Çərşənbə axşamı 15 mart: Paris Bistro



Yüklə 20,43 Kb.
tarix08.11.2018
ölçüsü20,43 Kb.
#79503

Fransız Dadı - « Goût de France/Good France »

Bakı bu il də « Goût de France/Good France » tədbirini bayram edəcək və yenidən fransız qastronomiyası paytaxtlarından biri olacaq. Beləliklə, paytaxtın üç nüfuzlu restoranı yaradıcı, təəccübləndirici və cəsarətli qastronomiya menyuları tərtib edib.

Çərşənbə axşamı 15 mart: Paris Bistro

Çərşənbə 16 mart: Hyatt Regency

Cümə axşamı 17 mart: JW Marriott

Lakin qastronomiya həm də sadə və yerli məhsullarla düzgün qidalanmaq bacarığıdır.



Düzgün qidalanmanın və zövqün əhəmiyyətini təşviq etmək məqsədi ilə, fransız aşpaz Tibo Bera 14 mart tarixində 132/134 nömrəli məktəbin şagirdləri ilə və onlar üçün günorta yeməyi hazırlayacaq.

LORAN FABİUSUN REDAKSİYA MƏQALƏSİ

XARİCİ İŞLƏR VƏ BEYNƏLXALQ İNKİŞAF NAZİRLİYİ

Goût de France/Good France eyni axşamda beş qitədə müxtəlif aşpazları bir araya gətirir. Məqsədi Fransız qastronomiyasının mükəmməlliyini və yaradıcılığını qeyd etməkdir.

Keçən il ilk buraxılışda uğur qazandıqdan sonra, bu tədbirin 2016-cı ildə yenidən keçirilməsini istədim. O, Fransanın nüfuzunun yayılmasına öz töhfəsini verəcək.

2016-cı il 21 mart tarixində bütün dünyada 1500-dən çox restoran tədbirdə iştirak edəcək. Artıq keçən il səfərbər olunmuş səfirlərimiz yenidən Goût de France-ın qonaqları olacaqlar.

Goût de France festivalının bu yeni buraxılışında bölgə prefektlərinə də tədbirdə iştirak etmək üçün müraciət olunub. Beləliklə, biz həm bölgələrdə işləyən, daha gənc və parlaq gələcək vəd edən fransız aşpazları dəyərləndirmək, həm də bölgələrə məxsus kulinariya ənənələrini qiymətləndirmək istəyirik.

Qastronomiya Fransa irsinə daxildir. O, bizim milli şəxsiyyətimizin bir hissəsidir: “Fransız qastronomiya yeməkləri”nin 2010-cu ildə UNESCO qeyri-maddi irsinə qəbul edilməsi bunu bir daha təsdiq edir. Xaricdə ölkəmizin nüfuzu və cəlbediciliyi baxımından qastronomiya mühüm yer tutur. Ölkəmizə gələn turistlərin təxminən üçdən biri əsas marağın fransız şərabları və mətbəxi olduğunu deyirlər.

Beləliklə Fransa irsinin təməli və görkəmli təmsilçisi olan qastronomiyamız müdafiə olunmalı, dəstəklənməli və təşviq edilməlidir. Mən istədim ki, Fransa Xarici İşlər Nazirliyi öz üzərinə düşən vəzifələri yerinə yetirsin. Həqiqətən, Fransanın təsiri müxtəlif istiqamətlərdə özünü göstərir, bizim diplomatiyamız qlobaldır və bütün sahələri əhatə etməlidir.

Goût de France tədbirinin 2-ci buraxılışı munasibəti ilə dünyanı Fransa qastronomiyasından zövq almağa dəvət edirik.

Goût de France/Good France

1500 aşpaz, 1500 menyu, 5 qitədə 150 səfir

Dünyada fransız mətbəxini qeyd etmək üçün 1 şam yeməyi

www.goodfrance.com

İlk buraxılışı uğur qazandıqdan sonra, Goût de / Good France tədbiri hər yaz daimi olmaq istəyi ilə, 21 mart 2016-cı ildə yenidən təkrar olunur.

Alən Dükas və Xarici İşlər və Beynəlxalq İnkişaf nazirliyinin təşəbbüsü ilə təşkil olunan Goût de / Good France tədbiri fransızsayağı yaşamağı, yerli məhsulları və Fransanı turizm istiqaməti kimi təşviq edir. Qastronomiya ölkənin turist cəlbediciliyi baxımından heç vaxt bu qədər vacib amil olmamışdır.

1912-ci ildə Epikür şam yeməkləri qastronomiya tədbirinə başlayan Oqüst Escofiyedən ilham alaraq, Goût de/Good France tədbiri dünyanın bir çox şəhərlərində, çoxlu sayda qonaqlar üçün, eyni menyu, eyni gündə restoranları bir araya gətirərək bu gözəl ideyaya əsaslanır.

Beş qitədən olan 1500-dən çox aşpaz xüsusi bir menyu ətrafında fransız mətbəxinin mükəmməlliyinə və ortaq dəyərlərə bir daha minnətdarlıq ifadə edəcəklər: reseptlər fransız təcrübəsindən ilham alır. İştirakçı restoranlar aşağıdakı ardıcıllığa uyğun menyu tərtib etməyə dəvət olunur: fransız şampanı yaxud şərabı ilə müşayiət olunan qəlyanaltı, ilk yemək, əsas yemək, pendir, desert.

Hər bir reseptdə “düzgün qidalanmaq” və ətraf mühit amillərinə riayət edərək daha az yağ, daha az şəkər və daha az duz istifadə ediləcək. Qiymət restoranlar tərəfindən təyin olunur və onlar satışın 5%-ni ətraf mühit və sağlamlığın qorunması uğrunda çalışan yerli Qeyri-Hökumət Təşkilatlarına köçürməyi öz üzərinə götürür.

İştirakçı restoranlardan əlavə, Fransanın səfirləri də həmçinin səfirliklərin iqamətgahında şam yeməyi təşkil etməklə tədbiri davam etdirəcəklər.

28 yanvar 2016-ci ildən qatılan bütün restoranlar www.goodfrance.com saytında təqdim olunur. 5 qitənin hər birində, hər kəs onun şəhər və ya ölkəsində yerləşən iştirakçıları müəyyən edə bilər. Aşpazların çoxu artıq öz menyularını internet saytında yerləşdiriblər və bu hər kəsə martın 21-də hansı şam yeməyindən zövq alacağını əvvəlcədən təsəvvür etməyə imkan verir. Sonra isə seçilmiş restoranla əlaqə saxlayaraq yer sifariş etmək kifayət edir.



1500 iştirakçı restorandan hər hansı birində aşpazlar tərəfindən təklif olunan menyuları dadmaq və onların bacarıq və yaradıcılığını kəşf etmək üçün görüş 21 mart 2016-cı il tarixdə olacaq.
Yüklə 20,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə