ildə almanları Xanlardan
sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün
olunduqdan sonra azərbaycanlılar onların evlərində yaşamağı özlərinə sığışdırmayıblar.
Ermənilər isə bütün
evləri zəbt ediblər. Ölkəmizdə alman arxitektorlarin layihələri
əsasında inşa olunan tikililər çoxdur. Xanlar, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında
xeyli yaşayış məntəqəsi onlar tərəfindən salınmışdır.
A
lman kirxası (alman kilsəsi)
II Dünya Müharibəsində ruslara əsir düşən almanların
bir hissəsi Azərbaycana gətirilərək tikinti sahəsində işlədilib. Dövlət İncəsənət Muzeyi,
Hökumət Evi, Səhiyyə Nazirliyinin binası məhz almanlar tərəfindən tikilib. 1940
-
cı ildə
Mingəçevir Su Elektrik Stansiyasının əsası qoyulub. 1941
-
ci ildə stansiyanın tikintisinə 10
minə yaxın alman hərbi əsir cəlb edilib. Gəncədəki məşhur alman kilsəsi XIX əsrdə tikilib.
Tikintidə əsasən tuf daşından istifadə edilib. 1915
-
ci ildə almanlar Gəncə şəhərindən
köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilib. Hazırda burada Gəncə Dövlət
Kukla Teatrı fəaliyyət göstərir. Məlumatlara görə, Almaniyadan Azərbaycana gətirilmiş
əsirlərin ölkəmizdə dəfn olunduğu beş qəbiristanlıq vadır
.
Erməni millətçiləri almanlara da dağ çəkmişlər.
Erməni millətçilərinin uzun illər
azəri türklərinə qarşı apardığı terror və soyqırımı siyasətindən Azərbaycanda yaşayan
almanlar da zərər çəkiblər. 1905
-
ci ildən 1907
-
ci ilin avqustunadək «Daşnaksütyun»
partiyasının Gəncədə yerli təşkilatının rəhbəri Koryun partiya silahdaşları Arutyunov
qardaşları ilə birlikdə Helenendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac
verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə
30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib.
Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına
«antisovetçi» damğası vuraraq
onların bir hissəsinin güllələnməsinə nail olublar.
Xanlar rayonunda
yaşamış və 2007
-
ci il martın 29
-
da vəfat etmiş sonuncu alman
V
iktor Klayn sovetləşmədən sonra «antisovetçi» damğası vurularaq güllələnməyə
məhkum edilənlərin qətlinin canlı şahidlərindən olub. Yeri gəlmişkən, Almaniyanın
Azərbaycandakı səfirliyi Viktor Klaynın Xanlardakı evini muzeyə çevirib. Qeyd etdiymiz
kimi, Azərbaycan almanlarının inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda yerləşir.
Bakıda
-
28 may küçəsində yerləşən alman kilsəsi
-kirxa onlardan biridir.
Azərbaycanda
yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir
və söhbət aparırlar. Kirxanın yanında daha bir bina var. Kapelhauz adlanan bu bina
Alman mədəniyyət mərkəzidir. Bu bina Almaniya hökuməti tərəfindən 99 illiyə icarəyə
götürülüb.. Hazırda Azərbaycanda çox az alman yaşayır. Onların böyük əksəriyyəti
yaşlıdır
və demək olar ki, alman dilini bilmirlər.
A
zərbaycan
.- 2011.- 21 mart