Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
  1   2   3   4   5   6   7   8   9   ...   19



 
 



 
 



 
Ceyms Rollins  
 
  
 
 
Qiyamət günü açarı 
r o m a n 
 
 
 
 
 
 



 
 
 
 
 
 
Redaktor: Rüfət Əhmədzadə 
Naşir: Müşfiq XAN 
Tərcüməçilər: Zərifə Məmmədova , 
Nəzrin Atabəyli, 
Aynur Qasımova 
Korrektor: Pikə Fazilqızı 
Dizayn və qrafika: Teymur Fərzi 
 
 
 
 
 
 
 
Romanın Azərbaycanda çap və yayım hüquqları Hədəf 
Nəşrlərinə aiddir. Kitabın yaxud onun hər hansı hissəsinin təkrar 
çapı qadağandır və müəllif hüquqları əsasında qorunur
 
 
ISBN 978-9952-464-93-1 
 
www.hedefnesrleri.az 
hedefnesrleri.wordpress.com 
© Hədəf Nəşrləri / 2013 



 
Tarixi xarakterli qeydlər 
 
 
 
 
On  birinci  əsrin  ikinci  yarısında  ingilis  kralı  Fateh 
Vilhelm  özünün  yeni  torpaqlarının 
ətraflı  təftişinin 
aparılmasını  əmr  etdi.  Bu  cəhdlərin  nəticəsi  olaraq, 
“İngiltərənin  torpaq  siyahısı”  adını  almış  –  orta  əsrlərdəki 
həyat  tərzinin  ən  ətraflı  təsvirini  əks  etdirən  böyük  bir  cild 
alındı.  Tarixçilərin  çoxu  bu  nəticəyə  gəlirlər  ki,  bu  cür 
möhtəşəm bir iş İngiltərə əha-lisindən alınan vergilərin dəqiq 
ölçüsünü təyin etmək üçün görülüb, amma buna tam əminlik 
yoxdur.  İndiyədək,  bu  təd-qiqat  xeyli  sirlərlə  bağlıdır: 
məsələn, aydın deyil, niyə bu işlər belə tələskənliklə edilirdi, 
həmçinin  niyə  bəzi  yaşayış  mən-təqələri  məlum  olmayan 
səbəblərdən  yalnız  latınca  olan  kəlmə  ilə  -  “Vastare”,  yəni 
“viran  edilmiş”  olaraq  qeyd  olunub.  Bu  siyahıya-alınmanın 
tərtibatını  müşayiət  edən  çoxlu  xeyli  təf-silatlı  qəribə  hallar 
müasirlərin  bu  kitaba  son  dərəcə  qərəzsiz  ləqəbin 
qoyulmasına  səbəb  oldu.  O,  tarixə  “Qiyamət  günü  kitabı” 
adıyla daxil oldu.  



 
On  ikinci  əsrdə,  sonralar  müqəddəs  Malaxiya  adlan-
dırılan,  Mel  Medok  adlı  irland  katolik  keşişinin  Romaya  zi-
yarəti zamanı öncəgörməsi oldu.  
Ekstaz halındaykən ona, dünyanın sonunadək Müqəddəs 
taxta başçılıq etməli olan bütün papalar haqda məlumat əyan 
oldu.  Bu  geniş  siyahı  –  yüz  on  iki  papanın  özünəməxsus 
kataloqu – yazılıb və saxlanmaq üçün Vatikan arxivlərinə yer-
ləşdirilmişdi, amma  kitab  tezliklə  yoxa  çıxdı  və yalnız  on  al-
tıncı  əsrin  axırında  müəmmalı  şəkildə  yenidən  peyda  oldu. 
Bəzi  tarixçilər  hesab  edirlər  ki,  qaytarılan  kitab  çox  güman 
sax-tadır. Hər halda, sonrakı yüzilliklər ərzində təəccüblü olsa 
da, məlum olurdu ki, hər növbəti papanın, hətta indiki Roma-
katolik kilsəsinin papası XVI Benadiktin təsviri də dəqiq imiş. 
Müqəddəs Malaxiyanın öngörməsində indiki papa “De Glora 
Olivae”  (“Zeytunlar  zəfəri”)  kimi  təsvir  olunmuşdu. 
Benedikt-lilərin  təriqət  rəmzi  şərəfinə  papanın  özünə 
götürdüyü  ad  həqiqətən  zeytun  budağı  mənası  verir.  Lakin 
hər  şeydən  çox  XVI  Benedikitn  yüz  on  birinci  papa  olması 
narahatlıq törədir. Əgər bu qorxunc ehkama inanılsa, növbəti 
papa ilə dünyanın sonu gələcək.  
 
 
 



 
Elmi xarakterli qeydlər 
 
 
 
Cəmi  üç  il  ərzində  –  2006-2008-ci  illərdə  Birləşmiş  Ştat-
larda bütün əhliləşdirilmiş arıların üçdə bir hissəsi (həm-çinin 
Kanada  və  Avropadakı  arıların  xeyli  hissəsi)  izsiz-soraqsız 
yox  oldu.  Bir  qədər  əvvəl  həyatla  qaynayan  arı  pətəkləri 
qəflətən  boşaldılar.  “İctimai  həşəratlar  koloniyasının  fəlakətli 
dağın-tısı” adını daşıyan bu hadisə, xeyli qorxu və fövqəladə 
mə-qalələr yaratdı. Bəs əslində arılara nə oldu?  
Cavab bu kitabın səhifələrində yerləşir...  
Ən qorxulusu isə bunun həqiqətə uyğun olmasıdır.  
  
  
  



 
Proloq 
  
1086-cı ilin baharı  
İngiltərə  
 
Fəlakətin ilk əlaməti qarğalar oldu.  
Tək  ata  qoşulmuş,  üstüörtülü  araba  ucsuz-bucaqsız  arpa 
tarlaları arasında dolaşan çala-çuxur yolla gedirdi ki, qəflətən 
havaya qara bulud kimi qarğa dəstəsi qalxdı.  
Onlar  hay-küylü  dövrələrlə  get-gedə  yüksələrək  mavi 
səmaya  yönəldilər.  Lakin,  bu  qorxmuş  quşların  qeyri-adi 
təlaşı idi. Qarğalar ənginliklərdə dövrə vurur, qanadlarını qıc 
olmuş  halda  çırpır,  havada  mayallaq  aşaraq  qəfildən  yerə 
düşür-dülər. Quşlar göydə bir-birilə toqquşur, yağış kimi yerə 
ya-ğırdılar.  Balaca  qara  topalar  qanadlarını  və  dimdiklərini 
sın-dıraraq,  zərblə  yerə  dəyirdilər.  Şikəst  quşlar  sınıq 
qanadlarını zəifcəsinə qaldıraraq titrəyirdilər.  
Lakin bütün bunda ən qorxulu olan tam səssizlik idi.  
Nə bir hənirti, nə bir qışqırıq.  
Sadəcə çılğın qanad çırpıntısı – sonra isə quş cəsədlərinin 
döyəclənmiş yerə və daşlara dəyən yumşaq şappıltısı.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə