Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   11   12   13   14   15   16   17   18   19

68 
 
Reyçel  udqunaraq  geri  döndü.  Viqor  əmini  papa 
mehrabının  yanında  döşəmədə  sərələnmiş  tapmışdılar;  onu 
ora partlayışın dalğası atmışdı. Prelatın  huşu özündəydi.  
Cinayət yerini çirkləndirməmək üçün Reyçel sarı lentdən 
kənarda  qalıb  əhatə  olunmuş  yeri  perimetr  boyu  dolandı. 
Sonra  iki  pillə  qalxıb  apsidanın  sol  tərəfinə  çıxdı.  Oradakı 
məkan darısqal idi. Reyçel papa III Pavelin monumentinin və 
onun  yanında  olan  Ədalət  və  Mərhəmət  məziyyətlərini 
təcəssüm etdirən abidələrin yanından keçdi. Onların papanın 
bacısına və anasına oxşarlığı vardı. 
O addımını yavaşıtdı. 
“Mən burda nə edirəm?” 
Birdən  Reyçel  kilsədə  hökm  sürən  sakitliyi,  yanlarda  və 
irəlidə  sıralanan  sərdabələrdən  əsrlərin  və  ölümün  cansıxıcı 
ağırlığını çox kəskin hiss etdi. Hissi gücləndirən düz üzbəüz, 
apsidanın  əks  qurtaracağında  cinayət  yerinin  uzaq  hüdu-
dunda  ucalan  papa  VIII  Urbanın  sərdabəsi  idi.  Monumenti 
papanın  əlini  qaldırıb  xeyir-dua  verən  bürünc  heykəli 
tamamlayırdı.  Lakin  onun  ayaqları  altında  başdaşı  vardı  və 
bu  başdaşından  bürünc  skelet  qalxırdı.  Ölən  papanın  adını 
indicə  bükülü  kağıza  yazan  sümüklü  əl  göyə  qalxaraq 
donmuşdu. 
Reyçel bu mənzərədən sıxıldı. 


69 
 
Adətən  cavan  qadın  xüsusi  bir  mövhumatçılıqla  fərq-
lənmirdi,  amma  indi,  Viqor  əmi  ölüm  yatağında  olarkən... 
Əgər o, əmisini itirsə necə olar?  
Reyçel dönmək istəyirdi, amma onun nəzəri istər-istəməz 
ölüm  simvolu  olan  qorxunc  heykələ  ilişib  qalmışdı.  Onu 
soyuq titrətmə tutdu və qolundakı tükləri biz-biz oldu. 
Ölüm.  
Reyçel  əmisinin  sayıqladığı  yeganə  sözü  bərkdən  pı-
çıldadı. 
− Morte. 
O,  mərmər  başdaşının  üstündə  çöməlib  donmuş  bürünc 
heykəli  diqqətlə  süzdü.  Bəs  əgər  əmisi  nəsə  izah  etmək,  çat-
dırmaq istəmişdisə? 
Reyçel  sarı  lent  boyunca  aspidanın  əks  tərəfdəki  qur-
taracağına  tələsdi.  Barmaqlarının  ucunda  duraraq,  daha  diq-
qətlə  baxdı.  Lakin  abidəni  diqqətlə  nəzərdən  keçirdiyinə 
baxmayaraq, bu kiçik detal az qala gözündən qaçmışdı. Qəh-
vəyi  dəri  kəmərcik  zaman  ötdükcə  tündləşmiş  bürünc  rən-
ğındə idi. 
Reyçel  lateks  əlcəkləri  geyib  qaytana  çatmaq  üçün  baş-
daşının  kənarına  dırmaşdı.  Onu  tutaraq  Ölümün  sümüklü 
əlində olan balaca kisəciyi çıxartdı. Reyçel qəniməti əlində sı-
xaraq  aşağı  atıldı.  Görəsən  onun  tapıntısının  bir  mənası  var-


70 
 
mı?  Yoxsa  bu, hansısa  inamlının və  ya turistin qoyduğu  mə-
nasız bəzəkdir?  
Reyçel  o  dəqiqə  dəridə  yandırılmış  damğanı  gördü.  Elə 
görünürdü  ki,  onun  heç  bir  mənası  yoxdur.  Bu,  sehrli  talis-
mana bənzəyən kobud spiral idi. 
 
 
  
 Məyus  olmuş  gənc  qadın  kiçik  dəri  kisəciyi  çevirdi.  O 
biri üzdəki yandırılmış damğanı görəndə onun nəfəsi tutuldu. 
Xaçla bölünmüş dairə.  
 
 
 


71 
 
Reyçel artıq bu damğanı Marko Covanni atanın cəsədinə 
baxışın kriminalist hesabatında görmüşdü. 
Bu cür damğa ölü keşişin alnına vurulmuşdu. Söz yox ki, 
bunda hansısa  bir məna vardı, amma hansı? 
Reyçel buna cavab almaq üçün bir yer tanıyırdı. Kisəciyi 
açıb içindəkini ovcuna boşaltdı. Cavan qadın yalnız bir əşyanı 
görüb  qaş-qabağını  tökdü.  Bu,  kiçik  və  qaralmış  budağa 
bənzər bir şey idi. Reyçel diqqətlə baxdı və o saat öz səhvini 
başa düşdü. 
Balaca  budağın  dırnağı  vardı.  Reyçel  dəhşətə  gələrək  az 
qala  onu  əlindən  salmışdı.  Onun  əlindəki,  heç  də  budaq  de-
yildi. Bu, bir insan barmağı idi. 
 
 
Saat 14:55 
Vaşinqton 
 
Peynter  Krou  özünün  pəncərəsiz  kabinetində  masa 
arxasında  oturmuşdu  və  ovucları  arasında  aspirin  şüşəsini 
diyirlədirdi. Göz almacıqları arasında möhkəm başağrısından 
xəbər  verən  küt  ağrı  vardı.  Peynter  şüşəni  silkələyərək 


72 
 
heyfsiləndi ki, hər hansı başqa güclü təsiredici vasitəyə əl ata 
bilmir, məsələn yaxşı bir səməni viskisinə.  
Amma o daha artıq həvəslə bunu rəfiqəsinin etdiyi boyun 
massajı  ilə  əvəz  edərdi.  Təəssüf  ki,  Liza  Qərb  sahilinə  – 
Yosemit milli parkına, qayalara dırmaşan idmançı qardaşının 
yanına getmişdi. O, yalnız gələn həftə qayıdacaqdı. Özbaşına 
qalan  Peynter  “Bayer”    şirkətinin  məhsulu  ilə  kifayətlənməli 
idi.  
Bir neçə saat idi ki, Peynter çox hissəsi əvvəlkitək bütün 
divarboyu  yerləşən  və  onun  masasını  əhatə  edən  geniş 
mayekristal  monitorlarda  əks  olunmuş  məlumatı  öyrənirdi. 
Ekranlardan birinə baxan Peynter mininci dəfə təəssüf etdi ki, 
onun  kabinetində  bir  dənə  də  olsun  həqiqi  pəncərə  yoxdur. 
Ola bilsin, bu peko hindilərinin qanından irəli gəlirdi, amma 
ona  mavi  səma  ilə,  ağaclarla  və  adi  həyat  ritmləri  ilə  əlaqə 
lazım idi. 
Lakin bu heç vaxt olmayacaq. 
Peynterin  kabineti  “Siqma”nın  mərkəzi  idarəsinin  digər 
otaqları  kimi  yerin  dərin  qatında  Esplanadada  –  “Smitson 
qəsri”nin    altında  gizlədilmişdi.  Mərkəz  İkinci  dünya 
müharibəsindən  qalan,  yenidən  təchiz  edilmiş  bomba  sı-
ğınacağında  yerləşirdi.  Bu  yeri  həm  hökumət  idarələrinə 
yaxın  olduğu  üçün,  həm  də  Smitson  institutunun  çoxsaylı 
tədqiqat laboratoriyalarına tez çatmaq imkanı yaratdığı üçün 
seçmişdilər. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə